92
edildi. Bu bilgilərə yiyələnəndən sonra bəzi əsərlərin
tədqiqatı ilə bağlı fərqli məqamlar ortaya çıxdı. Bun-
lardan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yük-
lü eşşək” əsəridir. Tədqiqatçı Tahirə Həsənzadənin
araşdırmalarında təqdim etdiyi dəlillər maraqlıdır:
“Kitab yüklü eşşək” əsərinin əsli fransız yazıçısı Pol
de Koka məxsusdur. Cənubi Azərbaycanda və İranda
bu əsəri farscaya tərcümə və təbdil edən isə Marağalı
Məhəmmədhəsən Xan Etimadüssəltənədir.
Böyük alim Xeyrulla Məmmədov bu barədə özü-
nün məşhur “Cənablar, börklərinizi qaldırın, əlahəz-
rət fakt gəlir” məqaləsini çap etdirmiş və qeyd etmiş-
dir: “Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin
“Kitab yüklü eşşək” əsəri ilə məşhurlaşmağa ehtiyacı
yox idi”.
Paris cəmiyyətinin qüsurlarını gərəkdiyində açıq
lövhələrlə təsvir edən, istər Fransa geniş dairələrinin,
istərsə də Avropa ictimaiyyətinin sevimlisi olan Pol
de Kok Məhəmmədhəsən xanın diqqətindən yayın-
mamışdı.
Tədqiqatçılardan P.Ariyanpur, Məhəmməd Şahid
Nurayi, Mirhaşim Mühəddis, xan Məlik Sasani də
“Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran” əsərini
Məhəmmədhəsən xanın əsərləri siyahısında vermiş-
lər. Tahirə Həsənzadəyə görə, İranın görkəmli alimi
Səid Nəfisi bu əsəri Məhəmmədhəsən xanın fransız
dilindən tərcümə və ya təbdil etdiyini, əsərin qəhrə-
manlarına iranlı adlar qoyduğunu bildirir. İran alim-
ləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov
haqqında tədqiqatlarında “Əlhimar…” – “Kitab yük-
93
lü eşşək” əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil
etməmişlər.”
1
Salidə Şərəfovaya görə isə bəzi tədqiqatçılar bu-
nun adını Apulleyin “Qızıl eşşək” əsəri, bəziləri isə
Kontes de Sequr adlı bir fransız yazıçısının əsəri kimi
də qələmə verirlər.
Fikrimizcə, “Kitab yüklü eşşək” əsərinin bir fran-
sız yazıçısına aid olduğu iddiasını qəbul etmək müm-
kün deyil. Çünki əsərin ön sözündə yazılan qeydlərdə
də müəllifin özü bu mövzuya ondan öncə çox mütə-
fəkkirlərin toxunduğunu deyir: “Mən bu hekayətin
ilk təşəbbüskarı və mündəricəsinin müəllifi deyiləm”.
Bu onu göstərir ki, əsərin müəllifi mövzu haqqında
geniş bilgiyə sahibdir, elə buna görə də istər Avropa,
istərsə də dünya ədəbiyyatında yazılmış təmsil və al-
leqorik əsərlərə işarə edir. Bu da yazıçının təvazökar-
lığından xəbər verir. Əgər, doğrudan da, məhz bu
əsər xarici bir əsərdən tərcümə edilsə idi, müəllif bu-
nu yazmaqdan zərrə qədər də çəkinməzdi. Ən yaxşı
halda buna təbdil demək olar ki, bu da təbdilin sər-
hədlərini aşaraq müəllif qələmi ilə ən gözəl şəkildə
aşılanmışdır.
Təbdil, iqtibas ədəbiyyatımızda XIX əsrdən geniş
istifadə edilən janrlardandır. Bu terminin meydana
çıxmasına qədər Nizaminin “Leyli və Məcnun”undan
bəhrələnərək onlarla əsər yazılmışdır. Əgər bu əsərin
hansısa Avropa mənşəli bir yazıçının əsərindən təbdil
edildiyini, iqtibas edildiyini desək belə, bunun plagiat
1
A.Y.Abuşova. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycan
ədəbi-mədəni mühiti – problemlər, müqayisələr. Bakı Universitetinin
xəbərləri. Humanitar elmlər seriyası № 3, 2012.
94
kimi qəbul edilməsi mümkün deyil və bu cür qələmə
vermək istəyənlər böyük yanlışlıq içindədirlər. Əgər
təbdil termini ilə, plagiat termininə eyni mənanı ver-
sək, onda ən böyük plagiatçı Məhəmməd Füzuli ol-
malıdır. Çünki o da Nizami kimi “Leyli və Məcnun”
poemasını yazmışdır. Lakin Ədəbiyyat nəzəriyyəsi
“nəzirə”ni, “təbdil”i, “iqtibas”ı qəbul edibdir və bir
zamanlar şair və yazıçılar bundan istifadə etdikləri
üçün fəxr hissi də duymuşlar. Adı çəkilən əsəri oxu-
duqca, Şərq müdriklərindən çəkilən misallarla, nü-
munələrlə və Şərq fəlsəfəsini əks etdirən əhvalatlarla
tanış olduqca müəllifin əsərə nə qədər doğma yanaş-
dığını görürük.
Sədi Şirazinin, Mövlanə Cəlaləddinin əsərdə istifa-
də edilən ibrətamiz fikirləri dediklərimizə sübutdur.
Tədqiqatçı Salidə Şərifovanın dili ilə desək, bura-
da M.Ə.Talıbovun nəsr qələmi, düşüncələri duyulur,
ürəyi döyünür.
Əsər fars dilində yazılsa da, Çoşşanın məktubla-
rındakı bəzi dialoqlar Azərbaycan dilində verilib.
Əsəri tərcümə edən Mirəli Mənafi də bunu diqqətdən
qaçırmayıb, bununla bağlı xüsusi qeyd verib: Bu dia-
loq əsərin orijinalında da Azərbaycancadır. Bundan
sonrakı bəzi dialoqlar, xüsusilə, ləhcə xüsusiyyəti ilə
fərqlənən dialoqlar əsərin orijinalında olduğu kimi
(azərbaycanca) saxlanılmışdır. Həmin dialoqlardan
biri bu cürdür:
“– Hay canım, hey babam hey, tap hey! Budur, eş-
şək ləpiri buradan keçib. Orada yatağı məlumdur.
95
Hay axtar, tap hay, odur ha! – deyə o, itləri məni ax-
tarmağa qızışdırırdı”.
1
Bu dialoq qədim Azərbaycan torpağı olan Zənca-
nın Şərəfabad şəhərində eşşəyi axtarmağa çıxan Səfər-
qulunun dilindən verilib.
Bütün bunlar əsərin azərbaycanlı müəllifə aid ol-
duğunun sübutudur. Bəli, əsərdə “Hamı sərraf Horş
(Avropalı bankir) və Rotşild və ya yeni top ixtiraçısı
Krup (Almaniyada metallurgiya şirkəti) deyildir ki,
yüz kürurdan artıq sərmayəsi olsun. Bu cür sərmayə-
darlıq və varlılıq da bizim əsrimizin hadisələrindən-
dir. Tarixçilərin dediklərinə görə, dörd yüz il bundan
əvvəl inkişaf və mədəniyyət həddi-kəmala çatmamış-
dı. Bir nəfər də bu dərəcədə təkamül etməmişdi” kimi
fikirlərə də rast gələ bilirik.
2
Lakin bu cür fikirlərin
XIX əsr rus və türk ədəbiyyatı vasitəsilə Avropa ilə ta-
nış olan azərbaycanlı mütəfəkkirlərin əsərlərində gö-
rülməsi təbii hal idi. Digər bir tərəfdən isə neft Bakısı
dünyanın diqqətində idi. Avropalı iş adamlarının Od-
lar diyarına gəlişi özləri ilə mədəniyyətlərini də gətir-
mişdi. Həm bu cür misallara, həm də şərq fəlsəfi fikri
ilə cilalanmış bir əsəri sadəcə Şərq və Qərb fəlsəfəsini
dərindən bilən bir şəxs yaza bilərdi. Bu parametrlərin
hamısı da Əbdürrəhim bəy Talıbovda var idi.
Nəzərə alsaq ki, Əbdürrəhim bəy Talıbov ərəb,
fars, rus, ingilis və fransız dillərini yaxşı bilib, deməli,
azərbaycanlı ədibin bu əsəri yazması və ya təbdil et-
1
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi.
Bakı, Yazıçı, 1979.
2
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi.
Bakı, Yazıçı, 1979.
Dostları ilə paylaş: |