Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

36
 
 
qədər  romantik  olsa  da,  yaratdığı  insan  obrazı  sada-
ladığımız  keyfiyyətlərinə  görə  bizlərdən  elə  də  fərq-
lənmir. Şərq fəlsəfəsindəki dualizmin təsiri Cavid ya-
radıcılığında  aydın  görünməkdədir.  Bu,  yəni  ikilik 
bəşər övladının xislətidir. 
Biz Cavidin yaradıcılığına ümumilikdə diqqət ye-
tirsək, görərik ki, onun yaradıcılığında bir süjet xətti, 
bir  kompozisiya  var.  Kiçik  hadisələrə,  məhəlli  prob-
lemlərə,  məişət  problemlərinə  toxuna-toxuna  Cavid 
yaradıcılığı  yüksələn  xətt  üzrə  inkişaf  edir.  Əsərləri-
nin ardıcıllığına fikir versək, görərik ki, o, Səlma ana, 
Maral kimi obrazlardan sonra kamil insan (“Şeyx Sə-
nan”), İblis (“İblis”), Allahın yerdəki elçisi Peyğəmbər 
(“Peyğəmbər”)  mövzularına  ardıcıllıqla  müraciət  et-
miş, hətta bəzi mənbələrdə deyilir ki, Cavid son vaxt-
lar Allah haqqında da əsər yazmağı fikirləşirmiş. 
H.Cavid  özü  müdrikləşdikcə,  inkişaf  etdikcə,  hə-
qiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri 
də  dəyişir,  sanki  haqqa  doğru  gedən  pillələri  bir-bir 
keçir.  Misal  üçün,  hamımızın  görə  biləcəyi  kiçik  bir 
hadisəni drama çevirən Cavid Ana-Səlma (“Ana”) ob-
razını,  aktual  mövzuda  olan  “Uçurum”  və  “Şeyda” 
pyeslərindəki Cəlal və Şeyda obrazını yaradır. Bunlar 
Cavidin  dramaturgiyasının  ilk  qələm  təcrübələri  idi. 
Bu qəhrəman tipləri nə qədər romantik olsalar da, or-
ta  səviyyəli  oxucunun,  tamaşaçının  anlaya  biləcəyi, 
başa  düşə  biləcəyi  səviyyədədir.  Lakin    biz  Cavidin 
Şeyx  Sənan (“Şeyx  Sənan”),  Arif (“İblis”)  obrazlarına 
diqqət  yetirsək  görərik  ki,  onlar  haqqa,  həqiqətə  qo-
vuşmağa daha yaxındırlar, necə ki Şeyx Sənan qovu-
şur. Arif isə çılğın bir gəncə oxşayır, hər şeydə günahı 


37
 
 
göylərdə  axtarır,  gücündən  böyük  işlərə  girişir.  Bu, 
onun  dünyanı  dərk etmək  yolundakı  çabalarıdır.  La-
kin Arif haqqı tapmaq, ona yaxın olmaq istərkən şərə 
mübtəla  olur.  Bu,  hər  bir  gəncin  özünüdərki  zamanı 
düşə biləcəyi bəlalardır. “İblis”i yazarkən Cavidin 35 
yaşı  olduğu  fikrimizin  anlaşılmasına  kömək  edən 
amillərdəndir. Düşünmək olar ki, axı Cavid “Şeyx Sə-
nan”ı  yazarkən  daha  cavan  idi.  Bəli.  Amma  onu  da 
nəzərə almaq lazımdır ki, insanlar fərqli olduğu kimi, 
dahi şairin yaratdığı obrazlar da daxili keyfiyyətlərinə 
görə  bir-birilərindən  fərqlənirlər.  Şeyx  Sənanın  Arif-
dən  üstün  cəhəti  o  idi  ki,  o  özünüdərk  mərhələsini 
keçmişdir. O, Füzulinin Məcnunundan dərs almışdır. 
Cismin bir heç, ruhun isə əbədi olduğunu dərk etmiş, 
ilahiyə  doğru  üz  tutmuşdur.  Onun  da  eşqi  ilahi  eşq 
idi.  Filosof-şairin  yaratdığı  üçüncü  qəhrəman  tipləri 
sırasına  Peyğəmbəri  (“Peyğəmbər”),  Xəyyam  (“Xəy-
yam”) obrazlarını daxil edə bilərik. Bu obrazlar dinin 
dediyi  mərhələləri  –  şəriəti,  təriqəti,  mərifəti  keçmiş, 
həqiqət  mərhələsindədirlər.  Onlar  özünüdərkin  ən 
yüksək  pilləsindədirlər.  Xəyyam  nə  Arif  kimi  çılğın, 
üsyankar, şübhəçi, nə də Sənan kimi sevgisi uğrunda 
gözlənilməz addım ataraq əqidəsindən dönən bir ob-
razdır.  Onun  dini-fəlsəfi  fikri,  təfəkkürü  formalaşa-
raq, dünyaya daha obyektiv baxma imkanı vermişdir. 
Öz  dostlarını,  sevgilisini,  həmfikirlərini  itirən,  dinin 
başında duranların əxlaqsızlığını görən Xəyyamda fi-
kir dəyişikliyi görmürük. Çünki o artıq filosofdur, ka-
mil insandır, öz yaşam tərzini, qarşısına çıxacaq prob-
lemləri  əvvəlcədən  bilirdi.  Bəli,  Xəyyam  bu  bəşəriy-
yəti artıq tanıyırdı. Türkiyəli təsəvvüf alimi A.Yükse-


38
 
 
lin  məqalələrinin  birində  fars  şairi  Ömər  Xəyyamın 
yaradıcılığını təhlil edərkən qərara gəldiyi bir çox mə-
qamlar  fikirlərimizin  əsassız  olmadığını  təsdiqləyən 
elmi  sübutdur:  “Din  yolunu  bilməyin  şəriət,  o  yola 
əməl etmənin təriqət, Allah razılığını əldə etmək üçün 
birləşdirmənin  həqiqət  olduğunu  söylər.  Həvəsə  uy-
maya şəriət deyilməyəcəyini, şəriətsiz təriqətin müm-
kün olmayacağını, riyaziyyatdan isə yalnız xəyal do-
ğacağını  dilə  gətirir.  Bütün  sufilər  kimi  o  da  insana 
böyük  bir  önəm  verir:  ulduzlar  belə  insana  verilmiş 
yem dənələridir. Dünyanı göstərən qədəhin qoyuldu-
ğu sandıq qəlbdədir. 
Mənəviyyat yolçuluğunda riyaziyyatı yox, eşqi se-
çir.  Xəyyama  görə,  “Müfti  ilə  şəhər  vaizinin  məhkə-
məsində  dilləri  tutur,  dövlət  quşudur  eşq…
 
Ancaq 
eşq  bülbül  kimi  ağlayıb sızlamaq  deyil,  səsi belə  çıx-
madan ölmək, yox olmaqdır… 
Sevgililər iki başlı, tək bədənli pərgar kimidir, am-
ma,  əlbəttə,  bir  yerdə  birləşəcəkdirlər.  Sən  və  mən 
pərdənin  arxasındayıq;  o  pərdə  qalxdığında  nə  sən, 
nə  də  mən  qalacağıq.  Məscidi,  mədrəsəni,  kilsə  və 
monastırları  dolduranlar  cəhənnəmdən  qorxan,  cən-
nəti  umanlardır.  Allah  sıralarından  xəbərdar  olanlar 
isə bu növ toxumu könüllərə əkməzlər”
1

Bəli, Cavidin də Xəyyamı həqiqət pilləsinə çatmış, 
kamilləşmiş, dünyanı dərk etmiş bir obrazdır. Sevgili-
si  Sevdanın  ölümü  zamanı  söylədiyi  fikirlər  Xəyya-
mın iç dünyasını daha yaxşı açır. 
 
                                                           
1
http://sufizmveinsan.com/tasavvuf.html. Ahmet F.Yüksel. İstanbul 


39
 
 
Söylə kimdən diləyim mən imdad? 
Həp təbiət, bəşəriyyət cəllad. 
 
Yuxarıdakı fikirlərimizi əsas tutaraq “Cavid Allah 
haqqında da əsər yaratmağı fikirləşirdi” fikrinə inana 
bilərik. Çünki buna Cavidin həm gücü, həm də haqqı 
çatırdı.  Çünki  o,  Şərqin  mövhumat  içində  qıvrıldığı 
bir vaxtda Peyğəmbər haqqında əsər yazdı və xalq tə-
rəfindən sevildi. İndiyə qədər hər yazıçının cürət edə 
bilmədiyini  Cavid  100  il  bundan  öncə etmiş,  belə  bir 
mübahisəli  mövzuda  səhnə  əsəri  yazmışdır.  Özü  ka-
milləşdikcə,  haqqa  yaxınlaşdıqca  obrazları  da  həmin 
yolu keçən Cavid Tanrı haqqında əsər yazmağa haqqı 
çatan dahilərdən idi. 
Bəlkə  də,  Cavid  ömrünün  ahıl  çağlarında  o  cür 
möhtəşəm bir əsəri bizlərə bağışlayacaqdı… Bəlkə də, 
Cavid o əsərin eskizini hazırlamışdı, bəlkə də yarada-
cağı Allah obrazının monoloqlarını yazmışdı... Heç nə 
bilmirik. 
Çox maraqlıdır ki, Cavid həbs ediləndən sonra əli-
mizdə  olan  bir-iki  məktubundan  başqa  heç  nə  yox-
dur. Bəşəriyyətin taleyini düşünən filosof, ola bilməz 
ki,  məşəqqətləri  görə-görə  heç  nə  yazmasın,  qeydlər 
aparmasın. 
Bəlkə  də,  həmin  adı  çəkilən  ən  ali  obraz  yaradıl-
mış  və  bəlkə,  tariximizin  də  gizlədildiyi  bizə  məlum 
olmayan arxivlərdə gizlədilir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə