123
qarşı cövlan etdirə bilmirlər. Mən elə düşünmürəm
ki, dünya ədəbiyyatından 3-5 yazıçının bir neçəsinin
adını əzbərləyib sağda da, solda da dahi kimi görün-
mək üçün istifadə edən gənclərdən zəif olduqları de-
mək deyil bunun səbəbi. Bunun səbəbi “özü lum-lum
udub, batində, amma dediyi mənaya bir bax” fəlsəfə-
sinin onlardakı təzahürüdür. Hədyan danışan uşağın
ağzının üstündən bir sillə vurub: “kəs səsini” demək
üçün Cavid kimi, Cəlil kimi, Cavad kimi, Xəlil Rza
kimi, Bəxtiyar kimi haqqın olmalıdır ki, sonra da
onun əlindən tutub istədiyin yerə aparasan, yönləndi-
rəsən. Doğrudan da, gözü kölgəli olmaq çox pis şey-
dir.
Uşaq da bic doğulanda, bic böyüyəndə özü öz
ayaqları üstündə durmağı bacarır. Həyatı nəzəri for-
mada məktəbdən, təhsildən öyrənmir, birbaşa prakti-
ki yolla yaşayaraq öyrənir. Sözsüz ki, bu mənzərənin
də iki tərəfi var: xeyirli və ziyanlı.
Xeyirli tərəfi odur ki, bu uşaq başına gələnləri bir
daha yaşamayacaq, bütün əyri yollardan öz xeyri na-
minə istifadə edəcək, bir sözlə, yaşama haqqını asan-
lıqla kimsəyə verməyəcək, mübarizələrdə, çəkişmə-
lərdə böyüyəcək və güclü olacaq... Amma bu güc, bu
alov məişəti onsuz təsəvvür edə bilmədiyimiz maye
qaz kimi səmərəli yox, böyük bir binanı partladacaq,
mühariblərdə insan öldürmək üçün istifadə edilən si-
laha çevriləcək.
Ziyanlı tərəfləri isə ...
Bu yazını çoxdan yazıb facebook profilimdə pay-
laşmışdım. Sonra dərindən araşdırma aparıb daha bö-
yük oxucu auditoriyası üçün publika.az-a verməyi
124
düşünürdüm. Sonra fikrimdən vaz keçdim. Çünki ya-
zıçı, ədəbiyyatşünas, publisist kimi hobbi naminə ya-
zılar yazan biri kimi görünsəm də, daha çox mən mü-
əlliməm, pedaqoqam. Buna görə də “bu yazını yazıb
bir neçə nəfərin xətrinə dəyə bilərəm” – deyib qələmi
yerə qoydum. Nöqtələrdən sonra tamamilə başqa for-
mada söz açacaq, izah edəcəkdim subyektiv fikirlə-
rimlə. Həm ağsaqqal, həm də gənc yazıçılarmıza ürək
sözlərimi deyəcəkdim. Aqressiyadan uzaq, sakit və
təmkinli. Amma təəssüf...
Çünki bu yazını mənə yazdıran gənc tənqidçi Gü-
nel Mövludun “vətənpərvərlik elə bir şeydir ki, onun-
la Volterin, Russonun, Hüqonun qarşısına çıxmaq
"ədəbsizlikdir, əxlaqsızlıqdır” cümləsi idi. Bu cür fi-
kirləri istər bədii, istərsə də tənqidi yazılarında gör-
düyüm bu tip bir qrup gəncin formalaşdırdığı yeni
ədəbiyyat bic doğulmuş və böyüməkdə olan ədəbiy-
yatın olduğunu sübut edir mənim üçün.
Axı Günel xanım yaxşı bilməli idi ki, sadəcə bəşəri
ideyalar tərənnümçüsü, Turan sevdalısı Hüseyn Ca-
vid vətənpərvərliyi ilə, millətə olan sevgisi ilə nəinki,
Volterin, Russonun, Hüqonun qarşısına çıxmaq olar,
hətta ayaqlayıb o tərəfə də keçmək olar. Çünki milli
dəyərlərinə sahib çıxmaq, onu hər şeydən üstün tut-
maq onların təqdim etdiyi millətçilik deyil, sadəcə in-
san sevgisidir. Mən insanı sevirəm, amma bu qanım-
dan, canımdan olarsa, ona daha çox bağlı, daha çox
tutqun oluram. Cavidin, Cavadın, Əli bəy Hüseynza-
dənin, M.Ə.Rəsulzadənin, Xəlil Rza Ulutürkün, Bəxti-
yar Vahabzadənin milli sevgisi sənin qarşısına çıxa
bilmədiyin avropalıdan fərqli olaraq bonapartizm, fa-
125
şizm yaratmaq ideyasına söykənmədi. Nə qədər və-
tənpərvər və millətçi olsaq belə, yenə də qonağı özü-
müzdən üstün tutub, yeməyimizin ən dadlısını, evi-
mizin ən yaxşı yerini qonağa verdik. Bunları görmə-
mək ən azından nankorluqdur.
Adını çəkdiyi Hüqo “Səfillər” əsərində keşiş obra-
zını elə bir sevgi ilə yaradıb ki, adam az qalır, lap dö-
nüb xristian olsun, elə məhz o cür keşişlərə ibadət et-
sin. Onun vicdan, ədalət, mərhəmət hissini elə ali şə-
kildə təqdim edir ki, sanki kilsənin çıxardığı heç bir
oyundan xəbəri yox idi. Dünyanın parçalanmasında
və idarə olunmasında ən iyrənc yollara əl atmasını
sanki kilsə etmirdi. Nəzərə almaq lazımdır ki, min il-
dən çoxdur ki, Avropanı birləşdirən ən ali dəyər din
idi, milli dəyər yox və həm də islami dəyərlərə qarşı
birləşdirirdi. Necə ki, Osmanlı imperiyasının tabeçili-
yində olan xalqları İslami dəyərlər birləşdirirdi. De-
məli, tolerant saydığın avropalı özünü həmişə səndən
yüksəkdə tutub və aşağıya baxıb, öz dəyərlərindən
gözünə eynək, əyninə don geyəcək. Sən isə əynindəki
dəyərlər paltarından utandığın üçün soyunur, soyun-
duğun üçünsə çılpaq qalıb lap biabır olursan.
Nədənsə yazını yenə davam etdirə bilmədim.
İkinci dəfə isə Əkrəm Əylissiz. (Məncə, Əylis kəndi-
nin dili olsaydı, ondan imtina edərdi. Amma elədiklə-
rini haram etmədən, vicdanı və erməni ruhu ilə baş-
başa buraxardı.) Əkrəm Əylisli sindromu yarananda
yazmaq həvəsinə düşdüm. Amma gördüm hamı ya-
zır. Düşündüm ki, ayıbdır, hamı yazır, mənim yazma-
ğımla nə dəyişəcək ki? Qoy elə dərdimizi, sərimizi
dostlar arasında bölüşək, mübahisəmizi də orda edək.
126
Beləcə yazmaq fikrindən vaz keçib, başladım yazılan-
ları diqqətlə izləməyə. Gördüm ki, Əkrəm kimi milli
ədəbiyyatımızın ruhuna yad olan, milli və dini kimli-
yinə aid olmayan bir şəxsin “atalıq” (düzdür ona ədə-
biyyatımızın atası ifadəsini kimsə işlətməyib, əstəğ-
fürullah, mən də bu düşüncədə deyiləm. Amma təəs-
süflər olsun ki, onun ruhunda qidalananlar var hələ
də) etdiyi ədəbiyyatın bic balalarının olması və inki-
şaf etməsi təbiidir. Elçisi gülüm olanın, başına külüm
olar.
İzlədikcə gördüm ki, qısa bir zamanda vətən xai-
ninə “insan” deyib müdafiə edən ziyalılarımızın sayı
çoxaldı. “Bəşəri ideyalar”a sahib olan bu insan hü-
quqları qoruyucularının demirəm dədəsini, anasını
söysən, deyirəm toyuğuna kiş desən, görəsən tole-
rantlıqlarını saxlaya bilərlərmi? Maşınının yerində
maşın saxlasan, iki dəfə yanlış olaraq zəng etsən, val-
lah, adamın dədəsini yandırardılar.
Bütün bunların fonunda kimsə mənim dədəmi,
anamı, evimi təhqir edib, aşağılayırsa, məgər mən
susmalıyam? Qətiyyən yox. Susaramsa, deməli, hey-
siyyat və ləyaqətim yoxdur deməkdir. Hətta haqqımı
bütün formalarda tələb etməliyəm düşüncəsindəyəm.
Əgər bir xalq heysiyyatına toxunulduğunu anlayır,
dərk edirsə, deməli, onun xalq kimi yaşamağa haqqı
çatır. Əks təqdirdə isə yox.
İndi gəlib el qınağını tənqid edərək, “yox biz Ək-
rəmi öldürsək, döysək, bizə Avropa nə deyər?” deyib
hüquq müdafiəçisi olublar. Birincisi, bu xalqı tanıyan
olsa idilər, bilərdilər ki, anasını, bacısını təhqir etmiş
ermənini belə versən əlinə, təəssüflər olsun ki, yenə
Dostları ilə paylaş: |