Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

44
 
 
də  həqiqətin  axtarışı,  dünyanın  dünəni,  bu  günü  və 
sabahını düşünən qüdrətli demonik obrazlar yaradıl-
mışdır.  Bu  baxımdan  “Xəyyam”  pyesi  diqqəti  daha 
çox  cəlb edir.  Əsərdə  üç  dost  təsvir  olunur:  Xəyyam, 
Xacə  Nizam,  İbn  Səbbah.  Xəyyam,  ancaq  xeyrə  xid-
mət edən, şəri özündən qovan böyük filosof, alim, şa-
ir-Sokrat  xislətli  bir  şəxsdir.  İbn  Səbbah  şərin  carçısı, 
gələcəkdə  baş  verəcək  bir  çox  fəlakətlərin  səbəbkarı 
və  icraçısıdır.  Xacə  Nizam  xeyirlə  şər  arasında  taraz-
lıq  yaratmaq  istəyən, bütün  dövləti ədalətlə,  nizamla 
idarə etmək istəyən obrazdır. 
Allahın  özü  kimi  tənhalığı,  öz  xeyirxah  demonu-
nun pıçıltılarına qulaq asaraq yaratmaq, qurmaq əzmi 
ilə  yaşayan  Xəyyam  şərə  düşüb  bir  çox  çətinliklərlə 
rastlaşsa  da,  uzun,  mənalı  bir  ömür  sürür, qocalığın-
da hamı ona məhəbbət, hörmət və ehtiramla yanaşır. 
Şər ona yaxın gələ bilmir, çünki ruhu şərdən uzaq idi. 
Ancaq hər gün, hər saat şər işlərlə qarşılaşan Alp Ars-
lan,  Məlik  şah,  Xacə  Nizam  kimi  dünyaya  sahiblik 
edən  qüdrətli  şəxsiyyətlər  şərin  əli  ilə  nizam,  qayda-
qanun yaradırlar. İbn Səbbah kimi şərə xidmət edənin 
ən böyük arzusu və istəyi isə elə həmin qayda-qanun 
və nizamı dağıtmaqdır – İblisin arzusu kainatın niza-
mını  pozmaqdır.  Pozulmuş  insan,  pozulmuş  cahan 
asanlıqla  onun  hökmü  altına  keçə  bilər.  Burada  biz 
gələcəkdə  “İsmailiyyə”  terrorçu  təriqətinin,  təşkilatı-
nın,  dövlətinin,  birliyinin  yaradıcılarından  biri  olan 
Həsən ibn Səbbahı, əsərdə isə İblisin adı çəkilməsə də, 
ona xidmət edən demonik bir obrazı görür, tanıyır və 
əməllərinə nifrət edirik. 


45
 
 
H.Cavidin  “Topal  Teymur”  əsəri  qəhrəmanlıq 
dramıdır.  Xeyirlə  şərin  mübarizəsi,  Cavidin  digər 
əsərlərində olduğu kimi, burada çox da qabarıq nəzə-
rə çarpmır. 
Əsərdə təsvir olunduğu kimi, iki cahangir üz-üzə 
gəlmişdir.  Bunlardan  biri  Yıldırım  Bəyazid,  digəri 
Əmir Teymur idi. Yıldırım Bəyazid serb qızı olan Me-
liçanın,  sərxoşluqdan  ayrılmayan  vəzirinin,  ədalətsiz 
divan  adamlarının  dediyi  ilə  oturub-duran,  öz  sara-
yında  xain,  mənfur  niyyətli  adamlara  yer  verib  ehti-
ram göstərən iradəsiz, lakin inad bir şəxsiyyətdir. Şər 
və çirkabla əhatə olunan bir hökmdar heç vaxt ədalət, 
nizam, qayda və qanun yaradıcısı ola bilməz. 
Əmir  Teymur  isə  ayıq,  hər  şeydən  şübhələnən, 
hətta ən yaxın adamlarına da bir işi etibar edəndə onu 
dəfələrlə  yoxlatdıran,  ən  xırda  intizam,  qayda-qanun 
pozğunçuluqlarına  qarşı  amansız  olan,  lakin  ədaləti 
heç  vaxt  əldən  verməyən,  dostlarına  sonsuz  məhəb-
bət,  düşmənlərinə  nəhayətsiz  kin  və  qəzəb  bəsləyən 
bir  şəxsiyyətdir.  Onun  demonik  ruhu  hərblə  yoğru-
lub. Bununla belə, Əmir Teymur şeirə, sənətə, gözəlli-
yə  qarşı  laqeyd  deyildir.  Onu  apardığı  mübarizədə 
heç nə – nəinki tək-tək, hətta yığın-yığın insanlar, uc-
suz-bucaqsız məmləkətlər, bəşərin başına gətirilən fa-
ciələr çəkindirə bilmir. Qarşıya qoyduğu məqsədə, fi-
kir və əməlinin qələbəsinə o hər şeyi qurban verməyə 
qadirdir. Yıldırım Bəyazidə söylədiyi sözlər dedikləri-
mizə  sübutdur:  “Heç  maraq  etmə,  xaqanım!..  Əgər 
dünyanın  zərrə  qədər  dəyəri  olsaydı,  yığın-yığın  in-
sanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir 
kor, mənim kimi bir topal müsəllət olmazdı”. 


46
 
 
Bir nəticə hasil olur, onların hər ikisi icraçıdır. Biri 
durğunluq, şər mühitə xidmət edir, digəri isə dağıdıcı 
da  olsa,  qurub-birləşdirməyə,  qayda-qanuna  riayət 
edən  bir  cəmiyyət  yaratmağa  cəhd  göstərir.  Əmir 
Teymur  özünü  yol  azmışlara  qarşı  mübarizə  aparan 
bir “Allah bəlası” adlandırırdı. 
H.Cavid  “Şeyx  Sənan”  əsərini  dini  ayrıseçkilik 
əleyhinə  yazmış,  hələ  dinlərin  indiki  formada  möv-
cud olmadığı, ən ilkin dövrdə ilahiyə və yaxın bildiyi 
adamlara  məhəbbət  şəklində  olduğu  bir  zamanla  in-
diki təzadlı dövrü qarşılaşdırmışdır. Allah bizi xristi-
an və ya müsəlman yaratmayıb. Bizi yaradarkən “ya-
xın  və  əziz  bildiklərini  sev”–  deyib.  Bu  sevginin  ən 
yüksək forması eşqdir. Sənanın Xumara olan məhəb-
bəti Məcnunun Leyliyə olan məhəbbətinə bənzəsə də, 
daha əzablı, daha keşməkeşlidir. 
Yuxuda  buta  alan,  sevginin  dalınca  Tiflisə  gələn, 
daim şübhələr içində yaşasa da, pak eşqinə, məhəbbə-
tinə şəkk  gətirməyən  Sənan  demonik  bir  obrazdır.  O 
həm  İslamın,  həm  də  Xristianlığın  mövhumat  və  cə-
halətinə üsyan edən, “Allah birdir, din də bir olmalı-
dır və bu dinin əsası eşqdir”, – deyən bir şəxsiyyətdir. 
Öz mürşidlərinin əhatəsindən uzaqlaşıb Xumarın ata-
sının və onun ətrafındakı xristian cahillərinin tələblə-
rini yerinə yetirərək istəyinə yenə də çata bilmədiyini 
anlayan Sənan Xumarın dəvəti və təhriki ilə sevgilisi 
ilə birlikdə uçuruma atılır. Onlar səadəti bu dünyada 
yox, özlərini inkar edərək o dünyada arayır və tapır-
lar. 
Cavidin  I  Dünya  Müharibəsi  əleyhinə  yazılmış 
“İblis” faciəsi ictimai məzmun və dərin fəlsəfi mənası-


47
 
 
na  görə həmişə aktuallığını  qoruyub  saxlayan  bir sə-
nət  abidəsidir.  Əsər  boyu  ən  çox  iki  obrazla  rastlaşı-
rıq. Bunlardan biri şərin carçısı və hərəkətverici qüv-
vəsi  olan  İblis,  digəri  əvvəl  İblisə  nifrət  edən,  sonra 
isə  onun  köləsinə  çevrilən  mütərəddid ruhlu Arifdir. 
Arif  insanlardan,  müharibədən,  dünyanın  keşməkeş-
lərindən uzaqlaşaraq İxtiyar adlı bir ərəbin ocağına sı-
ğınan, onun nəvəsi ilə evlənən və səadəti, Allahı təq-
dir,  İblisi  inkar  edən  bir  şəxsiyyətdir.  Biz  onu  əsərin 
ilk səhnələrində bu cür görürük. Tərəddüdlü, sabitqə-
dəm olmayan Arifin cahanda baş verən bütün fəlakət-
lərə  qarşı  İblisi  günahkar  bilməsi  və  ona  qarşı  etdiyi 
inkaredici  çıxışlar  İblisi  vadar  edir  ki,  onu  tənhalıq-
dan çəkib çıxartsın və cəmiyyətin təzadlı, keşməkeşli 
burulğanına atsın. 
İnsan ilk günahını nəfsi ucbatından etmiş və indi-
yəcən, bundan sonra da edəcəyi bütün günahlar onun 
nəfsini boğa bilməməsindən irəli gəlir. Arifə bütün tə-
rəddüdlü insanlarda olduğu kimi, bu hissin güclü ol-
duğunu bilən İblis torunu Rənanı səhnəyə gətirməklə 
qurmağa başlayır. İlk məhəbbəti yada düşən və özü-
nü  cilovlaya  bilməyən  Arif  müxtəlif  qiyafələrdə  zü-
hur edən İblisin fitnələrinə uyur, cinayət yoluna düşə-
rək Xavəri boğub öldürür. İblisin təhriki ilə əlinə silah 
alır, şərab içir, cibinə altun doldurur. Qadın, silah, şə-
rab,  altun-İblisin  insanları  yoldan  çıxartmaq  üçün  is-
tifadə  etdiyi  ən  güclü  vasitələrdir.  İlk  cinayətlərdən 
qorxub geri çəkilməyən Arif ikinci bir cinayətə yol ve-
rərək yəhudi sələmçisini öldürür. Eşq, ehtiras və qan 
onun  gözünü elə  tutur ki,  doğma  qardaşı  Vasifi  belə 
tanımır.  Qardaşını  qətlə  yetirəndən  sonra  ağlı,  huşu 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə