Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) İş stajı 8 il və 14 yaşınadək iki uşağı olan işçiyə verilən məzuniyyət neçə təqvim günü hesablanır?



Yüklə 311,29 Kb.
səhifə43/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   39   40   41   42   43   44   45   46   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

147) İş stajı 8 il və 14 yaşınadək iki uşağı olan işçiyə verilən məzuniyyət neçə təqvim günü hesablanır?

A) 39
B) 32


C) 34
D) 36
E) 37

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə iş stajından asılı olaraq, işçilərə əlavə məzuniyyətlər belə verilir: 5 ildən 10 ilədək əmək stajı olduqda 32 təqvim günü (30+2) və 14 yaşınadək iki uşağı olan qadına 2 təqvim günü də (32+2=34) əlavə verilir.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 110




148) Bunlardan hansı kassa mədaxili əməliyyatlarına daxil edilmir ?

A) İnventarizasiya zamanı aşkar olunan çatışmazlıqların ödənilməsi


B) Ezamiyyət üçün verilən pul
C) Xırda pərakəndə satış şəbəkəsinin satış pulu
D) Aptekin satış pulu
E) Təhtəlhesab şəxslərdən qaytarılan avans

Bütün kassa əməliyyatları 2 qrupa ayrılır: 1) kassa mədaxili əməliyyatları 2) kassa məxarici əməliyyatları. Kassa mədaxili əməliyyatlarına aiddir: aptekin və xırda pərakəndə satış şəbəkəsinin satış pulu, təhtəlhesab şəxslərdən qaytarılan avans, işçilərə verilən ezamiyyət pulu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 92




149) Bunlardan hansı kassa məxaric əməliyyatlarına daxil edilmir?

A) Xırda pərakəndə satış şəbəkəsinin satış pulu


B) Təsərrüfat mallarının alınması üçün verilən pul
C) Satış pulunun banka verilməsi
D) Ezamiyyət üçün verilən pul
E) Əmək haqqının ödənilməsi üçün verilən pul

Bütün kassa əməliyyatları kassa mədaxili və kassa məxarici orderləri ilə rəsmiləşdirilir. Kassa məxarici əməliyyatlarına aiddir: satış pulunun bankın şöbəsinə verilməsi, təsərrüfat mallarının alınması, ezamiyyət üçün pulun verilməsi, kiçik təmir xərcləri üçün verilən pul, əmək haqqının ödənilməsi, müvəqqəti əmək qabiliyyəti itirildikdə yardım.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 93





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə