EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

43

Bizim  insan  resursları  ilə  bağlı  hədəfimiz  “Yüksək 

Göstəriciləri, Güclü İstedadları və Liderliyi, İşinə Həvəsli, 

Fərqli və Əhatəli Vahid Mədəniyyətli Komanda kimi Son 

Dərəcədə Bacarıqlı Seçilmiş İşəgötürən Olmaqdı”.

Bizim 2015-ci il hədəflərimiz:

• 

Liderlik Qabiliyyəti



• 

Müxtəliflik və Əhatəlilik

• 

Sağlamlıq və Təhlükəsizlikdir.



Biz  biznes  qurmaq  istəyinin  insanları  yetişdirmək 

istəyindən  asılı  olduğuna  inanırıq.  Şirkət  üçün  doğru 

əməkdaşlar tapmaq çox vacibdir, lakin iş bununla bitmir. 

İnanırıq ki, istedad vacibdir, lakin kifayət deyil, liderliyin 

inkişafı 2020 və daha uzaq hədəflərimizin əsas açarıdır, 

odur ki, biz liderliyin inkişafına yönəlmişik. Bizim funksi-

onal və liderlik bacarıqlarının inkişafı təlimlərimiz var. Biz 

əməkdaşlarımızı böyük diqqətlə dəyərləndirir və onların 

hər biri üçün individual inkişaf proqramları tərtib edirik. 

Üzərində  işlədiyimiz  digər  bir  istiqamət  müxtəliflikdir. 

Belə  ki,  şirkətimiz  daxilində  “Qadınlar  Klubu”  təsis  et-

mişik və bu klubun əsas məqsədləri qadın əməkdaşların 

bacarıqlarının artırılması və şirkət daxilində qadın sayının 

çoxaldılmasıdır. Bundan əlavə, sağlamlıq və təhlükəsizlik 

iş fəaliyyətimiz üçün çox mühüm əhəmiyyət kəsb edir. 

Biz  hər  bir  iclasımızı  təhlükəsizlik  mesajı  ilə  başlayırıq 

və mən də daxil olmaqla, hər şöbədən nümayəndələrin 

olduğu aylıq sağlamlıq və təhlükəsizlik iclasları keçiririk.



Fikrinizcə,  iş  həyatında  uğurun  sirri  nədədir?  Uğurlu 

iş  adamı  olmaq  üçün  hansı  keyfiyyətlərə  malik  olmaq 

lazımdır?

Düşünürəm  ki,  uğurun  tərifindən  asılı  olmayaraq, 

bütün  uğurlu  iş  adamları  üçün  eyni  olan  çoxlu  sayda 

ümumi  xüsusiyyətlər  var.  Əlbəttə  ki,  doğru  zamanda 

doğru yerdə olmaq əsas amildir, lakin bununla bərabər, 

uğura doğru yolda atılmalı olan bəzi addımlar var. 

Ən əhəmiyyətli addım pozitiv olmaqdır. Mənfi təsirli 

mühitdən  özümüzü  gözləməliyik,  uğursuzluğa  deyil, 

hər  zaman  ancaq  müvəffəqiyyətə  köklənməliyik.  İd-

mançı  olaraq  deyə  bilərəm  ki,  uğur  bir  marafondur, 

yaxın  məsafəyə  qaçış  deyil.  Ona  görə  də  hədəfə  çat-

mayana qədər təslim olmamalıyıq. Ən mühüm sərmayə 

insanın  özünə  qoyduğu  sərmayədir.  Yenə  özümdən 

nümunə gətirməli olsam, "Coca-Cola"da işə başladığım 

ilk ildə özüm üçün bir neçə hədəf qoymuşdum. Xarici 

dil  öyrənməyi,  magistratura  təhsili 

almağı,  texniki  mövzulara  aid  fərqli 

təlim  proqramlarında  iştirak  etməyi 

və nəhayət, dünyanı gəzərək müxtəlif 

mədəniyyətli insanlar tanımağı fərdi 

inkişaf planım olaraq təyin etmişdim 

və növbəti illər ərzində bu plana sa-

diq qalaraq tətbiq etməyə başladım. 

Və bugünə kimi də hədəfimdən ya-

yınmadım. Hələ Antarktidada olma-

sam  da,  digər  bütün  qitələrdəki  74 

ölkəyə  səyahət  etmişəm.  Hədəfim 

2020-ci  ilə  kimi  bu  rəqəmi  100-ə  qaldırmaqdır.  Yeni 

coğrafiyaları tanımaq, insanlarla ünsiyyətə girib, dünya-

nın dörd bir tərəfində dostluqlar qurmaq bir insanın özü 

üçün edə biləcəyi ən böyük sərmayədir, zənginlikdir.

Bir  iş  adamı  olaraq  özünün  yeni  işini,  biznesini  qur-

maq istəyən gənclərə nə tövsiyə edərdiniz? 

Bir insanın xarakterində sahibkarlıq ruhunun olması 

vacibdir. Ancaq yalnız bu keyfiyyət uğurun açarı deyil. 

Hər  zaman  düşünmüşəm  ki,  sevdiyin  işi  görməlisən. 

Digər bir amil isə səbirdir, çünki əksər halda uğur tezliklə 

əldə olunmur. Müəyyən bir səviyyəyə nail olana qədər 

iş  başında  olmaq  vacibdir.  Adətən  uzaq  məsafədən 

nəzarətlə  və  ya  öhdəlikləri  başqa  bir  rəhbərin  üzərinə 

atmaqla  görülən  işlər  uğurla  nəticələnməz.  Öz  işi-

ni  qurmaq  istəyən  hər  kəsə  araşdırmanın  və  inkişafın 

əhəmiyyətini  başa  salaraq,  hədəflərini  yalnız  yaşadığı 

bölgə  və  coğrafiya  ilə  deyil,  qlobal  ölçüyə  görə  təyin 

etmələrini tövsiyə edirəm.

Azərbaycanda  iş  adamlarını  bir  araya  gətirən  ATİB 

kimi birliklərin önəmi nədən ibarətdir və ATİB-in gələcək 

fəaliyyəti ilə bağlı hansı tövsiyələriniz var?

İşgüzar  birliklər  yalnız  maliyyələşdirməyə,  iş  yerləri 

sayının  artırılmasına  və  özəl  müəssisələrlə  bağ-

lı  qərarların  qəbul  edilməsinə  deyil,  həmçinin  şəxsi 

bizneslə  bağlı  sosial  siyasətə  də  dəstək  olmaqla  mü-

hüm əhəmiyyət kəsb edirlər. Könüllülər tərəfindən ya-

radılaraq, peşəkar menecerlər tərəfindən idarə olunan 

bu  birliklər  fəaliyyət  göstərdikləri  ölkələrdə  iqtisadi, 

siyasi  və  sosial  strukturları  inkişaf  etdirən  əhəmiyyətli 

təşkilatlara  çevrilmişlər.  Dayanıqlı  iqtisadiyyatı  olan 

digər  bütün  ölkələr  kimi,  Azərbaycanda  da  fərdi  sa-

hibkarlar  ümumi  maraqlarını  hökumət,  parlament  və 

başqa dövlət və yerli hakimiyyət orqanları, ümumilikdə 

cəmiyyət  qarşısında  təmsil  etməlidirlər.  ATİB  bu  sada-

lanmış tərəflərin birləşmə nöqtəsidir. 

Bizi  bütün  başqa  birliklərdən  fərqləndirən  xüsusi 

keyfiyyət şirkətlərin ATİB ilə tərəfdaş olmaq həvəsidir.

Gələcəyi  qarşılamaq  üçün  ATİB-i  Azərbaycanda 

yeni, pozitiv işgüzar mərkəzli körpülər qurmağa doğru 

dəyişək.


B

ir  insanın  xarakterində  sahibkarlıq  ruhunun  ol-

ması  vacibdir.  Ancaq  yalnız  bu  keyfiyyət  uğurun 

açarı  deyil.  Hər  zaman  düşünmüşəm  ki,  sevdiyin  işi 

görməlisən.  Digər  bir  amil  isə  səbirdir,  çünki  əksər  hal-

da  uğur  tezliklə  əldə  olunmur.  Müəyyən  bir  səviyyəyə 

nail  olana  qədər  iş  başında  olmaq  vacibdir.  Adətən  uzaq 

məsafədən  nəzarətlə  və  ya  öhdəlikləri  başqa  bir  rəhbərin 

üzərinə  atmaqla  görülən  işlər  uğurla  nəticələnməz.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə