Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

148
 
 
Firuzə xanımın İsa müəllimə qayğısı hər an diqqə-
ti  çəkir,  bir  Azərbaycan  qadınının  timsalında  onunla 
fəxr  edirdim.  Söhbətlərin  birində  Firuzə  xanım  dedi 
ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə 
məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. 
İsa  müəllim  özünəməxsus  tərzdə  güldü  və  dedi:  – 
Onda gərək əbədi yaşayasan! 
Bəli,  İsa  müəllim  əbədi  yaşamağa  haqqı  çatan  bir 
şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta ki-
mi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və bu 
dünyanı  bir  ideya  altında  birləşdirsin,  sülhü,  əmin-
amanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ günə 
çıxsın! 
Bu  gün  demək  olar  ki,  redaktoru  olduğum  bu 
əsərlərin  hamısının  çapı  bitdi.  Ən  son  əlimə  aldığım 
əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər mö-
cüzəvi  bir  görünüşlə  ruhumun  və  kitab  rəfimin  şahı 
oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə çəkindi-
yim bir iş baş tutdu. 
Mənim   də  Ustad  sənətkarımıza  bir  töhfəm  oldu. 
“OdƏrlər” romanım. Roman haqqında İsa Muğanna-
ya  danışdım.  Kişinin  elə  bil  çiçəyi  çatladı.  “Nə  vaxt 
verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhəti-
nin  o  qədər  də  yaxşı  olmadığını  görürdüm.  Bunu 
oxumasını ondan istəməzdim. Amma israrla çap edib 
göndərməyimi istədi. Kitabı verdim. Üç gündən son-
ra zəng etdi: 
–  Ya  Allah!  Ya  Allah!  Necəsən?  Əsərini  oxudum, 
ürəyimə  çox  yatdı.  Çox  mənalı,  müdrik,  ali  roman 
yazmısan.  Sevinə-sevinə  təbrik  edirəm.  Böyüksən, 
amma daha böyük gələcəyini gözləyirəm... Xahiş edi-


149
 
 
rəm  səhifələrin  arxasındakı  qeydlərimə  laqeyd  ol-
ma...  Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale 
birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi bö-
yük, nadir xoşbəxtlikdir... 
Məncə,  heç  bir  azərbaycanlı  “İdeal”ı  oxumadan, 
Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz. Allah 
bu  müdrik  insana  can  sağlığı  versin,  yarımçıq  qalan 
əsərlərini tamamlasın! 
 
www.publika.az 
 


150
 
 
İsa Muğanna yaradıcılığının “Ün” poemasındakı 
poetik təhlili 
 
Bu  yaxınlarda  xalq  şairi  Zəlimxan  Yaqub  mənə 
zəng etmişdi. “Zəlimxan müəllimdir, danışan” deyən-
də bir az təəccübləndim. Çünki telefon zənginə qədər 
elə bir ciddi münasibətimiz və ya ünsiyyətimiz olma-
mışdı.  Amma  bizi  bağlayan  bir  ortaq  bağ  olduğunu 
bilirdim.  Məhz  bu  ortaq  bağa  görə  sanki  çoxdandır, 
Zəlimxan  müəllimlə  münasibətlərimiz  varmış  kimi 
söhbəti  davam etdirdik. Əlbəttə  ki,  Zəlimxan  müəlli-
mi şirin və zəngin dilə, rəvan nitqə, xalq təfəkkürün-
dən süzülüb gələn türk-Turan sevdalı, haqq və ədalət 
yükümlü  şeirlərə  sahib bir  ədib  olaraq  əksəriyyət  ki-
mi  mən  də  tanıyır  və  rəğbət  bəsləyirdim.  Lakin  bu 
rəğbətin  əsas  səbəblərindən  biri  Zəlimxan  müəllimin 
də  Ustad  dediyi  ustadım,  böyük  yazıçımız  İsa  Mu-
ğanna  idi.  İsa  Muğanna  Zəlimxan  müəllimi  çox  istə-
yirdi.  Həmişə  ondan  söz  düşəndə  böyük  hörmət  və 
məhəbbətlə  danışardı.  Məhz  buna  görə  də  zənnim 
məni  yanıltmadı.  Söhbət  elə  ortaq  bağımızdan  getdi. 
Hələ uzun illər bundan qabaq İsa Muğannanın “Yeni 
Azərbaycan” qəzetində işıq üzü görən “Zəlimxan Ya-
qub və “Bisütun”da külüng səsi” məqaləsində yazdı-
ğı  fikirlər  onun  Zəlimxan  Yaquba  verdiyi  böyük  də-
yərin  nümunəsidir:  ”Həq”dən  –  Ağdan  xəbər  verən 
Ün eşidənlər əsla şübhə eləmirlər ki, Zəlimxan Yaqu-
bun  səsi  də  “Həq”dən  –  Ağdandır”...  Külüngün  “Bi-
sütun”u  Bağıstana  döndərsin,  bütöv  Azərbaycanda, 
vahid  Bağdayda  əbədi  vəkil  əbədi  şeirin  gurlasın...” 
Söhbətimiz zamanı Zəlimxan müəllim dedi ki, Şəmil, 


151
 
 
ustadımızı  tez-tez  yuxuda  görürəm,  gör  yuxuda  mə-
nə nə dedi?! – “Bilirəm, məni yaxşı oxumusan. Ancaq 
sənə  tam  aydınlığı  ilə  çatmayan  çox  mətləblər  var. 
Qaldırdığım  problemlərə,  toxunduğum  məsələlərə 
yenidən güzgü tutmağa, SafAğlara, OdƏrlərə cəmiy-
yətdəki  təhriflərə  aydınlıq  gətirməyə  böyük  ehtiyac 
var.  Hər  şeyi  təzədən  başla,  məni  yenidən  oxu,  ağlı-
mın, idrakımın, təfəkkürümün süzgəcindən keçən nə 
varsa, hamısını ürəyindən keçir. Mənim yaradıcılığım 
sağlığımda  mən  istəyən  kimi  açılmadı.  İnanıram  ki, 
onu  sizlər  açacaqsınız.  Vuruşun  təhriflərlə,  SafAğlar, 
Odərlər dünyanın naqis işlərini düzəltmək üçün bizə 
hava,  su  kimi  gərək  olacaq.  Mən  yazdığımı  yazmı-
şam,  dediyimi  demişəm.  Demədiyim  çox  şeyləri  də 
ürəyimdə  o  dünyaya  –  inandığım  dünyaya  aparmı-
şam. 
Son söz Odər bəşəriyyətinin, uca hökmdarın – Ey 
Sarın, SafAğların olmalıdır.  
Mən  ölməmişəm!  Öz  fikir  gəmimdə  yol  gedir, 
dünyaya,  dünyama  və  sizlərə  baxıram”.  (P.S.  Zəlim-
xan  müəllim  mənə  telefonda  dediklərini  daha  bədii 
formada poemanın girişi kimi çap etdirdiyi üçün hə-
min mətni verməyi daha məqbul hesab etdim. 2, səh. 
39) 
Mən də bu sözlərdən təsirlənib, “Ün” adlı poema 
yazdım.  Göndərim  sənə,  ona  bir  yaxşıca  bax,  sonra 
məsləhət bildiyin bir yerdə yayımlayaq. Mən bilirəm, 
sən Muğannaya ən böyük dəyər verənlərdənsən”. 
Bu fikirlər ruhumu oxşadı. Birinci ona görə ki, us-
tad hesab etdiyim fikir adamının yaradıcılığına bələd 
olduğumu bilən, dostluğumuzdan agah olan Xalq şai-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə