Ədəbiyyat və sənət


Həyat və yaradıcılığın bütövləşməsi



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   2   3   4   5   6   7   8   9   ...   40

11
 
 
Həyat və yaradıcılığın bütövləşməsi 
 
Təkcə  dövrünün  yox,  məhəlləsinin  yox,  regionu-
nun  yox,  bəşəriyyətin  şair  və  ya  yazıçısı  meyarı  ilə 
araşdırsaq,  Azərbaycan  ədəbiyyatında  yetərincə  bu 
cür  şəxsiyyətlər  görə  bilərik.  Bu  meyara  cavab  verən 
ədiblərimizdən  Nizami  Gəncəvi,  İmadəddin  Nəsimi, 
Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəm-
məd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, 
Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair 
və yazıçılarımızı misal çəkə bilərik.  
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o za-
man maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz 
orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsər-
lər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda par-
lar  və  sönərlər.  Lakin  milli  düşüncənin  alt  qatındakı 
ideya  ustalıqla  və  səmimiyyətlə  qələmə  alınarsa  və 
ümumilikdə  bəşəriyyətə  xidmət  edərsə,  o  zaman  bü-
tün  maneələri  asanlıqla dəf edər  və  zirvədə  görünər. 
Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tol-
stoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahi-
lərin yaradıcılığını misal çəkmək olar.  
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki 
Azərbaycan  ədəbiyyatının görkəmli sənətkarlarından 
biridir.  Yaradıcılığında  poeziya  və  dramaturgiyadan 
istifadə edən sənətkar Azərbaycan romantizminin ba-
nilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəm-
bər”,  “Topal  Teymur”,  “Xəyyam”,  “Səyavuş”  kimi 
pyesləri dünya ədəbiyyatının incilərindəndir.  


12
 
 
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini 
təsvir edən H.Cavidin əsas qayəsi, ideyası humanizm, 
insanpərvərlik  mövqeyindən  çıxış  edərək,  müxtəlif 
mövzularda  məhəbbət  və  fəlsəfi  məzmunlu  əsərlər 
yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələ-
rinə sevdirməyi bacarmaqdır. 
                                       
*** 
 
Hüseyn  Cavid  dühası  elə  bir  işıq  idi  ki,  onun  sə-
madan yerə enişi və batışı olmadı. O, sönməz bir fikir 
işığı  kimi  parladı,  parlayır  və  parlayacaqdır.  Dərin 
fəlsəfi  fikirləri  və  bəşəriliyi  ilə  Nizami  Gəncəvidən 
sonra  Türk,  o  cümlədən  Azərbaycan  ədəbiyyatında 
parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min 
illər  insanlığın  qəlbində,  düşüncəsində,  yaşayışında 
daşlaşmış ehkamları, bəzən incə, bəzən isə sərt şəkil-
də qaşıdı, dağıtdı.  
Cavidin  yaradıcılığı  romantik  ideyalar  üstündə 
qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və 
tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik 
ki,  Cavid  yaradıcılığında  reallıq  romantik  şəkildə  elə 
düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt re-
alizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qay-
ğılarından  bəhs  edən  “Ana”,  “Uçurum”,  istər  yerlə 
göyün vəhdətini ifadə edən “Şeyx Sənan”, istər insan, 
mələk,  Tanrı  kimi  fəlsəfi  məsələlərini  özündə  əks  et-
dirən “İblis”, “Peyğəmbər”, “İblisin intiqamı”, istərsə 
də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu 
“Topal  Teymur”,  “Xəyyam”,  “Səyavuş”  kimi  əsərlə-
rində  oxuduğumuz  və  rastlaşdığımız  həqiqətlərdən 


13
 
 
utanmır,  əksinə,  dərs  alır  və  bəzən  də  qürurlanırıq. 
Bu,  Cavid  həqiqətidir,  bu,  Cavid  fəlsəfəsidir,  bu,  Ca-
vid  mənəviyyatıdır.  Həqiqətin,  gerçəkliyin  sevgi  və 
qürurla qucaqlaşmış, bütövləşmiş halı... 
Cavid  yaradıcılığı  və  şəxsiyyəti  ilə  bir  bütöv,  bir 
tamdır.  Onun  yaradıcılığının  qayəsinin  ana  xəttini 
təşkil  edən  insanlıq,  mərdlik,  alilik,  bəşərilik,  huma-
nistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəx-
siyyətində  də  özünü  göstərir.  Yazdıqları  ilə  yaşam 
tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Ca-
vid  məhz  bu cür bütöv şəxsiyyətə  malik  sənətkarlar-
dandır.  
Cavid  Birinci  Dünya  Müharibəsini,  Oktyabr  inqi-
labını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxıl-
masını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər 
repressiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu 
cür  qarışıq  və  xaotik  ictimai  şəraitlərin  şahidi  olub, 
yaşayıb,  amma  bu  hadisələrdən  100  ilə  yaxın  bir  za-
man keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv 
və  şərəfli  qiymət  almaq  yalnız  dahilərə  məxsusdur. 
Çünki  Cavid  tarixə  birmənalı  şəxsiyyət  kimi  düşdü. 
Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailə-
sində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımla-
ra, nə də böyük partlayışlara gözü qamaşmamış, özü-
nün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə ya-
şayan bir dühadır. 
Cavid  şəxsiyyətinin  yaşam  tərzini  obrazları  ilə 
müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru 
gedən,  inandığı  və  bulduğu  həqiqətdən  bir  anda  ol-
sun  yayınmayan,  Arif  kimi  İblislə,  şərlə  mübarizəyə 
qalxan,  “Peyğəmbər”  kimi  tökülən  qanların  qarşısını 


14
 
 
almaq  istəyən,  Elxan  kimi  ədalət  məhkəməsi  qurub 
dünyanı  ədalətsizlikdən  xilas  etmək  arzusunda  olan, 
Səyavuş və Azər kimi odla suyun qovuşduğu torpaq-
dan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-
nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idrakı ilə 
mübarizə  aparan  olduğunu  görmüş  olarıq.  Cavid, 
sanki, yaradıcılığında  da öz taleyini yazmışdır.  
Bu  qədər  böyük  bir  şəxsiyyətin  nə  qədər  sadə  və 
səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Müş-
kinaz  xanım  və  qızı  Turan  xanımın  xatirələrinə  göz 
gəzdirmək  lazımdır.  Dünyaya  xoşbəxtlik  arzu  edən 
və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan 
şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin 
yanında  olanların  bir  gündən  sonra  yoxa  çıxmasını, 
ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına 
qədər  əzablı  bir  yol  keçməsini,  Cavidli  və  Cavidsiz 
günlərini yaşayan Cavidlər ailəsinin keşməkeşli həyat 
tərzini oxuculara bir daha çatdırmaq üçün  Müşkinaz 
xanımın  1973-cü  ildə  qələmə  aldığı  “Cavid  haqqında 
xatirimdə  qalanlar”  və  Cavid  sevdalı,  Turan  aşiqi 
Azər  Turanın  böyük  Hüseyn  Cavidin  qızı  Turan  xa-
nımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini ye-
nidən nəşr etdirməyi düşündük.  
Cavid  haqqında  xatirələr,  nəinki  gəncliyimiz,  hər 
kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İs-
tər Müşkinaz xanımın, istərsə də, Turan xanımın xati-
rələrini  oxuduqda  bu  ailənin  böyüklüyünü  bir  daha 
görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar gör-
mələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri 
heç bir ad çəkmir, konkret olaraq kimlərisə günahlan-
dırmırlar. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə