Əczaçılıq (ali) ixtisası üzrə yeni nümunəvi test sualları 1) Sadə topdansatış ticarətin yayım kanalının tipini xarakterizə edən variant hansıdır?


) Azərbaycan Pespublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix20.05.2023
ölçüsü1,27 Mb.
#111602
1   ...   14   15   16   17   18   19   20   21   ...   46
2018-07-02 13-14-50 (1)

68) Azərbaycan Pespublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql 
edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq ) tələb olunan prekursor 
hansıdır? 
A) Aseton 
B) Qliserin 
C) Butanol 
D) Benzol 
E) Metanol 
Ədəbiyyat: AzR-sının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və 
nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə AzR-sının 
ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi 
razılıq) tələb olunan prekursorların siyahıları (2005-ci il 28 iyul tarixli 960-IIQ saylı 
AzR-sının Qanunu ilə təsdiq edilmişdir). Baki, 2007. 
69) Parasetamol preparatının təsiredici maddəsi hansı siyahıya daxil edilmişdir? 
A) Preparatın təsiredici maddəsi nadir hallarda rast gəlinən və spesifik müalicə tələb 
edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına 
daxil edilmişdir. 
B) Preparatın təsiredici maddəsi ilk yardım vasitəsi kimi istifadə olunan preparatlar 
siyahısına daxil edilmişdir; 
C) Preparatın təsiredici maddəsi dərman vasitələrinin mədaxil və məxaricinin 
hesabatı siyahısına daxil edilmişdir; 
D) Preparatın təsiredici maddəsi həyatı vacib və təcili hallarda istifadə olunan dərman 
vasitələrinin siyahısına daxil edilmişdir; 
E) Preparatın təsiredici maddəsi nadir xəstəliklərin diaqnostikası, profilaktikası və 
müalicəsi üçün istifadə olunan preparatlar siyahısına daxil edilmişdir; 
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 
s. 
70) Sadalananlardan hansı ölkə daxilində istehsal olunan dərman vasitəsinin 
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması üçün təqdim olunan 
sənədlərin siyahısına daxil deyil? 
A) Dərman vasitəsinin sabitliyi haqqında sınaqların nəticələri 
B) Biomənimsəmənin / bioekvivalentliyin öyrənilməsi haqqında hesabat (orijinal 
dərman vasitələrinin analoqları- generiklər üçün) 
C) Dərman vasitəsinin istehlakçıya çatdırılmasının logistikası haqqında məlumatlar 
D) Dərman vasitəsinin və dərman maddəsinin keyfiyyət sertifikatları 


E) Tərkibində generik baxımdan dəyişilmiş orqanizmlər olan dərman vasitələrinin 
ətraf mühitə təsir riskinin qiymətləndirilməsi haqqında məlumatlar 
Ədəbiyyat: SN-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçi 
qaydalar. Bakı 2015, 65 s. 

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə