Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
86 
Son  hadisələr  cəmiyyətimizin  paxırını  açdı,  boş,  yıxıq  yerlərimizi 
bilirik  artıq,  daha  doğrusu,  bilməliyik.  Əslində  cəmiyyət  də  bütöv  bir 
orqanizmdir, ağrıyan yerini anlayırsa sağaldacaq.” 
 Fikrimi daha geniş izah etməyə, açıqlamağa çalışacam... 
Molla  Nəsrəddin  dəvənin  belində  yol  gedirdi,  yeməkçün  yolazığı 
qovud götürmüşdü. Yeri gəlmişkən deyim qovud nədir? Çünki, qovudun 
nə demək olduğunu bilməsək, sözümün canı anlaşılmayacaq. Qovud hər 
şeydən  öncə  atüstü  (tərəkəmə)  yeməklərimizdən  olub  yağda  qovrulmuş, 
dağ  edilmiş  undur,  soyuqda,  istidə  xarab  olmadığına  və  tez  hazırlan-
dığına  görə  uzaq  səfərlərə  götürülür...  Nə  isə,  Molla  dəvənin  belində 
qovud yeyirdi, amma hava azacıq küləkliydi, qovudu ağzına alanda külək 
aparırdı. Aşağıdan yuxarı soruşdular: 

 
Molla, yediyin nədi? 
Molla qayğılı-qayğılı aşağı baxıb dedi: 

 
Külək belə əsəcəksə, heç nə... 
Bizim atalı-babalı minilliklər boyu tarix yazmağımız da çox təəssüf 
ki, küləkli havada qovud yemək kimi bir şey oldu. Ona görə də sabahını 
fikirləşməyən,  bir  addım  irəlini  görməyən  adamlar  üçün  məsəl  olaraq, 
deyərlər:  “filankəs  əlindəkinin  qovud  olduğunu  bilmədi,  yediyini  də, 
dediyini də havaya sovurdu”... 
Biz  də  əlimizdəkinin-ovcumuzdakının  “qovud  olduğunu  bilmədik,” 
yüzilliklərin  rüzgarları  ovcumuzdan  aldı  apardı.  Tariximiz  yad  adlara 
yükləndi,  daşındı,  minilliklərin  o  üzündə  əlifba  yaratsaq  da,  özgələr 
umuduna  qaldıq,  baxmayaraq  bunu  da  özümüz  demişik:    “Özgə  atına 
minən tez düşər...” 
 
 
       Tap tapmaca... 
 
 
Qum qazdım qara çıxdı, 
 
Qumnan minara çıxdı. 
 
Bu axşam itən oğlan
 
Səhər bazara çıxdı...       (Açması  Günəş) 
 
 
Bircə belə misiri, 
 
Bəylər onun əsiri... 
(Açması – Misri qılınc) 
 
 
Əpə-əpə ərşin əpə, 
 
Çiçəkli dərə, dəyirmi təpə... (Açması- Ay, Ulduz) 
 
 
 
 
*** 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
87 
Yaddaşa sığınmaqdan başqa  yolumuz  yoxdur, biz itirdiklərimizi  an-
caq orda tapa bilərik. Yerüzü də bizim indimizi – bu günümüzü tanımaq 
istəmir, neynirsən, elə tanımayacaq da, çünki yaddaşında bizim bu günü-
müz yox, minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu minil-
liklər  onu  hələ  də  qorxudur,  yaddaşını  incidir,  bizə  qarşı  olan  müna-
sibətləri  də  bu  hisslərin  üzərində  bərqərardır.  Bunu  bilməmiz  lazımdır. 
Bu gün o, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki, 
özünə oxşatsın, oxşada bilməsə, qapısının ağzında təhqir etsin, biz də bir 
ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yo-ooxx, biz minil bundan 
qabaqkı türklər deyilik! Yerüzü bunu, bu səsi məmuniyyətlə eşitmək is-
təyir... Bizimsə bayaq dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı 
tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.  
Molla  Nəsrəddindən  soruşurlar  ki,  Molla,  sən  bilən,  yer  üzünün  tən 
ortası  –  mərkəzi  hara  olar?  Molla  ağacını  götürür,  yörəsinə  yumru  cız 
çəkir, dayanır düz ortasında, deyir: 
-Yerin ortası buradı... ayağımı qoyduğum yer!  
Beləcə,  yurdun-yuvanın  əslində  “dayandığın”  –  doğulduğun  yerdən 
başladığını, insanın özünü özündə aramalı olduğunu, nəyin bizim, nəyin 
özgənin  olduğunu  anlamalıyıq.  Böyük  rus  yazıçısı  Lev  Tolstoy  deyirdi 
ki, nədən yazmağı yox, nədən yazmamağı bilən əsl yazıçıdır. 
İndi xalqla, el-obayla bağlı yaddaşımda qalan bildiyim, amma qələ-
mə almadıgım mövzular yazılı daş abidələr kimi axır üstümə, çox yəqin 
ki, bu da qələmə alınıb heç yana çatdırılmadığı üçündür, ona görə də indi 
bu  düşüncələrin,  bu  tarixi-etnoqrafik  bilgilərin  ağırlığı  altında  çırpın-
maqda, əzilməkdəyəm...  
Onu  da  bilirəm  ki,  artıq  aramızda  yaddaşsız,  milliliyə,  adət-ənənələ-
rimizə  xor  baxan,  kökündən,  əslindən  üz  döndərmiş  insanlarımız  var, 
bəlkə  də  onların  sayı  düşündüklərimizdən  də  çoxdur,  olsun...  “İtik  itiyi 
tapdırar”,  deyiblər.  Qərara  aldım  ki,  hər  halda  tariximizlə,  etnoqrafik, 
mifik,  filoloji,  fəlsəfi  görüşlərimizlə  –  baxışlarımızla  bağlı  yaşayıb 
yaratdıqlarımızı,  yəni  xalq  yaradıcılığı  adına  bildiklərimi  içə,  –  daxili 
aləmimizə  yazılmış  tariximiz  hesab  edib  məktub  kimi  yazsam  yaxşıdır; 
elə beləcə,  
Yer üzünə məktub... 
 
Anlasaq  da,  anlamasaq  da,  bütün  yazılanlar  onsuz  da  məktub  kimi 
yazılır; romanlardan tutmuş elmi kəşflərəcən. Bunun da doğru olduğunu 
anlayaq ki, yazılanlar kimlərçünsə, hara üçünsə yazılır, əslində yazılan nə 
varsa, bir cümlə olsa belə, dünyaya məktubdur, bizim hamımız üçündür... 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
88 
Fərq orasındadır ki, kimsə məktubunu vaxtında yazır, kimsə gecikir, 
kimlərsə yazmaq lazım olduğunu bilmir, danışır, ömrünü danışmaqla ba-
şa vurur, qışqırır, eşitdilər, eşitmədilər, səsi batanacan qışqırır. Boş yerə 
qışqırmaqsa küləkli havada qovud yeməkdən başqa bir şey deyil... 
Əslində yazılanlar da, hətta yazılmayıb elə belə söylənilənlər də  yer 
üzünə  deyilir,  yaradılan  nə  varsa  bizim  üçündür,  daha  doğrusu,  yerüzü 
üçün...  Amma  biz  bütün  yaradılıanları,  –  yazılı  ya  şifahi,  –  izləyə  bi-
lirikmi?! Yox, bu, öz zamanında təbii ki, mümkün olan iş deyildi, düşü-
nürəm ki, heç səs-səsə verdiyimiz bu İnternet əsrində də mümkün deyil... 
Bu  düşüncələrlə  yanaşsaq  dünyanın  ən  yaxşı  tanıdığı,  məktubunu 
yerüzünə  vaxtında  yazmış  xalqlar  var.  Onu  da  fikirləşirəm  ki,  bu  kimi 
məktublar  yazılmasaydı,  dünya  nə  qədər  kasıb,  maraqsız  olardı...  Bütün 
bunlarla  yanaşı  razılaşaq ki, bizim haqqımızda, – yer üzündə  pozulmaz 
tarixi  izləri qalsa da, türk dünyası haqda yazılmayanlar daha çoxdur... 
Ağlım kəsəndən yazılı qaynaqlarda da, elə-belə söz arası deyilənlərdə 
– söyləntilərdə də  özümüz haqda belə eşidirəm: “biz tarixi yaratmışıq, 
amma tarixi yazmamışıq...” 
Mən belə düşünmürəm... Məncə, tarix yalnız yazıya alınmaq üçün, – 
yazıya  alınmanın  xətrinə  yaradılmır.  Tarix,  hər  şeydən  öncə  içə  yazılır. 
Yer  üzünə  verilən  adlar  da  tarixdir;  dağlara,  dərələrə,  çaylara  qoyulan 
adlar  da  vaxtı-zamanı,  tarixi  mənaları  daşıyır  özüylə...  Söhbət  yalançı 
tarixlərdən gedə biməz, əlbəttə. Biz hamımız, – yer üzünün insanları, onu 
da bilirik ki,  yalançı tarixlər, yalançı tarixçilər var. Bu mənada anlama-
lıyıq ki, tarixi  məqsəd kimi izləmək, tarixi özünə oxşadıb dəyər vermək 
bir çox xalqlar üçün həyat tərzidir; yüzilliklər boyu da məqsədə, – ideo-
loji  fikrə  çevrilib...  Belə  də  demək  mümkündür;  özünün  varlığı  da 
quraşdırıb özünə oxşatdığı həmin yalançı tarixdən asılı olub... 
Mən indi məktubumu İl-Ay bayramı  ərəfəsində yaranıĢın  daĢıyıcısı 
olan  dörd  ünsürlə  başlamaq  istəyirəm,  elə  bu  cür,  dəyişilməsi  mümkün 
olmayan ardıcıllıqla:  
Su, Torpaq, Od, Hava... 
Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım dörd ünsürdən 
ibarətdir.  Yəni,  mən  bu  fikirdəyəm  ki,  su  da  tərkibcə  həmin  ardıcıllıqla 
özündən – yəni  sudan, sonra torpaqdan, oddan,  havadan başqa bir  şey 
deyil. Eləcə də, torpaq; sudan, özündən, oddan və havadan doğulub. Sö-
zümün  canı  yaxşı  anlaşılsın  deyə,  yazıya  belə  başlamağı  lazım  bildim. 
Ona görə ki,  Novruz (İl-Ay) bayramının builki çərşənbə axşamlarını da 
düzgün keçirtmədik; su çərşənbəsindən sonra yanlış olaraq od çərşənbə-
sini  qarşıladıq.  Gəlin  düşünək,  sudan  sonra  od  gələrmi  heç?!  Belə  bir 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə