83
Türklərdə tayfalararası nifaqın “Kitabi-Dədə
Qorqud”da izləri
Qədim türk xalqlarının həyatını, mədəniyyətini,
adət-ənənələrini özündə əks etdirən, neçə-neçə əsrlə-
rə sinə gərərək bugünümüzə gətirib çıxaran, tarixlərin
yaddaşına əbədi həkk olunan bir kitab var. “Kitabi-
Dədəm Qorqud alə lisani taifeyi oğuzan”adlanan bu
kitab türk xalq akademiyasının yaratdığı ən məşhur,
dolğun və qədim tarixi abidədir. Azərbaycan xalqının
ən qədim abidəsi sayılan (XI-XII əsrlərə aid) bu qəhrə-
manlıq dastanı elm aləminə XIX əsrdən məlum ol-
muşdur və hələlik XV-XVI əsrlərdə üzü köçürülmüş
iki əlyazma nüsxəsi – Drezden və Vatikan nüsxələri
əlimizdə vardır.
Bu tarixi abidə üzərində tədqiqat aparan türkoloq-
ların bir qismi “Kitabi-Dədə Qorqud” dastanının ya-
ranma tarixini İslam dininin təşəkkülündən, yəni VII
əsrdən sonraya aid etməyə çalışırlar. Lakin dastanda
baş verən hadisələrə nəzər salanda, bütün bunların
hər hansı bir vahid ictimai-siyasi quruluşda baş verdi-
yini dəqiq söyləmək olmur. Belə ki, boylar içərisində
“Basatın Təpəgözü öldürdüyü boy” daha çox mifik
xarakter daşıyıb, dastanın islam dinindən əvvəl ya-
randığını və ibtidai icma quruluşunun məhsulu oldu-
ğunu sübut etsə də, digər boylarda məs: “Dirsə xan
oğlu Buğac xan boyu”nda, “Salur Qazanın evini yağ-
malandığı boy”da, “İç Oğuza Dış Oğuzun dönük çıx-
ması və Beyrəyin öldüyü boy”da feodalizm ictimai
quruluşunun əlamətlərini görmək olar.
84
Başqa boylarda, məsələn: “Duxa oğlu Dəli Domrul
boyu”, “Vəkil oğlu İmranın boyu”nda söylənilən əh-
valatlar dini xarakter daşıyır və göründüyü kimi, İs-
lam dininin yaranmasından sonrakı dövrü əhatə edir.
Bundan başqa, boyların əksəriyyəti Görklü Məhəm-
məd Mustafaya ehtiramla, müraciətlə bitir və demək
olar ki, bütün boylarda islam dininin bir sıra əlamət-
ləri özünü göstərir. Bu da, şübhəsiz ki, dastanın üzü-
nün köçürülməsi zamanı (XV-XVI əsrlərdə) dinin üs-
tünlük təşkil etməsi ilə əlaqədar dini don geydirilmə-
si ilə bağlıdır.
“Kitabi-Dədə Qorqud” dastanında türk xalqları-
nın qədimliyi ilə bərabər, onların mədəniyyəti, adət-
ənənələri, yaşayış tərzi, psixologiyası, igidliyi, vətən,
namus uğrunda apardıqları birgə mübarizə poetik bir
dillə təsvir olunur. Dastanın dili sadə, təmiz türk dili-
dir və o qədər safdır ki, neçə əsr bundan əvvəl yaran-
masına baxmayaraq, bu gün də asanlıqla oxunur və
anlaşılır. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”dasta-
nı Azərbaycan ədəbi dilinin tarixini öyrənmək baxı-
mından da çox zəngin mənbədir.
“Kitabi-Dədə Qorqud” dastanının məzmunu hər-
tərəfli, orijinal mövzularla zəngindir. Bəzi orta əsr şa-
irlərinin yaradıcılığında da bu mövzulara rast gəlirik.
Məsələn, Ə.Firdovsinin “Şahnamə”sindən fərqli ola-
raq, “Kitabi-Dədə Qorqud”un boyları müsbət sonluq-
la bitir. “Kitabi-Dədə Qorqud” dastanında, türklərin
yenilməzliyindən, ərliyindən geniş bəhs olunur və elə
problemlərə toxunulur ki, o problemlərə indi də türk
xalqları arasında rast gəlinir. Məsələn, qardaşla qar-
daşın, qohumla qohumun, xalqla xalqın arasında ni-
85
faq salmaqla onları öz əlləri ilə qırdırmaq və beləliklə
xalqın başını qatıb torpaqlarını işğal etmək, nemətlə-
rini tar-mar etmək indinin özündə də geniş yayılmış
haldır.
Türklər arasına ilk dəfə bu nifaqı çinlilər salmış-
dılar. Görkəmli türkoloq Murad Adcının “Qıpçaq çö-
lünün yovşanı” adlı kitabında oxuyuruq ki, “...Çinlə
təxminən beş əsr müqəddəs müharibə getdi. Qıpçaq-
ların yığcam ordusu çinlilərin milyonluq ordularını
dəfələrlə məğlub etdi (müəllif qıpçaq sözünü, ümu-
miyyətlə, türk mənasında işlədir). Nəticə etibarilə, qə-
ləbə döyüş meydanında həll olunmadı, diplomatiya-
da mahir olan çinlilər qıpçaqların – türklərin cəmiy-
yətinə nifaq toxumu səpdilər... Və axır ki, onları şimal
və cənub qollarına ayırdılar. Cənublular çinlə sülh
bağladılar, Şimallılar isə qərbə hərəkət etdilər... xalq-
ların böyük köçü başladı...”
Gördüyümüz kimi bu məsələ dastanın bir sıra
boylarında öz əksini tapmışdır. Bir neçə boya nəzər
salsaq, bunu aydın görərik. Məsələn, “Uşun qocanın
oğlu Səgrək boyu”nda söylənilir ki, Uşun qocanın oğ-
lu Əgrək neçə ildir düşmənlərin əsirliyindədir. Onun
kiçik qardaşı Səgrək xandan izin alır ki, gedib qarda-
şını xilas etsin. Xan bir neçə igidi də ona qoşub getmə-
yinə icazə verir. Səgrək başına yığdığı igidlərlə kafir-
lərin üstünə gedir, düşmənlərin qoşununu məhv edir,
pəhləvanlarını öldürür. Səgrəyin öhdəsindən gələ bil-
məyəcəklərini görən düşmənlər qardaşı qardaş əli ilə
məhv etməyə çalışırlar. Əgrəyi aldadaraq azadlıq vəd
edirlər və onu Səgrəyin üstünə göndərirlər. Çünki bi-
lirlər ki, Səgrəyi Əgrəydən başqa kimsə məğlub edə
86
bilməz. Əgrək qardaşını yatdığı yerdə yaxalayır. La-
kin burda xalqımızın milli mənəvi dəyəri olan qopuz
qardaşları bir-birinə tanıdır. Onlar birləşib düşməni
məhv edir və vətənə dönürlər.
Yaxud “Salur Qazanın dustaq olduğu və oğlu
Uruzun onu xilas etdiyi boy”a diqqət yetirək. Demək
olar ki, burada da hadisələr eyni ilə əvvəlki boydakı
kimi cərəyan edir, lakin burada qardaşı qardaşa yox,
atanı oğluna qarşı qoyurlar. Oğuzların düşməni olan
Təkür Qazana deyir ki, üstümüzə düşmən gəlir onları
məğlub etsən, səni buraxarıq. Burada da düşmən ba-
şa düşür ki, onların düşməni olan oğuzları məğlub et-
mək, yenmək olmaz. Ona görə də Qazandan istifadə
etmək istəyirlər. Lakin bu da baş tutmur. Şübhəsiz ki,
bu olan bir hadisədir, lakin Dədəm Qorqud bunu öz
istəyinə uyğun olaraq yaratdğı üçün burada da hadi-
sələr xoş sonluqla bitir.
Dastanın sonuncu boyu olan “İç Oğuza Dış Oğu-
zun dönük çıxması və Beyrəyin öldüyü boy”, yəni
türklərin var-dövlət naminə casusların əli ilə parça-
lanmasını, Türk dünyasının faciəsi kimi qiymətləndi-
rilmişdir. Boyda deyilir: Qazan həmişə qələbədən
sonra öz evini talan etdirərdi, yəni ev-eşiyini, var-
dövlətini Oğuz elinin ixtiyarına verərdi. Növbəti ta-
lanların birində Dış Oğuz bəyləri iştirak edə bilmir.
Bununla da Dış Oğuzla İç Oğuz arasında düşmənçilik
başlayır. Dış Oğuz İç Oğuza düşmən kəsilir. Qazan-
dan incimiş bəylər Aruzun fitvasıyla razılaşırlar. Am-
ma Qazanın sadiq dostu, Oğuz elinin dirəyi olan igid
Beyrək Qazana dönük çıxmır. Bunu görən Aruz Bey-
rəyi özü qılınclayır və özünün də düşündüyü kimi,
Dostları ilə paylaş: |