Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

49 



is  claimed  to  be  the  teacher  of  Ashug  Juma.  Mullah  Juma  came  to  the  village  Zeyem 

two  times  a  week  and  took  lessons  from  Ashug  Jamal.  It  should  be  noted  that  in  his 

poem Ibrahim Mullah Juma wrote that he had come to the village Zeyem and played saz 

and  sung.  Ashug  Jamal  was  friends  with  Ashug  Mehemmed.  However  unfortunately 

Ashug Jamal’s poems were published and spread under the name of Varkhiyanli Ashug 

Mehemmed. The paper will cast a deep look at Ashug Jamal’s creativity and analyze his 

poems which were spread under Varkhiyänli Ashug Mehemmed’s name.  

Key  words:  Ashug  Jamal,  Varkhiyanli  Ashug  Mehemmed,  Mullah  Juma,  Zeyem 

village, “literary terror”, ashug creativity. 

 

 

Айнур Газанфаргызы  



 

АШЫГ ДЖАМАЛ И ЕГО ТВОРЧЕСТВО 

 

Резюме:  В  конце  17-го  в  начале  18-го  века  мера  аруз  сменилась  слоговой 



мерой.  Даже  талантливые  поэты,  которые  учились  в  медресах  писали  свой 

стихотворения на слоговой мере, чтобы они были понятны для народа. Одним из 

них был Иса из Заяма, известный как Ашыг Джамал. Иса родился в Заяме в 1830 

году,  а  умер  в  1908-ом  году  в  том  же  селе. Так  как,  Иса  получил  образование  в 

медресе,  его  стали  называть  Муллой.  Так  же  он  известен  под  именем  Ашыг 

Джамал,  из  за  того,  что  он  играл  на  сазе  и  писал  стихи.  Его  стихи  были 

социально-политического  содержания  поэтому  он  был  под  наблюдением 

чиновников.  Для  того,  чтобы  избежать  преследования  он  уехал  в  Туркестан  в 

Бухару и Самарканд, чтобы усовершенствовать своѐ религиозное образование. В 

последующие  годы  из-за  своих  стихов  социально-политического  содержания  и 

сатиры  был  депортирован  в  Акстафа.  У  него  были  стихи  разных  жанров 

ашыгского творчества - герайлы, гошма, мюхаммес и т.д. Претендуют, что Ашыг 

Джамал  был  учителям  известного  Ашыга  -  Молла  Джумы.  Он  приезжал  в  Заям 

два  раза  в  неделю  и  учился  играть  на  сазе  у  Ашыг  Джамала.  Хотелось  бы 

ответить, что Молла Джума в своем стихотворении «Ибрагим» упоминает о том, 

что был в Заяме и играл там на сазе. Ашыг Джамал и Вархиянлы Ашыг Мухаммед 

были  друзьями.  К  сожалению  стихотворения  Ашыга  Джамала  были 

опубликованы от имени Вархиянлы Ашыга Мухаммеда.  



Ключевые  слова:  Ашыг  Джамал,  Вархиянлы  Ашыг  Мухаммед,  Молла 

Джума, село Заям, художественный террор, ашыгское творчество 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

50 



Savalan FƏRƏCOV 

 

 

“NƏFS TOX OLARSA, ÜRƏK DAR OLMAZ...” 

 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində 



Göyçə  mahalında  Dədə  Ələsgərin  saz-söz 

süfrəsindən  ilham  alanlardan  biri  də  aşıq 

Nəcəf  Bayramov  olub.  On  il  böyük  ustada 

şəyirdlik  edən  Nəcəf  aşıq  sənətinin  sirlərinə 

dərindən  yiyələnib,  el  məclislərinin  başında 

dayanıb. 

 

Nəcəf Allahverdi oğlu Bayramov 1876-cı ildə 



Göyçə mahalının Daşkənd kəndində dünyaya 

göz açıb. Ailənin tək övladı olduğu üçün atası 

ona yaxşı təhsil vermək istəyirdi. Nəcəf molla 

məktəbində  təhsil  almağa  başlayır,  az  vaxt  ərzində  ərəb-fars  dillərində 

yazıb-oxumağı öyrənir. Ancaq maddi çətinlik üzündən təhsilini yarımçıq 

qoyur, atasına köməklik edir. 

Araşdırmalardan məlum olur ki, o, erkən vaxtlardan şeirə, musiqiyə 

böyük  maraq  göstərir.  Qoyun  sürüsü  arxasınca  yaylaqlara  qalxanda 

güllü-çiçəkli  yamaclarda  çomağa  söykənib  “Çoban  bayatı”nı  oxuyur. 

Şirin  avazı,  zil  səsi  çoban  yoldaşlarını  heyran  edir.  Çox  keçmir,  Nəcəf 

saz çalmağı da öyrənir. Bir gün Dədə Ələsgər onların kəndinə el şənliyi-

nə  dəvət  olunur.  Toyun  ikinci  günü  ustad  kəndin  ağsaqqalları  ilə  çay 

süfrəsi  arxasında  oturubmuş.  Nəcəfin  atası  Nağı  bəydən  xahiş  edir  ki, 

aşıqdan rüsxət alsın, Nəcəf də bir ağız oxusun. Nağı bəy aşıq Ələsgərdən 

icazə  alır,  Nəcəf  ilk  dəfə  camaatın  qarşısına  çıxır  və  sazı  sinəsinə  basıb 

məlahətli bir səslə oxuyur: 



 

Nəfs tox olarsa, ürək dar olmaz

Zəhmət çəkilməsə, süfrə var olmaz. 

Sənət meydanında şəyird xar olmaz

Nəcəfəm, ustadı pir ustad olsa. 

 

Nəcəfin ifası Dədə Ələsgərin xoşuna gəldiyi üçün onu özünə şəyird 



götürür. Nəcəf on il ustada şəyirdlik edir, onun böyük hörmətini qazanır. 

Nəcəfin  toyunu  da  aşıq  Ələsgərlə  aşıq  Əsəd  edir.  Mənbələrdə  qeyd 

olunur ki, toy günü gəlini – Gülüstanı ata evindən çıxararkən bəyin əmisi 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

51 



Həzrətqulu  qapını  kəsir.  Bildirir  ki,  aşıq  Ələsgər  Gülüstana  bir  tərif 

deməsə, qızı verməyəcək. Ustad aşıq Gülüstana tərif deyir: 

 

Eşitmişdim, görməmişdim üzünü, 

Canlar yaxır süzdürəndə gözünü. 

Aşıq Ələsgərəm, deyim düzünü 

Doğrudan, Nəcəfə taydı Gülüstan. 

 

Bir gün Dəli Alının bacısı oğlu Zeynalabdinin toyu imiş. Uzaq-yaxın 



kənddən  toya  gələnlər  olur.  Həmin  vaxt  kənd  yolunda  bir  karvan  görü-

nür. Baxırlar ki, sarbanı dəvənin üstündə yuxu aparıb. Karvandan da bir 

dəvə  ayrılıb  arxada qalıb. Həmin dəvəyə  bir canavar  yaxınlaşır. Camaat 

nə  qədər  hay-həşir  salırsa,  sarban  yuxudan  ayılmır.  Qurd  az  qalır  ki, 

dəvəni haqlasın. Bu vaxt Nəcəf bir zil şikəstə oxuyur: 

 

Xabi qəflətdə yatıbsan, 



Oyan sarban, dayan sarban! 

Karvanı qurda atıbsan, 

Oyan sarban, dayan sarban! 

 

Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn 



tərəfə,  sonra  da  karvana  baxır.  Qurd  artıq  dəvənin  üstünə  atılıbmış.  Bu 

zaman  güllə  səsi  eşidilir.  Qandal  Nağı  uzaqdan  nişan  alıb  qurdu  vurur. 

Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi dəvəni xilas edir. 

Nəcəf  ustad  aşıq  olmaqla  bərabər,  həm  də  ətrafında  baş  verən 

ictimai-siyasi  proseslərdən  kənarda  qalmayıb.  Ötən  əsrin  əvvəllərində 

mənfur  ermənilərin  torpaqlarımıza  göz  dikib,  xalqımıza  qarşı  soyqı-

rımları  törədəndə  o,  oğlanları  Şəmiddin  və  Şəmistanla  birlikdə  müba-

rizəyə qatılır, qanlı döyüşlərin birində qolundan yaralanır. 

Deyilənə  görə,  aşıq  Nəcəfdə  öncəgörmə  qabiliyyəti  də  olub.  Aşıq 

Ələsgərin  evində  şəyird  olduğu  günlərdə  gecəyarısı  qəflətən  yuxudan 

ayılır.  Bir  ah  çəkib  ağlayır.  Soruşurlar  ki,  ay  Nəcəf,  nə  olub?  Niyə 

ağlayırsan? Nəcəf yuxusunu belə söyləyir: 

 

Aman Allah, nə yuxudu görürəm, 

Açılacaq nə bəlalar başıma. 

Görən, kimsəm köç eylədi dünyadan

Töhmət qoydu el-obalar başıma

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə