Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

65
 
 
 
 


66
 
 
Ədəbiyyat Ədəbiyyatdırmı? 
 
“Ədəbiyyat  ədəbiyyatdırmı?”  sualını  eşitdiyi  za-
man bir anlıq bütün bəşəriyyətin tarixini, mədəniyyə-
tini,  fəlsəfəsini  gözünün  qabağına  gətirməyə  çalışır 
insan.  Çünki  bu  gün  bizim  sadəcə  bədii  əsər  deyib 
oxuduğumuz nümunələrin sayəsində əsərin əhatə et-
diyi çağın bütün mühitini görmüş və yaşamış oluruq. 
Yazılı  ədəbiyyat  daima bir  ideologiyanın  aparıcı  ma-
şını  olub.  Bu  ideologiya  maşınları  mütərəqqi  də  ola 
bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqi-
qət  kimi  qəbul  etmək  istədiklərini  yüksək  səviyyəli 
təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövq-
lə  hazırlanıb  təklif  edilən  istənilən  qida  şüur  altında 
“həzm edə  bilmərəm”  fikrindən  tamamilə  uzaq olur. 
Həzm  zamanı nə  qədər  əziyyət  çəkilsə  də,  təqdimat-
dan aldığın xoş duyğular insanı o qədər rahatladır ki, 
reallıqdan  uzaq  olursan.  Ədəbiyyat  da  adətən  siyasi, 
iqtisadi,  dini  ideologiyaların  sözün  zərif  və  yumşaq 
naxışları ilə bəzədilib təqdim edilməsi ilə məşğul olur 
bəzən.  Lakin  bütün  bunlarla  yanaşı  “ədəbiyyat  ədə-
biyyatdırmı?”  sualına  cavab  vermək  istəsək,  ədəbiy-
yat həyatdır deyə bilərik. 
Tarixi  mənasından  uzaqlaşaraq  artıq  sadəcə  ədəb 
qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan 
Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənanı kimi 
müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fə-
daisi, Nizaminin Şirini kimi səmimi, Cəlilin Şeyx Nəs-
rullahı  kimi  fırıldaqçı  da,  Cavidin  İbn  Yəmini  kimi 
məkrli və şər  ideyaların  carçısı  da. Klassik  ədəbiyyat 
insanın  nəfsini  də,  arzularını  da  istər  müsbət,  istərsə 


67
 
 
də mənfi olsun pərdə altında, ən yaxşı halda tül pərdə 
altında təqdim etməyə cəhd edirdisə, günümüzdə ya-
ranan yeni ədəbi cərəyanlar ədəbiyyata bir sənət kimi 
baxaraq daha çılpaq formada təqdimatı alqışlayır. La-
kin  çılpaqlığın  özünün  belə  cəmiyyətdə  yaratdığı  as-
sosiasiya  o  qədər  də  xoş  deyil,  tükürpədicidir,  itələ-
yicidir.  Bu  baxımdan  ədəbiyyatın  həyat  həqiqətlərini 
ifadəsindəki  məcaziliyinə  daima  ehtiyac  duyulur,  re-
allıqla  xülyaların  sintezinin  vəhdətdə  olması  arzula-
nır. 
İnsan  duyğularının  carçısı  anlamını  da  daşıyan 
ədəbiyyat  bəzən  bu  duyğuların  düşməni  rolunda  da 
çıxış  edir.  İnsan  duyğularına  ən  güclü  təsir  mexaniz-
minin sadəcə söz olduğunu nəzərə alsaq, ədəbiyyatın 
ideologiyaların ən böyük silahı olduğunu görərik. Tə-
sadüfi  deyil  ki,  bütün  peyğəmbərlərin  şair  olması, 
Tanrı sözünün şeirlə, avazla insana çatdırılmasını  ta-
rixdə  görmüş  oluruq.  Şeir  bir  zamanlar  bu  gün  dili-
mizdə  işlənən  ədəbiyyat  ifadəsinin  sinonimidir.  Bü-
tün peyğəmbərlərin, təriqət başçılarının kütlələrə xita-
bı  şeirlə,  rəvayət  və  əfasənələrlə  olmuşdur  ki,  bu  da 
ədəbiyyatın gücündən xəbər verir. 
Bu  gün  ədəbiyyat  ifadəsi  səsləndikdə  müəyyən 
formalarda, çərçivələrdə yazılan şablon əsərlər nəzər-
də  tutula  bilməz.  Ədəbiyyat  dedikdə  sərhədsiz arzu-
lar,  sərbəst  düşüncə  məhsulu,  zövq  oxşayan  mətnlər 
olmalıdır.  Ədəbiyyat  həyat  həqiqətlərinin  carçısı  ol-
duğu üçün onun ədəbiyyat olmasını şərtləndirən əsas 
amil ədəbiyyatın mədəniyyət, tarix, sənət,  fəlsəfə, əx-
laq qaydaları olmasıdır. 


68
 
 
Duz dağının əzəməti 
 
Böyük  şəxsiyyətlərin  şəninə  tərif  söyləmək,  yaz-
maq çox çətindir. Çünki yazılacaq yazı, deyiləcək söz 
nə  qədər  müdrikcəsinə  deyilsə  də,  böyük  adamın 
əməllərini, gördüyü işlərin genişliyini, dərinliyini ifa-
də edəcək qüdrətdə olmur. Böyük arzular əmələ çev-
riləndə  onu  ifadə  etməyə  sözün  qüdrəti  də  çatmır. 
Onun  üçün  də  mən  ənənəmə  sadiq  qalıb  akademik 
İsa Həbibbəylinin 65 illik yubileyi münasibətilə sadə-
cə  xatirələrimi  və  düşüncələrimi  yazmağı  qərara  al-
dım. 
Akademik İsa Həbibbəyli ...  Düz bir il bundan ön-
cəyə qədər bu ad mənim üçün Naxçıvan Dövlət Uni-
versitetini  yenidən  quran  və  dünyaya  tanıtdıran  bir 
rektor, Cəlil Məmmədquluzadə yaradıcılığının funda-
mental  araşdırıcısı,  Azərbaycan  elminin  inkişafı  na-
minə  fədakar  bir  alim  mücəssəməsi,  Akademiyanın 
vitse-prezidenti,  Milli  Məclisin  deputatı,  Nizami  adı-
na Ədəbiyyat İnstitutunun direktoru, dövlətçilik yol-
larında  Ulu  Öndər  məktəbinin  layiqli  nümayəndəsi 
mənalarını ifadə edirdi. Bu cür assosiasiya Akademik 
İsa Həbibbəyli adını eşidən hər kəsdə yaranır. Çünki 
Akademikin  uzunmüddətli  yorulmaz  fəaliyyəti  onu 
görünən məğrur və qürurlu bir dağ kimi ucaltmış, el-
mi  və  siyasi  camiyyədə  sevdirmişdir.  İsa  Həbibbəyli 
görkəmli elm xadimi, təhsil adamı kimi xalqımız tərə-
findən  sayılıb  seçilən  bir  ziyalıdır.  Bütün  bu  qeydlə-
rim, sanki, görünən dağı ifadə edir... O dağı ki, bir tə-
rəfi sərt qayalar, bir tərəfi yaşıllıqlar olan yer səthində 


69
 
 
məğrur, qürurlu, yenilməz və müdrikcəsinə ucalmış-
dır. 
Bu gün isə İsa Həbibbəyli adı mənim üçün tama-
mən başqa bir məna ifadə edir, bunun adı doğmalıq, 
səmimilik və dostluqdur. 
Cəmiyyətimizdə var olan bu cür ziyalıların siyasi, 
elmi,  ictimai  fəaliyyətini  mətbuatdan  izləyir,  oxuyur 
və müəyyən fikirlərdə oluruq. Bəzən isə onlar haqqın-
da  haqlı  və  ya  haqsız  şəkildə  mühakimə  yürüdür  və 
fərqli  rəy  formalaşdırırıq.  Bu  cür  komplekslərlə  uca 
dağa  yaxınlaşmağın  mümkün  olmadığını,  çətinliyini, 
qəlbinə  gedən  yolların  keçilməzliyi  ilə  aramızda  bir 
məsafə  yaradırıq.  Lakin  görünən  dağın  qəlbindəki 
zənginliyi,  sərinliyi,  istiliyi,  böyüklüyü,  sevgini  gör-
mək  üçün  ona  yaxın  getmək  və  uzaqdan  böyük  gö-
rünən  bu  dağın  hər  parçasını  incələmək  və  tanış  ol-
maq lazımdır. 
Bir  neçə  il  idi  ki,  doktoranturaya  qəbul  olmaq 
üçün cəhd edirdim. Gah özümdən, gah da digərlərin-
dən asılı olaraq bu iş alınmırdı. Bir gün qərar verdim 
ki, yenidən müraciət edim. Nəzərdə tuturdum ki, bu 
münasibətlə  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
yeni  direktoru  Akademik  İsa  Həbibbəylini  təbrik 
edər,  ədəbiyyat  sahəsində  gördüyüm  işlər  haqqında 
ona məlumat verər, özümün timsalında gənclərin fəa-
liyyəti ilə onu tanış etmiş olaram. 
İstədiyimdən artıq oldu... Heç bir zaman ünsiyyə-
timiz olmayan, heç bir yerdən şəxsi tanışlığımız olma-
yan bu səmimi ziyalı ilə görüşdüm. Müəllifi və redak-
toru  olduğum  bir  neçə  kitabı  hədiyyə  etdim.  Dokto-
ranturaya  qəbul  olmaq arzumu  dilə  gətirdim.  Birinci 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə