87
Beyrəyin aradan qaldırılması Qazanın zəifləməsinə
səbəb olur. Sonda Dış Oğuzla İç Oğuz üz-üzə gəlir və
iki qardaş bir-birini vurur. Son boyun belə faciəli bit-
məsi, demək olar ki, dastanın kədərli finalına çevrilir.
Düzdür, bu boyun da sonunda ənənəvi hal təkrar
olunur. Yenə Dədəm Qorqud şadlıq edir, amma bu
şadlıq daha əvvəlki şadlıqlardan deyildi, çünki artıq
Oğuz elinin birliyinə xələl gəlmişdi.
Gördüyümüz kimi, Dədəm Qorqud türkün öz
içində məhv edilməsini bir daha önə çəkmiş və bunun
da heç vaxt türkə xeyir gətirmədiyini ifadəli şəkildə
söyləmişdir:
Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanın-
dan belə nəticəyə gəlmək olar ki, türklərin mərdliyi,
ərənliyi, igidliyi əzəldəndir, lakin onlar bir olanda da-
ha güclü olurlar. Biz bunu görkəmli şairimiz Bəxtiyar
Vahabzadənin “Kitabi-Dədə Qorqud”dan və digər ta-
rixi faktlardan bəhrələnərək yazdığı “Özümüzü kəsən
qılınc” pyesində bir daha görürük. B.Vahabzadə bu
88
əsərində hələ kökü “Kitabi-Dədə Qorqud”dan gə-
lən və indinin özündə də türklərin ən zəif nöqtəsi
olan “Türk birliyi” problemini böyük məharətlə qoy-
muş, pusquda duran alçaq, hiyləgər düşmənin yeri
gələndə bu zəiflikdən öz məqsədlərinə uyğun istifadə
etdiyini qeyd etmişdir.
“Elm” qəzeti. 4 dekabr, 2002-ci il. № 37-38
89
“Kitab yüklü eşşək” romanı haqqında
Cəmiyyətimizdəki naqislikləri, insanların nəfs və
qürurun əsiri olduğunu gördükcə yadıma “Kitab
yüklü eşşək” əsərinin qəhrəmanı “Çoşşa”nın nəsihət-
ləri düşür, bu heyvanın insana münasibətini tez-tez
xatırlayıram. Bəlkə, kimsə düşünər ki, bu qədər pey-
ğəmbərlər, üləmalar, alimlər ola-ola niyə məhz eşşə-
yin - Çoşşanın nəsihətləri? Təsəvvür edirsinizmi, insa-
na bir dahi yol göstərir, öyüd-nəsihət edir, amma biz
buna o qədər əhəmiyyət vermirik və ya dəyərləndirə
bilmirik. Çünki nəsihət edən birmənalı şəkildə hamı-
dan üst mövqedədir və onun dedikləri qəbul edilən-
dir və bu, təbiidir. Amma mədəni səviyyəsinə, sava-
dına görə özündən qat-qat aşağıda olduğunu qəbul
etdiyin biri səni tənqid edərsə və yol göstərərsə, bu
tənqidlər və iradlar həqiqəti əks etdirərsə, o zaman
analar demiş, “adamın yeddi qatından keçər”.
Bir insan oğlu olaraq, həmcinsimin heyvan tərə-
findən haqlı tənqidi adama çox ağrı verir. Bəşəriyyət
binayi-qədimdən bu günə didaktik materiallarla tər-
biyələnməyə, həyatı dərk etməyə vadar edilsə də, vir-
tual bir dünya olmasına baxmayaraq, bir metr torpaq
üçün hələ də qan tökür, hərisliyinin qurbanı olur, hər
gün bir addım əxlaqsızlığa doğru sürüklənir. Mövhu-
matın və cəhalətin içində çırpınır. Şəxsi mənafelər bə-
şəri mənafeləri tapdalayır və insan oğlu bu eybəcər-
likləri özünün uydurduğu şeytanın boynuna atır.
Hərdən cəmiyyətimizi bu cür görəndə Tanrının niyə
məhz indi peyğəmbər göndərmədiyini də düşünür
insan. Axı insanların düzgün yola çəkilməsi üçün bu
90
gün müdrik sözünə daha çox ehtiyac duyulur. Sonra
da düşünürsən ki, bəlkə, cəmiyyətin pozulmasına
peyğəmbər kimi tanıdığımız Adəm və onun həyat
yoldaşı Həvva səbəb olub? Kini də, xəyanəti də, qar-
daş qanı tökməyi, oğurluğu, etdiklərini ört-basdır et-
məyi də biz insanın əcdadı sayılan Adəm və onun
ailəsindən öyrəndik. Bəlkə də, bu əfsanə insanın ma-
yasında nələrin olduğunu, nə ilə yoğrulduğunu gös-
tərmək üçün yaradılıb və “sən daxilən bu cürsən” –
deyə yaradanın bizə mesajıdır?!
Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqa-
yisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz “Ki-
tab yüklü eşşək”? Çünki Şərq-Türk mədəniyyətində
bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünya-
dan bixəbər, tənbəl, özündənrazı adamları eşşəyə
bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzab-
larına daima boyun əyən heyvanın adını çəkəndə qar-
şı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə
eşşəyə bənzətdiyimiz üçün eşşəkdən istəməliyik? Eş-
şək yeganə varlıqlardandır ki, insanla dostluğunun
tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan
bu heyvan, sadəliyinə və təvazösünə görə daima tən-
qidə və təhqirə düçar olur. Ədib eşşəyi bu səbəbdən
seçmiş olmasın?
Digər tərəfdən əsərin adındakı ironiya çox maraq-
lıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünya-
görüşlə, şüurla əhatə olunmuş insanı leksikonumuz-
da özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə
edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insa-
nın şüursuz, savadsız, gördüklərini dərk etməyən,
yaxşılıqla pisliyi dəyərləndirməyi bacarmayan bir eş-
91
şəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də
adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün ki-
tab oxuyan, oxuduqlarına görə özünə ən yüksək də-
yəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdi-
yi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən,
vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və
şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğa-
zında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk
etdiyi eynək, əynində kostyum olan kor əbləhlər ki-
tabla yüklənmiş eşşəyi xatırladır. Xisləti isə demona
xidmət etməkdir.
Düzdür, bu əsərə qədər istər bizim, istər şərq, is-
tərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları
tərbiyə etmək arzusunda olan böyük müdriklər ol-
muşdur. Lakin Əbdürrəhim bəy Talıbovun “Kitab
yüklü eşşək” romanı əvvəlki əsərlərdən fərqli olaraq
mövzuya yanaşma, heyvanın müşahidəsi ilə insanla-
rın tənqidi, məktub vasitəsi ilə əvvəlki sahibinə müra-
ciəti, sondakı sual-cavabı insanı daha çox düşünməyə
vadar edir.
Bu baxımdan, böyük şəxsiyyət Əbdürrəhim bəy
Talıbov cəmiyyətin eybəcərliklərini, insanın ən vəhşi
“heyvan” olduğunu bu kiçik romanında böyük usta-
lıqla əks etdirib.
Bu qədər ali ideyaları özündə cəmləşdirən Əbdür-
rəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsərini So-
vet dövrünün tədqiqatçıları Azərbaycan ədəbiyyatın-
da yazılan ilk romanlardan biri kimi dəyərləndirirdi-
lər. Lakin müstəqillik qazanandan sonra tədqiqat im-
kanlarının genişlənməsi nəticəsində dünya ədəbiyya-
tı, ədəbiyyatşünaslığı haqqında geniş bilgilər əldə
Dostları ilə paylaş: |