EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

54

EcoVision

ƏSAS MÖVZU 

bu sektorun nə qədər gəlirli və potensial olduğunu 

görsünlər, məlumatları olsun.  

Sahibkar  bilməlidir  ki,  elektron  ticarət  ona  nə 

qazandıracaq,  bu  sahənin  hansı  üstünlükləri  var. 

Müəyyən  pozitiv  mesajlar  çatdırılmalıdır  ki,  sahib-

karlar  da  bu  sahənin  inkişafında  maraqlı  olsunlar. 

Düşünürəm  ki,  sahibkarlarla  aparılacaq  birinci  iş 

maarifləndirmə  olmalıdır.  İkinci  təhlükəsizliklə  bağlı 

təminat olmalıdır. Bu mesajlar verilməlidir ki, sahibkar 

da güvənli olsun. Bunlarla yanaşı, öncə qeyd etdiyim 

kimi,  stimullaşdırıcı  vergi  güzəştləri,  onlayn  ödəniş 

güzəştləri tətbiq olunmalıdır ki, iş adamları bu sahəyə 

maraq göstərsin, investisiya yatırmış olsunlar. 

Sahibkarlar  görməlidir  ki,  onlayn  ticarətdə  işıq 

pulu, qaz pulu, su pulu, icarə pulu və digər ödənişlər 

yoxdur, hər şey internet üzərindən görülür, o zaman 

onlar da bu sektora maraq göstərəcəklər. Bunun üçün 

isə maarifləndirici işlər görmək lazımdır. 



Osman  müəllim,  artıq  bir  neçə  ildir  Azərbaycan 

Respublikası Rabitə və İnformasiya Texnologiyaları Na-

zirliyinin  tabeliyində  İnformasiya  Texnologiyalarının 

İnkişafı Dövlət Fondu yaradılıb. Fond bu sektorda öz 

biznesini qurmaq istəyənlərə dəstək verir, layihələrini 

maliyyələşdirir. İnformasiya Texnologiyalarının İnkişafı 

Dövlət Fondunun Müşahidə Şurasının üzvü olaraq bu 

istiqamətdə görülən işlərlə bağlı nə deyə bilərsiniz?

Bildiyiniz  kimi,  İnformasiya  Texnologiyaları-

nın  İnkişafı  Dövlət  Fondunun  əsas  prioritetlərindən 

biri  də  elektron  ticarət  yönümlü  startaplara  dəstək 

verməkdir. Artıq iki qrant müsabiqəsi keçirilib və bir 

neçə  startapa  dəstək  verilib.  Bəli,  hökumət  imkanı 

daxilində, müəyyən məbləğdə qrant verir. Orada da 

bu, prioritetdir ki, yeni başlayan sahibkarlara dəstək 

verilsin.  Ola  bilsin,  gələcəkdə  bu  dəstək  daha  da 

güclənəcək.  Düşünürəm  ki,  Azərbaycanda  elektron 

ticarətin inkişafı üçün İnformasiya Texnologiyalarının 

İnkişafı Dövlət Fondu ilə yanaşı sahibkarlığın inkişa-

fına  dəstək  verən  digər  qurumlar,  bir  çox  nazirliklər 

də bu sahəyə dəstəyini gücləndirməlidir. Bu qurumlar 

sahibkarları maraqlandırmalıdır ki, bu sahədə böyük 

biznes var, burada böyük imkanlar, perspektivlər var. 

Artıq görürük ki, bir çox 

ölkələrdə  elektron  ticarətin 

həcmi  milyardlarla  ölçü-

lür.  Əvvəllər  bizdə  plastik 

kartlar yox idi, problem idi, 

amma indi hər kəsdə plas-

tik  kart  var.  Deməli,  istəsə, 

onlayn  ödəniş  edərək 

müəyyən 

xidmətlərdən 

yararlana,  alış-veriş  edə 

bilər. 


Hesab 

edirəm 


ki,  kompleks  tədbirlər 

görülsə, 

Azərbaycanda 

elektron  ticarətin  poten-

sialı  yüksəkdir.  Stimul-

laşdırıcı, 

motivasiyaedici, 

maarifləndirici  addımlar  atılsa,  bir  çox  ölkələri  bu 

sahədə qabaqlaya bilərik. 

Osman 

müəllim, 

Sizin 

təşkilatçılığınızla 

respublikamızda  İKT  sektorunu  inkişaf  etdirmək,  ən 

yaxşı  internet  və  İT  layihələrini  üzə  çıxarmaq,  inno-

vativ  ideyaların  uğurlu  biznes  sahəsinə  çevrilməsinə 

yardım etmək məqsədilə  artıq bir neçə ildir “Startup 

Azərbaycan” layihəsinin icrasına başlanılıb. İstərdik bu 

barədə məlumat verəsiniz.

Artıq  üçüncü  ildir  biz  “Startup  Azərbaycan” 

layihəsini  həyata  keçiririk.  Azərbaycanda  elek-

tron  biznesin  inkişafına  dəstək  vermək,  yeni  biz-

nes  layihələrinin  tanıdılması,  layihə  müəllifləri  ilə 

investorların  görüşünü  təşkil  etmək  üçün  belə 

bir  layihə  həyata  keçiririk.  “Startup  Azərbaycan” 

layihəsi  çərçivəsində  elektron  bizneslə  məşğul  ol-

maq istəyənlərin müsabiqəsi təşkil olunur. Hazırda da 

müsabiqə davam edir. Ekspertlərimiz 22 layihəni yox-

layır. Layihə müəllifləri ekspertlər qarşısında təqdimat 

keçirirlər. İşin qurulması, maliyyənin əldə olunması və 

digər məsələlərlə bağlı məlumat verirlər. Bu layihənin 

bir istiqaməti budur. Digər istiqamət isə odur ki, qalib 

gələn layihələrin rəhbərlərini investorlarla görüşdürü-

rük. Bizdə qeydiyyatdan keçən investorlar var ki, seçil-

miş layihələrin sahibləri həmin investorlarla görüşüb 

öz ideyalarını bölüşürlər. Danışıqlar aparmaq, investi-

siya qazanmaq imkanı əldə edirlər. Bununla yanaşı, öz 

biznesini  qurmaq  istəyən  şəxslərə  komanda  forma-

laşdırmaqda,  təqdimatının  keçirilməsində  köməklik 

göstəririk. Onlara ekspert dəstəyi veririk.  

Ölkəmizdə  elektron  ticarət  sektorunun  potensial 

imkanlarının  daha  böyük  olduğuna  inanırıq.  Ümid 

edirik  ki,  istər  vətəndaş  cəmiyyəti  qurumlarının  və 

özəl  şirkətlərin  həyata  keçirdikləri  layihələr,  istərsə 

də dövlət dəstəyi nəticəsində Azərbaycanda elektron 

ticarət sektoru inkişaf edəcək və bu sahədə də  regio-

nun liderinə çevriləcəkdir. 

 

S



ahibkar  bilməlidir  ki,  elektron  ticarət  ona  nə  qazandıra-

caq,  bu  sahənin  hansı  üstünlükləri  var.  Müəyyən  pozitiv 

mesajlar çatdırılmalıdır ki, sahibkarlar da bu sahənin inkişa-

fında  maraqlı  olsunlar.  Düşünürəm  ki,  sahibkarlarla  aparıla-

caq birinci iş maarifləndirmə olmalıdır. İkinci təhlükəsizliklə 

bağlı təminat olmalıdır. Bu mesajlar verilməlidir ki, sahibkar 

da  güvənli  olsun.  Bunlarla  yanaşı,  öncə  qeyd  etdiyim  kimi, 

stimullaşdırıcı  vergi  güzəştləri,  onlayn  ödəniş  güzəştləri 

tətbiq olunmalıdır ki, iş adamları bu sahəyə maraq göstərsin, 

investisiya yatırmış olsunlar. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə