132
deyil, geniş mənada Azərbaycan ədəbiyyatında özü-
nəməxsus bir istiqamətdir”.
1
İsa Hüseynovun birdən-birə İsa Muğanna olduğu-
nu düşünən və yazanlar da az olmamışdır. Amma
onun ta doğulandan Muğanna olub, sivilizasiyanın
yaradılışından xəbər verən Muğlardan olması nəsil-
nəcabətinin keçdiyi həyat yolundan görünür. İsa Mu-
ğanna doğulduğu gündən İsa Əfəndi olmuşdur. Hər
şeyi bilən ağa, üləma, sayğıdəyər, bilgiyə sahib anla-
mında işlənən “Əfəndi” kəlməsi İsa Muğanna doğu-
landa ona verilən ilk ad idi. İlahi bir səs bu adı İsa
Muğannanın ata qohumu Hilal xalaya dedizdirib.
Müəllif bunu özü belə qeyd edir: “Hilal xala sevinclə
xeymədən eşiyə atılıb, deyib: – Gözün aydın, ay
Omar ağa, İsa əfəndi gəldi!” İsa Əfəndi Muğannanın
əmisi olmuşdur. Tarixi sirləri varisləri ilə gələn nəsil-
lərə ötürən Muğlar, Muğannalar İsa Əfəndiyə “Nəslin
Günəşi” deyərlərmişlər. Çünki o, SafAğ elminin bili-
cisi və bu elmi gənclərə çatdırmaqda görəvləndirilən
bir şəxs idi. O, dövrü üçün çox təhlükəli “İstoriya İs-
lama” kitabını yazmışdır. Yaradılışın sirlərini qəlbin-
də daşıyan, amma bildiklərinin hamısını OdƏrlərə
ötürə bilməyən bir SafAğ alimi idi. Çünki vaxtsız və-
fat etmişdir. Bu şanlı və müqəddəs iş İsa Muğannanın
çiyninə düşdü və o, bu şərəfli işi ləyaqətlə, yolundan
dönmədən həyata keçirdi. Mehdi Hüseynə “Anadil
ötəndə” öçerkinə görə “atamı daha yaxşı tanıyı-
ram”deyib öz gördüklərindən yazan İsa Muğanna
ömrünün sonuna qədər gördükləri və eşitdiklərindən
1
"Ölümdən sonrakı həyat". İsa Həbibbəyli. İsa Hüseynovdan İsa
Muğannaya: Axırıncı əlyazma və bütöv dünya. (Bakı Hədəf Nəşrləri.)
133
başqa heç nə yazmadı. Gördükləri onun həyatına bi-
çilən yaşam, eşitdikləri isə Bağ atanın ona babaları,
ataları və işıq vasitəsi ilə dedikləridir. İsa Muğanna-
nın yazdıqlarını anlamayan, dərk edə bilməyən şəxs
gərək, onun 81 yaşında yazdığı “Həyatımdan səhifə-
lər” oçerkini oxusun. O bir OdƏr nəslinin şəcərəsini,
dərk etdiyi həqiqətləri bu əsərində yazmış, o əsərləri
niyə və necə qələmə aldığını pafossuz qeyd etmişdir.
Bu oçerk İsa Muğannanın yaşadıqlarını və yazdıqla-
rını özündə əks etdirən bir tezisdir sanki.
İsa Muğanna möcüzəli bir şəxsiyyətdir. “Həyatım-
dan səhifələr”i oxuyanda bir hadisə oxucunu mistika
ilə tarixi gerçəkliyin vəhdətində vəcdə gətirir. Çünki
“Həyatımdan səhifələr” nə qədər tarixə söykənən bir
oçerk olsa da, bir o qədər də mistik inancı ehtiva edir.
Əsərdən bir daha İsa Muğannanın Hüseynovdan Mu-
ğannaya çevrilməsinin təsadüfi olmadığının şahidi
oluruq. Müəllifin həyatında baş verən həqiqətləri
mistik bir yozumla təqdim etməsi qeyri-adi düşüncə
sahibi olduğunu ortaya çıxarır. “Postmodernist mətn-
lərdə məqsəd hadisəni danışmaq deyil, hadisənin ya-
ratdığı duyğuları anlatmaqdır ki, bu da “yalnızlıq,
gerçək həqiqət, depressiya” kimi duyğuların ifadəsi-
dir“.
1
Əsərdən məlum olur ki, İsa Muğannanın və ömür-
gün yoldaşı Firuzə xanımın valideynləri rəhmətə ge-
dəndən sonra həm özünün 6 bacı-qardaşı, həm də Fi-
ruzə xanımın 6 bacı – qardaşını evləndirib köçürmək
1
İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar.
2014.06.22. http://modern.az/articles/59560/1/
134
bu kişinin müqəddəs vəzifəsi olur. Onları evləndirib
yola salandan sonra, yəni evləndikdən 20 il sonra hə-
yatının sevinci-Sevinc adlı qızı dünyaya gəlib. Bu,
doğrudan da, bir möcüzədir. İsa Muğannanın vəfatın-
dan sonra Firuzə xanım bu müəmmalı həyat tərzinə
bu cür qiymət verir: “İsayla o qədər ağrılı-acılı gün-
lər gördük ki... İsanın da, mənim də atam müharibə-
yə gedib qayıtmadılar. Davud Nəsib adında şair var
idi, tanıyırdınızmı? Bax, o, kiçik qardaşım idi. Atam
elə onun ancaq üzünü görə bildi. Onların evində İsa
böyük uşaq idi, bizim evdə də mən. Onların hamısını
böyüdüb ali təhsil verdik, ailə sahibi elədik. Amma,
demək olar ki, indi onların böyük əksəriyyəti dünya-
dan köçüb. Mən bilmirəm nədir günahımız ki, onlar
bizdən qabaq köçdülər, axıra qalan biz olduq”.
1
Bundan sonra isə “Yanar ürək”, “İdeal”, “Doğma
və yad adamlar”, “İsahəq, Musahəq” yazılır, cəmiy-
yət İsa Hüseynovu İsa Muğanna olaraq tanıyır. Bu, o
zaman olur ki, İsa Muğanna şəcərənin layiqli yaşama-
sını təmin edir. Seçilmiş olduğunu sübut edir. Beləcə
gah silsilənin çağdaş nümayəndəsi Səmədi, gah da ən
qədim nümayəndələri-ƏsƏlməni (Süleyman peyğəm-
bəri), ƏsƏlEyi (İsa peyğəmbəri) BağhəmOdu (Mə-
həmməd peyğəmbəri), ÜnƏsimi (Nizami Gəncəvini),
Nəsimini yazdı. Yazdı və qəbiristanlığa çevrilmiş be-
yinləri SafAğ işığı ilə işıqlandırmağa çalışdı. Amma
bəzi qəbiristanlıqlar bunu dərk edə bilmədi. İsa Mu-
ğannanın ağlını itirdiyini söylədi və yazdı. Düzdür,
İsa Muğannanın SafAğ elmi haqqında dedikləri bir
1
Xalq Qəzeti. 4 may 1997. Faciənin kökü.
135
insanın asanlıqla qəbul edə biləcəyi fikirlər deyildi.
Bunun üçün gərək beynində SafAğ işığı olsun. Bey-
nində bu işıq olanlar və ya bu işığı görmək istəyənlər
onun yazdıqlarını duya və ya anlaya bilərlər. Hüseyn
Cavid heç də təsadüfən “Şeyx Sənan” əsərində Səna-
nın və Xumarın əl-ələ tutub uçduğunu yalnız ruhu
pak olanların gördüyünü yazmamışdır. O pak ruhla-
rı – SafAğ işıqlarını yalnız saflaşmışlar görə bilərdi.
Nəzərə alsaq ki, beyinlərimizin işığı sönüb, onda biz
İsa Muğannanın 40 ilə yaxın bir zamanda SafAğ elmi
haqqında yazdıqlarını necə başa düşə bilərik?
“İdeal” romanındakı “Qapalı dünya”, “Eysar çar-
mıxda”, “Peyğəmbərin möhürü” kimi hissələri və on-
dan sonra bu ideyanı daha da dərinləşdirib “Cəhən-
nəm”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq”, “İlan də-
rəsi və ya peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” kimi
əsərləri ağlı başında olan heç kim yaza bilməz. Çünki
bu ağıl göylərlə əlaqəyə girə bilmirsə, ordan qidalana
bilmirsə, onları nə düşünə və qələmə ala bilər, nə də
anlaya... İnsan göylərlə – Yaradanla əlaqəyə girməyi
və onu eşitməyi bacardığı bir zaman ağlı-SafAğ işığı
başındakı kəllə sümüyündən ət qeyri-iradi fikirlər
söylər. “Həyatımdan səhifələr” oçerkini vərəqlədikcə
görürük ki, İsa Muğanna ağlı başından çıxıb göyləri
gəzən və eşidən bir OdƏrdir...
***
İsa Muğannanı tarixi keçmişimiz, insanın yaradı-
lışı, mifik düşüncələr maraqlandırsa da, o, çağdaş cə-
miyyətimizdə gedən proseslərə heç bir zaman biganə
qalmamışdı. 85 yaşlı yazıçı iki eynəyi üst-üstə geyə-
Dostları ilə paylaş: |