EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

40

EcoVision

ÜZVLƏRDƏN XƏBƏRLƏR



türkiyəli mütəxəssis 

“PaŞa Həyat”da təlim 

keçib

Azərbaycanın  “PAŞA 

Həyat  Sığorta”  şirkəti 

işçilərinin  bilik  və  bacarığının  artırılması  və  daha 

da təkmilləşdirilməsi istiqamətində həyata keçirdi-

yi siyasəti əsas tutaraq Satış və Çağrı Mərkəzinin 

əməkdaşları üçün beynəlxalq təlimçinin iştirakı ilə 

treninq təşkil edib.  

Təlim bu ilin fevral ayının 25-27-də Türkiyənin 

tanınmış  “US  Danışmanlık”  Konsaltinq  Şirkətinin 

rəhbəri,  təcrübəli  təlimçi  Sevda  Güner  tərəfindən 

“PAŞA  Həyat  Sığorta”  şirkətinin  Satış  və  Çağrı 

Mərkəzinin əməkdaşları üçün keçirilib.

Təlimdə  bazar  analizləri,  satışın  taktikası  və 

incəlikləri,  marketinqin  əhəmiyyəti,  Satış  və  Çağrı 

Mərkəzi əməkdaşının davranış qaydaları və digər 

sahələr üzrə geniş təqdimatlar edilib. Təlimçi dərin 

nəzəri  biliklərlə  yanaşı,  müasir  qabaqcıl  təcrübə 

nümunələri  də  nümayiş  etdirmiş  və  real  biznes 

mühitinin praktiki aspektləri ətraflı araşdırılmışdır.

Təlimin  yeni  formalaşmaqda  olan  yer-

li  həyat  sığortası  bazarında  sığortaçı-müştəri 

münasibətlərinin  qurulmasında  və  inkişaf 

etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bil-

dirilmişdir.

“PAŞA  Həyat  Sığorta”  ASC  2011-ci  ilin  fevral 

ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə 

və biznes göstəricilərinə görə şirkət həyat sığortası 

bazarının lideridir. Cari ilin mart ayının 1-nə şirkətin 

nizamnamə  kapitalının  həcmi  40,250  mln.  manat 

təşkil edir.  

“azercell” ölkədə ilk dəfə 

olaraq SMS filtrasiyası 

tətbiq edir 

Mobil  rabitə  xidmətlərindən  istifadə  zama-

nı  abunəçiləri  çox  vaxt  narahat  edən  hallardan  biri 

nömrələrinə çoxlu sayda reklam xarakterli SMS-lərin 

gəlməsidir.  Daim  öz  abunəçilərinin  qayğısına  qalan 

Azərbaycanın  lider  mobil  operatoru  “Azercell  Tele-

kom” ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi 

SMS filtrasiyası imkanını tətbiq edir. SMS filtrini tətbiq 

etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-

lərinin  qarşısını  almaq  mümkündür.  Abunəçi  SMS 

filtrasiya  xidmətindən  çox  asanlıqla  yararlana  bilər. 

Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və 

yaxud  boş  SMS  göndərməklə  arzuolunmaz  reklam 

mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər. 

Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin 

balansından heç bir məbləğ çıxılmır.

Hər  zaman  öz  abunəçilərini  məmnun  etməyi 

düşünən  “Azercell”  şirkəti  bundan  sonra  da 

müştərilərinin  mobil  rabitə  xidmətlərindən  daha 

rahat və sərbəst istifadəsi üçün şərait yaratmaqda 

davam edəcəkdir. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünva-

nına müraciət edə bilərsiniz.

risk navigator – 

risklərdən qorunma və 

risklərin idarə edilməsi 

üçün yeni üsul

aXa MBaSK-dan növbəti yenilik

AXA  MBASK  Sığorta  Şirkəti  korporativ  sosi-

al  məsuliyyət  çərçivəsində  Risk  Navigator  –  yol-

nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin 

istifadəsinə verir.

Risk  Navigator  ilk  növbədə  respublikada  yol-

ların  vəziyyətinin  profilaktikasına  və  yaxşılaşdırıl-

masına  yönəldilmiş  sosial  bir  layihədir.  Bu  resurs 

şirkətin  istər  paytaxtda,  istər  də  respublikanın 

bölgələrində AXA MBASK Şirkətinin yol-nəqliyyat 

hadisələrinin statistikasına əsaslanan məlumatların 

nəşr  edilməsi  və  vizuallaşdırılması  üçün  xüsusi 

işlənib hazırlanmışdır.

Resursa www.axambask.az ünvanından daxil ol-

maq olar.

Şirkətin  və  Risk  Navigator  layihəsinin  əsas 

vəzifəsi  –  istifadəçilərə  YNH-nin  konsentrasi-

ya  yerlərini,  “qəza  ocaqları”nı  aşkarlamaq  imka-

nı  vermək,  beləliklə,  sürücülərin  təhlükəsizlik  və 

marşrutlara  düzəliş  etmələri  məqsədilə  həmin 

yerlərdə  hərəkət  tərzinin  dəyişdirilməsinin  təşkili 

üçün tədbirlər görülməsinə yardım etməkdir.

 Hazırda layihəyə 2014-cü ildən bugünə qədər 

baş  vermiş  yol  hadisələri  barədə  məlumatlar  da-

xil  edilmişdir.  Qəzaların  topoqrafik  təhlili  şirkətin 

ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.

Xəritənin  tətbiqi  çox  sadə  olduğundan  onun 

istifadəsi  İnternet  şəbəkəsinə  çıxışı  olan  hər  kəs 

üçün əlçatandır.

Yaxın zamanlarda xidmətə YNH-nin növü (toq-

quşma,  piyadanın  vurulması  və  s.),  həlak  olanlar 

və ya xəsarət alanların sayı, hadisələrin başvermə 

səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, 

eləcə də müəyyən vaxt ərzində statistikaya sorğu 

vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.

Sığorta  bazarının  liderlərindən  olan  AXA 

MBASK  2010-cu  ildən  etibarən  şirkətin  mövcud 

biznes proseslərinə AXA beynəlxalq standartlarının 

tətbiqi prosesinə başlayıb.

 Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışla-

rın inkişafı planı həyata keçirilməklə qısa müddət 

ərzində bütün Azərbaycan ərazisində fiziki və hü-

quqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri 

ilə  bütün  sığorta  növləri  üzrə  işə  yönəlmiş  80-ə 

yaxın sığorta polisinin satışı məntəqəsi açılmışdır.

Avropa  keyfiyyətli  xidmət,  habelə  ödənişlərin 

vaxtlı-vaxtında  və  tam  həyata  keçirilməsi  şirkətin 

qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi yed-

di beynəlxalq  və milli mükafata layiq görülməsinə 

gətirib çıxarmışdır. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə