EcoVision


atİB nümayəndə heyəti Gürcüstan–türkiyə–



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

29

atİB nümayəndə heyəti Gürcüstan–türkiyə–

azərbaycan Biznes Forumunda iştirak edib

6 mart 2015-ci ildə Batumidə Azərbaycan İqtisadiyyat və 

Sənaye  Nazirliyinin  dəstəyi  və  Azərbaycanda  İxracın  və  İn-

vestisiyaların  Təşviqi  Fondunun  təşkilatçılığı  ilə  Gürcüstan–

Türkiyə–Azərbaycan Biznes Forumu keçirilib.

Forumda ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə 

Heyətinin üzvləri Rafiq Qarayev və Rəşad Rəsullu iştirak edib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan–Türkiyə 

və  Gürcüstan–Azərbaycan  iqtisadi  əlaqələrinin  getdikcə  in-

kişaf edərək ən məhsuldar bir dövrə gəlib çatdığını bildirib: 

"Mən əminəm ki, bu ənənə davam edəcək və bizim ölkələrin 

əməkdaşlığı  daha  maraqlı  və  uğurlu  layihələrin  həyata 

keçirilməsinə  gətirib  çıxaracaq.  Gürcüstan,  Azərbaycan  və 

Türkiyənin potensialı var və biz Şərqlə Qərb arasında, həmçinin 

regionda  keyfiyyətli  iqtisadi  əlaqələrdə  əsas  və  əhəmiyyətli 

oyunçu olacağıq".

Forum  çərçivəsində  Gürcüstanın  Baş  naziri  Türkiyə  və 

Azərbaycan  iqtisadiyyat  nazirləri  ilə  görüşüb,  onlara  biznes, 

iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinə görə təşəkkür 

edib. Qeyd edək ki, bu gün Batumidə keçirilən tədbirdə Gür-

cüstanın Baş nazirinin müavini, İqtisadiyyat və davamlı inkişaf 

naziri  Georgi  Kvirikaşvili,  Türkiyənin  İqtisadiyyat  naziri  Nihat 

zeybekci və Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin 

Mustafayev çıxış ediblər.



atİB sədri azərbaycana dair 2015-2020-ci illəri əhatə 

edən Ölkə tərəfdaşlıq Çərçivəsi üzrə özəl sektorla 

məsləhətləşmələrdə iştirak edib

10 mart 2015-ci ildə Dünya Bankı Qrupunun 2015-2020-

ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) hazır-

lanmasına  başlaması  ilə  bağlı  məlumatlandırmaq  məqsədilə 

özəl sektorun aidiyyəti nümayəndələri ilə görüş keçirilib. Bu 

görüşdə ATİB sədri Cemal Yangın da iştirak edib.



atİB İdarə Heyəti ııı Beynəlxalq 

“caspian Energy Forum–2015”də iştirak edib

11 mart 2015-ci ildə Bakıda III Beynəlxalq “Caspian Energy 

Forum–2015” keçirilib. Forum Azərbaycan Respublikası Ener-

getika  Nazirliyinin,  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkətinin  (SOCAR)  və  “Caspian  European  Club”un  dəstəyi 

ilə baş tutub. Forumda Azərbaycan Türkiyə İş Adamları Birli-

yi  İdarə  Heyətinin  sədri  Cemal  Yangın,  sədr  müavini  Mürsəl 

Rüstəmov,  İdarə  Heyətinin  üzvü  Rafiq  Qarayev  iştirak  edib. 

ATİB  sədri  forumda  çıxış  edərək  qurumun  fəaliyyəti  barədə 

geniş məlumat verib.

“Caspian  European  Club”un  baş  icraçı  direktoru  Telman 

Əliyev ATİB sədrinə sertifikat təqdim edib.

Forumda çıxış edən “Caspian European Club”un baş icraçı 

direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin 

biznes-dövlət ünsiyyətinin yaradılması olduğunu deyib. “Bun-

dan əvvəlki iki forum Bakıda təşkil olunmuşdu. Belə forumlar 

dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da 

uğurlu olacaq”, – deyə T.Əliyev bildirib.

“Caspian  Energy”  jurnalının  100-cü  buraxılışının  2016-cı 

ildə işıq üzü görəcəyini deyən “Caspian European Club”un baş 

icraçı  direktoru  bu  münasibətlə  dövlət  səviyyəli  beynəlxalq 

tədbirin təşkil olunacağını qeyd edib.

Sonra forum öz işini sessiyalarla davam etdirib. Sessiyalar 

həm mühazirə, həm də diskussiya formasında keçirilib.

Tədbirdə Azərbaycanın, habelə Xəzər–Qara dəniz və Baltik 

regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və 

idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diploma-

tik  və  beynəlxalq  missiyaların  nümayəndələri,  iri  beynəlxalq 

şirkətlərin rəhbərləri iştirak edib.

atİB sədri beynəlxalq çiçəkçilik və şəhərsalma 

sərgisinin açılış mərasimində çıxış edib

12 mart 2015-ci ildə Bakıda Beynəlxalq çiçəkçilik, peyzaj 

və  şəhərsalma  sərgisi  işə  başlayıb.  Türkiyənin  “Atılım  Fuarcı-

lık” və “ElanExpo” şirkətlərinin əməkdaşlığı ilə keçirilən sərgidə 

“AfuExpo”,  “Azəryolservis”,  Bakı  Yaşıllaşdırma,  Bakı  Abadlıq, 

Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə 

Nazirliyinin  Bələdiyyələrlə  İş  Mərkəzi,  Türkiyə  səfirliyinin 

nümayəndələri,  icra  hakimiyyəti  orqanları,  mütəxəssislər, 

dövlət idarə və təşkilatları iştirak edir.

Rəsmi açılış mərasimində Azərbaycan Türkiyə İş Adamları 

Birliyi İdarə Heyətinin sədri Cemal Yangın çıxış edərək sərginin 

işinə uğurlar arzulayıb. Rəsmi açılış mərasimindən sonra sərgi 

artıq ziyarətçilərə açıq elan edilib.

Qeyd edək ki, tədbirdə 12 ölkədən 150 şirkət iştirak edir. 

Tədbirdə  Avropadan  və  dünyanın  dörd  tərəfindən  sektorun 



30

EcoVision

qabaqcıl  firmaları  sırasında  Azərbaycandan  "By  Art", 

"Kafurpas", "Gardenia", "Abseron Botanik", "Caspian Bo-

tanik", "Green Life", Türkiyədən "Hidromak", "Güneri Ma-

kine", "Erdemli Makine", "Polight", "As Beton", "Peyart", 

SASBÜD, SÜSBİR, "Sakarya Botanik", "İstanbul Botanik", 

İtaliyadan "Arcangeli", "Piante Faro", "Innocenti & Man-

goni",  Belçikadan  "Arbor",  "VandePutte",  Almaniyadan 

"Pflanzenhandel Lappen", "Bruns", "Lorberg", Hollandi-

yadan "Fides & Greneth", İspaniyadan "Ornamental Va-

lencia", Kolumbiyadan "Matina Flowers" yer alıb.

Qeyd edək ki, sərgi martın 15-dək davam edəcək.



Mersin ticaret ve Sanayi Odası 

atİB ofisini ziyarət edib

13 mart 2015-ci ildə  Mersin Ticaret ve Sanayi Odası 

iş adamlarından ibarət heyətlə ATİB ofisini ziyarət etdi.

ATİB  ofisində  baş  tutan  görüşü  ATİB  İdarə  Heyəti 

sədrinin  müavini  Mürsəl  Rüstəmov,  İdarə  Heyətinin 

üzvləri  Rafiq  Qarayev  və  Oktay  Vayiç  salamlamaq  nit-

qi  ilə  açdı.  Onlara  ATİB-in  fəaliyyəti  haqqında  qısa 

məlumat  verdi.  Cənab  Mürsəl  Rüstəmov  qeyd  etdi  ki, 

bu  cür  səfərlər  Azərbaycan–Türkiyə  iqtisadi  və  biznes 

əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu 

mənada iş adamlarının üzrərinə böyük işlər düşür.

Görüş zamanı ATİB İdarə Heyətinin üzvü Rafiq Qara-

yev Azərbaycandakı biznes mühiti, vergi və gömrük sis-

temi, şirkət qurulması və s. barədə qonaqların suallarını 

cavablandırdı. Oktay Vayiç bildirdi ki, iş adamları ölkənin 

sosial həyatında da yaxından iştirak etməli, problemlərin 

həllinə qatılmalıdır. 

Qonaqlar onlara göstərilən səmimi münasibətə görə 

təşəkkür edərək özləri haqqında məlumat verdilər.

atİB İdarə Heyəti sədrinin müavini Mürsəl 

rüstəmov aSK-da assosiasiya və ictimai birliklərin 

fəaliyyəti barədə müzakirədə iştirak edib

16 mart 2015-ci ildə ATİB İdarə Heyəti sədrinin mü-

avini  Mürsəl  Rüstəmov  ASK-da  assosiasiya  və  ictimai 

birliklərin fəaliyyəti barədə müzakirədə iştirak etdi.

Qonaqları  qarşılıqlı  əməkdaşlığa  dəvət  edən, 

sahibkar-hökumət  münasibətlərindən  söhbət  açan 

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezi-

denti Məmməd Musayev assosiasiya və ictimai birliklərin 

fəaliyyətini təhlil edib. O bildirib ki, ölkədə dövlət qey-

diyyatından keçən 100-ə yaxın iqtisadi yönümlü ictimai 

birliklərin  olmasına  baxmayaraq,  hələ  də  onların  birgə 

fəaliyyəti qənaətbəxş deyil.

ASK-ın  baş  katibi  Natəvan  Məmmədova  isə  qeyd 

edib ki, ölkədə hələ də elə sahələr var ki, orada müəyyən 

boşluqlar  var.  Bu  gün  qeyri-neft  sektorunun  inkişafı 

istiqamətində daha böyük investisiyalar cəlb etmək, Av-

ropa bazarına çıxmaq məqsədilə iş adamlarının bir as-

sosiasiya ətrafında birləşməsi zəruri sayılır. Belə ki, eyni 

istiqamətdə  fəaliyyət  göstərən  sahibkarların  birləşərək 

yeni sahəvi assosiasiyalar yaratmasına ehtiyacı yaranıb. 

Bu  gün  sahibkarların  qarşılaşdığı  bir  sıra  problemlər  – 

əmək miqrantlarının işə cəlb edilməsi, kənd təsərrüfatı 

sahəsində fermerlərin maliyyə çıxışı zamanı qarşılaşdığı 

maneələr və s. kimi məsələlər komissiyaların və onların 

inkişafına  dəstək  verəcək  ictimai  birliklərin  köməyi  ilə 

həll edilə bilər. N.Məmmədova bu yöndə olan tələb və 

təklifin  aşağıdan  formalaşıb,  yuxarı  qurumlara  təqdim 

olunmasını daha məqsədəuyğun hesab edib.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyəti 

sədrinin  müavini  Mürsəl  Rüstəmov  ATİB-in  və  üzvlərin 

fəaliyyəti  barədə  məlumat  verib,  komissiyaların  idarə 

edilməsi sahəsində təcrübələrini qonaqlarla bölüşüb.

 

atİB İdarə Heyəti Sumqayıtda 

"Park Palace"-ın açılışında iştirak etdi

17  mart  2015-ci  ildə  ATİB  İdarə  Heyəti  üzvləri 

Sumqayıtda  yerləşən  "Park  Palace"  restoranının  açı-

lış  mərasimində  iştirak  etdi.  Mərasimdə  İdarə  Heyəti 

sədrinin  müavinləri  Mürsəl  Rüstəmov,  Cem  Becel  və 

İdarə  Heyətinin  üzvləri  Rafiq  Qarayev,  Kaya  Karslı  işti-

rak etdi. Onlar restoranın fəaliyyətinə uğurlar diləyərək, 

daim öndə getməsini  arzuladılar.



Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar 

Bakıdakı türk Şəhidliyində mərasim keçirildi

18  mart  2015-ci  ildə  Çanaqqala  şəhidlərinin  anım 

günü  ilə  əlaqədar  Bakıdakı  Türk  Şəhidliyində  mərasim 

təşkil edildi. 

Əklilqoyma  mərasimində  Azərbaycan  Türkiyə  İş 

Adamları  Birliyi    İdarə  Heyəti  sədrinin  müavini  Cem 

Becel,  ATİB  İdarə  Heyətinin  üzvləri  Kaya  Karslı,    Ay-

dın  Məmmədov,  Rafiq  Qarayev  və  ATİB  Katibliyinin 

nümayəndələri iştirak etdi.

ATİB XƏBƏRLƏRİ




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə