Ədəbiyyat: “Dərman vasitələrinə rasional ad verilməsini müəyyən edən qaydalar”,
Farmakoloji və Farmakopeya ekspert şurasının qərarı ,2007.
58) Aşağıdakı dərman vasitələrindən hansı dövlət qeydiyyatına alınır?
A) Dərman vasitələrinin yeni kombinasiyaları
B) Fövqəladə hallarda istifadə məqsədi ilə idxal olunan
dərman vasitələri
C) Sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan dərman və tibbi vasitələr (sərgi
nümunələri)
D) Eyni ticarət adı altında olan müxtəlif dərman vasitələri
E) Elmi tədqiqatların, klinikaya qədər tədqiqatların və klinik sınaqların aparılması
üçün nəzərdə tutulan dərman vasitələri.
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı.
Bakı, “ Şərq-Qərb”
Nəşriyyat evi, 2013, 736 s.
59) Aşağıdakı dərman vasitələrindən hansı dövlət qeydiyyatına alınmır?
A) Dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri
B) Dərman vasitələrinin analoqları (generiklər)
C)
Epidemiya, təbii fəlakət və digər hallarda istifadə məqsədi ilə idxal olunan dərman
vasitələri
D) Dərman vasitələrinin istehsalında təsiredici maddə
kimi istifadə olunan dərman
maddələri
E) Orijinal dərman vasitələri
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı.
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
60) Hansı hallarda dərman vasitələri təkrar dövlət qeydiyyatına alınır?
A) Dərman vasitəsinin istifadəsi dayandırıldıqda
B) Dərman vasitəsinin dövlət qeydiyyatı müddəti bitdikdə
C) Dərman vasitəsinin idxalına
qadağa qoyulduqda
D) Dərman vasitəsinin istehsalına qadağa qoyulduqda
E) Dərman vasitəsi dövlət reyestrindən çıxarıldıqda
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı.
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
Dostları ilə paylaş: