Ədəbiyyat və sənət


Türklərdə tayfalararası nifaqın “Kitabi-Dədə



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

83
 
 
Türklərdə tayfalararası nifaqın “Kitabi-Dədə 
Qorqud”da izləri
 
 
Qədim  türk  xalqlarının  həyatını,  mədəniyyətini, 
adət-ənənələrini  özündə  əks etdirən, neçə-neçə  əsrlə-
rə sinə gərərək bugünümüzə gətirib çıxaran, tarixlərin 
yaddaşına  əbədi  həkk  olunan  bir  kitab  var.  “Kitabi-
Dədəm  Qorqud  alə  lisani  taifeyi  oğuzan”adlanan  bu 
kitab  türk  xalq  akademiyasının  yaratdığı  ən  məşhur, 
dolğun və qədim tarixi abidədir. Azərbaycan xalqının 
ən qədim abidəsi sayılan (XI-XII əsrlərə aid) bu qəhrə-
manlıq  dastanı  elm  aləminə  XIX  əsrdən  məlum  ol-
muşdur  və  hələlik  XV-XVI  əsrlərdə  üzü  köçürülmüş 
iki  əlyazma  nüsxəsi  –  Drezden  və  Vatikan  nüsxələri 
əlimizdə vardır. 
Bu tarixi abidə üzərində tədqiqat aparan türkoloq-
ların  bir  qismi  “Kitabi-Dədə  Qorqud”  dastanının  ya-
ranma tarixini İslam dininin təşəkkülündən, yəni VII 
əsrdən  sonraya  aid  etməyə  çalışırlar.  Lakin  dastanda 
baş  verən  hadisələrə  nəzər  salanda,  bütün  bunların 
hər hansı bir vahid ictimai-siyasi quruluşda baş verdi-
yini dəqiq söyləmək olmur. Belə ki, boylar içərisində 
“Basatın  Təpəgözü  öldürdüyü  boy”  daha  çox  mifik 
xarakter  daşıyıb,  dastanın  islam  dinindən  əvvəl  ya-
randığını və ibtidai icma quruluşunun məhsulu oldu-
ğunu  sübut  etsə  də,  digər  boylarda  məs:  “Dirsə  xan 
oğlu Buğac xan boyu”nda, “Salur Qazanın evini yağ-
malandığı boy”da, “İç Oğuza Dış Oğuzun dönük çıx-
ması  və  Beyrəyin  öldüyü  boy”da  feodalizm  ictimai 
quruluşunun əlamətlərini görmək olar. 


84
 
 
Başqa boylarda, məsələn: “Duxa oğlu Dəli Domrul 
boyu”,  “Vəkil  oğlu  İmranın  boyu”nda  söylənilən  əh-
valatlar  dini  xarakter  daşıyır  və  göründüyü  kimi,  İs-
lam dininin yaranmasından sonrakı dövrü əhatə edir. 
Bundan  başqa,  boyların  əksəriyyəti  Görklü  Məhəm-
məd  Mustafaya ehtiramla,  müraciətlə bitir  və  demək 
olar ki, bütün boylarda islam dininin bir sıra  əlamət-
ləri özünü göstərir. Bu da, şübhəsiz ki, dastanın üzü-
nün köçürülməsi zamanı (XV-XVI əsrlərdə) dinin üs-
tünlük təşkil etməsi  ilə əlaqədar dini don geydirilmə-
si ilə bağlıdır. 
“Kitabi-Dədə  Qorqud”  dastanında  türk  xalqları-
nın  qədimliyi  ilə  bərabər,  onların  mədəniyyəti,  adət-
ənənələri,  yaşayış  tərzi,  psixologiyası,  igidliyi,  vətən, 
namus uğrunda apardıqları birgə mübarizə poetik bir 
dillə təsvir olunur. Dastanın dili sadə, təmiz türk dili-
dir və o qədər safdır ki, neçə əsr bundan əvvəl yaran-
masına  baxmayaraq,  bu  gün  də  asanlıqla  oxunur  və 
anlaşılır.  Ümumiyyətlə,  “Kitabi-Dədə  Qorqud”dasta-
nı  Azərbaycan  ədəbi  dilinin  tarixini  öyrənmək  baxı-
mından da çox zəngin mənbədir. 
“Kitabi-Dədə  Qorqud”  dastanının  məzmunu  hər-
tərəfli, orijinal mövzularla zəngindir. Bəzi orta əsr şa-
irlərinin yaradıcılığında da bu mövzulara rast gəlirik. 
Məsələn,  Ə.Firdovsinin  “Şahnamə”sindən  fərqli  ola-
raq, “Kitabi-Dədə Qorqud”un boyları müsbət sonluq-
la  bitir.  “Kitabi-Dədə  Qorqud”  dastanında,  türklərin 
yenilməzliyindən, ərliyindən geniş bəhs olunur və elə 
problemlərə toxunulur ki, o problemlərə indi də türk 
xalqları  arasında  rast  gəlinir.  Məsələn,  qardaşla  qar-
daşın,  qohumla  qohumun,  xalqla  xalqın  arasında  ni-


85
 
 
faq salmaqla onları öz əlləri ilə qırdırmaq və beləliklə 
xalqın  başını  qatıb  torpaqlarını  işğal etmək,  nemətlə-
rini  tar-mar  etmək  indinin  özündə  də  geniş  yayılmış 
haldır. 
Türklər  arasına  ilk  dəfə  bu  nifaqı  çinlilər  salmış-
dılar. Görkəmli türkoloq Murad Adcının “Qıpçaq çö-
lünün  yovşanı”  adlı  kitabında  oxuyuruq  ki,  “...Çinlə 
təxminən beş əsr müqəddəs müharibə getdi. Qıpçaq-
ların  yığcam  ordusu  çinlilərin  milyonluq  ordularını 
dəfələrlə  məğlub  etdi  (müəllif  qıpçaq  sözünü,  ümu-
miyyətlə, türk mənasında işlədir). Nəticə etibarilə, qə-
ləbə  döyüş  meydanında  həll  olunmadı,  diplomatiya-
da  mahir  olan  çinlilər  qıpçaqların  –  türklərin  cəmiy-
yətinə nifaq toxumu səpdilər... Və axır ki, onları şimal 
və  cənub  qollarına  ayırdılar.  Cənublular  çinlə  sülh 
bağladılar,  Şimallılar  isə  qərbə hərəkət etdilər... xalq-
ların böyük köçü başladı...”  
Gördüyümüz  kimi  bu  məsələ  dastanın  bir  sıra 
boylarında  öz  əksini  tapmışdır.  Bir  neçə  boya  nəzər 
salsaq,  bunu  aydın  görərik.  Məsələn,  “Uşun  qocanın 
oğlu Səgrək boyu”nda söylənilir ki, Uşun qocanın oğ-
lu Əgrək neçə ildir düşmənlərin əsirliyindədir. Onun 
kiçik qardaşı Səgrək xandan izin alır ki, gedib qarda-
şını xilas etsin. Xan bir neçə igidi də ona qoşub getmə-
yinə icazə verir. Səgrək başına yığdığı igidlərlə kafir-
lərin üstünə gedir, düşmənlərin qoşununu məhv edir, 
pəhləvanlarını öldürür. Səgrəyin öhdəsindən gələ bil-
məyəcəklərini görən düşmənlər qardaşı qardaş əli ilə 
məhv etməyə çalışırlar. Əgrəyi aldadaraq azadlıq vəd 
edirlər və onu Səgrəyin üstünə göndərirlər. Çünki bi-
lirlər  ki,  Səgrəyi  Əgrəydən  başqa  kimsə  məğlub  edə 


86
 
 
bilməz.  Əgrək  qardaşını  yatdığı  yerdə  yaxalayır.  La-
kin burda xalqımızın milli mənəvi dəyəri olan qopuz 
qardaşları  bir-birinə  tanıdır.  Onlar  birləşib  düşməni 
məhv edir və vətənə dönürlər.              
 
Yaxud  “Salur  Qazanın  dustaq  olduğu  və  oğlu 
Uruzun onu xilas etdiyi boy”a diqqət yetirək. Demək 
olar  ki,  burada  da  hadisələr  eyni  ilə  əvvəlki  boydakı 
kimi cərəyan edir, lakin burada qardaşı  qardaşa yox, 
atanı oğluna qarşı qoyurlar. Oğuzların düşməni olan 
Təkür Qazana deyir ki, üstümüzə düşmən gəlir onları 
məğlub etsən, səni buraxarıq.  Burada da düşmən ba-
şa düşür ki, onların düşməni olan oğuzları məğlub et-
mək,  yenmək  olmaz.  Ona  görə  də  Qazandan istifadə 
etmək istəyirlər.  Lakin bu da baş tutmur. Şübhəsiz ki, 
bu  olan  bir hadisədir,  lakin  Dədəm  Qorqud bunu  öz 
istəyinə uyğun olaraq yaratdğı üçün burada da hadi-
sələr xoş sonluqla bitir.                                                    
 
Dastanın  sonuncu  boyu olan “İç  Oğuza  Dış  Oğu-
zun  dönük  çıxması  və  Beyrəyin  öldüyü  boy”,  yəni 
türklərin  var-dövlət  naminə  casusların  əli  ilə  parça-
lanmasını, Türk dünyasının faciəsi kimi qiymətləndi-
rilmişdir.  Boyda  deyilir:  Qazan  həmişə  qələbədən 
sonra  öz  evini  talan  etdirərdi,  yəni  ev-eşiyini,  var-
dövlətini  Oğuz  elinin  ixtiyarına  verərdi.  Növbəti  ta-
lanların  birində  Dış  Oğuz  bəyləri  iştirak  edə  bilmir. 
Bununla da Dış Oğuzla İç Oğuz arasında düşmənçilik 
başlayır.  Dış  Oğuz  İç  Oğuza  düşmən  kəsilir.  Qazan-
dan incimiş bəylər Aruzun fitvasıyla razılaşırlar. Am-
ma Qazanın sadiq dostu, Oğuz elinin dirəyi olan igid 
Beyrək Qazana dönük çıxmır. Bunu görən Aruz Bey-
rəyi  özü  qılınclayır  və  özünün  də  düşündüyü  kimi, 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə