EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   24   25   26   27   28   29   30   31   32

59

Azərbaycanın  iqtisadi  həyatının  ənənəvi  və  ayrılmaz 

hissəsinə çevrilmiş “Xəzər Neft və Qaz” (“Caspian Oil and 

Gas”) sərgi və konfransı iyun ayının birinci həftəsində start 

götürür.  Təsis  edildiyi  vaxtdan  bəri  “Xəzər  Neft  və  Qaz” 

sərgisində uzun illərdir ki, bu sahənin əsas şirkətləri iştirak 

edir. Bu isə sözügedən forumun həm aktuallığından, həm də 

zəruriliyindən xəbər verir. Bu il “Xəzər Neft və Qaz” sərgisi 

ziyarətçilər  üçün  nə  hazırlayır?  Biz  bu  barədə  sərginin 

təşkilatçıları, layihə meneceri Tofiq Kərimovla söhbət etdik. 

-  

“Xəzər  Neft  və  Qaz”  sərgi  və  konfransı  müasir 

Azərbaycanın  müstəqilliyi  ilə,  demək  olar  ki,  həmyaşıddır. 

İlk  dəfə  1994-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  keçirildiyi  vaxtdan  bəri  “Xəzər  Neft  və  Qaz” 

sərgisi ölkənin energetika sektorunun aparıcı tədbirlərindən 

biri olaraq qalır. Bu il Bakı artıq 22-ci dəfə “Xəzər Neft və 

Qaz”  sərgisinin  iştirakçıları  və  ziyarətçilərini  qarşılayacaq. 

Siz  Azərbaycanın  neft-qaz  kompleksinin  inkişafında  bu 

sərginin rolunu necə səciyyələndirərdiniz?

Artıq  20  ildən  çoxdur  ki,  “Xəzər  Neft  və  Qaz” 



sərgi  və  konfransı  hər  il  öz  meydançasında  bütün  dün-

yanın neft sənayesi liderlərini bir araya gətirməklə yana-

şı,  dünya  ictimaiyyətinin  diqqətini  Azərbaycana  yönəldir. 

Sərgi  dünya  neft-qaz  icmasının  mütəxəssisləri  arasında 

əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platformadır 

və ən yeni layihələrin işıqlandırılması, həmin layihələrlə ta-

nışlığı, habelə əməkdaşlığın inkişaf etdirilməsi və investisi-

ya layihələrinin icrası üzrə yeni təmayül və perspektivlərin 

öyrənilməsinə imkan yaradır. Şübhəsiz ki, ölkə rəhbərliyinin 

diqqəti  və  dəstəyi  olmadan  sərgi  bu  statusa  nail  ola 

bilməzdi.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab       

İlham Əliyevin hər il açılış mərasimində iştirak etməsi “Xəzər 

Neft  və  Qaz”  sərgisi  üçün  böyük  əhəmiyyət  kəsb  edir. 

Azərbaycan  Respublikası  Energetika  Nazirliyinin,  habelə 

ARDNŞ-nın  çoxillik  əməkdaşlığı  və  dəstəyi  nəticəsində 

bu sərgi və konfrans dövlət və özəl layihələr çərçivəsində 

etibarlı tərəfdaşlıq axtaran milli və xarici şirkətlər arasında 

əməkdaşlıq  körpüsünə  çevrilmişdir.  Bu  illər  ərzində  sərgi 

vasitəsilə yüzlərlə şirkət Xəzəryanı regionun bazarına da-

xil  olmuş  və  özünə  tərəfdaş  tapmışdır.  Bu  sahənin  inno-

vativ  texnologiyaları  isə  ildən-ilə  Azərbaycanın  neft-qaz 

sənayesində öz tətbiqini tapır. Əlbəttə, dövlətin dəstəyi və 

açıq qapılar siyasəti, eləcə də ölkədə fəal surətdə inkişaf 

edən iqtisadiyyat olmadan bütün bunları həyata keçirmək 

çox çətin olardı. Yuxarıda deyilənlərə əsaslanaraq əmin ol-

duğumu bildirirəm ki, “Xəzər Neft və Qaz” sərgisinin böyük 

gələcəyi var. Belə ki, bu gün internet və sosial şəbəkələrin 

inkişaf  etdiyi  bir  dövrdə  sərgilər  tərəfdaşların  bir  araya 

gələrək  görüşməsi  və  şəxsi  münasibətlər  qurması  üçün 

unikal  imkanlar  yaradır.  Göstəricilərə  gəldikdə  isə,  bu  il 

sərgidə dünyanın 27 ölkəsindən 310 şirkət iştirak edəcək. 

“Xəzər neft və Qaz” sərgi və konfransı - neft 

və qaz əməkdaşlığı üzrə beynəlxalq körpü



60

EcoVision

Onların  70%-ni  artıq  dünya  miqyaslı  nüfuza  malik 

məşhur şirkətlər təşkil edir. Almaniya, İtaliya, Çexiya, 

Böyük  Britaniya,  Çin,  Türkiyə  və  Rusiya  kimi  ölkələr 

milli  qruplarla  çıxış  edir.  Həmçinin  ötən  il  keçirilmiş 

sərgi ilə müqayisədə bu il yeni iştirakçıların sayı art-

mışdır. 

-  

Bəs  indiyə  kimi  bu  sərgidə  iştirak  etməyən 

yeni şirkətlərin faiz nisbəti necədir? 

-    Yeni  şirkətlər  sərgi  iştirakçılarının  ümu-

mi  sayının  15%-ni  təşkil  edəcək.  Coğrafi  baxımdan, 

bu  şirkətlər  Azərbaycan,  Malayziya,  Çexiya  və  digər 

ölkələrdəndir.  Qeyd  etmək  istəyirəm  ki,  Çexiya  mil-

li  pavilyonu  ilk  dəfə  olaraq  Azərbaycan  sərgisində 

təmsil  olunur  və  onun  tərkibində  25  çex  şirkəti  var. 

Əvvəllər heç vaxt Azərbaycan bazarında təmsil olun-

mamış İtaliya pavilyonu da sərgidə ayrıca iştirak edir. 

Sponsorların tərkibində də yeni şirkətlər var. Belə ki, 

hazırda sərgi və konfransın 21 sponsoru qeydə alınıb 

ki, onların da arasında “Türkiye Petrolleri” və “Caspian 

Pipe Coatings” şirkətləri debütant şirkətlər kimi çıxış 

edir. 


-  

“Xəzər Neft və Qaz” konfransında hansı möv-

zular müzakirə olunacaq? 

  Bu  il  konfrans  “Mariott  Abşeron  Baku” 



hotelində  keçiriləcək  və  Azərbaycan,  Böyük  Brita-

niya,  Almaniya,  Gürcüstan,  İran,  Türkiyə,  ABŞ  və  bir 

sıra digər ölkələrdən 500 nəfərdən çox mütəxəssis və 

yüksək vəzifəli qonağı bir araya gətirəcəkdir. 

“Xəzər  Neft  və  Qaz”  konfransının  plenar  iclasının 

mövzusu isə belə adlanır: “Avrasiya enerji təchizatının 

təhlükəsizliyində Azərbaycanın rolu”. Plenar iclas zama-

nı Azərbaycan Respublikasının Energetika naziri Natiq 

Əliyevin  çıxışı  nəzərdə  tutulur.  Həmçinin,  konfransda 

ARDNŞ prezidenti Rövnəq Abdullayev, “BP” şirkətinin 

Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezi-

denti Qordon Birell və digər şəxslər də çıxış edəcəklər. 

Konfransda neft-qaz layihələrinin həyata keçirilməsində 

beynəlxalq  əməkdaşlığın  genişləndirilməsi,  iri  neft-

qaz  layihələrinin  maliyyələşdirilməsi  və  sabit  inkişa-

fının  təmin  edilməsi,  neft  və  qazın  Xəzər  regionun-

dan  nəqli  marşrutlarının  diversifikasiyası,  energetika 

vəsaitləri  bazasının  genişləndirilməsi  və  yeni  imkan-

ların  müəyyənləşdirilməsi,  Xəzər  regionunda  ekoloji 

təhlükəsizliyin  təmin  edilməsi,  habelə  Azərbaycanda 

neft-kimya  və  neft  emalının  icmalı  və  inkişaf 

perspektivləri kimi mövzulara toxunulacaq. Konfransın 

ətraflı proqramı yaxın zamanda konfransın rəsmi veb-

saytında (www.oilgasconference.az) yerləşdiriləcək.



-  

Bir təşkilatçı kimi, Siz sərgi çərçivəsində əlavə 

tədbirlərin keçirilməsini nəzərdə tutursunuzmu?  

-  Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, neft 

hasilatı ilə məşğul olan heç bir digər dünya ölkəsində 

tarix və incəsənət neftlə bu qədər sıx bağlı deyil. İş-

tirakçıların diqqətini bu fakta yönəltmək bizim üçün 

çox  xoşdur.  Belə  ki,  bu  il 

“Xəzər Neft və Qaz” sərgisi 

çərçivəsində  “Nobel  qar-

daşları və Bakı nefti. Müka-

fat”  adlı  rəsm  sərgisi  təşkil 

olunacaq.  Nobel  mükafatı 

ilə  Azərbaycanda  neft  ha-

silatının tarixi bir-biri ilə sıx 

bağlıdır. Bundan əlavə, No-

bel  qardaşları  neft  hasilatı-

nın  inkişafına  böyük  töhfə 

vermişlər.  Bu  kolleksiya  bi-

zim  təşəbbüsümüzlə  yara-

dılmış və Nobel qardaşları-

na məxsus neft şirkətinin Azərbaycanda fəaliyyətinin 

135  illiyinə  həsr  olunmuşdur.  Bütün  rəsm  əsərləri 

dəfələrlə öz işlərində neft mövzusunu seçmiş məşhur 

rəssam İrina Eldarovanın fırçasına məxsusdur. 

Biz “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı 

nadir rəsm kolleksiyası ilə hər şeyin nədən başladığı-

nı bir daha xatırlamaq istəyirik. Şübhəsiz ki, bu rəsm 

sərgisi Azərbaycanda neft hasilatı tarixinin işıqlandı-

rılması  və  təbliğatı  işində  daha  bir  mühüm  tədbirə 

çevriləcək.  Biz  bu  kolleksiyanın  yaradılması  ilə  bağlı 

irəli sürdüyümüz ideyanı dəstəkləyən sponsorumuza 

- BP şirkətinə öz minnətdarlığımızı bildirir və sərginin 

fəaliyyət  göstərdiyi  günlərdə  sərgi  qonaqlarını  bu 

möhtəşəm vernisaja dəvət edirik. 

Mən  Azərbaycanda  “Iteca  Caspian”  şirkəti 

tərəfindən keçirilən sərgiləri dəstəklədiyinə görə “Eko-

Vizion” jurnalına öz minnətdarlığımı bildirirəm. Biz ar-

tıq bir neçə ildir bir sıra layihələr çərçivəsində uğurla 

əməkdaşlıq  edirik  və  ümidvarıq  ki,  əməkdaşlığımız 

gələcəkdə də davam edəcək. 

Fürsətdən istifadə edərək neft-qaz sahəsinin bü-

tün  mütəxəssislərini,  eləcə  də  KİV  nümayəndələrini 

2-5 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 

“Xəzər Neft və Qaz” sərgisinə dəvət edirik. 

Ş

übhəsiz  ki,  ölkə  rəhbərliyinin  diqqəti  və  dəstəyi  olma-



dan  sərgi  bu  statusa  nail  ola  bilməzdi.  Azərbaycan  Res-

publikasının  Prezidenti  cənab  İlham  Əliyevin  hər  il  açılış 

mərasimində iştirak etməsi “Xəzər Neft və Qaz” sərgisi üçün 

böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  Respublikası  Ener-

getika  Nazirliyinin,  habelə  ARDNŞ-nın  çoxillik  əməkdaşlığı 

və  dəstəyi  nəticəsində  bu  sərgi  və  konfrans  dövlət  və  özəl 

layihələr çərçivəsində etibarlı tərəfdaşlıq axtaran milli və xarici 

şirkətlər arasında əməkdaşlıq körpüsünə çevrilmişdir. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə