108
dada düzümü və sıralanması əsasında yaradılır. Daha
çox flektiv dillərə uyğundur. XIX əsrin sonlarından
etibarən, Qərb və Rus ədəbiyyatında geniş tətbiq olu-
nur.
3. Sillabik vəzn – hecaların misralarda sayca, kə-
miyyətcə bərabərliyi əsasında yaranmışdır. Bizdə ona
heca vəzni deyilir. Şeirimizin əsas vəzni olsa da, onu
ancaq türk ədəbiyyatına aid etmək olmaz. Çünki bu
vəzn, demək olar ki, bütün dünya xalqları tərəfindən
işlədilir.
4. Sillabik – tonik vəzn. Bu vəzn misralarda hecala-
rın kəmiyyətcə eyni düzümü ilə bərabər həm də vur-
ğulu hecaların müəyyən tərzdə düzümünü tələb edir.
5. Əruz vəzni – 72 tip təfilənin yaratdığı müxtəlif
qəliblər üzərində qurulur. Qəlib şeirimizdə misranı,
təfilə isə misra bölümünü (bölgünü) bildirir. Əruz
vəzni daha çox Yaxın Şərq xalqları, o cümlədən, Azər-
baycan poeziyasında geniş tətbiq olunmuşdur. Əruz
vəzni uzun və qısa, bizim dilimiz üçün isə açıq və qa-
palı hecaların misra-qəlib daxilində həm miqdar, kə-
miyyət, həm də keyfiyyətcə eyni təkrarından yaranır.
Yüksək dəqiqlik və sənətkarlıqla yazılmış əruz vəznli
şeirdə misralarda olan səslərin miqdarca bərabərliyi
ilə yanaşı, həm də uzun, qısa, qapalı, açıq hecaların
eynilə təkrarını M.Ə.Sabirin aşağıdakı misralarında
görə bilərik:
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş.
109
Yuxarıda misraların hər birində 28 səs vardır. Bun-
lardan 11-i sait, 17-si samitdir. Hər misrada olan 11
hecadan 5-i açıq, 6-sı qapalıdır. Onların düzümü, diq-
qət yetirsəniz, eynilə təkrarlanmışdır. Bu cür ahəng,
vəzn bərabərliyinə başqa vəznli şeirlərdə rast gəlmək
qeyri-mümkündür.
6. Rübai vəzni. Bu vəzni bir sıra mütəxəssislər əru-
za aid etsələr də, dövrümüzün şeir vəznləri sahəsində
ən böyük mütəxəssisi olmuş mərhum prof. Ə.Cəfər
onu ayrıca bir vəzn adlandırmışdır. Rübai vəzni ilk
dəfə farslar tərəfindən yaradılmış və sonra Şərq poeti-
kasında geniş tətbiq olunmuşdur.
Apardığımız araşdırmalar sayəsində bu nəticəyə
gəlirik ki, min illik poeziyamız tarixində ədəbiyyatı-
mızda yuxarıdakı şeir vəznlərindən üçü geniş işlən-
mişdir. Bunlar heca, əruz və rübai vəznləridir.
Yazılı ədəbiyyatımızda əruz vəzninin tarixi daha
qədimdir. Biz əruz vəznli şeirə VII-VIII əsrlərdə ərəb
ölkələrində yaşayan və “Əl-Azərbaycani” nisbəsi ilə
şeirlər yazan Musa Şəhavat, İsmayıl İbn Yasər, Əbdül
Abbas əl Əma kimi şairlərin yaradıcılığında rast olu-
ruq. Daha sonralar ta indiyə qədər əruz vəzni həm
farsdilli, həm də türkdilli şeirimizdə geniş tətbiq
olunmuşdur.
“Ümumən 19 bəhri olan əruz vəzninin milli poezi-
yamızda 12 bəhri, 72 növü, 267 variant qəlibi işlən-
mişdir”. (Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbay-
can əruzu).
Əruz vəznli şeirimizdə işlənən bəhrlər aşağıdakı-
lardır: həzəc, rəməl, mütədarik, rəcəz, müzare, mün-
110
sərih, müctəs, mütəqarib, xəfif, səri, kamil və müqtə-
zəb.
Nədənsə orta məktəb üçün buraxılan “Ədəbiyyat
nəzəriyyəsi” və ali məktəblər üçün çap olunan “Ədə-
biyyatşünaslığın əsasları” kitabında bəhrlərin sayı 11
göstərilmiş, müqtəzəb bəhri onların arasında qeyd
olunmamışdır. Arzu edərik ki, həmin kitabların gələ-
cək nəşrlərində bu anlaşılmazlıq aradan götürülsün.
Müasir poeziyamızda əruza olan meyil güclən-
məkdədir. Buna misal olaraq Baba Pünhan, Hacı
Ələmdar Mahir, Şahin Fazil, Hacı Rüfət Əliyev (Ra-
fiqoğlu), Kərbəlayi Mahir Cürət, Arif Buzovnalı və di-
gər şairlərimizin yaradıcılığını göstərə bilərik. Son
dövrdə, xüsusən, meyxana janrının inkişafı və bu sə-
nətlə məşğul olanların əruza olan dərin və elmi mara-
ğı, söylədiklərini meyxanalarda vəznə riayət etmək
cəhdləri təqdirəlayiq hadisədir.
Mərhum prof. Ə.Cəfərin əruza gətirdiyi islahatlar
bir sıra ərəb mənşəli terminlərin öz dilimizdə olan is-
tilahlarla verilməsi, təfilələrin əkrəmi modelləri ilə
əvəz olunması əruz elmini öyrənməkdə gərəkli və
əvəzolunmaz bir vasitədir. Lakin bu sahədə çalışan
mütəxəssislərin və elmi ədəbiyyatın azlığı əruzun öy-
rənilməsində bir çox çətinliklər törətməkdədir.
Bu çətinliklərdən biri də onun ədəbiyyatımızda
alınma bir vəzn olduğu haqda fikirlərin söylənilmə-
sindədir. Guya biz və bütün Yaxın Şərq xalqları bu
vəzni ərəblərdən almışıq. Bununla razılaşa bilmərik.
Əvvəla, vəzn ictimai bir hadisədir. O, xalqın ruhunda
yoxdursa, süni yolla, ya məcburən, ya xoşluqla onun
poeziyasına gətirilə bilməz.
111
Hörmətli alimlərimizdən Sabir Əliyevin şifahi xalq
ədəbiyyatımızda apardığı araşdırmalar və tədqiqatlar
nəticəsində folklorumuzda əruz vəznində bir çox şeir
nümunələrinin ortaya çıxarılması da həmin vəznin
alınma olduğu barədə fikri təkzib edir. Çünki ayrı-
ayrı şairlərə hər hansı bir vəzndə nəyi isə yazdırmaq
mümkün olduğu halda, bütün bir xalqa vəzn sarıdan
zor etmək qeyri-mümkündür. Əruz vəznli nümu-
nələrə tarixi bilinməyən atalar sözləri, tapmacalar,
nəğmələr, bayatılar və s. nümunələrdə külli miqdarda
rast olunmaqdadır. Bütün bunlar əsas verir ki, aşağı-
dakı nəticəyə gələk: ”Əruz bir elm kimi ərəblər tərə-
findən yaradılmışdır, lakin bir vəzn kimi bütün Şərq
xalqlarının ümumi malı olmuşdur. Deməli, o, bizim
üçün də alınma deyil, öz milli şeir vəznimizdir. Axı
min il poeziyanda işlətdiyin bir vəznə “mənim deyil,
özgənindir” söyləmək düzgün deyil”.
Hecanı həmişə milli şeir vəznimiz adlandırmışlar.
O, təkcə bizim yox, əksər dünya xalqlarının milli şeir
vəzni sayılmaqdadır. Poeziyasını, əsasən, əruz vəz-
nində yaradan ərəb və farslarda da heca vəznli şeirlə-
rə rast olunur. Onu beynəlxalq terminologiyada silla-
bik vəzn adlandırırlar. Bu vəzn misralarda hecaların
kəmiyyət bərabərliyinə əsaslanır. Bu baxımdan silla-
bik istilahı, öz dilimizdə olmasa da, düzgün termin-
dir. Heca vəzni istilahı isə mübahisələr doğurur. Axı
yuxarıda adlarını çəkdiyimiz 6 vəznin hamısı hecaya
əsaslanır. Onların yaranmasında da heca mühüm rol
oynayır, onların da hamısı elə heca vəznidir. Təsadüfi
deyil ki, Ü.Hacıbəyov, M.Ə.Sabir kimi dahilərimiz bu
vəzni “barmaq hesabı”, “barmaq üsulu” vəzn adlan-
Dostları ilə paylaş: |