Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   32   33   34   35   36   37   38   39   40

152
 
 
ri Zəlimxan Yaqub mənə etimad edirdi, ikinci isə İsa 
Muğanna haqqında bədii əsər yazılırdı. Həmin əsərin 
məhz qeybdən gələn səsin təkidi ilə yazılması isə Mu-
ğanna  həqiqətinin  yenidən  təzahürü  idi.  Zəlimxan 
müəllimin  lirik  poeması  “Ün”ü  birnəfəsə  oxuya  bil-
mədim.  Çünki  hər  cümlə,  hər  misra  bir  əsəri  xatırla-
dır,  elminin  ağırlığı  ilə  beyni  dondururdu.  Bitirdik-
dən sonra, əlbəttə ki, heç bir təklif etmədim. Zəlimxan 
müəllim təvazökarlıq edib göndərib, axı mənim onun 
qələmindən  çıxan  hər  hansı  bir  cümləni  redaktə  et-
mək  kimi ixtiyarım  yox idi. Açığı  buna  heç  gərək  də 
yox  idi.  Çünki  poema  o  qədər  səmimi,  ürəklə,  ruhla 
və  ilhamla yazılıb ki, hər hansı bir sözün artıq oldu-
ğunu  düşünmək  mümkün  deyil.  Poemada  müəllifin 
gözləntisi, təmənnası sadəcə ürəyinin rahatlaması ola 
bilərdi... 
Bu  mövzuda  ilk  dəfə  böyük  şairimiz  Xəlil  Rza 
Ulutürkün İsa Muğannanın “İdeal” romanını oxuyar-
kən  yazdığı  “Sən  mənə  bir  silah  verdin”  şeirini  oxu-
muş  və  heyrətlənmişdim.  Çünki  bir  bədii  əsəri  digər 
bir  bədii  əsərlə  təhlilə  çəkmək  və  tərənnüm  etmək  o 
qədər də asan məsələ deyildi. Əlbəttə ki, Xəlil Rzanın 
milli  ruhu  dərk  etməsi  və  çılğıncasına  vətən  eşqi  ilə 
yazdığı  şeir  “İdeal”  romanındakı  simvolikanı  oxucu-
lara bir də bədii yolla təqdim etmişdir.  
 
"Uzaqda yox, bu dünyada verdin mənə cənnətimi
Kəşf elədim cahan boyda qürurumu, millətimi.(3,  səh. 
92) 
İsa  Muğanna  Xəlil  Rza  Ulutürkün  bu  şeirinə  Zə-
limxan  Yaqub  haqqındakı  məqaləsində  münasibətini 


153
 
 
bu cür bildirmişdir: “Bəli, canım-ciyərim!... On il bun-
dan  əvvəl  Xəlil  Rza  Ulutürk  şeirimizin  tarixində  ilk 
dəfə  “Bağ Ata”,  “OdƏr yurdu”  deyəndə  “Türk”ün  – 
“OdƏr”in  özünə  qayıdan  yolundakı  səddə  parçalan-
ma başlandığını hiss etdim. Səni oxuyanda isə düşün-
düm ki, səddin parçalanması nə mənim OdƏr mədə-
niyyətinə, Bağday tarixinə aid yazdıqlarımdan başla-
nıb, nə də Xəlilin “Bağ Ata”, “OdƏr” yurdu inqilabın-
dan.”(1, səh.77) “İdeal” romanı 80-ci illərdə böyümək-
də  və  güclənməkdə  olan  azadlıq  ideyalarına  ideoloji 
dəstək olan ən böyük və dünya səviyyəli əsərlərimiz-
dəndir.  Həmin  dövrün  gəncliyi  məhz  “İdeal”la  əfsu-
nun gerçəkliyə çevriləcəyinə inandılar və bu inancdan 
qüvvət aldılar. Millət eşqi ilə döyünən böyük ürək sa-
hibi, Caviddən sonra  ədəbiyyatımızda millət şairi ki-
mi tanınan Xəlil Rza Ulutürkün “İdeal” əsərində təq-
dim etdiyi konsepsiyanı, fəlsəfəni yeni gəncliyin özü-
nüdərki üçün böyük silah hesab edirdi. 
  
Sən mənə bir yaraq verdin, raketlərdən güclü yaraq. 
Bir cüt sönməz çıraq verdin, əziz şair, gözüm-çıraq. 
Bəxş elədin elə müdrik, elə bir qüdsi kitabı, 
Öpdüm, sıxdım ürəyimə kitab adlı inqilabı.  
 
İdeal” romanı İsa Hüseynovu İsa Muğanna etdi-
yi  kimi,  artıq  oxucuları  EysAra,  BağOda,  OdƏrə  çe-
virmişdi. İdealdan sonra bir müddət susan yazıçı son-
radan  “Cəhənnəm”,  “GurÜn”,  “Qəbiristanlıq”,  “İsa-
həq,  Musahəq”  kimi  romanlarını,  “İlan  dərəsi  və  ya 
Peyğəmbərin  taleyi”,  “Qırx  kisə  qızıl”,  “Söz  yarası” 
kimi povestləri, məqalələri, açıqlamaları ilə yeni yetiş-


154
 
 
məkdə  olan  Azərbaycan  oxucusunun  könlündə  özü-
nə tac qurdu. Sonrakı əsərləri və fikirləri, sanki, “İde-
al” romanında qoyulan konsepsiyanın, fəlsəfənin,  əf-
sunun, gerçəkliyin şərhi və təfsirləri idi.  
Xalq  şairi  Zəlimxan  Yaqubun  “Ün”  poeması  İsa 
Hüseynovdan  İsa  Muğannaya  keçilən  yolun  həyat 
fəlsəfəsini özündə ehtiva edən dəyərli poemadır. Kre-
do  qəzetinin  31  oktyabr  sayında  Əli  Rza  Xələfli  “Zə-
limxan Yaqubun “Ün” poeması üzərində düşüncələr” 
məqaləsində  doğru  olaraq  qeyd  edir  ki,  “  ”Ün”  bizə 
deyir: ...poetik şərhin gücü hər misranın ilhamında və 
siqlətində  Zəlimxan  Yaqub  imzasını  təsdiqləyir.  Bəli, 
bizim  üçün  adi  olan,  hamımızın  anladığı,  anamızın 
dilinin  şəhdi-şəkəri  ilə  təbii  balı,  şirəsilə  süslənmiş 
sözləri  ancaq  Zəlimxan  Yaqub  bu  qədər  ustalıqla  İsa 
Muğanna  zamanının  və  məkanının  sonsuzluğunu 
özündə ehtiva edərək göstərə bilərdi...” (4) Böyük us-
tad  İsa  Muğanna ilə söhbətlərimizin  birində  məndən 
soruşdu ki, Şəmil, “OdƏrlər”in ikincisini yazırsanmı? 
Dedim, İsa müəllim, nəsə yaza bilmirəm hələ. Dedi: –
tələsmə özləri deyəcəklər, onda da yazarsan. Birincini 
də  yazanda  onlar  deyib,  diqtə  edib,  sən  yazmısan”. 
İndi İsa müəllim demişkən, sanki Zəlimxan müəllimə 
bu  poemanı  göylərdən  kimsə  diqtə  etmiş,  o  da  yaz-
mışdır. Əsər o qədər elmi və fəlsəfi mətləbləri poetik 
şəkildə ifadə edir ki, sanki bu poema deyil, mənzum 
elmi  əsərdir.  Bəli,  mənzum  elmi  əsər.  Çünki  İsa  Hü-
seynovdan  İsa  Muğannaya  qədər  gedən  yolda  usta-
dın bütün yaradıcılığı poetik təhlilə cəlb edilmişdir. 
Mənzum  əsərlərdə  elmi  izahat  və  təhlillər  veril-
məsi  ənənəsi  qədim  türk  təfəkküründən  gəlir.  Niza-


155
 
 
miyə, Nəsimiyə, Xətayiyə yalnız şair demək və günü-
müzün  anlamı  ilə  şair  kimi  yanaşmaq  böyük  yanlış-
dır. Kimlərsə elmi fikirlərini, fəlsəfəsini nəsrlə dediyi 
halda,  bu  böyük  dühalar  ahəngdar  və  ritmik  olaraq 
ruhlara daha da yaxşı xitab etsin deyə nəzmi seçmiş-
lər.  Xalq  şairi  Zəlimxan Yaqubun  “Ün”  poeması  onu 
göstərir  ki,  Sabir  Rüstəmxanlı  demişkən,  “Bu  torpaq 
hələ  də  bərəkətlidir”.  Bəli,  bərəkətin  toxumları  gene-
tik yaddaşımızda yaşayır hələ də, onu elmlə, zəka ilə, 
saflıqla suvara bilsək, bir zamanlar Bilgə xaqanlar ki-
mi dünya mədəniyyətinə yaşam konsepsiyaları və di-
ni  fəlsəfi  dünyagörüş  ixrac  edən  və  sadəcə  yaradan 
xalq  kimi  mühüm  yeri  olan  türk  təfəkkürü  yenidən 
cücərər və bəşəriyyətin xilasının işığı ola bilər. 
“Ün”  poemasının  sadəcə  alt  başlıqları  göstərir  ki, 
müəllif  filosof  yazıçının  həyat  və  yaradıcılığına  tam 
mənası  ilə  bələddir:  SafAğ  elmi,  İsadan  Muğannaya,  
Onun  qurduğu  məclis,  Yerlə  göy  arasında,  Atadan 
bağ  ataya,  Yanğın,  “Zarinci”  üstündə,  Muğanna  saz 
çalırdı,  Sən nələr çəkirsən, Sui-qəsd, Pıçıltılar, Firuzə 
xanıma  salamlar  olsun,  Nəimilik  –  Nəsimilik  –  Mu-
ğannalıq, Muğanna var, Muğannadan içəri. 
  
Başdan-başa müəmma, 
      Sehr qoxuyan kişi. 
“Tövrat”ı, “İncil”i də,  
Quranı “Gur ün” kimi, 
Təzə gözlə, baxışla,  
      Duyan, oxuyan kişi.  
Sən ağ görmək istədin
      Bu düzü, bu dünyanı.  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə