EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   2   3   4   5   6   7   8   9   10   ...   32

17


18

EcoVision

XƏBƏRLƏR


Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər 

məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan  və  Türkiyə  Silahlı  Qüvvələri  arasında 

hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycanın  Müdafiə  naziri  general-polkovnik 

zakir Həsənov Türkiyə Respublikası Baş Qərargahının 

kəşfiyyat  rəisi  korpus  generalı  Mehmet  Daysalın 

rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki ölkənin Silahlı qüvvələrinin inki-

şafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli 

hərbi  əməkdaşlıq  məsələlərinin  əhəmiyyəti,  region-

dakı  hərbi-siyasi  vəziyyət,  Ermənistan–Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsinin  həllinin  bölgə  üçün 

vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı qüvvələri ara-

sında  əlaqələrin  perspektivləri  və  digər  məsələlərə 

dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki 

hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler 

də iştirak edib.



türkiyə və azərbaycan arasındakı sosial sahəyə 

aid Birgə daimi Komissiyanın 8-ci iclası keçirilib

Ankara  şəhərində  Türkiyənin  Əmək  və  Sosial 

Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əmək və 

sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Dai-

mi Komissiyanın 8-ci iclası keçirilib. 

İclas  çərçivəsində  S.Müslümov  və  Türkiyənin 

Əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik 

arasında  görüş  olub.  Görüşdə  Azərbaycanın  Türkiyə 

və  Makedoniyadakı  fövqəladə  və  səlahiyyətli  səfiri 

Faiq Bağırov, Türkiyənin Əmək və sosial müdafiə nazi-

rinin müşaviri Ahmet Erdem də iştirak ediblər. F.Çelik 

Türkiyə  və  Azərbaycan  arasında  həm  ikitərəfli,  həm 

də  beynəlxalq  təşkilatlar  çərçivəsində  əməkdaşlığın 

yüksək  səviyyədə  olduğunu  vurğulayıb.  Nazir  əmək 

və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla 

həyata  keçirildiyini,  əvvəllər  imzalanmış  sənədlərdə 

nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin apa-

rıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olun-

duğunu  bildirib.  O,  qarşıdakı  dövrdə  əməkdaşlığın 

daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə 

lazımi səyləri göstərəcəklərini qeyd edib.

Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı 

ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci 

iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin ic-

rası istiqamətində görülən işlərin nəticələri nəzərdən 

keçirilib.  İclasda  aparılan  müzakirələrin  yekunu  ola-

raq  F.Çelik  və  S.Müslümov  əmək  münasibətləri, 

məşğulluq,  sosial  müdafiə  sahələrində  əməkdaşlıq 

istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.



naxçıvan Muxtar respublikası ali Məclisinin 

Sədri türkiyə Silahlı Qüvvələrinin nümayəndə 

heyəti ilə görüşüb

Aprelin  23-də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Si-

lahlı  Qüvvələrinin  Tibb  Xidməti  rəisi,  Gülhanə  Hərbi 

Tibb  Akademiyasının  rəisi  general-polkovnik  Ömər 

Paç və onu müşayiət edən nümayəndə heyəti ilə gö-

rüşüb.

Ötən  dövrdə  hərbi  sahədə  uğurlu  əməkdaşlığın 



qurulduğunu  diqqətə  çatdıran  Ali  Məclisin  Sədri 

qarşılıqlı  səfərlərin  bu  baxımdan  əhəmiyyətini  qeyd 

edib. Naxçıvanda ordu quruculuğu sahəsində həyata 

keçirilən  tədbirlərdən  danışan  Ali  Məclisin  Sədri 

Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini 

diqqətə çatdırıb, xüsusilə hərbi tibbi xidmətin təşkili 

sahəsində  bundan  sonra  da  əməkdaşlığın  davam 

etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi  qəbula  görə  minnətdarlıq  edən  Türkiyə 

Respublikası  Silahlı  Qüvvələrinin  Tibb  Xidməti 

rəisi,  Gülhanə  Hərbi  Tibb  Akademiyasının  rəisi  ge-

neral-polkovnik  Ömər  Paç  Naxçıvanda  olmaqdan 

məmnunluğunu bildirib. Ömər Paç Naxçıvan Muxtar 

Respublikasında ordu quruculuğu sahəsində görülən 

işləri  yüksək  dəyərləndirib,  Naxçıvan  səfərinin 

əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini 

ifadə  edib.  Söhbət  zamanı  Azərbaycanın  Naxçıvan 

Muxtar  Respublikası  ilə  Türkiyə  arasında  hərbi  tib-

bi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı 

səylərin göstəriləcəyi qeyd olunub.



ramil usubov türkiyə Jandarm Qüvvələrinin 

Qərargah rəisini qəbul edib

Aprelin  28-də  daxili  işlər  naziri  general-polkov-

nik  Ramil  Usubov  ölkəmizdə  səfərdə  olan  Türkiyə 

Respublikası  Jandarm  Qüvvələrinin  Qərargah  rəisi 

general-polkovnik  İbrahim  Yaşarın  başçılıq  etdiyi 

nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-

ya verilən məlumata görə, nazir hər iki ölkənin Daxili 

İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə ha-



19


20

EcoVision

XƏBƏRLƏR


zırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində 

əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen du-

rum  barədə  danışıb.  Ramil  Usubov  ordu  quruculu-

ğunda, o cümlədən Daxili Qoşunların formalaşmasın-

da, ən müasir tələblərə cavab verən silahlı birləşməyə 

çevrilməsində,  şəxsi  heyətin  peşəkarlığının  daha  da 

yüksəldilməsində  Türkiyə  Jandarm  Komandanlığı-

nın böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bu-

nun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris 

müəssisələrində yüzlərlə hərbi qulluqçunun təhsil al-

dığını vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın 

daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini 

bildirib.

Nazir  transmilli  mütəşəkkil  cinayətkarlığın 

beynəlxalq  terrorçuluq,  narkotiklərin  qanunsuz 

dövriyyəsi,  insan  alveri  və  qeyri-qanuni  miqrasiya 

kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət 

mərkəzində  dayandığını,  onlara  qarşı  yalnız  birgə 

səylərlə səmərəli mübarizə aparılmasının mümkünlü-

yünü vurğulayıb.

İbrahim  Yaşar  Türkiyə  Jandarm  Qüvvələrinin  Baş 

komandanı ordu generalı Abdulla Atayın salamlarını 

Daxili işlər nazirinə çatdırıb.

Bakıda nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı 

perspektiv layihələr müzakirə olunub

Nəqliyyat  Nazirliyinin  İctimaiyyətlə  əlaqələr 

şöbəsindən  verilən  məlumata  görə,  görüş  zamanı 

A.Əsgərov  nəqliyyat-yol  kompleksində  görülən  işlər 

barədə  məlumat  verib,  iki  ölkə  arasında  nəqliyyat 

sahəsində əməkdaşlıq imkanları və regionda nəqliyyat 

əlaqələrinin inkişafı üçün  perspektiv layihələr barədə 

danışıb.


Tərəflər  Gürcüstan  və  Azərbaycandan  keçməklə 

Türkiyədən Mərkəzi Asiyaya avtomobil yükdaşımala-

rının artırılması ilə bağlı müzakirələr aparıblar.

Müzakirələrdə  gömrük  və  sərhəd-keçid  prose-

durları, liman xidmətləri və dəniz daşımaları ilə bağ-

lı məsələlər, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət  Limanından  istifadə,  Türkiyəyə  məxsus  yük 

avtomobillərini bərələrlə daha böyük həcmdə daşıma 

imkanları, rüsum və tariflər və bu daşımaların asanlaş-

dırılması ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı 

fikir mübadiləsi aparılıb.

Səfər  çərçivəsində  liman  və  dəniz  daşımaları 

sahəsində müvafiq infrastruktur obyektləri ilə tanış-

lıq,  eləcə  də  Bakı  Beynəlxalq  Ticarət  Limanı  və  Ələt 

qəsəbəsindəki  Yeni  Beynəlxalq  Dəniz  Ticarət  Limanı 

kompleksinə səfərlər təşkil edilib.



ÖLKə XəBərLərİ 

nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün 

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin  10-da  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  sədrliyi  ilə  Nazirlər  Kabinetinin  2015-ci  ilin 

birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına 

və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün 

yekunlarının  müsbət  olduğunu,  bu  dövrdə  ümumi 

daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət 

başçısı Azərbaycanda dinamik inkişafın təmin edildi-

yini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye 

istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox 

artdığını  bildirib.  Bütün  bunların  son  illərdə  ölkədə 

aparılan  düşünülmüş  iqtisadi  siyasət  nəticəsində 

mümkün olduğunu deyən Prezident bildirib ki, dün-

yada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın 

ümumi dinamik inkişafına təsir etməyib.

 Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə 

qaldığını,  istehlak  bazarına  tam  nəzarət  edildiyini, 

əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə 

çatdırıb.

 Birinci rübdə də regionlarda müsbət meillərin da-

vam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldı-

ğını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə 

sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. 

Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya 

təmir  olunduğunu,  əhalinin  müayinədən  keçirilməsi 

prosesinin  davam  etdirildiyini  deyən  dövlət  başçısı 

bu  il  dövlət  investisiya  proqramının  geniş  olduğu-

nu,  zəruri  layihələrin  icrasının  nəzərdə  tutulduğu-

nu  vurğulayıb,  ölkədə  həyata  keçirilən  islahatların 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə