Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Aptekin gəlirini aşağı salan göstərici hansıdır?



Yüklə 311,29 Kb.
səhifə42/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   38   39   40   41   42   43   44   45   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

143) Aptekin gəlirini aşağı salan göstərici hansıdır?

A) Topdansatış mal dövriyyəsinin artması


B) Ümumi mal dövriyyəsinin həcminin azalması
C) Məxaricin xüsusi çəkisinin azalması
D) Pərakəndə mal dövriyyəsinin həcminin artması
E) Aptekdaxili tədarük zamanı qiymətlərin saxlanması

Pərakəndə mal dövriyyəsinə ambulatoriya reseptləri üzrə dövriyyə, reseptsiz satılmasına icazə verilən dərmanlar, tibbi təyinatlı mallar üzrə dövriyyə və xırda pərakəndə satış dövriyyəsi aiddir. Ümumi mal dövriyyəsinin həcminin azalması da elə məhz gəliri aşağı salan göstərici kimi nəzərə alınır.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 73




144) Aptek idarələrində uçot sənədlərinin saxlanılma müddəti nə qədərdir?

A) 5 il
B) 1 il


C) 3il
D) 2 il
E) 6 ay

Uçot sənədləri cavabdeh şəxslər tərəfindən tərtib olunur və təsdiqlənmiş qaydaya əsasən saxlanılır. Saxlanılma müddəti 5 ildir.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 17




145) Aktivlərin tərkibi, yerləşməsi və əmələgəlmə mənbələrinin pul ifadəsinə nə deyilir?

A) İstehsal balansı


B) Debet
C) Kredit balansı
D) Mühasibat balansı
E) Ehtiyat balansı

Mühasibat balansı-müəyyən bir tarix üçün aktivlərin vəziyyətinin, tərkibinin və onun əmələgəlmə mənbələrinin pulla ifadədə qruplaşdırma və ümumiləşdirilmiş şəkildə əks etdirilməsi üsuluna deyilir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 14




146) Bunlardan hansı sərəncamverici sənəd göstəricisidir?

A) Malın qəbulu qaiməsi


B) Qəbul haqqında əmr
C) Kassa mədaxili orderi
D) Yığım cədvəli
E) Pulun qəbulu üzrə iltizam

Sərəncamverici sənəddə sərəncamın məzmununu həyata keçirmək üçün rəhbər işçinin razılığı olmalıdır. Məsələn, işə qəbul haqqında əmr, malın və digər maddi dəyərlərin qəbulu və ya təhvili.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 15





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə