Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

100
 
 
Sabir Əliyev “Şifahi ədəbiyyat və əruz vəzni” mövzu-
sunda geniş tədqiqat işləri aparmışdır. Maraqlananlar 
alimin  bu  mövzuda  yazdığı  əsərləri  ilə  tanış  ola  bi-
lərlər).  Belə  misalların  sayını  qat-qat  artırmaq  müm-
kündür. Nəhayət, bir nəticəyə gələcəyik ki, şeirimiz ta 
qədim  zamanlardan  əruzsuz  yaradılmamışdır.  Heca 
ilə  bərabər  əruz  da  aparıcı  mövqe  tutmuşdur.  Fikri-
miz  bu  vəznləri  qarşı-qarşıya  qoymaq,  hansınısa  üs-
tün  hesab  etmək  deyil.  Əksinə,  məqsədimiz  indiyə 
qədər bir sıra üzdəniraq (millətimizin nümayəndələri 
olsalar da) ədəbiyyatşünaslar tərəfindən “bizim deyil, 
ərəblərindir”  –  deyə  yadlaşdırmaq  istədikləri  milli 
əruzumuzun  mövqelərini  özünə  qaytarmaqdır.  “Bi-
zim deyil, ərəblərindir” – deyənlər bir şeyi yaddan çı-
xarırlar  ki,  əruz  vəzni  və  əruz elmi  istilahlarını eyni-
ləşdirmək olmaz.  Elmi hər hansı bir xalq və ya həmin 
xalqa mənsub olan bir fərd, yaxud bir neçə adam ya-
rada bilər, vəzni isə yox. Tarixən Sokrat, Aristotel, İbn 
Sina,  Nəsrəddin  Tusi,  Aleksandr  Humbolt,  Labsçev-
ski,  Eynşteyn  və  s.  bu  kimi  dahi  şəxslər  bir  sıra elm-
lərin  yaradıcısı  olmuşlar.  Elm  fərdi  xüsusiyyət  daşı-
dığı  üçün  kiminsə  tərəfindən  yaradılacağı  şübhə  do-
ğurmur,  o  cümlədən,  əruz  elmi  və  onun  yaradıcısı 
ərəb mənşəli  Xəlil ibn Əhməd. Vəzn isə ictimai hadi-
sədir. O, bütövlükdə böyük bir arealda, bir neçə regi-
onda mövcud ola bilər. Eyni vəzndə müxtəlif dilli bir 
neçə qonşu və uzaq xalq yarada bilər. Vəznin yaradı-
cısı  isə  yoxdur.  İstər  heca,  istərsə  də  əruz  vəzni 
ümumbəşəri xüsusiyyət daşıyır. Bu baxımdan, folklo-
runda olan qədim nümunələri eramızdan çox-çox əv-
vəllərə  gedib  çıxan  Azərbaycan  xalqı  da  əruz  vəzni-


101
 
 
nin  yaradıcılarından  və  inkişafına  təkan  verənlərdən 
biri olmuşdur. 
”Bizim deyil, özgənindir” – deyənlər 1000 illik ya-
zılı ədəbiyyatımızın (son dövr nəzərə alınmazsa) apa-
rıcı  vəzni  olan  əruzu  özgələşdirməklə hansı  məqsəd-
ləri güdür, kimin dəyirmanına su tökür? – bunu onla-
rın öz vicdanlarına buraxaq. 
XI əsrdən başlayaraq Xətib Təbrizi, Qivami Mütər-
rizi,  Nəsrəddin  Tusi,  Vəhid  Təbrizi,  Bahar  Şirvani, 
Hüseyn Əfəndi Qayıbov, Əkrəm Cəfər, Sabir Əliyev, 
Tərlan Quliyev kimi əruzçularımız ərəb-fars və xüsu-
sən son dövrlərdə milli əruzumuzun inkişafı üçün az-
mı əziyyət çəkmişlər? Yuxarıda adları çəkilən alimlər 
sırasında  hamımızın  ustadı,  mərhum  elmlər  doktoru 
prof. Ə.Cəfərin adını xüsusi çəkmək lazımdır. Bir çox 
şərq  və  qərb  dillərini  gözəl  bilən  poliqlot  ustadımız 
Ə.Cəfər tədqiqi ilə məşğul olduğu elmi və bədii əsər-
ləri  orijinaldan  oxumuş,  ilkin  mənbəyə  yaxından  bə-
ləd olmuşdur. Bunun da, şübhəsiz ki, ona daha dəqiq 
elmi nəticələr çıxarmağa böyük köməyi vardı. Alimin 
“Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı 
XX əsrdə bu sahədə yazılmış ən mükəmməl tədqiqat 
əsəridir.  Ustadın  qədim  və  müasir  ədəbiyyatımızın 
əruz  vəzni  üzərində  apardığı  araşdırmalar,  gəldiyi 
nəticələr,  irəli  sürdüyü  islahatlar  bu  elmi  öyrənmək 
istəyənlər  üçün  əvəzedilməz  bir  mənbədir.  Lakin  ki-
tabın hədsiz dərəcədə elmiliyi və terminoloji zənginli-
yi bir tərəfdən, onun az tirajla çap olunmağı isə digər 
tərəfdən  əruzu  bir  elm  kimi  öyrənmək  istəyənlərin 
qarşısında  çətinliklər  yaradır.  Əlimizdə  olan  ədəbiy-
yat  nəzəriyyələri  isə,  demək  olar  ki,  öz  səthiliyi  ilə 


102
 
 
əruz  haqqında  heç  bir  məlumat  vermir.  “Ədəbiyyat-
şünaslığın  əsasları”,  “Ədəbiyyat  nəzəriyyəsi”  kimi 
dərsliklər  Sovet  dövrünün  ideologiyasını  daşıdığın-
dan  əruz  bölməsinin  əruz  elmini  zəif  bilən  adamlar 
tərəfindən yazılması səbəbindən bu mənbələr əruzun 
öyrənilməsinə yardımçı ola bilmir,  əksinə elmdə çaş-
başlıq  salmağa  xidmət  göstərir.  Bu  səbəbdən  nəinki 
orta,  hətta  ali  məktəblərdə  də  filoloq  adını  daşıyan 
müəllimlər əruz bəhsini tədris etməkdə çətinlik çəkir-
lər. Müəllimlərimizin çox böyük bir qismi əruz vəznli 
şeiri oxumaqda çətinlik çəkirsə, onların tələbələri, şa-
girdləri barədə nə fikirdə ola bilərik?! 
Keçən  əsrin əvvəllərində  ziyalılarımızın  əksərinin 
bacardığı  bir  işi  indi  həmin  sahənin  mütəxəssisləri 
çox  zəif  bilirsə  vəziyyət  problem  halını  alır  və  onun 
həlli  vacib  məsələlərdən  birinə  çevrilir.  Apardığımız 
müşahidələrdən bu nəticəyə gəlirik ki, əruz vəznli şe-
ir harda  söylənilməsindən  asılı  olmayaraq, hətta  mə-
nası anlaşılmasa da, əgər öz ölçüsündə düzgün söylə-
nilirsə dinləyicini məftun edir. Bakıda “Məcməüş-şü-
əra”  (rəhbəri  Fazil  Şahin),  “Vahid  poeziya  klubu” 
(rəhbəri  Həkim  Qəni)  ədəbi  məclislərinin  fəaliyyəti 
əruz vəznli şeirin yaranması, yazılması və inkişafında 
böyük  uğurlar  qazanmışdır.  Meyxana  sənətinin  hal-
hazırkı  inkişafı  və  geniş  yayılması  və  meyxana  us-
tadlarımızın  yeni-yeni  bəhr  və  növlərə  müraciət  et-
məsi,  meyxananın  özündə  belə  vəzn  qırılmasına  qə-
bahət kimi yanaşılması müsbət hadisədir.  
Azərbaycanın bir çox mədəniyyət mərkəzləri tari-
xən şeiri, sənəti özündə yaşadan və onun inkişafında 
təməl olan mənbələrdir. Əgər qədim dövrlərdə Şama-


103
 
 
xı, Gəncə, Təbriz şəhərləri bu vəzifəni öz üzərinə gö-
türmüşdürsə  XIX  əsrdə  ədəbi  məclislərin  artması  ilə 
əlaqədar olaraq bir azda genişlənmiş, Lənkəran, Nax-
çıvan, Qarabağ və Tiflisi də əhatə etmişdir. XX əsrdən 
etibarən    mədəni  mərkəz  rolunu,  ümumiyyətlə,  Bakı 
oynamışdır. 
Əruz vəznli şeir XX  əsrdə təkcə Sabir, Cavid, Va-
hidin  adı  ilə    deyil,  vəzn  baxımından  onlardan  geri 
qalmayan onlarla sənətkarın adı ilə bağlıdır. Ədəbiy-
yat  tarixində  adları  yaşayan  S.Vurğun,  S.Rüstəm, 
C.Xəndan, M.Seyidzadə, B.Vahabzadə kimiləri ilə ya-
naşı, Ələkbər Şahid, Rüfət Əhmədzadə, Rüfət Zəbioğ-
lu,  Qulam  Feyzullayev,  Həkim  Qəni,  Ənvər  Nəzərli, 
Rəhim  Saraylı,  Fazil  Şahin,  Hacı  Ələmdar  Mahir  və 
digər  şairlərimiz  də  bu  sahədə  az  külüng  çalmamış-
lar. 
Gənc nəslin əruza diqqət yetirməsi, bu vəznin tə-
ləblərini tam ödəyəcək səviyyədə şeirlər yazması ürə-
yimizi  fərəh hissi ilə  doldurur.  Bunların sayı çoxdur. 
Şəxsən tanış olub yaradıcılıqlarını müəyyən dərəcədə 
araşdırdıqlarımızdan  Kərbalayi  Mahir  Cürət,  Hacı 
Rüfət Rafiqoğlu, Arif Buzovnalının adını çəkə bilərik.    
Əruza  qarşı  müxtəlif  təqiblərdən,  soyuq  münasi-
bətlərdən  danışan  çoxdur.  Biz  də  bu  fikirlə  müxtəlif 
məqamlarda razı oluruq, lakin tam yəqinliklə deyə bi-
lərik ki, XX  əsr Azərbaycanda əruzun  əsl çiçəklənmə 
və  inkişaf  dövrüdür.  Buna  ümumi  savadlanma, mət-
buat və kitab çapı işinin genişlənməsi, hamının anla-
yacağı və istifadə edə biləcəyi yazı qrafikasının (istər 
kiril,  istər  latın)  tətbiqi,  Ə.Cəfər,  S.Əliyev  və  s.  kimi 
əruzşünas-alimlərimizin  yetişməsi  və  əvvəlki  dövrlə-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə