Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

108
 
 
dada düzümü və sıralanması əsasında yaradılır. Daha 
çox  flektiv  dillərə  uyğundur.    XIX  əsrin  sonlarından 
etibarən, Qərb və Rus ədəbiyyatında geniş tətbiq olu-
nur. 
3.  Sillabik  vəzn  –  hecaların  misralarda  sayca,  kə-
miyyətcə bərabərliyi əsasında yaranmışdır. Bizdə ona 
heca vəzni deyilir. Şeirimizin əsas vəzni olsa da, onu 
ancaq  türk  ədəbiyyatına  aid  etmək  olmaz.  Çünki  bu 
vəzn, demək olar ki, bütün dünya xalqları tərəfindən 
işlədilir. 
4. Sillabik – tonik vəzn. Bu vəzn misralarda hecala-
rın kəmiyyətcə eyni düzümü ilə bərabər həm də vur-
ğulu hecaların müəyyən tərzdə düzümünü tələb edir. 
5.  Əruz  vəzni  –  72  tip  təfilənin  yaratdığı  müxtəlif 
qəliblər  üzərində  qurulur.  Qəlib  şeirimizdə  misranı, 
təfilə  isə  misra  bölümünü  (bölgünü)  bildirir.  Əruz 
vəzni daha çox Yaxın Şərq xalqları, o cümlədən, Azər-
baycan  poeziyasında geniş tətbiq olunmuşdur. Əruz 
vəzni uzun və qısa, bizim dilimiz üçün isə açıq və qa-
palı  hecaların  misra-qəlib  daxilində  həm  miqdar,  kə-
miyyət, həm də keyfiyyətcə eyni təkrarından yaranır. 
Yüksək dəqiqlik və sənətkarlıqla yazılmış əruz vəznli 
şeirdə  misralarda  olan  səslərin  miqdarca  bərabərliyi 
ilə  yanaşı,  həm  də  uzun,  qısa,  qapalı,  açıq  hecaların 
eynilə  təkrarını  M.Ə.Sabirin  aşağıdakı  misralarında 
görə bilərik: 
 
Çırmanırıq keçməyə çay gəlməmiş, 
Başlayırıq qızmağa yay gəlməmiş. 
 


109
 
 
Yuxarıda misraların hər birində 28 səs vardır. Bun-
lardan  11-i  sait,  17-si  samitdir.  Hər  misrada  olan  11 
hecadan 5-i açıq, 6-sı qapalıdır. Onların düzümü, diq-
qət  yetirsəniz,  eynilə  təkrarlanmışdır.  Bu  cür  ahəng, 
vəzn bərabərliyinə başqa vəznli şeirlərdə rast gəlmək 
qeyri-mümkündür. 
6. Rübai vəzni. Bu vəzni bir sıra mütəxəssislər əru-
za aid etsələr də, dövrümüzün şeir vəznləri sahəsində 
ən  böyük  mütəxəssisi  olmuş  mərhum  prof.  Ə.Cəfər 
onu  ayrıca  bir  vəzn  adlandırmışdır.  Rübai  vəzni  ilk 
dəfə farslar tərəfindən yaradılmış və sonra Şərq poeti-
kasında geniş tətbiq olunmuşdur. 
Apardığımız  araşdırmalar  sayəsində  bu  nəticəyə 
gəlirik  ki,  min  illik  poeziyamız  tarixində  ədəbiyyatı-
mızda  yuxarıdakı  şeir  vəznlərindən  üçü  geniş  işlən-
mişdir. Bunlar heca, əruz və rübai vəznləridir. 
Yazılı  ədəbiyyatımızda  əruz  vəzninin  tarixi  daha 
qədimdir. Biz əruz vəznli şeirə VII-VIII əsrlərdə ərəb 
ölkələrində  yaşayan  və  “Əl-Azərbaycani”  nisbəsi  ilə 
şeirlər yazan Musa Şəhavat, İsmayıl İbn Yasər, Əbdül 
Abbas əl Əma kimi şairlərin yaradıcılığında rast olu-
ruq.  Daha  sonralar  ta  indiyə  qədər  əruz  vəzni  həm 
farsdilli,  həm  də  türkdilli  şeirimizdə  geniş  tətbiq 
olunmuşdur. 
“Ümumən 19 bəhri olan əruz vəzninin milli poezi-
yamızda  12  bəhri,  72  növü,  267  variant  qəlibi  işlən-
mişdir”. (Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbay-
can əruzu). 
Əruz  vəznli  şeirimizdə  işlənən  bəhrlər  aşağıdakı-
lardır:  həzəc,  rəməl,  mütədarik,  rəcəz,  müzare,  mün-


110
 
 
sərih, müctəs, mütəqarib, xəfif, səri, kamil və müqtə-
zəb. 
Nədənsə  orta  məktəb  üçün  buraxılan  “Ədəbiyyat 
nəzəriyyəsi” və ali məktəblər üçün çap olunan “Ədə-
biyyatşünaslığın  əsasları”  kitabında  bəhrlərin sayı  11 
göstərilmiş,  müqtəzəb  bəhri  onların  arasında  qeyd 
olunmamışdır. Arzu edərik ki, həmin kitabların gələ-
cək nəşrlərində bu anlaşılmazlıq aradan götürülsün. 
Müasir  poeziyamızda  əruza  olan  meyil  güclən-
məkdədir.  Buna  misal  olaraq  Baba  Pünhan,  Hacı 
Ələmdar  Mahir,  Şahin  Fazil,  Hacı  Rüfət  Əliyev  (Ra-
fiqoğlu), Kərbəlayi Mahir Cürət, Arif Buzovnalı və di-
gər  şairlərimizin  yaradıcılığını  göstərə  bilərik.  Son 
dövrdə, xüsusən, meyxana janrının inkişafı və bu sə-
nətlə məşğul olanların əruza olan dərin və elmi mara-
ğı,  söylədiklərini  meyxanalarda  vəznə  riayət  etmək 
cəhdləri təqdirəlayiq hadisədir. 
Mərhum  prof.  Ə.Cəfərin  əruza  gətirdiyi  islahatlar 
bir sıra ərəb mənşəli terminlərin öz dilimizdə olan is-
tilahlarla  verilməsi,  təfilələrin  əkrəmi  modelləri  ilə 
əvəz  olunması  əruz  elmini  öyrənməkdə  gərəkli  və 
əvəzolunmaz  bir  vasitədir.  Lakin  bu  sahədə  çalışan 
mütəxəssislərin və elmi ədəbiyyatın azlığı əruzun öy-
rənilməsində bir çox çətinliklər törətməkdədir. 
Bu  çətinliklərdən  biri  də  onun  ədəbiyyatımızda 
alınma  bir  vəzn  olduğu  haqda  fikirlərin  söylənilmə-
sindədir.  Guya  biz  və  bütün  Yaxın  Şərq  xalqları  bu 
vəzni  ərəblərdən  almışıq.  Bununla  razılaşa  bilmərik. 
Əvvəla, vəzn ictimai bir hadisədir. O, xalqın ruhunda 
yoxdursa, süni yolla, ya məcburən, ya xoşluqla onun 
poeziyasına gətirilə bilməz. 


111
 
 
Hörmətli alimlərimizdən Sabir Əliyevin şifahi xalq 
ədəbiyyatımızda apardığı araşdırmalar və tədqiqatlar 
nəticəsində folklorumuzda əruz vəznində bir çox şeir 
nümunələrinin  ortaya  çıxarılması  da  həmin  vəznin 
alınma  olduğu  barədə  fikri  təkzib  edir.  Çünki  ayrı-
ayrı şairlərə hər hansı bir vəzndə nəyi isə yazdırmaq 
mümkün olduğu halda, bütün bir xalqa vəzn sarıdan 
zor  etmək  qeyri-mümkündür.  Əruz  vəznli  nümu-
nələrə  tarixi  bilinməyən  atalar  sözləri,  tapmacalar, 
nəğmələr, bayatılar və s. nümunələrdə külli miqdarda 
rast olunmaqdadır. Bütün bunlar əsas verir ki, aşağı-
dakı  nəticəyə  gələk:  ”Əruz  bir elm  kimi  ərəblər  tərə-
findən  yaradılmışdır,  lakin  bir  vəzn  kimi  bütün  Şərq 
xalqlarının  ümumi  malı  olmuşdur.  Deməli,  o,  bizim 
üçün  də  alınma  deyil,  öz  milli  şeir  vəznimizdir.  Axı 
min il poeziyanda işlətdiyin bir  vəznə “mənim deyil, 
özgənindir” söyləmək düzgün deyil”. 
Hecanı  həmişə  milli  şeir  vəznimiz  adlandırmışlar. 
O, təkcə bizim yox, əksər dünya xalqlarının milli şeir 
vəzni  sayılmaqdadır.  Poeziyasını,  əsasən,  əruz  vəz-
nində yaradan ərəb və farslarda da heca vəznli şeirlə-
rə rast olunur. Onu beynəlxalq terminologiyada silla-
bik  vəzn  adlandırırlar.  Bu  vəzn  misralarda  hecaların 
kəmiyyət  bərabərliyinə  əsaslanır.  Bu  baxımdan  silla-
bik  istilahı,  öz  dilimizdə  olmasa  da,  düzgün  termin-
dir. Heca  vəzni  istilahı isə  mübahisələr  doğurur.  Axı 
yuxarıda adlarını çəkdiyimiz 6 vəznin hamısı hecaya 
əsaslanır.  Onların  yaranmasında  da  heca  mühüm  rol 
oynayır, onların da hamısı elə heca vəznidir. Təsadüfi 
deyil ki, Ü.Hacıbəyov, M.Ə.Sabir kimi dahilərimiz bu 
vəzni  “barmaq  hesabı”,  “barmaq  üsulu”  vəzn  adlan-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə