EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   2   3   4   5   6   7   8   9   ...   32

12

EcoVision

İKİtərəFLİ əLaQəLər

İlham əliyev türkiyədə işgüzar səfərdə olub

Martın 17-də Qarsda Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının 

Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə  strateji  tərəfdaşlıq,  dostluq  və  qardaş-

lıq  münasibətlərinin  bütün  sahələrdə  uğurlu  in-

kişafından  məmnunluq  ifadə  olundu.  Türkiyədə 

təməli  qoyulan  TANAP  layihəsinin  əhəmiyyəti  vur-

ğulandı,  əlaqələrimizin  genişləndirilməsində  yüksək 

səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və 

Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin 

Avropanın  enerji  təhlükəsizliyinin  təmin  olunması-

na  mühüm  töhfə  verdiyi  bildirildi.  Söhbət  zamanı 

ikitərəfli  münasibətlər  və  qarşılıqlı  maraq  doğuran 

məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim ra-

yonunda Transanadolu qaz boru kəməri – TANAP-

ın təməlinin qoyulması münasibətilə təntənəli 

mərasim keçirilib 

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezi-

denti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti 

Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Mərasimdə  çıxış  edən  Azərbaycan  Preziden-

ti  İlham  Əliyev  bir  daha  Türkiyədə  olmaqdan 

məmnunluğunu  bildirdi.  “Bu  gün  tarixi  gündür  və 

bu  layihə  ilk  növbədə  Türkiyə–Azərbaycan  birliyi-

nin layihəsidir”, – deyən dövlət başçısı ölkələrimizin 

bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə 

çatdırdı.  Onun  sözlərinə  görə,  1994-cü  ildə  ulu 

öndər  Heydər  Əliyevin  siyasi  müdrikliyi  və  cəsarəti 

sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan 

enerji  siyasəti  nəticəsində  ilk  dəfə  Xəzər  dənizinə 

xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olun-

ması  üçün  inşa  edilən  Bakı–Tbilisi–Ceyhan  neft 

kəmərinin  istifadəyə  verilməsi  bölgənin  və  qitənin 

enerji  təhlükəsizliyində  əvəzsiz  rol  oynadı.  TANAP 

qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildi-

yini deyən Prezident İlham Əliyev dünya miqyasında 

böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” 

qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu 

vurğuladı.  Qısa  vaxtda  dünyada  böyük  dəstək  qa-

zanan  TANAP,  2013-cü  ildə  “Cənub”  qaz  dəhlizinin 

tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin 

cədvəl  üzrə  gedəcəyinə  əminliyini  ifadə  edən 

dövlətimizin başçısı “Cənub” qaz dəhlizini Avropanın 

ən  böyük  infrastruktur  layihəsi  kimi  dəyərləndirdi. 

Bildirdi  ki,  Azərbaycanın  malik  olduğu  nəhəng  qaz 

ehtiyatları  “Cənub”  qaz  dəhlizini  təmin  edəcək,  bu 

layihə ölkələr arasında yeni əməkdaşlıq formatları-

nın yaranmasına səbəb olacaq. 

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  bu 

layihənin  sülhə  və  rifaha  xidmət  etməsini  arzuladı. 

Dövlət  başçısı  “Şahdəniz”  qazını  Avropaya  çatdıra-

caq  bu  kəmərin  əhəmiyyətindən  danışdı,  onun  ilk 

növbədə  ölkələrimizin  və  bölgə  xalqlarının  rifahına 

xidmət edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin 

özəlliyi baxımından TANAP-ın alternativinin olmadığı-

nı deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər 

bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin 

nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin 

olduğunu dedi.  

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Cənub” 

qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu 

qeyd edərək, bu layihənin regionun inkişafında mü-

hüm  rol  oynayacağını  bildirdi.  Gürcüstan  dövlətinin 

başçısı  TANAP  layihəsinin  Asiya  ilə  Avropa  arasın-

da  enerji  dəhlizi  rolunu  oynadığını,  ticarət,  turizm 

və  digər  layihələrin  inkişafına  xidmət  edəcəyini, 

ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunması-

na güclü dəstək verdiyini diqqətə çatdırdı. 



İlham Əliyev Türkiyədə Çanaqqala zəfərinin 

100 illiyi mərasimində iştirak edib 

Türkiyədə  Çanaqqala  zəfərinin  100  illi-

yi  münasibətilə  təntənəli  mərasim  təşkil  olunub.  

Mərasimə  21  dövlətin  başçısı,  70-dən  çox  ölkədən 

rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri 

qatılıb. Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev mərasimdə iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında 

bildirdi  ki,  mərasimin  keçirildiyi  Gelibolu  yarımadası 

Birinci Dünya müharibəsinin ən vacib cəbhələrindən 

olub.  “Çanaqqalada  yaşanan  savaş  türklərin  və  bu 

müharibədə iştirak edən millətlərin taleyini müəyyən 

XƏBƏRLƏR



13


14

EcoVision

XƏBƏRLƏR


etdi.  Bizim  üçün  Çanaqqala  zəfər  rəmzidir,  eyni  za-

manda itkilərimiz baxımından bir hüzn ifadəsidir”. 

Dövlət  başçıları  Çanaqqala  döyüşlərində  həlak 

olan  əsgərlərin  məzarlarını  ziyarət  etdikdən  sonra 

“Mehmetçik”  abidəsinin  önündə  “Şəhidlik  dəftəri”ni 

imzaladılar.

Xatırladaq  ki,  Çanaqqala  döyüşü  Birinci  Dün-

ya  müharibəsi  dövründə  Osmanlı  dövləti  ilə  Antanta 

dövlətləri  arasında  baş  verib.  İttifaq  üzvləri  Osman-

lı  dövlətinin  paytaxtı  İstanbulu  alaraq  boğazları  idarə 

etmək hüququnu özlərində saxlamaq istəyirdilər. Lakin 

onlar  türk  xalqının  dəmir  iradəsini  sarsıda  bilmədilər. 

Səkkiz  ay  davam  edən  və  böyük  itkilərin  qeydə  alın-

dığı  döyüşlərdə  məğlub  olan  ittifaq  dövlətləri  geri 

çəkilmək  məcburiyyətində  qaldılar.  Bu  döyüş  məhv 

olmaq  vəziyyətindəki  bir  ölkənin  möhtəşəm  qələbəsi 

kimi əfsanələşdi və Çanaqqala zəfəri adı ilə tarixə düş-

dü. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid 

verdilər. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün 

isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir. 

Çanaqqala 

zəfərinin 

əldə 

olunmasında 



azərbaycanlılar  da  yaxından  iştirak  ediblər  və  3 

mindən çox soydaşımız şəhidlik zirvəsinə ucalıb.



Qarsda Heydər əliyev adına anadolu 

texniki-peşə liseyi istifadəyə verilib

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay-

yib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqve-

laşvili açılış mərasimində iştirak ediblər.

Türkiyənin  Milli  təhsil  naziri  Nəbi  Avcı  çıxışında 

bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz ara-

sında  qardaşlıq  və  dostluq  münasibətlərinin  gözəl 

nümunəsi adlandıraraq deyib: “Bu məktəb ölkələrimiz 

və  xalqlarımız  arasındakı  sarsılmaz  əlaqələrin  güc-

lü  nişanəsidir”.  Nəbi  Avcı  məktəbin  qurulmasın-

dakı  xidmətlərinə  görə  azərbaycanlı  qardaşlarına 

minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qar-

daş Türkiyədə yenidən olmağından, qədim türk tor-

pağı Qarsa gəlməkdən qürur duyduğunu deyib. Ulu 

öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, 

həmçinin  Qarsda  ümummilli  liderin  xatirəsinin  əziz 

tutulmasına  görə  minnətdarlığını  bildirib.  Heydər 

Əliyevin Türkiyə–Azərbaycan əlaqələrinin inkişafında 

müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev 

ulu öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün 

dövlət  başçılarının  timsalında  daha  da  gücləndiyini 

diqqətə  çatdırıb.  Bu  gün  Türkiyənin  dünyada  güc 

mərkəzinə  çevrildiyini  deyən  dövlətimizin  başçı-

sı  ölkələrimiz  arasında  bütün  sahələrdə  əlaqələrin 

sürətlə  inkişaf  etdiyini  vurğulayıb,  təhsil  sektorunda 

da əməkdaşlığın gücləndiyini deyib.

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  liseyin 

açılışı münasibətilə təbriklərini çatdırıb, yüksək stan-

dartlara  uyğun  inşa  edilən  bu  məktəbin  tikintisində 

əməyi  olan  hər  kəsə,  xüsusilə  də  Prezident  İlham 

Əliyevə  təşəkkürünü  bildirib.  “Heydər  Əliyevin  adını 

ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”,– deyən 

Türkiyə  dövlətinin  başçısı  bütün  bunların  xalqları-

mız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın 

nümunəsi olduğunu vurğulayıb.

Minillik mədəniyyətlərin qovuşduğu məkan kimi 

Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğu-

nu deyən Rəcəb Tayyib Ərdoğan vətən, fədakarlıq, 

qalibiyyət kimi ümummilli məfhumların Qarsın tim-



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə