Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   32   33   34   35   36   37   38   39   40

169
 
 
sasını  mükəmməl  bilməsi  onu  AMEA-nın  aspirantı 
olmasına qədər gətirib çıxarmış, ixtisasına dair abitu-
riyentlər  üçün  10-dan  çox  metodik  vəsait  yazmışdır. 
Gənc müəllimlər və məktəblilər üçün yazdığı 400 sə-
hifəlik  “Biologiya  6-11”  metodik  vəsaiti  bu  sahənin 
fundamental  əsərlərindəndir.  Biologiyanın  kimya  ilə 
qardaş  fənn  olmasından  irəli  gəlir  ki,  Müşfiq  XAN 
uzun illər kimya fənnindən dərs demiş kimyadan me-
todik vəsaitlər hazırlamışdır. 
Yaradıcılıq isə onun üçün çox önəmlidir. Qarşısına 
qoyduğu məqsədi yerinə yetirmək üçün saatlarla çalı-
şar,  yoruldum  deməz.  Hərdən  gecənin  gec  saatların-
da  mənə  gələn  (“Bəy,  bu  romanın  da  belin  sındır-
dım”, “Bəy, hər şey hazırdı, narahat olma”) mesajları 
bunu deməyimə əsas verir. Əminəm ki, detektiv jan-
rında  Azərbaycan  ədəbiyyatının  ən  yaxşılarından  ol-
mağa, oxucularını daim sevindirməyə cidd-cəhdlə ça-
lışan  Müşfiq  XAN  artıq  özünü  ədəbiyyatda  tapmağı 
bacarıb. 
“Sonuncu hədiyyə” əsərinin təqdimatında pafoslu 
səslənsə  də,  Müşfiq  XANı  aysberqə  bənzətmişdim. 
Açığı  mən  bu  aysberqi  çoxdan  görmüşəm.  Amma 
oxucuların  bunu  görməsi  üçün  ciddi  zamana ehtiyac 
var. Çünki o universal bir adamdır. Bunu onunla bir-
gə  işlədiyimiz  Fənlərin  Dostluğu  Olimpiadasında 
görmüşəm.  Bu  insan  bütün  fənlərə  bələddir.  Kimya, 
fizika,  riyaziyyat,  coğrafiya  kimi  fənləri  orta  məktəb 
səviyyəsində  mükəmməl  bilir.  Bundan  əlavə,  o,  lirik 
fikirləri və səmimi baxışları ilə insan duyğularını, ürə-
yini, ruhunu  oxşamağı bacarır.  Dili nə qədər  acı  olsa 


170
 
 
da, ürəyi bir o qədər də yuxa, məhəbbəti bir o qədər 
şirin olan bu gənc yazıçı dostum mükəmməl bir fan-
taziyaya sahibdir. 
Söhbətlərimizdə  dəfələrlə  onu  qınayıram  ki,  qar-
daş, sən kimyanı, biologiyanı bu qədər yaxşı bildiyin 
halda, niyə elmi-fantastik əsərlərə müraciət etmirsən? 
Cavabı isə bu olur ki, bildiklərimi yox, quraşdırdıqla-
rımı, özüm yaratdıqlarımı yazmaq istəyirəm. Bir yazı-
çıya  da  xas  olan  ən  böyük  xoşbəxtlik  təxəyyülünün 
sərhədsiz olmasıdır. Əsərlərinin kompozisiyası, süjeti, 
məntiqi onun fərasətindən xəbər verir. Amma Müşfiq 
XAN heç vaxt özünü yazmır. Çünki o təkrarı sevmir. 
Təkrarsız olmağı bacarmaq isə böyük iradədən, cəsa-
rətdən, fədakarlıqdan irəli gəlir. 
Bir  az  da  özünü  sözü  ilə  təbrik  edən  yazıçının 
əsərindən danışaq!
 
XANın  əsərini  oxudum,  həm  də  bir-neçə  saata. 
Çünki başladığım andan əsər məni alıb apardı. Qatil 
üçün  nekroloq  romanı  ədəbiyyatımız  üçün  yeni  bir 
üslubda,  yeni  janrda  yazılmasa  da,  məncə,  Müşfiq 
XANın  yaradıcılığında  yeni  bir  başlanğıc  nöqtəsidir. 
Çünki  bu  əsərdə  müəllif  ənənəvi  detektiv  oyunlarını 
kənara  qoymasa  da,  maraqlı  süjet,  gərəkli  ideya,  dü-
şündürücü  personajlar  seçib.  Bu  əsərdə  Müşfiq 
XANın  gənc  bir  yazar  kimi  artıq  dilinin  cilalanaraq 
rəvanlaşdığının şahidi oluruq. Sadə bir dillə yazılma-
sına  baxmayaraq,  səmimi  duyğuları  tərənnüm  edən 
ifadələr,  aforizm  formalı  cümlələr  susuz  bir  adamın 
sudan aldığı ləzzətə bərabərdir. 


171
 
 
Əgər  bir  əsər  kitabı  bitirdiyin  anda  bitirsə,  demək 
ki,  ölümə  məhkumdur.  Əsərin  maraqlı  obrazı  şair 
Əhmədin  dili  ilə  desək:  “Yaxşı  ki,  varsan  deyəcək-
dim,  onda  fərqinə  vardım  –  çoxdan  yox  imişsən”. 
Bəli, bir bədii əsərin yaşama hüququ qazanması o za-
man olur ki, o əsər oxucunun ruhunu oxşasın, ürəyin-
dən keçənləri orda görsün və ya görmək istədiklərini 
orda tapsın. Bu baxımdan, Müşfiq XANın “Qatil üçün 
nekroloq”  əsəri  mənim  üçün  bu  dediklərimə  cavab 
verən bir əsər oldu. Əsər bir ideya daşımırsa, cəmiy-
yətə bir mesaj vermirsə, mövzu aktual deyilsə, o sadə-
cə zəif bir qığılcımı xatırladır, demək. Müşfiq XANın 
bundan  əvvəl  yazdığı  Sonuncu  hədiyyə”  və  “Ün-
vansız  sevgi  kimi  romanları  klassik  xəfiyyə  üslu-
bunda  və  daha  çox  şou  xarakterli  əsərlər  olduğunu 
hiss etdirirdi. Bu əsər isə nəinki Müşfiq XAN yaradı-
cılığında, o cümlədən də Azərbaycan detektiv janrın-
da  bir  partlayışdır. 
Yanlış  xatırlamıramsa,  ədəbiyya-
tımızda  silsilə  qətllər  törədən  qatilə  həsr  edilmiş  elə 
bir  əsər  yoxdur,  qatilin  kimliyini  öncədən  oxucuya 
bəlli  edib,  onun  hüquq-mühafizə  orqanları  ilə  oyu-
nunu təsvir edən tərsinə detektiv janrında əsər yazıl-
sın.  Ola 
bilsin  ki,  Azərbaycan  detektiv  janrının  əsas 
sütunu Çingiz Abdullayevin bu tip əsəri olsun, lakin 
özündə böyük bir ideya daşıyan və cəmiyyətə “eybə-
cərliklər eybəcərlikdən  törəyir”  mesajını  verməyə  ça-
lışan  bir  əsərin  məhz  detektiv  janrında  yazılmasına 
inanmıram.  Azərbaycan  detektiv  məktəbi  daha  çox 
Konan  Doylun  klassik  detektiv  metodunda  yazılmış-
dır. Həsən Seyidbəylinin, Çingiz Abdullayevin, Elxan 
Elatlının  özünəməxsusluqları  ədəbiyyatımıza  yeni 


172
 
 
rəng qatmışsa da, bu əsərdə müəllif detektiv çalardan 
mahircəsinə istifadə edib əsl ədəbiyyat nümunəsi ya-
ratmışdır.  Bunlar  Müşfiq  XANın  axtarışlarının  nəti-
cəsidir. Bu, ondan xəbər verir ki, müəllif peşəsinin us-
tadı olmaq üçün dünya ədəbiyyatını izləyir, araşdırır. 
Yaxşı mənada “Qatil üçün nekroloq” əsəri süjet baxı-
mından Jon Verdonun “Ağlında bir rəqəm tut”roma-
nını xatırladır. Baş qəhrəman Zahid Oxtəkin hər dəfə 
törətdiyi qətllərdən sonra psixi sarsıntılarının nəticəsi 
olan  mesajlar  buraxır.  Hüquq-mühafizə  orqanlarının 
şübhələrini  yayındıraraq  öz  əməllərini  rahatlıqla  hə-
yata  keçirir,  iyrənc  bəşəriyyətin  intiqamını  bəşərdən 
iyrənccəsinə  alır.  Sovet  dövrünün  hərbi  sahəsində  iz 
buraxan  özbaşınalıqlarını  tənqid  hədəfinə  tutan  mü-
əllif  obrazın  “ədalət  məhkəməsini”  Zahidin  sarsıntı-
ları üzərində qurur. Hərbi hissədə əsgər olarkən hələ 
dünyagörüşü  formalaşmamış  bir  gəncin  başına  gəti-
rilənlər, onun alçaldılması Zahidi bir ömür boyu qisas 
hissi  ilə  yaşamağa  sövq  edir.  Əsər  boyu  oxucuya  da 
psixoloji təsir edən qatilin Bəsidir Qafar, yazıqdı, ya-
zıqdı,  bəsidir,  yazıqdı!” cümləsi  sanki  əlimizdən  tu-
tub  obrazın  faciəsini  göstərməyə  sürükləyir.  Oxucu 
sürükləndikcə  nifrətin  belində  çırpınır  və  sonda  bir 
anlıq bir insan olaraq eyni cinsdən olduğun bəşər öv-
ladının  əməllərindən  utanır  və  əl-qolun  sınıb  yanına 
düşür. 
Günay  adlı  qızlarla  cinsi  yaxınlıqdan  sonra  onları 
vəhşicəsinə  öldürməsi  bir  komandirin  əsgərə  olan 
münasibətindən  doğur.  Və  sonda  Zahid  komandirin 
sevgilisi  olmuş  Günaya  olan  sevgi  və  nifrətini  bütün 
Günaylardan  almağa  başlayır.  Əsər  boyu  oxucunun 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə