Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

116
 
 
də düzgün deyil. Rus dilindəki “Вольный стих” isti-
lahı  dilimizə  düzgün  tərcümə  edilməmişdir.  Əslində 
onun  düzgün tərcüməsi “вольный” – sərbəst, “стих” 
– şeir, yəni sərbəst şeir deməkdir. Sərbəst şeir həm nə-
zəri,  həm  də  praktiki  cəhətdən  mümkün  və  gərəkli 
olan  bir  şeir  formasıdır.  Onun  yaradıcıları  ədəbiyya-
tımızda Sabir və Caviddir. Sabirin “Əhval-pürsanlıq”, 
Cavidin “Qız məktəbində”, “Şərq qadını”, “Azər” po-
emasındakı həm heca, həm də əruz vəznli bir neçə şe-
irini bura aid etmək olar. Sonralar əruz vəznində sər-
bəst şeirin ən gözəl nümunələrini S.Rüstəm, heca vəz-
nində  isə  S.Vurğun,  M.Müşfiq,  R.Rza,  X.Rza  və  baş-
qaları yaratmışdır. Bu, məqbul hadisədir və poeziya-
mızın  gələcək  inkişafında  sərbəst  şeirin  özünəlayiq 
yer tutacağı heç bir şəkk-şübhə doğurmur. Sərbəst şe-
ir  vəznsiz  şeir  deyil,  bu  forma  şeirdə  mövcud  olan 
bölgülərin sərbəstliyini  nəzərdə tutur. Məsələn, heca 
vəznində  ən  çox  yayılmış  3,  4,  5,  6  hecalı  bölgüləri 
yerli-yerində  işlətməklə  bəzən  11,  bəzən  8,  yeri  gə-
ləndə  3,  4  hecalı  misralar  yaradaraq  onları  bir-birinə 
qafiyələrlə  bağlayıb  gözəl  ahəng  və  axıcılığa  malik 
nəzm nümunələri  yaratmaq  olar. Həmin  bu formaya 
güclü  bədiiyyat,  dərin,  incə  məna,  məzmun  da  veri-
lərsə  yaranan  şeir  nümunələri,  doğrudan  da  ecazkar 
olur, yuxarıda qeyd etdiyimiz kimi, sərbəst şeir təkcə 
heca  yox,  həm  də  əruz  vəznində  yaradılır  və  əruz 
vəznində  yaradılan  sərbəst  şeirin  imkanları  daha  ge-
nişdir. 7, 8 növ bölgü hara, 72 növ təfilə hara? Şübhə-
siz ki, üstünlük 72 növün yaratdığı ahəng  və ölçüdə 
olacaqdır. 


117
 
 
Təəssüflər  olsun  ki,  20-30-cu  illlərdə  yaranan  və 
sərbəst vəzn şüarı ilə XX əsrin az qala sonlarına qədər 
ədəbiyyatımızda  cövlan  edən  bir  başqa  cərəyan  da 
var  idi.  Həmin  cərəyanın  nümayəndələri  Qərbdə  və 
Rusiyada kök salan tonik vəznə meyil salmış və hətta 
qafiyəyə qarşı belə çıxmışdır. Onlar bir şeyi anlamaq 
istəmirdilər  ki,  dilimiz  iltisaqi  dildir,  vurğusu  sabit-
dir.  Flektiv  dillərə  uyğun  gələn  tonik  vəzni  dilimizə 
uyğunlaşdırmaq olduqca çətindir. Daha doğrusu qey-
ri-mümkündür.  Aleksandr  Blok,  Vladimir  Mayakov-
skiyə doğma olan bir vəzn əslində bizim üçün yaddır. 
Xalq bu azad şeir, sərbəst vəzn müəlliflərini qəbul edə 
bilməyəcək. Tonik vəzn ədəbiyyatımızda həm nəzəri, 
həm də praktiki cəhətdən sayılmasa da, sillabik-tonik 
vəznin  inkişafına  və  onun  sərbəst  şeirdə  işlənməsinə 
M.Müşfiq, R.Rza, S.Vurğun və digər şairlərin yaradı-
cılığında  rast  olduğumuzdan,  deyə  bilərik  ki,  imkan 
vardır. Məsələn, Mayakovskinin: 
 
Я волком бы 
выгрыз 
          
бюрократизм. 
К мандатам 
почтения нету. 
– tonik vəznli şeir parçasını R.Rza: 
Mən qurd kimi  
gəmirərdim 
                            bürokratizmi. 
Mandatlara qarşı 
yoxdur hörmətim. 


118
 
 
–  misraları  ilə  silllabik-tonik  vəzndə  tərcümə  etmiş-
dir. 
 
Və ya  Nazim Hikmətin 
 
Sən yanmasan, 
Ben yanmasam, 
Biz yanmasaq, 
Nasıl çıkar 
      Karanlıklar aydınlığa? 
 
– misraları da sillabik-tonik vəznindədir. 
Dediklərimizə yekun vuraraq onu arzulayardıq ki, 
hal-hazırda  yazan  və  gələcəkdə  hünərini  poeziya  sa-
həsində  sınamaq  istəyən  şairlərimiz  şeir  yaradarkən 
məna, obrazlılıq, xüsusi deyim tərzi, qafiyə ilə yanaşı, 
vəznə də xüsusi diqqət yetirsinlər. Dünya poeziyasın-
da dil qanunlarımıza uyğun gələ bilən yaxşı, gözəl nə 
varsa,  onu  poeziyamıza  gətirməkdən  çəkinməsinlər. 
“Filan  şey  dəbdədir,  filan  şey  Qərbdə  yaxşı  qarşıla-
nır”  –  düşüncəsi  ilə  dil  qanunlarımızı  pozan  bayağı, 
süni forma və ölçüləri (buna misal olaraq, repi göstər-
mək istərdik) incəsənətimizə gətirməkdən çəkinsinlər.  
 
Əruzşünas alim Zülfəli Zülfəliyev                               
F.ü.f.d.,dos. Şəmil Sadıqov
 
 
 
 
 
 


119
 
 
 


120
 
 
 
 
 
 
 
 
 
III FƏSİL 
Günümüzdə ədəbiyyat və ya 
Ədəbiyyatımızın günü 
 
 


121
 
 
 
 


122
 
 
Bic uşaq kimi böyüyən ədəbiyyatımız 
 
Bugünkü ədəbiyyatın aparıcı qüvvəsi olan gəncli-
yin  bədii  əsərlərini,  bədii  əsərlərə  yazdıqları  tənqidi 
yazıları, müəyyən auditoriyada etdikləri çıxışları oxu-
duqda  və  ya  dinlədikdə  ilk  ağlımdan  keçən  bu  olur 
ki,  bugünkü  ədəbiyyat  atasız  bic  uşaqlar  kimi  böyü-
yür.  Bu  zaman  da  bir  neçə  sual  çıxır  ortaya:  bunun 
günahı kimdədir? Bic uşaqların gic uşaqlardan üstün 
xüsusiyyətləri həddindən çox deyilmi? və sairə. 
Məncə,  günümüzdə  ədəbiyyatımız  bir  lider,  bir 
məktəb,  bir  cərəyan  qıtlığı  çəkir.  Bunun  səbəblərin-
dən biri də ədəbiyyatımızda, çağdaş yazıçıların, şair-
lərin  arasında  “avtoritet”in  olmamasıdır.  “Avtori-
tet”in  olmaması  isə  ədəbiyyatın  özbaşına  inkişaf  et-
məsinə  səbəb  olur.  Kimlərsə  düşünəcək  ki,  indi  mən 
başımızda durub bizi idarə edən, yönləndirən axtarı-
ram.  Və  ya  mayası  azadlıqla  yoğrulmuş  ədəbiyyata 
diktator axtarıram. Qətiyyən, belə fikrim yoxdur. Am-
ma  ədəbiyyatı  izlədikdə  vallah  bu  məsələ  üzə  çıxır. 
Bəzi tənqidçilər gənclərlə klassiklər arasında qütbləş-
mə var deyəndə az qalıram sevinim. Amma vallah bu 
qütbləşmə  də  nəyinsə  ətrafında  olur  axı.  Deməli, 
qütbləşmə  də  yoxdur.  Qütbləşmə  Mollanəsrəddinçi-
lərlə  Füyuzatçılar  arasında  idi.  Həm  də  xeyirli  qütb-
ləşmə. 
Ədəbiyyatı atasız qoyan, atalıq borcunu layiqincə 
yerinə  yetirməyən,  ata  olmağa  layiq  olmayanlar    bu 
gün  çağdaş  ədəbiyyatımızın  bic  uşaq  kimi  böyümə-
sində  ən  böyük  günahkarlardırlar.  Çünki  əllərində 
olan  qələmlərini  gəncliyin  haqlı-haqsız  ittihamlarına 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə