EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

21

aparıcı  beynəlxalq  maliyyə  qurumları  tərəfindən  yüksək 

qiymətləndirildiyini bildirib.

 Ölkənin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın 

dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən 

Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və 

fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son 

illərdə bölgədə yaşanan böhranlardan ölkənin itkisiz çıxdı-

ğını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan 

dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

  Dövlət  başçısı  çıxışında  birinci  rübdə  baş  verən  iki 

önəmli  hadisəyə  -  Bakıda  “Cənub”  Qaz  Dəhlizi  Məşvərət 

Şurasının  iclasının  keçirilməsinə  və  mart  ayında  Qarsda  

TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.

 Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sek-

torunun  və  sahibkarlığın  inkişafı  ilə  bağlı  tədbirlərin  da-

vam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda 

sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çat-

dıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da 

inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xari-

ci  ərzaq  bazarlarından  o  qədər  də  asılı  olmadığını  bildi-

rib, amma bununla belə, ərzaq təhlükəsizliyinin tam təmin 

olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə 

bağlı tapşırıqlarını verib.

  Dövlət  başçısı  çıxışında  manatın  məzənnəsi  ilə  bağlı 

məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqti-

sadi baxımdan səmərəli olduğunu deyib.

  Nitqinin  sonunda  Prezident  İlham  Əliyev  ilk  Avropa 

Oyunlarına  hazırlığın  yüksək  səviyyədə  getdiyini,  artıq  bir 

sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər 

kəndi  ilə  yanaşı,  Media  kəndinin  də  yaradıldığını  bildirib. 

Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam 

etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.

 Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin 

sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini ta-

pacaq.


azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

Azərbaycan  Dövlət  Statistika  Komitəsi  bu  ilin  yanvar-

mart ayları üzrə ölkədə həyata keçirilən elektron ticarətin 

həcmini açıqlayıb.

Komitədən verilən məlumata görə, cari ilin ilk üç ayında 

elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin 

yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min 

manat olub.

  Əhali  onlayn  rejim  də  sifariş  verdiyi  istehlak  malları-

nın 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkar-

ların  elektron  ticarət  şəbəkəsindən  alıb.  Elektron  ticarət 

dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.



azərbaycanda mobil imza 

üsullarının tətbiqinə başlanılıb

Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  Məlumat 

Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi 

daha  bir  yeniliyə  imza  atıb.  Milli  Sertifikat  Xidmətləri 

Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil 

imza həllərinin tətbiqinə başlayıb.

Mərkəzdən Trend-ə bildiriblər ki, artıq hər bir vətəndaş 

elektron imza kartından istifadə edərək mobil smartfonlar 

üzərindən  elektron  sənəd  imzalaya  və  Elektron  hökumət 

(e-imza.az)  portalına  elektron  imza  ilə  autentifikasiyadan 

keçərək daxil ola biləcək.

Hazırlanmış  proqram  təminatı  vasitəsilə  elektron 

sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin 

imza  sertifikatları  ilə  hər  bir  sənədə  imza  edilən  zaman 

yoxlama  imkanı  mövcuddur.  Proqram  təminatı  3  dildə 

fəaliyyət göstərir.

İstifadəçiyə  imzaladığı  sənədlərin  siyahısını  proq-

ram təminatı vasitəsilə idarə etmək imkanı yaradılıb. Eyni 

zamanda,  mobil  cihazların  texniki  imkanlarından  (Blu-

etooth,  wifi  email  və  s.)  istifadə  edərək  istifadəçilər  im-

zalanmış elektron sənədləri istədikləri yerə göndərmək im-

kanına malik olacaqlar. Təqdim edilən mobil imza proqram 

təminatı  Android  əməliyyat  sistemli  mobil  cihazlar  üçün 

nəzərdə tutulub. Hazırda İOS əməliyyat sistemində istifadə 

üçün işlər aparılır.

azərbaycan informasiya təhlükəsizliyi 

üzrə elektron xidmətləri işə salıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsu-

si Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin 

Kompüter  insidentlərinə  qarşı  mübarizə  Mərkəzi  (CERT) 

"Yoluxmuş IP" xidmətini işə salıb. Bu barədə Trend-ə CERT-

dən deyiblər.

Mərkəzdən bildiriblər ki, yeni xidmət yoluxmuş IP ün-

vanların məlumat bazasında istifadəçiyə IP ünvanını yoxla-

maq imkanı verir.

Bu xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararla-

na bilərlər. IP ünvanın yoluxduğu məlum olarsa, müvafiq 

xəbərdarlıq avtomatik olaraq ekranda göstərilir. Bildirişdə 

zərərli kodun aktivliyi barədə ətraflı məlumat əks olunacaq.

CERT-in təqdim etdiyi bəzi xidmətlər ("Şifrlərin onlayn 

generatoru", "Parolun təhlükəsizliyi", "Mənim IP ünvanım" 

və yeni "Yoluxmuş IP" kimi) hazırda fəaldır.

CERT  informasiya  təhlükəsizliyi  üzrə  daha  iki  onlayn 

xidməti - "Malware Lab" və "Virtual test" - işə salmağa ha-

zırlaşır.



22

EcoVision

XƏBƏRLƏR


rEGİOn XəBərLərİ

əfqanıstan-türkmənistan-azərbaycan-

Gürcüstan-türkiyə nəqliyyat dəhlizinin 

yaradılması müzakirə olunub

Türkiyə 


və 

Türkmənistan 

prezidentləri 

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-

Türkiyə  nəqliyyat  dəhlizi  yaradılması  məsələsini 

müzakirə  ediblər.  Türkiyə  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğanla  Türkmənistan  Prezidenti  Qurbanqu-

lu  Berdiməhəmmədov  Əfqanıstan-Türkmənistan-

Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yara-

dılması məsələsini müzakirə ediblər.

Türkmənistan  Prezidentinin  Türkiyə  Respub-

likasına  iki  günlük  rəsmi  səfərinin  yekunları-

na  əsasən,  Türkmənistan  Prezidenti  Qurbanqulu 

Berdməhəmmədovla Türkiyə Prezidenti Rəcəb Tayyib 

Ərdoğanın Birgə Bəyanatı qəbul edilib. 

Bəyanatda  deyilir:  “Tərəflər  nəqliyyat  sahəsində 

qarşılıqlı fəaliyyəti genişləndirmək və hər iki ölkənin 

potensialından  daha  tam  istifadə  etmək  məqsədilə 

Əfqanıstan-Türkmənistan-Azərbaycan  Respublikası-

Gürcüstan-Türkiyə Respublikası nəqliyyat dəhlizi ya-

radılması məsələsini müzakirə ediblər”.

azərbaycan, türkmənistan və türkiyə 

avropa İttifaqı ilə energetika üzrə 

bəyannamə imzaladılar 

Azərbaycan,  Türkmənistan  və  Türkiyə  Avropa  İt-

tifaqı  ilə  energetika  sahəsində  əməkdaşlığın  inkişafı 

haqqında bəyannamə imzalayıblar.

Trend-in  məlumatuna  görə,  sənəd  Aşqabad-

da  Türkmənistan,  Azərbaycan  və  Türkiyənin  neft-

qaz  qurumlarının  rəhbərləri  və  Avropa  İttifaqının 

nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imza-

lanıb. Azərbaycanı danışıqlarda energetika naziri Na-

tiq Əliyev təmsil edib.

Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər 

və  enerji  istehlakçılarının  maraqlarını  eyni  dərəcədə 

nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq 

əməkdaşlığın  təmin  edilməsi  üçün  zəruri  əlverişli 

şəraitin yaradılmasının tərəfdarıdırlar.

Tərəflər,  həmçinin  Türkmənistandan  Avro-

paya  təbii  qaz  tədarükünün  təmin  edilməsində 

bərabərhüquqlu  və  qarşılıqlı  faydalı  əməkdaşlığın 

vacibliyini  qeyd  ediblər.  Gələcək  danışıqlar  üçün 

Azərbaycan,  Türkmənistan,  Türkiyə  və  Avropa  İt-

tifaqının  enerji  sahəsinə  cavabdeh  olan  struktur 

rəhbərlərinin  müavinləri  səviyyəsində  işçi  qrupunun 

yaradılması gözlənilir.

tbilisidə azərbaycan, Gürcüstan və türkiyə 

müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Aprelin 2-də Tbilisidə Azərbaycanın, Gürcüstanın 

və Türkiyənin müdafiə nazirləri zakir Həsənov, Mindia 

Canelidze və İsmət Yılmaz arasında üçtərəfli formatda 

görüş keçirilib.

AzƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz ara-

sında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli for-

matda  inkişaf  perspektivləri,  dünyada  və  regionda 

baş verən proseslər və qarşılıqlı maraq doğuran digər 

məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Müdafiə naziri general-polkovnik za-

kir Həsənov bildirib ki, sayca ikinci olan bu görüşdə hər 

üç  ölkənin  Müdafiə  nazirlikləri  arasında  təhsil,  Silahlı 

Qüvvələrin  hazırlığı,  döyüş  və  müdafiə  qabiliyyətinin 

artırılması,  regional  təhlükəsizlik  məsələləri  diqqət 

mərkəzində olub. Görüşdə hər üç tərəf üçün əhəmiyyət 

kəsb edən məsələlərə toxunulub və mühüm qərarlar 

qəbul olunub. Eyni zamanda, Azərbaycan tərəfi regi-

onda baş verən hadisələrə, xüsusən də Dağlıq Qara-

bağ münaqişəsinə diqqət çəkib.

Gürcüstanın  Müdafiə  naziri  Mindia  Canelid-

ze  üçtərəfli  görüşün  səmərəli  keçdiyini  vurğula-

yıb.  O  deyib  ki,  bu  əməkdaşlıq  hər  hansı  bir  tərəfə 

qarşı  yönəlməyib.  Biz,  sadəcə  olaraq,  öz  aramız-

da  əməkdaşlığı  gücləndirmək  və  inkişaf  etdirmək 

niyyətindəyik. Düşünürük ki, bu cür görüşlər hər üç 

ölkənin ümumi inkişafına töhfə verəcək.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə