Ədəbiyyat və sənət


Hüseyn Cavid yaradıcılığında



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

40
 
 
Hüseyn Cavid yaradıcılığında  
demonizm 
 
“Demonizm”– “demon” anlayışını ilk dəfə Sokrat 
dilinə  gətirmiş,  haqsızlıq,  ədalətsizlik  əleyhinə  içəri-
sindən üsyan edən səsləri eşidərək onları “demon” – 
“Allahın  səsi”  adlandırmışdır.  Bu  baxımdan  demo-
nizm  bəşər  tarixində  zülmə,  ədalətsizliyə  qarşı  bir 
mübarizə vasitəsi kimi müsbət hadisədir. 
Demonizm tiraniyanı ədalətsizlik, zülm, haqsızlıq 
üzərində  qurulan  səltənəti  daim  inkar  edir.  Əslində 
onun üsyanı göylər səltənətinə qarşı yox, yerdəki ca-
hil, mövhum, əzazil tirana və onun cəmiyyətinə qarşı-
dır. 
Platon  Allahı  “formalar  forması”,  yəni  dünyada 
hər bir şeyə forma verib onu qoruyub saxlamaq və ya 
dəyişmək  hüququna  malik  olan  bir  qüvvə  adlandır-
mışdır. 
Bəşər  düşüncəsi  ta qədimdən  xeyirlə  şərin  müba-
rizəsini qəbul etmiş, bu mübarizədə xeyirin əvvəl-axır 
şərə  qalib  gələcəyinə,  işıqlı,  ölümsüz,  səfalətsiz,  ehti-
yacsız  bir  səltənət  qurulacağına  inanmışdır.  Bunun 
timsalını ən qədim və ən böyük dualist din olan Zər-
düştilikdə  görürük.  Həm  zərdüştilik  dövründə,  həm 
ondan əvvəl, həm sonra mövcud olan politeist dinlər-
də  də  xeyir  və  şər qüvvələr  daim  mübarizədədir.  Bu 
dinlərdə də xeyrin qələbəsi labüd göstərilir. 
Tarixin  sonrakı  dövrlərində  yaranan  İudaizm, 
Xristianlıq, İslam dinləri monoteist mövqedə dursalar 
da, onlarda da xeyirlə şərin mübarizəsi ön plana çəki-


41
 
 
lir.  Şər  qüvvələr  olan  Satana,  İblis  Allaha  –  yaradıcı 
qüvvəyə qarşı çevrilir. 
Monoteist  dinlər  dövründə  demonizm,  bir  çox 
hallarda əvvəlki müsbət funksiyasını itirərək şərə xid-
mət  edən  bir  vasitəyə  çevrilir.  Bu  Allahın  iradəsiylə-
dirmi, ya onun iradəsindən kənardır? Tanrının iradə-
sindən  kənar  heç  nə  mövcud  deyil  –  nə  zaman,  nə 
məkan, nə məzmun, nə də forma. 
“İnkarı  inkar”  qanununa  əsaslanaraq,  Allah  özü-
nü  bir  dəfə  inkar  edib  dünyanı  yaratmış  və  həmin  o 
dünyada özünə bənzər varlıq olan, bütün yaradılmış-
ların əşrəfi insanı yaratmışdır. İnsan ona qoyulan qa-
dağanı pozmuş və Allah özünü bir daha inkar edərək 
onu  əbədiyyətdən,  səadətdən,  firavan  yaşayışdan 
məhrum edib cənnətdən qovmuş, əzab-əziyyətə məh-
kum etmişdir. 
Bütün  bunlar  öz  əksini  dünyanın  romantik  ədə-
biyyatında  Dante,  Şiller,  Şekspir,  Höte,  Bayron,  Puş-
kin, Lermontov və s. bizim ədəbiyyatımızda isə, əsa-
sən, Hüseyn Cavid yaradıcılığında tapmışdır. 
Hüseyn Cavid bir çox faciə və dramlarında demo-
nik  ruhlu  insanların  taleyini  Zərdüştilik  dövründən 
tutmuş İslamiyyətin qələbəsi, Böyük Cahan çarpışma-
ları və ateizm dövrünə qədər izləmişdir. Onun “Səya-
vuş”,  “Peyğəmbər”,  “Xəyyam”,  “Topal  Teymur”, 
“Şeyx Sənan”, “İblis”, “Azər” əsərləri bu qəbildəndir. 
Cavidin inkar etdiyi, lənətlədiyi tiran şər qüvvələ-
rə  uyaraq,  başına  şər qüvvələri  toplayaraq  ucsuz-bu-
caqsız məmləkətlərə, milyon-milyon insanlara qaran-
lıq,  zülmət,  əsarət  və  ehtiyac  gətirən  yer  tiranlarına 
qarşıdır. 


42
 
 
İlk baxışdan inkaredici mövqedə durub Allahı “ti-
ran” adlandıran, ona qarşı mübarizəyə səsləyən qüv-
vələr insanda təəccüb doğurur. Axı “formalar forma-
sı”  olan  Allah,  istəsə  insanın  məzmununa  da  sahib 
dura bilər, lakin o ən ali olduğu qədər də demokratik 
bir  varlıqdır.  O,  bizə  ən  gözəl  forma  və  ən  ali  şüuru 
vermiş,  xeyirlə  şəri  ayırıb-seçməyi  isə  öz  öhdəmizə 
buraxmışdır. 
Bu  baxımdan  xeyrə  xidmət  edən  adam  demokra-
tik  ruha  malik  olsa,  əməlləri  bəşəriyyətə  səadət,  şərə 
xidmət  edən  adam  isə  şər  qüvvələrin  tövsiyələrinə 
əməl  etsə,  bütün  kainata,  insaniyyətə  fəlakət  gətirə-
cək. 
H.Cavidin  tarixin  ən  qədim  dövrlərindən  bəhs 
edən  əsəri  “Səyavuş”dur.  Xeyrə  xidmət  edən  Səya-
vuş, şərin köləsi olan Kərşivaz və Südabə əsərin kon-
fliktini təşkil edirlər. Səyavuş qurmaq, yaratmaq, bir-
birinə düşmən olan iki böyük xalqı, iki məmləkəti sül-
hə,  qardaşlığa  birliyə  gətirmək  əzmi ilə  çarpışır.  Ona 
qarşı mübarizə aparan Südabə və Kərşivaz isə öz şəx-
si  mənafe,  murdar  istəkləri  ilə  xeyrin  qarşısına  sədd 
çəkir.  Keykavus,  Əfrasiyab  kimi  şərə  xidmət  edən   
mənfur  insanların  əllərində  oyuncağa  çevrilirlər  və 
qədim  tarixin  ən  qədim  faciələrindən  biri  –  Səyavu-
şun öldürülməsi, şər demonunun xeyir demonuna qə-
ləbəsi, artıq yetişməkdə olan İran-Turan birliyinin po-
zulması, bu xalqların sonralar hələ uzun müddət bir-
birinə qanlı, amansız düşmən olması faciəsi baş verir. 
Şər xeyrə qalib gəlir... 
Dramaturqun İslamın ilk təşəkkülü, inkişafı, qələ-
bəsi  və  peyğəmbərin  şəxsiyyətindən  bəhs  edən,  ən 


43
 
 
maraqlı,  düşündürücü  dramlarından  biri  “Peyğəm-
bər”  əsəridir.  Peyğəmbər  yerə-göyə  sığmayan,  ancaq 
göydəki ali qüvvənin hökmünü, istəyini yolundan az-
mış, çoxallahlığa inanan, həqiqətdən uzaq düşmüş in-
sanlara  çatdırmaq  istəyən,  bu  yolda  heç  nədən  qor-
xub-çəkinməyən,  yalnız  xeyrə  xidmət  edən  demonik 
bir obrazdır. Özündən əvvəl gələn İsa Peyğəmbərdən 
fərqli olaraq, o, təkcə kitabı yox, qılıncı da qələbə çal-
maq üçün intixab etməli olur. Bu fikrə onu yönəldən 
Allahın  özüdür.  İlahi  tərəfindən  göndərilən  mələk-
lərdən  biri  ona  kitab,  digəri  isə  qılınc  təqdim  edir. 
Hicrətdən  sonrakı  mübarizəsində həm  kitab, həm  də 
qılınca dayaqlanaraq nüsrət sahibi olur. 
Sufizm dövründə arif insan, həqiqətə varıb xidmət 
edən  şəxsiyyət  haqqında  çox  düzgün  bir  fikir  söylə-
nilmişdir.  “Mənəm  Allah”  demək  hüququna  malik 
olan  hər  hansı  bir  şəxs  ariflik  zirvəsinə  qalxmalıdır... 
Və o, bu zaman dörd pillədən keçməlidir: şəriət, təri-
qət, mərifət, həqiqət. 
Şəriət  dövründə  mövcud  olan  qanunları  öyrənib 
ona riayət etməli, təriqət dövründə özünə mürşid se-
çərək  ilahi  və  elmi  axtarışlarda  olmalı,  mərifət  döv-
ründə  özü  mürşid  olaraq  bildiklərini  başqalarına  öy-
rədib yol göstərməli, həqiqət dövründə göstərdiyi yo-
lun,  çatdığı  elmi-fəlsəfi  nəticənin  yayıldığını,  qalib 
gəldiyini  görməlidir.  Əgər  görərsə,  demək  o,  həqdir, 
arifdir. Mənsur Həllac da, Nəsimi də bu yolla getmiş, 
onların  “Mənəm  Allah”  deməyi,  həqiqətə  varmaları-
na, küllə qovuşmalarına səbəb olmuşdur. 
H.Cavid yaradıcılığında bu cür obrazlara rast gəl-
mirik. Onun “Xəyyam” və “Topal Teymur” əsərlərin-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə