Ədəbiyyat və sənət



Yüklə 6,65 Kb.

səhifə1/40
tarix23.08.2018
ölçüsü6,65 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   40


1
 
 
 


2
 
 
 


3
 
 
Bu əsər 
Senet.az
 ədəbiyyat və sənət 
dərgisinin “
Elektron kitabxana
” 
layihəsində yayımlanır. Kitabın bütün 
hüquqları “Hədəf Nəşrləri”nə aiddir. 
 
 
 
 
 
 
 
 
Əsər müəllifin rəsmi razılığı ilə tam 
versiyada təqdim olunur.


4
 
 
ŞƏMİL SADİQ 
 
 
 
 
 
Ədəbiyyatla 
bütövləşmiş 
şəxsiyyətlər 
 
 
 
 
 


5
 
 
 
Redaktor:  f.e.d., prof.  
Tahirə Məmməd 
    
Naşir: 
Müşfiq XAN 
     
Korrektor:  
Vüsalə Məmmədova 
 Asifə Əfəndi 
   
Mətn tərtibatı: 
Rövşən Yerfi 
    
Dizayn və qrafika: 
Teymur Fərzi 
 
 
Texniki redaktor: 
Bəxtiyar Ələkbərov 
 
Şəmil Sadiq. Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər 
“XAN” nəşriyyatı. Bakı-2015. 184 səh. 
 
 
Kitabda f.ü.f.d.,dos. Şəmil Sadiqin müxtəlif illər-
də  mətbuatda  çap  edilən  elmi  və  elmi-publisistik 
məqalələri toplanmışdır. 
 
ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 3 6 – 1 
 
 
 
© Şəmil Sadiq / 2015 
© “XAN” nəşriyyatı / 2015 


6
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSİL 
Şəxsiyyətlə bütövləşmiş yaradıcılıq 


7
 
 
 


8
 
 
Hüseyn Cavid – 132 
 
Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın köl-
gəsində kölgələndik... Elə tanıtmaq üçün də bu kölgə-
nin  böyüklüyündən  danışdıq.  Amma  sadəcə  özümü-
zə... Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqı-
ra bilmədik. 
Bu  böyük  kölgəni  yaradan  isə  Cavid  dühası  idi. 
Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq 
saçaraq bu kölgəni yaratdı. 
İnsandan danışdı, insandan yazdı... İnsan yetişdir-
di... İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı... 
İnsanı dərk etdi... İnsandan bəhrələndi... İnsan xis-
lətini gördü, onu anladı... 
İnsanın uydurduğu həqiqətlər sistemindən şübhə-
ləndi... Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncə-
lərdə olduğuna inandı... 
İnsanın  özü  yaradıb  əsirinə  çevrildiyi  İblisin  kim 
olduğunun  tərifini  verdi...  “İblis”  əsəri  ilə  insanlara 
insanı tanıması üçün güzgü verdi. 
İnsanı  sevdi,  insan  oldu…  Amma  insanın  qara 
niyyətlərinin qurbanına çevrildi... 
Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq 
aynası, mərhəmət dünyası... 
Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə 
sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşa-
dıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə ol-
muşdur.  Bütün  dinlər  onun  ideyalarından  qat-qat 
aşağıda qaldı. 


9
 
 
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, in-
sanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndir-
di. 
Öksüz  Ənvər  Azərbaycan  pedaqogikasına  böyük 
töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı. 
Maral  mollaların  əsrlərlə  qurduğu  sindromu  sın-
dırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sa-
birin, Cəfərin qadın azadlığından fərqli, romantik üs-
yan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin 
zatı qırıq olması azadlığın məzar olması deməkdir de-
di... 
Ərəb İbn Yəmini yaratdı... Şərin özünü... 
Türk Elxanı yaratdı  – Tanrının ədalət yaradan qı-
lıncını... 
Afəti yaratdı... Anjeli yaratdı... Südabəni yaratdı...  
“Hep  qadın  cürmi-ehtirasatı!” –  dedi  və  gözəlliklə 
şeytanın vəhdəti... 
Göyərçin  yaratdı  paklıq  və  saflıq  rəmzi...  Xumar 
yaratdı,  dinlərin  daşıya  bilməyəcəyi  eşq  yaşatdı  ru-
hunda...  İsmət  yaratdı  namusu  ilahi  kimi  toxunul-
maz... Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü-
rən.  Sürüklənən  bəşəriyyətin  qadınla  yüksələcəyinə 
inandı. 
Səyavuş  yaratdı,  İranla  Turanın  ayrılmaz,  danıl-
maz  həqiqəti,  odla  günahların  yuyulmasını  göstərdi. 
Çin  sərhəddinə  qədər  türk  ellərinin  yaşadığını  və 
hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir 
qadın gücü ilə necə yox olmasını hayqırdı. 
Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı, 
təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu 
göstərdi... Bu dünyanın zərrə qədər dəyəri olmadığını 


10
 
 
dedi,  amma  “Cahan  bir  nazənin  dilbər”  də  söylədi. 
Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inan-
dı da… 
Ana  yaratdı...  Aşiq  yaratdı...  Məşuq  yaratdı...  Xə-
yanətkar  ər  yaratdı...  Qatil  yaratdı...  İnqilabçı  yarat-
dı...  İnqilabın  əzdiklərini  yaratdı...  Ər-Ərən  yaratdı... 
Hökmdar  yaratdı...  Mələk  yaratdı...  İblis  yaratdı... 
Peyğəmbər  yaratdı  –  Bəşər  yaratdı,  Bəşəriyyət  yarat-
dı... 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə