EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

34

EcoVision

ATİB XƏBƏRLƏRİ

rin” oxucuları bu il türk cümhuriyyətlərində iş adamı kate-

qoriyasında ATİB İdarə Heyətinin üzvü Rafiq Qarayevi “İlin 

iş  adamı”  adına  layiq  görüb  (http://www.ekovitrin.com/

dergi2015/nisan/star/index.html#book5/page-1).

Bu münasibətlə ATİB İdarə Heyətinin üzvü Rafiq Qa-

rayevi  səmimi  qəlbdən  təbrik  edir,  uğurlarının  davamlı 

olmasını arzulayırıq. 

Türkiyənin ən nüfuzlu media qruplarından olan "Eko-

vitrin" 14 ildir iqtisadiyyat sahəsində müxtəlif proqramlar 

hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nü-

mayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm 

də  dünya  ictimaiyyətinə  çatdırır.  Bu  media  qrupunun 

2000-ci ildən buraxılan "Ekovitrin" aylıq jurnalı Türkiyənin 

ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yana-

şı, Asiya regionunda da geniş yayılan "Ekovitrin" jurna-

lı  ənənəvi  olaraq  iqtisadiyyat,  biznes,  sənaye,  ixracat, 

maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində 

"İlin adamı"nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə ya-

şayan  9  minə  yaxın  oxucunun  iştirakı  ilə  keçirilən  sor-

ğunun  nəticələrinə  görə  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev "Avrasiyada ilin siyasət adamı", 

2013-cü  ildə  isə  "Türkdilli  respublikalarda  10  ilin  ən 

uğurlu dövlət adamı" seçilib.

atİB İdarə Heyəti və atİB üzvləri 

Bakıda “Son məktub” filminin təqdimat 

mərasimində iştirak ediblər

5  aprel  2015-ci  ildə  Çanaqqala  savaşının  100-

cü  ildönümünə  həsr  edilmiş  "Son  məktub”  filminin 

təqdimatı olub. 

Təqdimat  mərasimində  ATİB  İdarə  Heyətinin  sədri 

Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak 

edib.  Azərbaycan  Respublikası  Prezidentinin  ictimai-si-

yasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin 

başçısı  İlham  Əliyevin  "Son  məktub”  filminin  təqdimat 

mərasiminin iştirakçılarına məktubunu oxuyub.

Türkiyənin  Azərbaycandakı  səfiri  Alper  Coş-

kun  göstərdiyi  diqqətə  görə  Prezident  İlham  Əliyevə 

minnətdarlığını  bildirib.  Səfir  qeyd  edib  ki,  Prezidentin 

bu  diqqəti  Azərbaycan-Türkiyə  qardaşlığının  daha  bir 

təcəssümüdür.

Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən 

söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim 

mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaş-

da türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən 

səfir Azərbaycan oğullarının onların yanında olduğunu, 

onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix bo-

yunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail 

Alper  Coşkun  filmin  təqdimatına  dəstək  göstərənlərə 

minnətdarlığını bildirib. Sonra filmin nümayişi olub.



Eşkişehir Valiliyi atİB ofisini ziyarət edib

16  aprel  2015-ci  ildə  "Türk  Dünyası  Koordinasiya 

Mərkəzi Layihəsi” əhatəsində Eskişehir vali köməkçisi Ali 

Çetinin sədrlik etdiyi heyət Azərbaycan Türkiyə İş Adam-

ları Birliyinin ofisini ziyarət etdi.

Qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın 

və İdarə Heyətinin üzvü Rafiq Qarayev qəbul etdi.

Qonaqları salamlayan ATİB İdarə Heyətinin sədri Ce-

mal Yangın ATİB haqqında geniş məlumat verdi.

Cənab  Ali  Çetin  Azərbaycana  səfər  etmələrinin 

səbəbinin  "Türk  Dünyası  Koordinasiya  Mərkəzi 

Layihəsi”ni tanıtmaq olduğunu bildirdi. Görüşün sonun-

da xatirə fotosu çəkildi.

atİB İdarə Heyəti "Səhnədəki türkiyə" adlı 

konsert proqramında iştirak edib

21 aprel 2015-ci ildə Yunus Əmrə İnstitutu Bakı Kül-

tür Mərkəzinin təşkilatçılığı, TİKA və Türk Hava Yollarının 

dəstəyi  ilə  "Səhnədəki  Türkiyə"  adlı  konsert  proqramı 

təşkil  olundu.  Türkiyənin  məşhur  sənətçilərindən  Hüs-

nü  Şənləndirici  və  Bürhan  Öçal  öz  ifaları  ilə  qonaqla-

ra  xoş  istirahətlər  bəxş  etdilər.  Konsert  proqramında 

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi  İdarə  Heyətinin 

sədr müavini Cem Becel və ATİB İdarə Heyətinin üzvü Ali 

Gümüş, ATİB üzvü Altan Şentürk iştirak etdi.

ATİB  İdarə  Heyətinin  üzvü  Ali  Gümüş  konsert 

proqramından  öncə  Yunus  Əmrə  İnstitutu  Bakı  Kültür 

Mərkəzinin foto sərgisini ziyarət etdi.

türkiyənin “Milli Suverenlik və uşaq Bayramı” 

azərbaycanda qeyd olundu

23  aprel  2015-ci  ildə  Heydər  Əliyev  adına  sarayda 

Türkiyənin "Milli Suverenlik və Uşaq Bayramı” böyük təntənə 

ilə qeyd olundu. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri 

Alper  Coşkun,  səfirliyin  müşavirləri  və  ATİB  İdarə  Heyəti 

sədrinin müavini Cem Becel iştirak etdi.




35

atİB sədri azərbaycanlı tələbələrin “Çanaqqala 100” 

tvit aksiyası aksiyasında iştirak etdi

Aprelin  24-də  Azərbaycan  Dövlət  İqtisad  Universieti 

tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı tvit aksiyası keçiri-

lib. Ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin 

cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə 

etdilən  Twitter  sosial  şəbəkəsi  vasitəsilə  24  aprel  qondarma 

erməni soyqrımına qarşı böyük ifşa tədbirini həyata keçirmək 

və  Çanaqqala  zəfəri  kimi  qeyd  olunan  tədbirlərə  dəstək 

göstərməkdir.

Aksiyada Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 

İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin 

dövlət  və  hökumət  rəhbərlərinin  iştirakı  ilə  qələbənin  100 

illiyinə həsr edilmiş təntənəli mərasimlə paralel keçirilib.

"#Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslar-

da Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xal-

qına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb. 

Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin 

sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib. Aksi-

yaya Türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə 

birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.

atİB Çanaqqala zəfərinin 100-cü ildönümü 

münasibəti ilə təntənəli mərasimdə iştirak edib

Aprelin  28-də  Bakı  Slavyan  Universitetində  Çanaqqala 

zəfərinin  100–cü  ildönümü  münasibətilə  təntənəli  mərasim 

keçirilib. Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyi Ka-

tibliyinin əməkdaşları iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin 

Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru professor 

Asif Hacıyev həm Azərbaycan, həm də türk xalqının dostluq 

və qardaşlığının çox dərin tarixi kökləri olduğunu vurğulayıb. 

Rektor Çanaqqala zəfərini təkcə türk dünyasının deyil, bütün 

dünya  xalqlarının  tarixində  yeni  mərhələnin  başlanğıcı  kimi 

qiymətləndirib,  Çanaqqala  savaşında  şəhid  düşən  yüzlərlə 

azərbaycanlının müasir gəncliyimizə örnək olduğunu bildirib.

Mərasimdə  Milli  Ordunun  ehtiyatda  olan  polkovniki  Ba-

xış Ələkbərov, Türkiyə səfirinin təhsil məsələləri üzrə müşaviri 

Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin nümayəndəsi Mus-

tafa  Yalçın  iştirak  ediblər.  Türk  ordusunun  döyüş  tarixini  əks 

etdirən  videoçarx  təqdim  edilib.  Tədbir  BSU-da  təhsil  alan 

azərbaycanlı  və  türkiyəli  tələbərin  vətənpərvərliyi  tərənnüm 

edən şeir, musiqi nömrələri və Çanaqqala zəfərinə həsr edil-

miş səhnəciklərin nümayişi ilə davam etdirilib.



atİB sədri türkiyənin sabiq prezidenti 

abdullah Gül ilə görüşüb

28 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Bir-

liyi İdarə Heyətinin sədri Diasporla İş üzrə Dövlət Komitəsinin 

dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı 

ilə  Bakıda  keçirilən  III  Qlobal  Forumda  iştirak  etmək  üçün 

gələn Türkiyənin sabiq prezidenti Abdullah Gül ilə görüşüb. 



atİB sədri “əməyin mühafizəsi sahəsində önləyici 

tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” 

mövzusunda konfransda iştirak edib

28  aprel  -  Ümumdünya  Əməyin  Mühafizəsi  Günü  ilə 

əlaqədar  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi Nazirliyi tərəfindən "Əməyin mühafizəsi sahəsində 

önləyici  tədbirlər  görülməsi  mədəniyyətini  birgə  yüksəldək" 

mövzusunda konfrans keçirilib. 

Konfransda  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi  İdarə 

Heyətinin sədri Cemal Yangın iştirak edib.

 Konfransda ayrı-ayrı hökumət və qeyri-hökumət qurumla-

rının, xarici şirkətlərin, həmkarlar və sahibkarlar təşkilatlarının 

rəhbər şəxsləri, millət vəkilləri, Beynəlxalq Əmək Təşkilatının 

(BƏT), işəgötürənlərin nümayəndələri iştirak ediblər.  

Tədbiri  giriş  sözü  ilə  açan  Əmək  və  əhalinin  sosi-

al  müdafiəsi  naziri  Səlim  Müslümov  BƏT  tərəfindən  dünya 

ictimaiyyətinin  diqqətini  əməyin  mühafizəsi  məsələlərinə 

cəlb etmək üçün 2002-ci ildən keçirilən Ümumdünya Əməyin 

Mühafizəsi  Gününün  bu  il  "Əməyin  mühafizəsi  sahəsində 

profilaktika  mədəniyyətini  birgə  yüksəldək”  devizi  altında 

keçirildiyini  bildirib.  Tədbirdə  BƏT-in  eksperti  Valentin  Ma-

canu,  "Azneft”  İB-in  Əməyin  mühafizəsi  şöbəsinin  müdiri 

Mübariz  Şamilov,  AHİK-in  Əməyin  mühafizəsi  şöbəsinin  rəis 

müavini  əli  Mədətov  və  digərləri  təqdimatlarla  çıxış  ediblər. 

Mövzu  ilə  bağlı  geniş  müzakirələrin  aparıldığı  konfransda 

əməyin  mühafizəsi  sahəsində  uğurlu  iş  təcrübəsi  ilə  seçilən 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə