127
ürəyi ağrıyıb, bağışlayan xalqdır. O ki qala özünün
nankor övladının qanını tökə. Bunu bu xalqın ruhun-
dan qidalanan Cəlil və Cavidin yaratdığı obrazlar ay-
dın şəkildə sübut edir. “Kamança” əsərindəki qəhrə-
manın erməni Baxşını əsir götürəndən sonra bağışla-
ması, Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana-
nın oğlunun qatili Muradı öz vicdanı ilə baş-başa bu-
raxması, hətta oğlunun dostlarından gizlətməsi ən ba-
riz nümunədir.
Yenə yazını davam etdirmək həvəsim o qədər ol-
madı. Çünki bu hadisələr ədəbi məsələdən siyasi mə-
sələyə çevrildi. Kimlərsə bundan istifadə edib dostum
Yusif Əli Əfşar demiş “bu gün bədii ədəbiyyatdakı
obrazları bütöv bir millətin adına çıxaraq, dahilər ya-
ratmış millətmizi kölgələyirlər...”
Amma Günel Mövludun “Qarabağ qaçqını olaraq
Əkrəm Əlyislinin romanı mənim hislərimi təhqir et-
mir” ifadəsi adamı yaman incidir. Öz aləmində de-
mokratik çıxışlar edib zəhləmizi tökən bu xanım hə-
min dəqiqə bu ölkəni böldü. Qarabağlı, naxçıvanlı de-
yə ayırdı. Amma bir azərbaycanlı kimi bu cür ifadələr
mənim heysiyyətimə toxunur. Necə olur ki, bundan
əvvəl başqa bir çıxışında qaçqın düşdüyü dövrdən,
qaçqın düşərgələrindən, itirilmiş doğma kəndindən,
uşaqlığından, sahib ola bilmədiyi sinif yoldaşlarından
danışarkən kövrəldiyini, hətta ağladığını gizlədə bil-
məyən bu xanım “Daş yuxular” romanını oxuyanda
hislərini təhqir edəcək heç nə tapa bilmir.
128
Heç olmasa əsərin obrazlarının uşaqlığından da-
nışdığı hissələri oxuyub “itirilmiş uşaqlığı” olmayan
adam kimi özünü təhqir olunmuş hiss etmək lazım
idi.
Bu əsl riyakarlıqdır. Tolerantlıq donu geymiş bic
adamların riyakarlığı kimi.
www.publika.az
129
İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və
mistika
İsa Muğanna... Bu ad bütün Azərbaycan oxucusu-
na doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli
bir ömür yolu keçən İsa Muğanna tutduğu qələmə
həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə baxmaya-
raq, inandığı yoldan dönməyən dahi bir şəxsiyyət ki-
mi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də,
dünya ədəbiyyatında onun kimi ikinci bir şəxsiyyət
yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə dönə-dönə
qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə
də, kimlərsə bunu cəsarətsizlik və lüzumsuz bir hal
kimi qəbul edir. Amma, məncə, bu, İsa Muğannanın
yazdıqlarına və düşündüklərinə sədaqətli olmasından
və səmimiliyindən irəli gəlir. Çünki qələminə və sö-
zünə şübhə belə olmayan bir sənətkar öz əsərini yeni-
dən işləyir, onu əlavələrlə zənginləşdirirsə, bu bir növ
onun səmimi söz ustadı olduğundan xəbər verir. Pro-
fessor Nizami Cəfərovun təbirincə desək, “Mən sizin
yazdığınız hər cümlənin heyranıyam, çünki sizin yaz-
dığınız hər bir cümlə Azərbaycan dilinə tarixi nüfuz
(və hörmət) gətirir. Sizin bədii intellektual təfəkkürü-
nüzün miqyası elədir ki, dünyada mövcud olmuş (və
olan!) istənilən xalqın yazıçısının bədii intellekti ilə
müqayisə oluna, həmin müqayisədə ən qeyri-obyek-
tiv hakimin münsifliyi ilə qalib gələ bilər”.
İsa Muğannanın “Yanar ürək” əsərini yenidən iş-
ləyib “İdeal”, “Doğma və yad adamlar” əsərini “İsa-
həq, Musahəq” adlandırması, “Qəbiristan”ı, “GurÜn”
130
və “Cəhənnəm”i yenidən əlavələrlə işləyib oxuculara
təhvil verməsi səbir və əzm istəyir. Heç bir yazıçı bə-
dii əsərinə qarşı bu qədər tələbkar deyil. Amma İsa
Muğanna bunu bu ahıl yaşlarında da edirdi. Ömür-
gün yoldaşı Firuzə xanım belə Muğannanın bu tələb-
karlığına bəzən üsyan edirdi. Söhbətlərimizin birində
ustad sənətkar dedi ki, “Gərək “Məşhər”i yenidən iş-
ləyim”. Bu zaman Firuzə xanım: “Ay İsa, bəsdir, sən
Allah” deyərək etirazını bildirdi. İsa müəllim isə öz
mövqeyində qaldı və imkan tapan kimi işləyəcəyini
desə də, ömür vəfa etmədi.
İsa Muğannanın son kitabı olan “İlan dərəsi”ndə
dörd yeni əsəri verilib: “Həyatımdan səhifələr” oçer-
ki, “Qırx kisə qızıl”, “Söz yarası” və “İlan dərəsi və ya
peyğəmbərin taleyi” povestləri. Bu əsərlər ilk dəfə
Azərbaycan jurnalında çap edilsə də, hələ kitab şək-
lində oxuculara təqdim edilməmişdir. Bu əsərlərin bi-
rinci nəşrini hazırlamaq ilk dəfə mənə nəsib oldu. Bu
mənim üçün İsa Muğanna demiş “fantastikasız fan-
tastika” kimidir. Çünki bir vaxtlar əsərlərini oxuyub
ideal dünya axtarışında olan bir tələbənin bu ideal
dünyanı təqdim edən bir dahinin əsərlərini çapa ha-
zırlaması və ön söz yazması bir möcüzə kimidir. Pa-
foslu səslənməsini istəmədiyim bir fikri bura yazmaq
istərdim, ön söz yazıb-yazmamağım haqqında çox
düşünürdüm. Sərhədsiz bir ideya və fikir sahibinin
əsərləri haqqında nəsə yazmağın məsuliyyəti məni sı-
xırdı. Amma Ustadım qəbul etdiyim Muğannanın şə-
rəfinə və əsərlərindən təsirlənərək yazdığım “OdƏr-
lər” romanımın ön sözünə yazdığı rəydəki son cümlə
məni cürətləndirdi: Çünki bizim ikimizin taleyi var bu
131
kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat
birliyi böyük, nadir xoşbəxtlikdir...
1
Elə bu cümlədən
ürəklənib kitabın adını da təklif etdim: “İlan dərəsi”.
Bir az düşündü və “olar” dedi. Çünki təklifi etdiyim
zaman kitabın üz qabığının dizaynını da aparmışdım.
“Ağ gəlini yaxşı fikirləşmisiniz”, – dedi. Zəif görən
gözləri ilə ƏsƏlmənin təsvir edildiyi rəsmə baxıb:
“Bunu daha yaxşı oxşatmısınız”, – dedi. Bu, ikimizin
də gülüşünə səbəb olmuşdu.
Azərbaycan ədəbiyyatında çox böyük rezonans
doğuran “İdeal” əsəri haqqında, demək olar ki, ölkə-
mizin ən böyük alimləri öz tənqidi fikirlərini yazmış-
dır.
Akademik İsa Həbibbəyli “İsa Hüseynovdan İsa
Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” mə-
qaləsində qeyd edir ki, “İsa Hüseynovun yaradıcılığı
Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məm-
mədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasın-
da körpü funksiyasını daşıyır. İsa Hüseynovun əsər-
ləri Azərbaycan altmışıncılarının möhtəşəm bir prolo-
qudur. Sanki, İsa Hüseynov doğma və yad adamlar
haqqındakı qənaətlərini, yazıçı təəssüratlarını Azər-
baycan altmışıncılarına təhvil verib, özü tamam yeni
bir sahə ilə, “İdeal” romanı ilə və onun davamı olan
yeni dünyanı təsvir etməklə məşğul olmağa keçmiş-
dir. “İdeal” yalnız İsa Hüseynovun yaradıcılığında
1
Şəmil Sadiq. “Odərlər” romanı. İsa Muğanna. Ali roman.
(Bakı, Hədəf Nəşrləri 2013.)
Dostları ilə paylaş: |