EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

38

EcoVision

YENİ ÜZVLƏR VƏ ÜZVLƏRDƏN XƏBƏRLƏR



azerbaijan consulting company (acc)

Kənan Şirinov – təsisçi

Tel:      (012) 505 53 58

Ünvan: İçərişəhər, A.zeynallı 31/33

Email: kenan@acc.az; info@acc.az

Web: acc.az

“Azerbaijan  Consulting  Company”  –  dövlət 

qurumları ilə əlaqə, hüquq, maliyyə və mühasibatlıq, 

insan  resurslarının  idarə  olunması  (HR),  biznes 

köməkçisi,  biznes  partnyoru,  marketinq,  satışın 

təşkili, İT sektorunda aparıcı mövqeyə malikdir. Şirkət 

yeni  və  qabaqcıl  üsullarla,  peşəkar  mütəxəssislərlə 

müştərilərinə  üstün  keyfiyyət  təqdim  etməklə 

xidmətlər  sahəsindəki  mövcud  duruma  dəyişiklik 

gətirmək məqsədi daşıyır.

Hazırda  “Azerbaijan  Consulting  Company”  öz 

müştərilərinə  korporativ  idarəetmənin  hüquqi 

təşkili,  müqavilə,  əmək,  sığorta  münasibətlərinin, 

banklarla  və  digər  maliyyə  əməliyyatları  ilə  bağlı 

münasibətlərin  tənzimlənməsi,  dövlət  orqanlarında 

yaranmış  problemlərin  həlli,  vergi  planlaması,  əqli 

mülkiyyət  və  onun  qorunması  (əmtəə  nişanları 

(brend), müəllif hüquqları, patent və s.), münaqişələrin 

məhkəmədənkənar  və  məhkəmə  qaydasında  həlli, 

İT  xidmətləri,  biznes  partnyorlarının  tapılması,  mar-

ketinq  xidmətləri,  korporativ  təhsil,  satışın  təşkili 

istiqamətlərində peşəkar xidmətlər təqdim edir.

“Azerbaijan  Consulting  Company”nin  missiyası 

və baxış fəlsəfəsi bu xidmətlər sahəsində müştərilərə 

yüksək keyfiyyətli iş təqdim etməkdir. Digər konsaltinq 

şirkətlərindən fərqimiz göstərdiyimiz xidmətləri sözdə 

deyil, əməli olaraq yerinə yetirməyimizdədir. ACC öz 

peşəkar  mütəxəssisləri  ilə  xidmətləri  ayırmadan  ko-

manda  şəklində  görür  və  yarana  biləcək  və  yaxud 

yaranmış problemləri tez bir zamanda aradan qaldırır. 

ACC  xidmət  göstərdiyi  şirkətlərə  öz  sloqanı  ilə  “za-

mana Qənaət Uğurun Təminatıdır” demək istəyir ki, 

artıq  bu  sahələrə  vaxt  ayırmadan  yüksək  səviyyədə 

işin təşkilini görəcəklər.

"ZEnıt tOur" MMc

Nəzər Eminov – direktor

Tel:      (012) 5988737 4980198

Ünvan: zərifə Əliyeva küç., 87B

“zenit Tour” turizm şirkəti 2007-ci ildən İstanbul 

şəhərində  (Türkiyə  Respublikası  Kültür  və  Tur-

izm  Bakanlığı,  A  grubu  seyahat  acentası  işletme 

belge  No:  6790),  2012-ci  ildən  də  Bakı  şəhərində 

(Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na-

zirliyi tərəfindən verilmiş lisenziya №070560) fəaliyyət 

göstərir. 

Şirkətimizin 

aşağıdakı 

xidmət 


növlərini 

məmnuniyyətlə sizə təqdim edirik:

–   bütün  istiqamətlərə  aviabiletlərin  satışı  və 

rezervasiyası;

–   dünyanın istənilən nöqtəsində hotel rezervasiyası;

–   ölkə daxilində və xaricdə VİP xidmət daxil olmaqla 

transfer,  müxtəlif  restoran,  tədbir,  alış-veriş  və  s. 

kimi kompleks şəkildə xidmətlər;

–   kruizlər;

–   fərdi və qrup halında ekskursiya proqramları;

–   sərgi və xüsusi tədbirlərdə iştirakın təşkili;

–   tim-bildinqlərin (korporativ yığıncaqlar) təşkili;

–   istənilən  ölkədə  konqres  və  simpoziumlara 

səfərlərin təşkili;

–   sığorta təminatı;

–   vizaların təşkili;

Və digər xidmətlər...

Biz korporativ müştərilərlə də əməkdaşlığa hər za-

man hazırıq.

www.zenittour.com



"L.B. audit Xidmeti" şirkəti, "L.B.consulting" 

Hüquq və Məsləhət Şirkəti

Lamiyə Bayramova– direktor

Tel:      (012) 4369675

Ünvan: İnşaatçılar pr. 42/42



“KOÇSistem” MMc

Ali Bülent Kutvan-baş direktor

Tel: (012) 4888040

Ünvan: Demirci Tower Xacalı prospekti, 37



"Sumqayıt Futbol Klubu" MMc

Kamran Quliyev – prezident

Tel:      (012) 409 14 50

Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 85




39

“Muğanbank”da ödənişlər 

daha da rahat oldu

“Muğanbank”  ASC  və  “Modenis” 

MMC əməkdaşlıq müqaviləsi imzala-

yaraq müştərilərinə kreditlərini “E-Manat” terminalların-

dan ödəməyə imkan yaradır. Hazırda “E-manat” şəbəkəsi 

1500-dən  artıq  terminala  malikdir  və    Azərbaycan 

ərazisində  gündən-günə  genişlənməkdədir.  “E-Manat” 

sistemi vasitəsilə kreditlər üzrə  ödənişlər dərhal həyata 

keçirilir və sistemdən istifadə qaydaları çox sadədir. 

Azərbaycan  maliyyə-bank  sektorunun  tanınmış 

qurumlarından  biri  olan  “Muğanbank”  ASC  1992-ci 

ildə  fəaliyyətə  başlamışdır.  Hal-hazırda  bankın  ölkə 

ərazisində  44  filialı  və  6  şöbəsi,  həmçinin  Moskva 

şəhərində  nümayəndəliyi  müştərilərə  hər  növ  bank 

məhsulları  üzrə  keyfiyyətli  xidmət  göstərir.  “Muğan-

bank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Av-

ropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq 

Maliyyə Korporasiyası (IFC), “WorldBusiness Capital Inc.” 

(WBC),  Xarici  Özəl  İnvestisiyalar  Korporasiyası  (OPIC), 

Özəl  Sektorun  İnkişafı  üzrə  İslam  Korporasiyası  (ICD), 

“The Green for Growth Fund” (GGF), Cənub-Şərqi Av-

ropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi 

qurumlarla əməkdaşlıq edir.

“Muğanbank”ın  xidmət  və  məhsulları  haqqında 

ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə 

(+99412 564 35 11) zəng edə və ya www.muganbank.az 

saytına və facebook səhifəsinə keçid ala bilərsiniz.

“Energocredit”lə alınmış 

məhsulların 10 faizi 

müştərilərə geri ödənilir

“Energocredit”  layihəsi  çərçivəsində  müştərilər 

tərəfindən  “Energocredit”lə  alınmış  məhsulların 

dəyərinin 10%-i onlara nağd şəkildə geri ödənilir. Bu-

nunla yanaşı, müştərilərə mütəxəssislərin pulsuz texniki 

dəstəyindən yararlanmaq imkanı da verilir.

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  (AYİB) 

tərəfindən  tətbiq  edilən  “Energocredit”  layihəsinin 

məqsədi  daha  səmərəli  texniki  avadanlıq,  materiallar 

və  məişət  avadanlıqları  əldə  etməklə  yerli  sahibkarla-

ra  və  fiziki  şəxslərə  enerjiyə  ödədikləri  vəsaitə  qənaət 

etmələrinə yardımçı olmaqdır.

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə 

bu  ilin  sentyabr  ayından  qoşulub.  AYİB  layihəni 

gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dol-

ları ayırıb.

Ölkənin  ilk  kommersiya  banklarından  olan 

“DəmirBank”  1989-cu  ildə  fəaliyyətə  başlayıb.  Bankın 

səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan 

Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İn-

kişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xidmətdə sərhəd 

tanımadıq, lider olduq! 

Azərbaycanda  fəaliyyət  göstərən  www.banco.

az  maliyyə  portalının  keçirdiyi  “İlin  Ən  Yaxşıları” 

müsabiqəsində  Yapı  Kredi  Bank  Azərbaycan  internet 

bankçılıq məhsulu ən çox səs toplayaraq birinci yerə la-

yiq görülmüşdür

Daima  “Xidmətdə  Sərhəd  Yoxdur”  strategiyası-

na  sadiq  qalan  Yapı  Kredi  Bank  Azərbaycan  internet 

bankçılıq  xidmətinə  çox  böyük  önəm  verir.  Filiallara 

getmədən,  növbələr  gözləmədən,  internet  vasitəsilə 

sürətli  və  etibarlı  bank  əməliyyatları  üçün  Yapı  Kre-

di  Bank  Azərbaycanın  təqdim  etdiyi  internet  bank-

çılıq  xidmətinin  əsas  üstünlükləri  kart,  bank,  əmanət 

və  kredit  hesabları  haqqında  məlumatlar  əldə  etmək, 

ölkədaxili  və  bankdaxili  pul  köçürmələri,  konvertasi-

ya  əməliyyatlarını  həyata  keçirmək,  əmanət  yatırmaq, 

“Worldcard”dan karta və ya hesaba pul köçürmək, ağıllı 

assistent  və  ağıllı  kitabça  funksiyalarından  yararlan-

maq,  eyni  zamanda  “Worldcard”  borcunu  və  kommu-

nal  ödənişləri  avtomatik  olaraq  ödəmək,  hesab  bildi-

rişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu 

funksiyaların  bir  çoxunun  yerinə  yetirilməsi  üçün  Yapı 

Kredi Bank Azərbaycan mobil bankçılıq məhsulunu da 

müştərilərinin  istifadəsinə  vermişdir.  Mobil  bankçılıq 

məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil 

qurğular üçün yükləyə bilərsiniz.

Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından 

sadə bir müraciət forması doldurmaq kifayət edir. İnter-

net bankçılıq xidmətindən bankın müştərisi olan hüqu-

qi və fiziki şəxslər, “Worldcard” sahibləri və World Üzv 

Ticarət Obyektləri yararlana bilər. Qeyd edək ki, xidmətə 

qoşulmaq ödənişsizdir.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində 

fiziki  və  hüquqi  şəxslər  üçün  müxtəlif  məhsul  və 

xidmətlər təklif edir. Bank yarandığı gündən “Xidmətdə 

sərhəd yoxdur” prinsipinə sadiq qalaraq müxtəlif çeşid-

li kredit və depozit məhsulları, eyni zamanda kredit və 

debet  kartları,  pulköçürmə,  sığorta,  internet  bankçılıq, 

mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon 

Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə 

təqdim edir.

Bankın  məhsul  və  xidmətləri  ilə  bağlı  məlumatı 

daim yenilənən www.yapikredi.com.az və https://www.

facebook.com/YapiKrediAz  

səhifələrindən, 

eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon 

Mərkəzindən əldə edə bilərsiniz.



aTİB ÜzvlƏRİnDƏn XƏBƏRlƏR


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə