EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   24   25   26   27   28   29   30   31   32

61

İnformasiya  texnologiyalarının  inkişafı  sahəsində 

baş  verən  son  sıçrayışlar  və  dinamik  inkişaf  biznes 

subyektlərinin  fəaliyyət  dairəsinin  genişlənməsində  yeni 

imkanlar  formalaşdırır.  Artıq  əmtəə  və  xidmətlərin  mad-

di  aləmdəki  dövriyyəsində  baş  verən  rəqabət  öz  yerini 

getdikcə virtual aləmə verməkdədir. 

Elektron  satış  sistemlərinin  inkişafı  sahibkarlara  öz 

əmtəə və xidmətlərini internet üzərindən satmağa kömək 

edir. Bu baxımdan elektron ticarət (e-ticarət) müasir dövrdə 

biznesin  əmtəə  və  xidmətlərini  bazarda  realizə  etməkdə 

müraciət etdiyi ən əlverişli satış vasitələrindən biridir. 

Elektron  ticarət  sifarişçi  tələblərinin  formalaşması-

na əsaslı təsiretmə imkanı təklif edir ki, bu da bazarların 

quruluşunu  ya  kökündən  dəyişdirir,  ya  da  tamamilə  yeni 

tipli bazarların formalaşmasına şərait yaradır. İstehlakçılar 

əmtəələrin  və  xidmətlərin  əldə  edilməsi  proseslərinə,  in-

formasiya  əlyetərliyinə  və  biznes  strukturları  ilə  qarşılıqlı 

əlaqədə tamamilə yeni imkanlara malik olur. Bu vaxt seçim 

imkanı coğrafi və vaxt məhdudiyyətindən asılı olmur.

Elektron  texnologiyalar  istehsalçılara  müxtəlif  alıcı-

lıq  qabiliyyətli  maksimal  istehlakçılar  auditoriyasına  da-

xil  olmaq,  onlara  öz  sifarişlərini  yoxlamaq,  tələb  bazarını 

genişləndirmək, özləri haqqında müfəssəl məlumatı pay-

laşmaq imkanı verir. 

E-ticarət alıcı və satıcılara aşağıdakı imkanlardan eyni 

dərəcədə yararlanmağa imkan verir:

•   Biznesin dünya səviyyəsində həyata keçirilməsi;

•  Sahibkarlıq  subyektlərinin  rəqabətqabiliyyətliyinin 

yüksəlməsi;

•   İstehlakçı ilə birbaşa əlaqənin qurulması: bazarın bütün 

təbəqələri ilə birbaşa əlaqə quraraq onların tələblərinin 

öyrənilməsi və həmin ehtiyaclara uyğun çevik məhsul 

təklif etmək imkanının formalaşması;

•   İstehlakçıların tələblərinə cəld reaksiya verilməsi;  

•   Kommersiya xərclərinə qənaət olunması və s. imkanları 

sadalamaq olar.

Müasir dövrdə elektron ticarət vasitəsilə başlıca olaraq 

aşağıda qeyd edilən fəaliyyət növləri həyata keçirilir: 

1.  elektron  sistemlərindən  istifadə  etməklə  müştəri 

tərəfindən sifariş olunub dəyəri ödənilən və çatdırılan 

“fiziki” malların satışı; 

2.   elektron əmtəələrin satışı (proqramlar, musiqilər və s.); 

3.   real vaxt kəsimində maliyyə xidmətlərinin realizə olun-

ması (broker, maliyyə xidmətləri və s.); 

4.   informasiya  xidmətlərinə  çıxışın  əldə  olunması 

(məsələn, biznes üçün əhəmiyyətli məlumatlar); 

5.   telekommunikasiya  xidmətləri  (məsələn,  vebinarların, 

videokonfransların keçirilməsi və s.). 

Qeyd edək ki, e-ticarət əməliyyatları əqdlərin aparılma-

sı formasına görə aşağıdakı növlərə bölünür: 

•  Business-to-business (B2B). E-ticarətin bu növü şirkətlər 

(sahibkarlar) arasında mövcud olan elektron kommersi-

ya münasibətlərini müəyyən edir;

•  Business-to-consumer (B2C). E-ticarətin B2C növü biz-

nes  strukturları  ilə  istehlakçıların  internet  üzərindən 

əlaqələrini ehtiva edir;

•  Consumer-to-consumer  (C2C).  E-ticarətin  C2C 

növü  iki  istehlakçı  arasında  baş  verən  virtual  biznes 

münasibətlərini müəyyən edir;

•  Business-to-goverment  (  B2G  ).  Bu  növ  əməkdaşlıq 

dövlət  qurumları  ilə  şirkətlər  arasında  aparılan 

e-ticarətin izahını verir.

Qeyd edək ki, beynəlxalq aləmdə ticarət dövriyyəsində 

mühüm yeri olan e-ticarətin həddinin 2015-ci ildə rekord 

göstəriciyə – 1 700 mlrd. ABŞ dollarına çatması gözlənilir. 

Diaqram  1-dən  də  göründüyü  kimi,  e-ticarətin  illər  üzrə 

həcmi artımla müşahidə olunur. Belə ki, dünya iqtisadiy-

yatında elektron vasitələrlə ticarət əməliyyatlarının həcmi 

2012-ci ildə 1 058 mlrd., 2013-cü ildə 1 233 mlrd., 2014-

cü ildə 1 471 mlrd. ABŞ dolları həcmində olmuşdur. Qeyd 

edək  ki,  beynəlxalq  ekspertlərin  proqnoz  hesablamaları-

na  görə,  dünya  üzrə  e-ticarətin  həcmi  artmaqda  davam 

edərək 2015-ci ildə 1 700 mlrd., 2016-cı ildə 1 922 mlrd., 



azərbaycanda biznesin inkişafında

elektron ticarətin yeri və rolu

Ruslan Atakişiyev  | İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti


62

EcoVision

TƏHLİL


2017-ci ildə isə 2 143 mlrd. ABŞ dolları səviyyəsində 

olması gözlənilir. 



Diaqram 1

Dünya  üzrə  istehlakçılar  üçün  e-ticarətin  əsas 

göstəriciləri

mlrd. ABŞ dolları



Mənbə: Divante Business Services təqdimatları 

Dünya üzrə elektron ticarətin paylanmasına görə 

Asiya  və  Sakit  okean  hövzəsi  ölkələri  33,4%,  Şimali 

Amerika 31,7%, Qərbi Avropa 24,6%, Latın Amerikası 

4,2%, Mərkəzi və Şərqi Avropa 3,8%, Orta Şərq və Af-

rika 2,3% paya malikdir. Rəqəmlərdən də göründüyü 

kimi Asiya və Sakit okean hövzəsi regionu dünya üzrə 

elektron kommersiyanın həyata keçirildiyi ən qabaq-

cıl məkandır. 

Onu  da  qeyd  edək  ki,  e-ticarət  vasitəsilə  dünya 

bazarında  ixracat  əməliyyatlarında  böyük  paya  ABŞ, 

Böyük Britaniya, Skandinaviya ölkələri, Fransa malik-

dir. 

Ümumiyyətlə,  e-ticarət  sahəsində  əməliyyatların 



həyata  keçirilməsində  dünyaca  məşhur  brendlər 

içərisində  "Amazon",  "Uoll-Mart"  və  "Alibaba"  kimi 

elektron satış marketləri daha da seçilməkdədir.  

Azərbaycanda  “Elektron  ticarət  haqqında”  qanu-

nun  2005-ci  ildə  qəbul  olunması  bu  sahənin  hüqu-

qi bazasının formalaşmasına təkan verdi. Buna bax-

mayaraq  e-ticarətin  inkişafı  ölkədə  elektron  ödəmə 

sistemlərinin  təkmilləşməməsi  səbəbindən  növbəti 

illərdən başlayaraq mümkün olmuşdur. 

Qeyd  edək  ki,  “SilverKey  Azərbaycan”  şirkətinin 

2008-ci  ildə  Azərbaycanda  ilk  dəfə  olaraq  “Visa” 

və  “MasterCard”  tərəfindən  xüsusi  lisenziya  almış 

“GoldenPay”  adlı  elektron  ödəmə  sistemi  qurub, 

öz  xidmətini  dövlət  və  özəl  müəssisələrə  təqdim 

etdikdən  sonra  ölkəmizdə  e-ticarət  formalaşmağa 

başlamışdır. 

Hal-hazırda Azərbaycanda elektron ticarətin inki-

şafına geniş imkan yaradan onlayn ödəmə sistemləri 

formalaşdırılır. Bu istiqamətdə plastik kartların bura-

xılışı, bankomatların yerləşdirilməsi o cümlədən pos 

terminalların  quraşdırılması  ilbəil  artırılmaqdadır.  

Azərbaycan Mərkəzi Bankının 2015-ci il martın 1-nə 

olan statistik göstəricilərinə əsasən ölkəmizdə 6 042 

min ədəd plastik kart var. Onlardan 2 447 min ədədi 

sosialyönümlü, 1 441 min ədədi əməkhaqların alın-

ması,  1  319  min  ədədi  kredit  və  834  min  ədədi  də 

digər məqsədli kartlardan ibarətdir. 

Bununla yanaşı cari ilin 1 mart tarixinə olan sta-

tistik  məlumata  əsasən,  respublikamızda  2  622 

bankomat,  77041  ədəd  isə  pos  terminal  quraşdırıl-

mışdır. Ölkə üzrə posterminalların 50387 ədədi Bakı 

şəhərində, 26 654 ədədi isə regionların payına düşür. 



Diaqram 2

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi

min manatla



Mənbə: Azərbaycan Respublikasının Dövlət Statis-

tika Komitəsi 

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 

2014-cü  ilin  1  yanvarına    respublikamızda  elektron 

pərakəndə  ticarət  dövriyyəsinin  həcmi  2  586,0  min 

manat təşkil etmişdir. Həmin dövrdə ölkə üzrə ümumi 

pərakəndə ticarət dövriyyəsi 19 655,9 milyon manat 

olmuşdur ki, bunun da tərkibində elektron pərakəndə 

ticarət dövriyyəsi 0,013% təşkil etmişdir.

Diaqram  2-dəki  statistik  məlumatlarda  gördü-

yümüz  kimi,  elektron  pərakəndə  ticarət  dövriyyəsi 

2012-ci ildə 1 599,0 min manat, o cümlədən hüquqi 

şəxslər tərəfindən aparılan əməliyyatlar 1 278,2 min 

manat, fiziki sahibkarlar üzrə isə 321,6 manat olmuş-

dur. Müvafiq olaraq da həmin göstərici 2013-cü ildə  

2 586,0 min manat,  hüquqi şəxslər tərəfindən aparı-

lan əməliyyatlar 2 137,0 min manat, fiziki sahibkarlar 

üzrə isə 449,0 manat təşkil etmişdir.

Ölkə üzrə elektron pərakəndə ticarət dövriyyəsinin 

fiziki həcmi 2013-cü ildə 2012-ci ilə nisbətən artaraq 

158,6 faiz təşkil etmişdir. 

Azərbaycanda  e-ticarətin  təşkili  və  həyata 

keçirilməsinin  hüquqi  əsaslarını,  onun  iştirakçıları-

nın  hüquq  və  vəzifələrini,  həmçinin  qanunvericiliyin 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə