EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

48

EcoVision

ƏSAS MÖVZU 

davamı  olaraq  nəinki  paytaxt  Bakıda,  həmçinin 

bölgələrdə  də  müasir  İKT  sənayesinin  təşəkkül 

tapacağı,  innovativ  startapların,  həmçinin  sahə 

üzrə  iri  layihələr  həyata  keçirəcək  sahibkarlıq 

subyektlərinin ölkədə “bilik iqtisadiyyatı”nın qurul-

masına böyük töhfə verəcəyi şübhəsizdir.



Sahibkarlıq  subyektlərinə  İKT  sahəsinin  əsasən 

hansı  istiqamətləri  üzrə  güzəştli  kreditlər  verilir  və 

bugünə kimi verilən kreditlərin həcmi nə qədərdir?

İnnovativ  layihələrin  həyata  keçirilməsi,  yeni 

texniki  qurğuların  yaradılması,  İKT  məhsullarının 

istehsalı, yeni texnologiyaların tətbiqi ilə xidmətlər 

göstərilməsi və İKT-nin digər sahələri üzrə fəaliyyət 

göstərən sahibkarlıq subyektləri fondun vəsaiti he-

sabına güzəştli kreditlər ala bilərlər. Bunun üçün sa-

hibkarlar müvəkkil kredit təşkilatlarına, yəni fondla 

əməkdaşlıq  edən  banklara  müraciət  etməlidirlər. 

Layihələr  bankların  mütəxəssisləri  tərəfindən 

təhlil  edilir  və  müsbət  qiymətləndirilənlər  fonda 

təqdim  edilir.  Fond  isə  təqdim  olunan  layihələrin 

ekspertizasını  həyata  keçirir.  Banklar  fondun 

müsbət qərarını aldıqdan sonra kreditlərin sahib-

karlara ayrılması haqqında son qərarı verir. Sahib-

karlara  kredit  vəsaiti  10  min  manatdan  5  milyon 

manatadək 10 ilədək müddətə illik 5 faiz dərəcəsi 

ilə  verilir.  Qeyd  etmək  istərdim  ki,  hal-hazıradək 

fond tərəfindən İKT sektorunda fəaliyyət göstərən 

sahibkarlıq subyektlərinə 4 milyon 600 min manat 

məbləğində kredit vəsaiti verilib.

İnformasiya  texnologiyaları  sahəsində  fəaliyyət 

göstərən xarici şirkətlərlə əməkdaşlıq hansı formada 

aparılır və bu sahədə perspektivlər nədən ibarətdir?

Fond  İKT  sahəsində  beynəlxalq  təcrübəni 

öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu 

təşkilatların nümayəndə heyətləri ilə görüşlər ke-

çirir.  Fondun  əməkdaşları  beynəlxalq  tədbirlərdə 

fəal    iştirak  edir.  Türkiyə,  Böyük  Britaniya,  Finlan-

diya,  Macarıstana  və  Almaniyaya  səfərlər  təşkil 

olunmuş, orada fəaliyyət göstərən analoji fondlar 

və təşkilatların təcrübəsinin öyrənilməsi, həmçinin 

qarşılıqlı əməkdaşlığın qu-

rulması məqsədilə bir sıra 

görüşlər  keçirilmişdir.  Ko-

reya Respublikası, Çin Xalq 

Respublikası, 

Birləşmiş 

Ərəb 


Əmirliklərinin 

səfirləri  ilə  görüşlər  ke-

çirilmiş  və  əməkdaşlıq 

əlaqələrinin 

qurulması 

perspektivləri 

müzakirə 

olunmuşdur. 

Fondun 

təşəbbüsü  ilə  Böyük  Bri-



taniyanın  MTİ  şirkəti 

tərəfindən  təsis  olunmuş 

“TransTech  Capital”  (TTC) 

şirkəti  ölkənin  aparıcı 

təhsil  və  elmi-tədqiqat  mərkəzlərində  görüşlər 

keçirir.  Fond  bu  qurumla  Azərbaycanda  fəaliyyət 

göstərən  ali  məktəblər  və  elmi-tədqiqat  institut-

ları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini 

və texnologiyaların transferini həyata keçirən qa-

baqcıl şirkətlərlə əməkdaşlıq qurmaqda vasitəçilik 

edir.  Adıçəkilən  şirkət  bu  sahədəki  təcrübəsinin 

Azərbaycanda  tətbiqi  və  qarşılıqlı  əməkdaşlığın 

qurulmasında  maraqlı  olduğunu  nəzərə  alaraq, 

ölkəmizdə elm əsaslı potensialın qiymətləndirilməsi 

və  potensialı  yüksək  olan  qurumlarda  texnolo-

ji  transfer  mərkəzlərinin  yaradılması  və  inno-

vativ  layihələrin  maliyyələşdirilməsinin  həyata 

keçirilməsini təklif etmişdir.  

İ

nnovativ  layihələrin  həyata  keçirilməsi,  yeni  texniki  qur-



ğuların  yaradılması,  İKT  məhsullarının  istehsalı,  yeni  tex-

nologiyaların  tətbiqi  ilə  xidmətlər  göstərilməsi  və  İKT-nin 

digər  sahələri  üzrə  fəaliyyət  göstərən  sahibkarlıq  subyektləri 

fondun  vəsaiti  hesabına  güzəştli  kreditlər  ala  bilərlər.  Bu-

nun  üçün  sahibkarlar  müvəkkil  kredit  təşkilatlarına,  yəni 

fondla  əməkdaşlıq  edən  banklara  müraciət  etməlidirlər. 

Layihələr  bankların  mütəxəssisləri  tərəfindən  təhlil  edi-

lir  və  müsbət  qiymətləndirilənlər  fonda  təqdim  edilir.  Fond 

isə  təqdim  olunan  layihələrin  ekspertizasını  həyata  keçirir.



49

Fərid  müəllim,  Azərbaycanda  elektron  ticarətin  ilk 

təşəbbüsçülərindən  biri  kimi    ölkəmizdə  elektron  ticarətin 

vəziyyətini necə qiymətləndirirsiniz?

Azərbaycanda  elektron  ticarətin  vəziyyətindən  danışı-

rıqsa, düşünürəm ki, buna iki istiqamətdən baxmaq lazım-

dır.    Vətəndaşların  xarici  və  yerli  e-ticarət  portallarından 

etdiyi alış-verişə görə vəziyyəti qiymətləndirmək lazımdır. 

Əlbəttə ki, xarici elektron ticarət resurslarından edilən 

alış-verişin həcmi dəfələrlə çoxdur. Buna əsas səbəb ge-

niş  mal  çeşidi  və  qiymətlərin  aşağı  olmasıdır.  Məsələn, 

bu gün telefonu internet vasitəsilə Dubaydan alıb Bakıya 

gətirmək  onu  Bakıdan  almaqdan  ucuz  başa  gəlir.  Düz-

dür, bu zaman mal zəmanətli olmur, amma risk edənlər, 

buna  önəm  verməyənlər  kifayət  qədərdir.  Geyimdə  isə 

qiymətdən əlavə çeşid də önəmlidir. Xarici saytlarda bu 

tip malların çeşidinin sayı-hesabı yoxdur. İnsanlar bir çox 

halda kimlərsə tərəfindən seçilib ölkəyə gətirilən və ticarət 

mərkəzlərində  satılan  məhsulları  almaqdansa  internet 

vasitəsilə daha fərqli və nisbətən ucuz məhsulları almağa 

üstünlük verirlər. Məsələn, həyat yoldaşım özü və qızımız 

üçün alış-verişin 90 faizini xarici e-ticarət portallarından 

edir. Yüzlərlə belə ailə tanıyıram. İnternet üzərindən alış-

veriş həm sərfəli, həm də rahatdır.

Elektron  ticarət  xidməti  göstərən  yerli  saytlarımız 

da  var.  Onların  dövriyyəsi  beynəlxalq  e-ticarət  por-

tallarına  nisbətən  çox  cüzidir.  Xidmət  verən  şirkətlər 

məhsulsatanlardan  daha  çox  istifadə  olunur.  Sığorta, 

yemək sifarişi, malları real həyatda alıb müştəriyə çatdı-

ran əlaqələndiricilər, səyahət və s. kimi xidmətlərin sayt-

ları daha çox populyardır. Potensial var, amma deyərdim 

ki, hazırda yerli e-ticarət resurslarının dövriyyəsi potensial 

imkanlardan çox aşağıdır.



Müasir  dövrümüzdə  şirkətlər  öz  müştəriləri  ilə 

münasibətlərini,  demək  olar,  internet  vasitəsilə  qurur  və 

xidmətlərini virtual olaraq təşkil edirlər. Fikrinizcə, ölkəmizdə 

iş  adamlarının  elektron  ticarətə  maraq  göstərməməsinin 

səbəbi nədir?

Düz deyirsiniz. İnkişaf etmiş ölkələrdə bugün şirkətlər 

müştərilərlə münasibətlərini əsasən internet vasitəsilə qu-

rur. Təəssüf ki, bizdə hələ ki elektron xidmətlərin səviyyəsi  

belə deyil.

Şirkət  rəhbərlərimiz  hesab  edirlər  ki,  müştərilər  buna 

hazır  deyillər.  İnkişaf  etmiş  ölkələrdə  elektron  ticarətdən 

istifadə edənlərin əksəriyyətini orta təbəqə təşkil edir. On-

lar daima işdə olan, normal maaş alan və vaxtlarının çox 

hissəsini kompüter arxasında keçirənlərdir. Təəssüf ki, bi-

zim bir çox şirkət rəhbərləri bu təbəqənin bizdə az olduğu-

nu və nəzərəçarpacaq dövriyyə yaratmağa qadir olmadı-

ğını düşünürlər. Bir sözlə, belə bir bəhanə gətirilir ki, bizdə 

İnsanları elektron ticarətə hazırlamaq 

və bazar yaratmaq lazımdır

“GoldenPay” ASC-nin təsisçisi və idarə heyətinin sədri Fərid İsmayılzadə “EcoVision” jurnalının suallarını cavablandırır



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə