Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

48
 
 
başına  gələn  Arif  bütün  bu  işlərdə  özünü  yox,  İblisi 
günahkar  sayır.  Ədalət  carçısı  Elxan  və  son  pərdədə 
səhnəyə  çıxanların  hamısı  bəd  əməllərinin  səbəbini 
İblisdə görür: “Qəhr olmalı, məhv olmalı İblis!” – de-
yə fəryad və üsyan qaldırır. 
Kimdir günahkar? Mövhumi, rəmzi-simvolik həm 
də ola bilsin ki, gerçək, fövqəlbəşər bir qüvvə olan İb-
lismi, ya öz nəfsi ucundan həmcinsinə, yaxınına, uza-
ğına düşmən kəsilən, Allahın “Mən səni dünyanın əş-
rəfi yaratdım” – deyə müraciət etdiyi insanmı? 
H.Cavid bu suala İblisin son monoloqunda tutarlı 
bir cavab verir. Oxucuya da, tamaşaçıya da  əsl tiran-
ların, İblisin xidmətində duran şeytan xislətli insanla-
rın daxili aləmi açılıb göstərilir. Bunlar xaqanlar, şah-
lar, tülkü siyasilər, xadimi ədyanlar, qadın düşkünlə-
ri,  məzhəb,  din  ayıranlar  və  s.  şərin  xidmətində  du-
ranlardır.  İblis  bu  cür  insanların,  o,  yerə  enməsə  də, 
şərə  xidmət  edəcəyinə  inanır  və  insandakı  nəfs,  şəh-
vət, təkəbbür və digər mənfi xislətlərin onun üçün bir 
ovlaq yeri olduğunu tam yəqinliyi ilə söyləyir: 
 
    Mən tərk edirəm sizləri əlan, nəmə lazım? 
    Heçdən gələrək, heçliyə olmaqdayım azim. 
    İblis nədir?- Cümlə xəyanətlərə bais... 
    Ya hər kəsə xain olan insan nədir? – İblis!.. 
 
Bəli, Sokrat, Xəyyam kimi insanlar İblis köləsi ola 
bilməz.  Onların  ruhuna  yaxınlıq  edən  demon  bu  cür 
adamları  ancaq  xeyrə  xidmət  etməyə  səsləyə  bilər. 
İbn  Səbbah  kimi  ruhunu  çoxdan  İblisə  satanlar  bun-
dan heç bir peşmanlıq duymazlar. Arif kimi həyatının 


49
 
 
müəyyən  dövründə  İblisə  uyanlar  nə  qədər  peşman 
olsalar da, etdikləri səhvlər bizim üçün, oxucu və ta-
maşaçılar üçün bir örnəkdir. 
Demonizm-demon şərə xidmət edəndə, tərəddüd-
lü,  zəif  adamların  ruhuna  hakim  olanda  fəlakət,  ira-
dəcə güclü, ruhən mətin, xeyrə xidmət edən adamlar-
da  isə  bütün  bəşəriyyət  üçün  səadət  gətirər.  Bu  ba-
xımdan “Tiran”ın inkarı şərə xidmət edənlərin, onun 
təqdiri isə xeyrə xidmət edənlərin amalı, kredosudur. 
Rahim və rəhman olan zalım və tiran ola bilməz. Lə-
nətlənib  dərgahdan  qovulan  İblis  və  ona  xidmət 
edənlər  Tirandırlar.  H.Cavidin  tirana  yönəldilmiş  in-
karı onlara qarşıdır. 
 
Ədəbi-nəzəri məcmuə. (Ədəbiyyat nəzəriyyəsi 
şöbəsinin illik məcmuəsi). II kitab. Bakı, “Nafta-Press”, 
2004. 
 
 


50
 
 
Hüseyn Cavid yaradıcılığında sərbəst şeir 
 
Sərbəst şeirin xüsusi qafiyə sisteminə malik oldu-
ğunu  az  söyləməmişlər.  Buna  əsaslanan  bir  sıra  şair-
lər  vəzn  cəhətdən  səliqəsiz  nəsrdən  belə  aşağı  səviy-
yədə duran əsərlər yaratmış və həmin yazıların guya 
özlərinə məxsus vəznə malik olduğunu sübut etməyə 
can  atmışlar.  Ədəbiyyatşünaslıqda  bu  problem  hələ 
indiyədək həll olunmamış vəziyyətdə qalmaqdadır. 
Müasir rus şərqşünaslığında sərbəst şeir eyni ölçü-
lü  bölgülərin  misralarda  müxtəlif  sayda  yerləşdiril-
məsi  kimi  başa  düşülür.  “V  russkom  stixovedenie 
volnım  stixom  prinoto  nazıvat  stixi  odinakovıx  stop, 
no  s  raznım  çislom  stop  v  strokax.”  M.L.Kasparov, 
Sovremennıy russkiy stix.”
1
 
Akademik  M.C.Cəfərov  “Şeirimizin  dili  və  vəzni 
haqqında”  adlı  məqaləsində  sərbəst  şeir  barədə  belə 
mülahizə  yürüdür:  söhbət  vəznsizlik  haqqında  get-
mir, əksinə, vəzndə sərbəstlik haqqında gedir. 
Yuxarıdakı fikirləri ümumiləşdirərək belə bir nəti-
cəyə gələ bilərik: sərbəst şeir hər hansı bir vəzn daxi-
lində bölgü və ya təfilə sərbəstliyi nəticəsində meyda-
na gəlir. Bu yolla yaranan şeirlər ədəbiyyatşünaslıqda 
ölçülü  sərbəst  şeir  adını  almışdır.  Lakin  poeziyamız-
da,  ölçülü  sərbəst  şeirin  yuxarıdakı  tələblərə  cavab 
verə  biləcək  ilk  mükəmməl  nümunələrini  kim  yarat-
mışdır problemi hələ də mübahisəlidir. Prof. A.Axun-
dov “Şeir sənəti və dil” adlı monoqrafiyasında bu mə-
                                                           
1
Metrika i ritmika. Moskva. 1974, str. 373
 


51
 
 
sələ  üzərində  ayrıca  olaraq  dayanmış  və  bir sıra qiy-
mətli fikirlər söyləmişdir. Lakin aşağıda Cavidin ölçü-
lü sərbəst şeirləri üzərində aparacağımız araşdırmalar 
bizi  A.Axundovun  bəzi  fikirləri  ilə  razılaşmamaq 
məcburiyyətində qoyur. 
Razılaşa bilməyəcəyimiz əsas fikir odur ki, müasir 
şairlərimizin  yaradıcılığını  araşdıran  hörmətli  alim 
poeziyamızda  ölçülü  sərbəst  şeirin  yaradıcısı  kimi 
C.Novruzu  götürmüş  və  bu  məsələdə  ona  ancaq 
M.Müşfiqin təsiri olduğunu söyləmişdir. Halbuki, Ca-
vid  Müşfiqdən  daha  əvvəl,  hətta  indinin  özündə  də 
vəzn texnikasına görə C.Novruzun ölçülü sərbəst şe-
irlərini kölgədə buraxa bilən şeirlər və poetik parçalar 
yaratmışdır. Bir şeyi də qeyd etməyi vacib bilirik. Bu 
ondan  ibarətdir  ki,  Müşfiq  şeir-sənət  məsələlərində 
Cavidi həmişə özünün müəllimi bilmiş və ondan öy-
rənməyi  müqəddəs  bir  vəzifə  hesab  etmişdir.  Digər 
tərəfdən,  (söylənilən  xatirələrə  əsasən)  Cavidin  müa-
sirləri  arasında  ancaq  Müşfiqin  istedadına  böyük 
ümidlər  bəslədiyini  az  söyləməmişlər.  Deməli, 
C.Novruz ölçülü sərbəst şeirin yaradıcısı yox, ona ya-
radıcılıqla yanaşan layiqli davamçısıdır. 
Əsrimizin  əvvəllərində  şeirdə  bölgü  sərbəstliyinə 
Cavidin “Ana” mənzum dramında və Sabirin “İki hə-
pənd” şeirində rast gəlirik. Hər iki  əsərdə - “Ana”da 
bölgü, “İki həpənd”də təfilə sərbəstliyi dialoqun (mü-
kalimənin) tələblərindən irəli gəlir. Bu, bəlkə də ölçü-
lü sərbəst şeiri yaradan ilk səbəblərdən biridir. Sabir-
də  bu  forma  ötəri  bir hal  olmuşsa,  Caviddə  artıq  ya-
radıcılıq  üslubuna  çevrilmişdi.  Əlbəttə,  dramlarda 
olan ölçü sərbəstliyi hal-hazırda bizi maraqlandırmır. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə