Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

56
 
 
şeirimizin  inkişafı  üçün  geniş  imkanlar  açan  və  bu-
nunla bərabər tələblər qoyan bir problemdir. 
Heca vəznli ölçülü sərbəst şeirə “Azər” dastanının 
“Tısbağanın  zövqü”,  “Yaşamaq  və  yaşatmaq”,  “Mə-
zarlıqdan  keçərkən”,  “Dəniz  kənarında”  adlı  hissələ-
rində rast olunur: 
 
    Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, 
    İnsan belə görməz bu zövqü əsla! 
    Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım, 
    Çox ellərə yanaşdım. 
 
“Tısbağanın zövqü” 
 
    Gəncliyin almaz gözləri şimşək kimi çaxardı. 
    Hər üzdə maraqlı bir hal vardı.        
         
Yaşamaq və yaratmaq” 
 
    Bir eşq yaşarkən 
    Sən də atdın məni. 
    Vəfasız olsan da mən
    Unutmam səni. 
 
“Məzarlıqdan keçərkən” 
 
    Şətarətli bir mayısdır... Azər enmiş sahilə, 
    Zümrüd dalğaları seyrə dalmışdı. 
    Bu halda bir şey gurladı, maraqlandı cocuqlar: 
    – Nədir bu səs? 
    Yıldırımmı? 


57
 
 
    Hər nə varsa göydə var
    – Əvət, doğru... 
    Baxın, iştə! 
    –  Qos-qoca  bir  təyyarə....  –  kim  bilir  nərdən 
gəliyor, yolu hanki diyarə? 
                                                               
“Dəniz kənarında” 
 
Göstərdiyimiz şeir parçalarında iki və üç müxtəlif 
ölçülü misralar biri digərini vəzncə izləmiş və mənaca 
tamamlamışdır.  Cavid  tərəfindən  ilk  dəfə  qələm  təc-
rübəsindən keçən heca vəznli sərbəst şeirin bu, ilk nü-
munələri müasir şairlərimiz tərəfindən böyük məhəb-
bətlə sevilməkdə, inkişaf etdirilməkdə və cilalanmaq-
dadır. Azərbaycan ədəbiyyatı tarixində ölçülü sərbəst 
şeirin mükəmməl nümunələrini yaradan və əruz vəz-
nində sərbəst şeirin yazıla biləcəyini əyani surətdə sü-
but etdirə bilən ilk böyük sənətkar Caviddir. 
Böyük şair və dramaturq Hüseyn Cavid Rəsizadə-
nin  vəzn  sahəsində  ədəbiyyatımıza  gətirdiyi  yuxarı-
dakı yeniliklər bizi məcbur edir ki, bu dahi sənətkarın 
yaradıcılığına daha həssaslıqla yanaşaq, onun ədəbiy-
yat  tarixində  tutduğu  mövqeyi  daha  düzgün  müəy-
yən edək. 
 
Elmi axtarışlar, XII toplu (“Filologiya məsələləri”nin 
xüsusi buraxılışı), “Nurlan” nəşriyyatı, 2004. 


58
 
 
“İblisin intiqamı” pyesi haqqında 
 
Sülhpərvər  qüvvələrin  qələbəsi  ilə  bitən  bu  pyes 
janrına görə dramdır. Bu, Cavidin yeganə dram əsəri-
dir ki, orada Sovet hökumətinin, onun nümayəndələ-
rinin, ümumiyyətlə, onun varlığının adı çəkilir. Qeyd 
etməliyik ki, Cavidin irili-xırdalı digər bədii əsərlərin-
də  sovet  hakimiyyətinin  adı  və  yaxud  atributlarına 
rast gəlinmir. Bu baxımdan əsər xüsusi maraq doğur-
maqdadır.  Doğrudur,  onun  “Telli  saz”  pyesində  So-
vet  Azərbaycanından  bəhs  olunur,  lakin  bu  əsər  əli-
mizdə olmadığından, bizə gəlib çatan üç kiçik parça-
ya  əsaslanaraq,  onun  haqqında  geniş  fikir  yürütmək 
çətindir.“İblisin  intiqamı”  əsərinin  qəhrəmanı  Birinci 
Dünya müharibəsi əleyhinə yazılmış “İblis”faciəsinin 
əsas qəhrəmanlarındandır. Əsərin təsir obyekti bütün 
dünya imperializmidir. Buna görə də əsərdə İblis şey-
tanlardan  istifadə  edir.  Buradakı  Arif  “İblis”dəkinə 
bənzəmir. O, artıq ”Şərqin mütərəddid çocuğu” deyil, 
əksinə,  sülhü bütün varlığı ilə  müdafiə edən  bir mü-
cahiddir. Əsərdə İblisə qarşı insanlara kömək edən iki 
simvolik  obraz  da  vardır.  Bunlar  sülh  pərisi  Sima  və 
Tuncərdir. Sima özünü “...bir çox şairlərin, filosofların 
könlünü  ovlayan,  ən  yüksək  və  dərin  düşüncələrdə 
qanad çalan bir dilək pərisi, ... bəşəriyyət üçün çırpı-
nan, qan izlərini silməyə çalışan sülh pərisi” adlandı-
rır. Tuncər sülh pərisi Simanın keşiyini çəkmək üçün 
sülhpərvər  bəşəriyyəti  təmsil  edən  Spartak  qiyafəli 
bir  qəhrəmandır.  Əsərdə  onun  hansı  xalqın,  hansı 
dövlətin  nümayəndəsi  olduğu  dəqiq  söylənilmir. 
Doğrudur, Arif: “Gerçəkdən Tuncərmi? Mən onu çox-


59
 
 
dan tanıyıram. Söylə, indiyə qədər haralarda idin?” – 
deyirsə  də,  bizi  daha  çaşbaş  salır.  “İblis”dəki  Arifin 
əslən İstanbullu olub Bağdad civarında yaşadığını bi-
lirdik,  buradakının isə  hardan  gəlib,  hara  getdiyi  də-
qiq məlum deyil. Tuncər adına Cavidin nə “İblis”, nə 
də ki digər əsərlərində rast gəlmişik. 
Professor  Ə.Cəfərin  redaktorluğu  ilə  Hüseyn  Ca-
vid külliyyatının IV cildində ilk dəfə çap olunan “İbli-
sin intiqamı” pyesində bu ad Tüncər yox, Tuncər kimi 
verilmişdir.  M.Cəfərin  tədqiqatında  “tunc  heykəli” 
Tuncərin  Tüncər  kimi  verilməsi  də  təəccüblüdür. 
Tunc  sözündən  yaranmış  Tuncər  adını  A.Həsənoğlu 
da Tüncər kimi qəbul edərək aşağıdakıları yazır: ”Bü-
tün  bunlara  qarşı  şair  Tüncəri  qoymuşdur.  Tüncərin 
mənası münbit torpağa səpilən toxum mənasını ifadə 
edir ki, bu da bütün dünyada sülhün, əmin-amanlığın 
təbii  inkişafı,  ədalətin,  tərəqqi  və  təkamülün  poetik-
ləşdirilməsindən ibarətdir”. Nə qədər gözəl və poetik 
səslənsə də, biz hər halda akad. M.Cəfərin “tunc hey-
kəl” ifadəsini və prof. Ə.Cəfərin redaktəsindəki Tun-
cər adını qəbul etsək, daha yaxşı olar. Tuncərin Spar-
tak  qiyafəsində  olması  onun  mübarizəyə  qalxmış 
məzlum  siniflərin  ümumiləşdirilmiş,  rəmzi  bir  obraz 
olduğuna dəlalət edir. Hörmətli şairimizin qızı Turan 
xanımın  tərtibatı  ilə  Hüseyn  Cavidin  2005-ci  ildə  5 
cilddə çap olunan əsərlərinin V cildində bu söz Tün-
cər yox, Tuncər kimi verilmişdir. 
1936-1937-ci illərdə əsər yazılarkən Cavid bəşəriy-
yəti gözləyən böyük bir müharibəni və onun qanlı nə-
ticələrini  əvvəlcədən  duyub  görmüşdü.  Qeyd  etmək 
lazımdır  ki,  bunu  duyub-görənlər  az  deyildi.  Lakin 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə