EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

31


32

EcoVision

ATİB XƏBƏRLƏRİ

Türkiyə  Cümhuriyyətinin  və  Azərbaycan  Respub-

likasının  himnləri  səsləndikdən  sonra  tədbir  iştirak-

çıları  türk  şəhidlərinin  məzarlarını  ziyarət  edib,  abidə 

kompleksinə çələng qoydular. Daha sonra mərasim iş-

tirakçıları Şəhidlər xiyabanında azərbaycanlı şəhidlərin 

məzarını  ziyarət  edib,  Əbədi  Məşəl  Kompleksi  önünə 

əklil qoydu.

atİB İdarə Heyəti türkiyə–rusiya və 

rusiya–türkiyə iş şuralarının ortaq 

yığıncağında iştirak edib

30  mart  2015-ci  ildə  ATİB  İdarə  Heyətinin  sədri 

Cemal  Yangın,  İdarə  Heyəti  sədrinin  müavini  Mürsəl 

Rüstəmov və İdarə Heyətinin üzvü Rafiq Qarayev Mos-

kvada keçirilən Türkiyə–Rusiya və Rusiya–Türkiyə iş şura-

larının ortaq toplantısında iştirak edib.

Rusiya Ticarət və Sənaye Odasında təşkil edilən yı-

ğıncağa Türkiyə İqtisadiyyat nazirinin müavini Adnan Yıl-

dırım və Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini 

Aleksey Lixaçevin yanında şura üzvləri və iş ətrafından 

nümayəndələr qatıldı.

Yığıncaqda  Türkiyə  ilə  Rusiya  arasındakı  gömrük, 

kənd  təsərrüfatı  və  qida  məhsulları,  qarşılıqlı  investisi-

yalar,  nəqliyyat  kvotaları,  maliyyə  və  bank  sahələrində 

qarşıya çıxan mövzular müzakirə edildi.   

Yığıncaqda  enerji,  kənd  təsərrüfatı  və  turizm 

sahələrində qarşılıqlı təqdimatlar reallaşdırıldı.

Moskvada iş şuralarının ortaq toplantısının ardından 

Türkiyənin  Xarici  İqtisadi  Əlaqələr  Təşkilatının  (DEİK) 

nəzdində olan Dünya Türk İş Şurası (DTİK) Avrasiya bölgə 

komitəsinin iclası keçirildi.

Yığıncağa İqtisadiyyat nazirinin müavini İldırım, DEİK 

İcra Komitəsinin sədri Nail Opak, DTİK üzvləri və Rusiya-

dakı türk iş ətrafının nümayəndələri qatıldı.

DTİK-lə əlaqədar təqdimat filminin nümayişi ilə baş-

layan yığıncaqda ticarətdəki problemlər və son inkişaf-

lardan söz açıldı.

 

azərbaycan univeristeti ilə atİB arasında 



əməkdaşlıq müqaviləsi imzalanıb

3 aprel 2015-ci ildə Azərbaycan Universiteti (AU) ilə 

Azərbaycan–Türkiyə İş Adamları Birliyi  arasında qarşılıqlı 

əməkdaşlıq  haqqında  müqavilə  imzalanıb.  Əməkdaşlıq 

ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən

rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün im-

kan və şərait yaratmağa istiqamətlənib.

Əməkdaşlıq  müqaviləsinin    imza  mərasimində  çı-

xış  edən  rektor  Fərid  Əhmədov  tədbirdə  iştirak  edən 

tələbələrə müraciət edib. Rektor gəncləri cəmiyyətin ri-

fah və inkişafına təmənnasız xidmət göstərən insanlar-

dan nümunə götürməyə, biznes bilik və vərdişlərinin ar-

tırılması və təkmilləşdirlməsi istiqamətində universitetdə 

görülən işlərdən maksimum faydalanmağa səsləyib.  

ATİB  İdarə  Heyətinin  sədri  Cemal  Yangın  biznes 

mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsində olmaq-

dan məmnunluğunu dilə gətirib: "Təmsil etdiyim qurum 

universitetlərlə iş birliyində maraqlıdır. Biz təcrübələrimizi 

sizlərlə  paylaşmağa  hər  zaman  hazırıq.  Universitetdə 

əldə  etdiyiniz  nəzəri  biliklərin  praktikaya  ən  səmərəli 

şəkildə tətbiq edilməsi üçün bütün şirkətlərimiz sizlərin 

istehsalat təcrübəsinə açıqdır”.

Tədbirdə  ATİB  İdarə  Heyətinin  sədr  müavini  Cem 

Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev çıxış edərək, 

nəzəriyyə  ilə  praktikanın  vəhdətinin  əhəmiyyətindən 

bəhs  ediblər.  Çıxışlarda  ən  səmərəli  və  vacib  investisi-

yanın təhsilə və insan kapitalına qoyulan investisiya ol-

duğu vurğulanıb. Tədbirdə ATİB İdarə Heyətinin üzvləri 

Aydın Məmmədov, Ali Gümüş, Kaya Karslı, prof. dr. Fariz 

Əmirov iştirak edib.

İki qurum arasındakı qarşılıqlı əməkdaşlıq kadr hazır-

lığı, birgə elmi simpozium, forum və konfransların təşkili, 

monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin 

hazırlanması,  mütəxəssis  hazırlığına  dəstək  verilməsi, 

tədrisin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

və  təkmilləşdirilməsi,  tələbələrin  istehsalat  təcrübəsi 

keçməsi  və  məzunların  işlə  təmin  edilməsinə  kömək 

göstərilməsi,  AU-nun  İnnovativ  Biznes  İnkubatoru  ilə 

birgə  layihələr  (startuplar)  təşkil  edilməsi,  elm-təhsil 

sahəsində  müxtəlif  layihələrin  həyata  keçirilməsi  kimi 

sahələri əhatə edəcək. Müqavilə ilə həmçinin birliyə da-

xil  olan  şirkətlərdə  çalışan  mütəxəssis  və  əməkdaşların 

peşə-ixtisas  səviyyələrinin  artırılması  məqsədilə 

universitetdə  fəaliyyət  göstərən  kurslarda  iştirakı,  birli-

yin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarla 



33

seçilən tələbələr üçün adlı təqaüdlər verilməsi, onların elmi-

tədqiqat işlərinə xüsusi qrant və vəsaitlər ayrılması da nəzərdə 

tutulur.


atİB beynəlxalq turizm sərgisində iştirak etdi

Aprelin  4-dən  6-dək  "AITF  2015”  14-cü  Azərbaycan 

Beynəlxalq  "Turizm  və  Səyahətlər”  və  "Horex  Caucasus 

2015”  7-ci  Qafqaz  Beynəlxalq  "Mehmanxana,  restoran  və 

supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiri-

lib. Birliyimizin üzvü “Iteca Caspian” şirkətinin təşkil etdiyi bu 

sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi öz stendi ilə qatı-

lıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

Bakı Ekspo Mərkəzində keçirilən bu sərgi dünya standart-

ları səviyyəsində turizm xidmətlərinin göstərilməsi üzrə müa-

sir təmayüllərin və yeni texnologiyaların nümayişi üçün regi-

onun ən böyük tədbiri hesab olunur. Sərgidə stendi ilə iştirak 

etməklə  ATİB  biznes  mühitində  yeni  əlaqələrin,  ünsiyyət  və 

münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib.

Qeyd  edək  ki,  sərginin  ilk  günü  Azərbaycan  Respublika-

sının  Mədəniyyət  və  turizm  naziri  Əbülfəs  Qarayev  sərginin 

rəsmi  açılış  mərasimində  iştirak  edərək  iştirakçı  şirkət  və 

təşkilatların  stendləri  ilə  tanış  olub.  Sərginin  ikinci  günündə 

isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 

və xanımı Mehriban Əliyeva sərgini ziyarət ediblər.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak 

edən  şirkətlərin  böyük  marağına  səbəb  olub.  ATİB  stendini 

İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin mü-

avini Cem Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Kaya 

Karslı,  Türkiyə  Respublikasının  Azərbaycandakı  səfirliyinin 

nümayəndələri və digər ATİB üzvləri ziyarət ediblər.

Sərgi  zamanı  ATİB  ziyarətçilərə  təşkilat  haqqında  geniş 

məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın 

müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib.

atİB türkiyənin azərbaycandakı din müşaviri 

Sadık Eraslanın və baş ticarət müşaviri Hüseyn 

necip Yavuzun səlahiyyət müddətinin başa çatması 

münasibətilə vida yeməyi verib

9 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi 

Türkiyənin Azərbaycandakı din müşaviri Sadık Eraslanın və baş 

ticaret müşaviri Hüseyn Necip Yavuzun səlahiyyət müddətinin 

başa çatması münasibətilə vida yeməyi verib.

Yeməkdə 


Türkiyənin 

Azərbaycandakı 

səfirliyinin 

əməkdaşları və ATİB İdarə Heyətinin üzvləri iştirak edib.

Vida yeməyində açılış nitqi söyləyən ATİB İdarə Heyətinin 

sədri  Cemal  Yangın  səlahiyyət  müddəti  başa  çatan  hər  iki 

müşavirə indiyə qədər ATİB-ə göstərdikləri diqqət və dəstəyə 

görə minnətdarlıq bildirərək, onlara təşəkkür plaketi təqdim 

edib.

atİB-in nümayəndə heyəti üzvləri ziyarət etdi

14 aprel 2015-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin 

kültür və tanıtma müşaviri Seyit Ahmet Arslan, Azərbaycan və 

Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın, 

sədr  müavinləri  Mürsəl  Rüstəmov  və  Rafiq  Qarayev,  İdarə 

Heyətinin üzvü Ali Gümüş ATİB üzvü olan “Holiday Inn Baku” 

hotelini (“Marina Plaza” MMC), “zenit Tour” şirkətlərini ziyarət 

ediblər. "Holiday Inn Baku” hotelinin satış direktoru Damla Ba-

yık Çuhadaroğlu qonaqları salamlayaraq bildirdi ki, yeni dörd-

ulduzlu superior hotel 223 qonaq otağı, 18 suit daxil olmaqla 3 

lüks rezidensiyadan (dairədən) ibarətdir. Otaqlar Xəzər dənizi 

və Bakı şəhərinin gözəl, nəfəskəsici mənzərəsi, mehmanxana-

da qalan hər bir qonağın rahatlıq arzusunu təmin edə biləcək 

beynəlxalq standartlara uyğun təchiz olunub.

Növbəti görüş “zenit Tour” şirkətində olub. Azərbaycanın 

turizm  sahəsində  Türkiyə  təcrübəsindən  istifadə  olunması 

barədə,  eləcə  də  turizm  potensialının  yüksəldilməsi  mövzu-

sunda söhbətlər aparılıb, tövsiyələr edilib. 

Görüşlər zamanı ATİB üzvlərinə plaket təqdim olunub və 

xatirə fotoları çəkilib.



atİB İdarə Heyətinin üzvü 

“İlin iş adamı” adına layiq görülüb

Bu il 14-cüsü reallaşdırılan “Ekovitrin” jurnalının İlin Ulduzla-

rı Anketi 1 yanvar 2015-ci il etibarilə  başlamışdır. İlin Ulduzları 

anketində 27 ayrı kateqoriya üzrə 81 namizəd yarışırdı. “Ekovit-




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə