EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   2   3   4   5   6   7   8   9   ...   32

15

salında daha dolğun əks olunduğunu diqqətə çatdı-

rıb.  Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham 

Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və 

Gürcüstan  Prezidenti  Giorgi  Marqvelaşvili  liseyin 

rəmzi  açılışını  bildirən  lenti  kəsiblər.  Azərbaycan, 

Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində 

ağac əkiblər.



türkiyə Prezidenti azərbaycanın 

Baş prokurorunu qəbul edib

Azərbaycan  Respublikasının  Baş  prokuroru  za-

kir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin 

Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mus-

tafa  Kamal  Atatürkün  dəfn  olunduğu  məqbərəni  – 

Anıtqəbri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə 

əklil qoyulub, xatirəsi yad olunub. 

Sonra  Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan 

Baş  prokuror  zakir  Qaralovu  qəbul  edib.  Görüşdə 

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə ol-

duğu  kimi,  hüquq-mühafizə  orqanları  arasında  da 

əməkdaşlığın  uğurla  inkişaf  etdiyi  bildirilib.  Səfər 

çərçivəsində Türkiyə Ali Məhkəməsinin Baş prokuroru 

Hasan Erbillə də görüş olub. 

Görüşdə  Türkiyə  Baş  Prokurorluğunun  strukturu 

və fəaliyyətini əks etdirən videomaterial nümayiş olu-

nub. Tərəflər qardaş ölkələrimizin prokurorluq orqan-

ları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi 

aparıblar. 

Sonra  Azərbaycan  Respublikasının  Baş  Prokuror-

luğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu 

arasında anlaşma memorandumu imzalanıb. Tərəflər 

anlaşma  memorandumunun  imzalanmasını  mühüm 

hadisə kimi qiymətləndirərək, onun qardaş ölkələrin 

prokurorluq  orqanları  arasında  təcrübə  mübadiləsi, 

tədris  və  digər  sahələrdəki  əməkdaşlığın  daha  da 

genişlənməsinə xidmət edəcəyini bildiriblər. 

Azərbaycan  nümayəndə  heyəti  Türkiyə  Ali 

Məhkəməsinin  sədri  İsmail  Rüştü  Cirit  ilə  də  görü-

şüb.  zakir  Qaralov  Türkiyə  Ali  Məhkəməsinin  sədri 

vəzifəsinə  yeni  seçilən  Rüştü  Ciritə  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  sədri  Ramiz  Rzaye-

vin  məktubunu  çatdırıb.  İsmail  Rüştü  Cirit  tezliklə 

Azərbaycana səfər edəcəyini bildirib. 

zakir  Qaralov  qeyd  edib  ki,  iki  qardaş  ölkə  ara-

sındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıla-

rı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi 

altında sürətlə inkişaf edir.



türkiyənin Baş naziri azərbaycan 

nümayəndə heyəti ilə görüşüb

Əmək  və  əhalinin  sosial  müdafiəsi  naziri  Səlim 

Müslümovun  başçılıq  etdiyi  nümayəndə  heyətinin 

Türkiyəyə səfəri başlayıb.

Səfərin  birinci  günü  nümayəndə  heyəti  Ankara-

dakı  Heydər  Əliyev  parkını  ziyarət  edib.  Ümummilli 

liderin  parkdakı  abidəsi  önünə  tər  çiçəklər  düzülub, 

xatirəsi  ehtiramla  yad  olunub.  Sonra  Türkiyənin  Baş 

naziri  Əhməd  Davudoğlu  Azərbaycan  nümayəndə 

heyəti ilə görüşüb.

Görüşdə  Azərbaycanla  Türkiyə  arasında  inkişaf 

edən  hərtərəfli  əlaqələrin  əhəmiyyətindən  danışı-

lıb.  Əlaqələrimizin  möhkəmlənməsində  prezidentlər 

İlham  Əliyevin  və  Rəcəb  Tayyib  Ərdoğanın  birgə 

səyləri  xüsusi  vurğulanıb.  Qeyd  olunub  ki,  ikitərəfli 

əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə 

dair məsələlər xüsusi yer tutur.

Türkiyənin  Baş  naziri  diqqətə  çatdırıb  ki,  artıq 

on  ildən  çoxdur  əmək  və  əhalinin  sosial  müdafiəsi 

sahəsindəki  hökumətlərarası  saziş  hər  iki  tərəfdən 

uğurla icra olunur və bəhrəsini verir.

Səlim  Müslümov  iki  ölkənin  müvafiq  nazirlikləri 

arasında  sıx  əlaqələrin  mövcudluğundan  bəhs  edib. 

Bildirib  ki,  əmək  bazarı,  məşğulluq,  sosial  təminat, 

əlillərin  sosial  müdafiəsi,  tibbi-sosial  eksperti-

za  və  əlilliyin  reabilitasiyası  məsələlərində  tərəflər 

daim  bir-biri  ilə  informasiya  mübadiləsi  aparır. 

Eyni  zamanda,  vətəndaşlarımızın  sosial  müdafiəsi 

istiqamətində  təcrübə  mübadiləsi  də  mövcuddur. 

Xüsusilə  Azərbaycan  tərəfi  türkiyəli  həmkarlarının 

peşə  standartlarının  hazırlanması  və  tətbiqi,  əmək 

münasibətlərində  üçtərəfli  komissiyanın  (dövlət, 

həmkarlar  ittifaqları  və  işəgötürənlər)  fəaliyyəti,  ge-

niş  əhatəli  tibbi  sığorta  sisteminin  qurulması,  işsiz-

lik  sığortasının  tətbiqi  və  onun  işsiz  vətəndaşların 

həyatındakı  rolu  sahəsindəki  uğurlarını  yüksək 

qiymətləndirir.  Məlumat  verilib  ki,  bu  il  ilk  dəfə 

olaraq  azərbaycanlı  əlillər  reabilitasiya  məqsədilə 

Türkiyənin  Pamukkaladakı  tibbi-sosial  reabilitasiya 

mərkəzinə  bərpa  müalicəsi  məqsədilə  göndəriliblər 

və bu proses davamlı olacaq. Burada müalicə keçən 

azərbaycanlılara yüksək xidmət göstərilib.

Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Ba-

ğırov, Türkiyənin Əmək və sosial müdafiə naziri Faruk 

Çelik və digər rəsmi şəxslər iştirak ediblər.



16

EcoVision

XƏBƏRLƏR


Qeyd  edək  ki,  səfər  çərçivəsində  nümayəndə 

heyəti Türkiyə və Azərbaycan arasında əmək və sosial 

müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi ko-

missiyanın 8-ci iclasında iştirak edəcək.



Milli mənəvi dəyərlərin qorunması və 

təbliği sahəsində azərbaycan–türkiyə 

əməkdaşlığının inkişafı önəmlidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 

Mübariz  Qurbanlının  rəhbərlik  etdiyi  Azərbaycan 

nümayəndə  heyəti  Türkiyədə  səfərdə  olub.  Səfərin 

birinci  günü  nümayəndə  heyəti  Türkiyənin  diyanət 

işləri  başqanı  Mehmet  Görmezlə  görüşüb.  Tərəflər 

Azərbaycanla  Türkiyənin  dini  qurumları  arasında 

təcrübə mübadiləsi, eləcə də mənəvi dəyərlərin qo-

runması və inkişafı sahəsində əməkdaşlığın önəmini 

vurğulayıblar.

Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş 

üzrə  Dövlət  Komitəsinin  sədri  Mübariz  Qurbanlı-

nın  rəhbərlik  etdiyi  nümayəndə  heyəti  martın  3-də 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil 

Çiçəklə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasın-

dakı münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonra Mübariz Qurbanlı və nümayəndə heyətinin 

üzvləri  Türkiyə  Baş  nazirinin  müavini  Bülənd  Arınçla 

görüşüblər. Bülənd Arınç Azərbaycanla Türkiyə arasın-

da siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək 

səviyyədə  əlaqələrin  olduğunu  bildirib.  O,  həmçinin 

milli mənəvi dəyərlərin qorunması və düzgün təbliği 

istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin va-

cibliyini  vurğulayıb.  Mübariz  Qurbanlı  Azərbaycanın 

bütün sahələrdə Türkiyə ilə münasibətlərin inkişafına 

xüsusi önəm verdiyini qeyd edib.



azərbaycan və türkiyə hərbi sahədə əlaqələri 

daha da genişləndirmək niyyətindədirlər

Martın 4-də Azərbaycan Respublikasının Müdafiə 

naziri  general-polkovnik  zakir  Həsənov  ölkəmizdə 

rəsmi  səfərdə  olan  Türkiyə  Respublikasının  Hərbi 

Hava  Qüvvələri  komandanı,  ordu  generalı  Akın 

Öztürklə görüşüb.

Müdafiə  Nazirliyinin  mətbuat  xidmətindən 

AzƏRTAC-a  bildiriblər  ki,  ordu  generalı  A.Öztürkün 

Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi ke-

çirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri 

komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən 

görüşündə  müdafiə  naziri  general-polkovnik  za-

kir  Həsənov  qonaqları  salamlayaraq,  Azərbaycanla 

Türkiyə  arasında  əməkdaşlığın  dostluq-qardaşlıq 

münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin 

daim inkişaf etdiyini qeyd edib.

Müdafiə  naziri  ölkələrimiz  arasında  hərbi 

əməkdaşlıq planına əsasən ötən il Azərbaycanda, ha-

zırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin 

birgə  təlimlərinin  təcrübə  toplanılması  baxımından 

əhəmiyyətini qeyd edərək bu sahədə əlaqələrin daha 

da genişləndirilməsini xüsusi vurğulayıb.

Ordu  generalı  A.Öztürk  də  dövlətlərimizin 

əlaqələrinin  qədim  tarixi  köklərə,  mehriban  dost-

luq  münasibətlərinə  əsaslandığını  və  Türkiyənin 

Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan–Türkiyə hərbi əlaqələri və qar-

şılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri 

ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin 

ölkəmizdəki səfiri İsmail Alper Coşqun iştirak edib.

azərbaycan və türkiyə müdafiə nazirləri 

regional əməkdaşlığı müzakirə ediblər

Müdafiə  Nazirliyinin  mətbuat  xidmətindən 

Trend-ə  bildiriblər  ki,  aprelin  2-də  Azərbaycanın 

Müdafiə  naziri  general-polkovnik  zakir  Həsənovla 

Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz arasında 

Tbilisidə ikitərəfli formatda görüş keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə 

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dost-

luq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu 

əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz 

üçün faydalı olduğu qeyd edilib.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə