Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

132
 
 
deyil,  geniş  mənada  Azərbaycan  ədəbiyyatında  özü-
nəməxsus bir istiqamətdir”.
1
 
İsa Hüseynovun birdən-birə İsa Muğanna olduğu-
nu  düşünən  və  yazanlar  da  az  olmamışdır.  Amma 
onun  ta  doğulandan  Muğanna  olub,  sivilizasiyanın 
yaradılışından  xəbər  verən  Muğlardan  olması  nəsil-
nəcabətinin keçdiyi həyat yolundan görünür. İsa Mu-
ğanna  doğulduğu  gündən  İsa  Əfəndi  olmuşdur.  Hər 
şeyi  bilən  ağa,  üləma,  sayğıdəyər,  bilgiyə  sahib  anla-
mında  işlənən  “Əfəndi”  kəlməsi  İsa  Muğanna  doğu-
landa  ona  verilən  ilk  ad  idi.  İlahi  bir  səs  bu  adı  İsa 
Muğannanın  ata  qohumu  Hilal  xalaya  dedizdirib. 
Müəllif bunu özü belə qeyd edir: “Hilal xala sevinclə 
xeymədən  eşiyə  atılıb,  deyib:  –  Gözün  aydın,  ay 
Omar ağa, İsa  əfəndi gəldi!” İsa Əfəndi Muğannanın 
əmisi olmuşdur. Tarixi sirləri varisləri ilə gələn nəsil-
lərə ötürən Muğlar, Muğannalar İsa Əfəndiyə “Nəslin 
Günəşi”  deyərlərmişlər.  Çünki  o,  SafAğ  elminin  bili-
cisi və bu elmi  gənclərə çatdırmaqda görəvləndirilən 
bir şəxs idi. O, dövrü üçün çox təhlükəli “İstoriya İs-
lama”  kitabını  yazmışdır.  Yaradılışın  sirlərini qəlbin-
də  daşıyan,  amma  bildiklərinin  hamısını  OdƏrlərə 
ötürə bilməyən bir SafAğ alimi idi. Çünki vaxtsız və-
fat etmişdir. Bu şanlı və müqəddəs iş İsa Muğannanın 
çiyninə düşdü və o, bu şərəfli işi ləyaqətlə, yolundan 
dönmədən  həyata  keçirdi.  Mehdi  Hüseynə  “Anadil 
ötəndə”  öçerkinə  görə  “atamı  daha  yaxşı  tanıyı-
ram”deyib  öz  gördüklərindən  yazan  İsa  Muğanna 
ömrünün sonuna qədər gördükləri və eşitdiklərindən 
                                                           
1
"Ölümdən sonrakı həyat". İsa Həbibbəyli. İsa Hüseynovdan İsa 
Muğannaya: Axırıncı əlyazma və bütöv dünya. (Bakı Hədəf Nəşrləri.) 


133
 
 
başqa  heç  nə  yazmadı. Gördükləri  onun həyatına  bi-
çilən  yaşam,  eşitdikləri  isə  Bağ  atanın  ona  babaları, 
ataları  və  işıq  vasitəsi  ilə  dedikləridir.  İsa  Muğanna-
nın  yazdıqlarını  anlamayan,  dərk  edə  bilməyən  şəxs 
gərək,  onun  81  yaşında yazdığı  “Həyatımdan  səhifə-
lər”  oçerkini  oxusun.  O bir  OdƏr nəslinin  şəcərəsini, 
dərk etdiyi həqiqətləri bu əsərində yazmış, o əsərləri 
niyə və necə qələmə aldığını pafossuz qeyd etmişdir. 
Bu  oçerk  İsa  Muğannanın  yaşadıqlarını  və  yazdıqla-
rını özündə əks etdirən bir tezisdir sanki. 
İsa Muğanna möcüzəli bir şəxsiyyətdir. “Həyatım-
dan səhifələr”i oxuyanda bir hadisə oxucunu mistika 
ilə  tarixi  gerçəkliyin  vəhdətində  vəcdə  gətirir.  Çünki 
“Həyatımdan səhifələr” nə qədər tarixə söykənən bir 
oçerk olsa da, bir o qədər də mistik inancı ehtiva edir. 
Əsərdən bir daha İsa Muğannanın Hüseynovdan Mu-
ğannaya  çevrilməsinin  təsadüfi  olmadığının  şahidi 
oluruq.  Müəllifin  həyatında  baş  verən  həqiqətləri 
mistik  bir  yozumla  təqdim  etməsi  qeyri-adi  düşüncə 
sahibi olduğunu ortaya çıxarır. “Postmodernist mətn-
lərdə məqsəd hadisəni danışmaq deyil, hadisənin ya-
ratdığı  duyğuları  anlatmaqdır  ki,  bu  da  “yalnızlıq, 
gerçək  həqiqət,  depressiya”  kimi  duyğuların  ifadəsi-
dir“.
1
 
Əsərdən məlum olur ki, İsa Muğannanın və ömür-
gün  yoldaşı  Firuzə  xanımın  valideynləri rəhmətə  ge-
dəndən sonra həm özünün 6 bacı-qardaşı, həm də Fi-
ruzə xanımın 6 bacı – qardaşını evləndirib köçürmək 
                                                           
1
İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar. 
2014.06.22. http://modern.az/articles/59560/1/ 


134
 
 
bu  kişinin  müqəddəs  vəzifəsi  olur.  Onları  evləndirib 
yola salandan sonra, yəni evləndikdən 20 il sonra hə-
yatının  sevinci-Sevinc  adlı  qızı  dünyaya  gəlib.  Bu, 
doğrudan da, bir möcüzədir. İsa Muğannanın vəfatın-
dan  sonra  Firuzə  xanım  bu  müəmmalı  həyat  tərzinə 
bu  cür  qiymət  verir:  “İsayla  o  qədər  ağrılı-acılı  gün-
lər  gördük ki... İsanın da,  mənim də atam müharibə-
yə  gedib  qayıtmadılar.  Davud  Nəsib  adında  şair  var 
idi,  tanıyırdınızmı?  Bax,  o,  kiçik  qardaşım  idi.  Atam 
elə onun ancaq üzünü  görə bildi. Onların  evində İsa 
böyük uşaq idi, bizim evdə də mən. Onların hamısını 
böyüdüb  ali  təhsil  verdik, ailə  sahibi  elədik.  Amma, 
demək olar ki, indi onların böyük əksəriyyəti dünya-
dan  köçüb.  Mən  bilmirəm  nədir  günahımız  ki,  onlar 
bizdən qabaq köçdülər, axıra qalan biz olduq”.
1
 
Bundan  sonra  isə “Yanar  ürək”,  “İdeal”,  “Doğma 
və  yad  adamlar”,  “İsahəq,  Musahəq”  yazılır,  cəmiy-
yət İsa Hüseynovu İsa Muğanna olaraq tanıyır. Bu, o 
zaman olur ki, İsa Muğanna şəcərənin layiqli yaşama-
sını təmin edir. Seçilmiş olduğunu sübut edir. Beləcə 
gah silsilənin çağdaş nümayəndəsi Səmədi, gah da ən 
qədim nümayəndələri-ƏsƏlməni (Süleyman peyğəm-
bəri),  ƏsƏlEyi  (İsa  peyğəmbəri)  BağhəmOdu  (Mə-
həmməd  peyğəmbəri), ÜnƏsimi  (Nizami  Gəncəvini), 
Nəsimini yazdı. Yazdı və qəbiristanlığa çevrilmiş be-
yinləri  SafAğ  işığı  ilə  işıqlandırmağa  çalışdı.  Amma 
bəzi  qəbiristanlıqlar  bunu  dərk  edə  bilmədi.  İsa  Mu-
ğannanın  ağlını  itirdiyini  söylədi  və  yazdı.  Düzdür, 
İsa  Muğannanın  SafAğ  elmi  haqqında  dedikləri  bir 
                                                           
1
Xalq Qəzeti. 4 may 1997. Faciənin kökü. 


135
 
 
insanın  asanlıqla  qəbul  edə  biləcəyi  fikirlər  deyildi. 
Bunun  üçün  gərək  beynində  SafAğ  işığı  olsun.  Bey-
nində bu işıq olanlar və ya bu işığı görmək istəyənlər 
onun yazdıqlarını duya və ya anlaya bilərlər. Hüseyn 
Cavid heç də təsadüfən “Şeyx Sənan” əsərində Səna-
nın  və  Xumarın  əl-ələ  tutub  uçduğunu  yalnız  ruhu 
pak olanların gördüyünü yazmamışdır. O pak ruhla-
rı  –  SafAğ  işıqlarını  yalnız  saflaşmışlar  görə  bilərdi. 
Nəzərə  alsaq  ki,  beyinlərimizin  işığı  sönüb,  onda  biz 
İsa Muğannanın 40 ilə yaxın bir zamanda SafAğ elmi 
haqqında yazdıqlarını necə başa düşə bilərik? 
“İdeal” romanındakı “Qapalı dünya”, “Eysar çar-
mıxda”, “Peyğəmbərin möhürü” kimi hissələri və on-
dan  sonra  bu  ideyanı  daha  da  dərinləşdirib  “Cəhən-
nəm”,  “Qəbiristanlıq”,  “İsahəq,  Musahəq”,  “İlan  də-
rəsi və ya peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” kimi 
əsərləri ağlı başında olan heç kim yaza bilməz. Çünki 
bu ağıl göylərlə əlaqəyə girə bilmirsə, ordan qidalana 
bilmirsə, onları nə düşünə və qələmə ala bilər, nə də 
anlaya...  İnsan  göylərlə  –  Yaradanla  əlaqəyə  girməyi 
və  onu  eşitməyi  bacardığı  bir  zaman  ağlı-SafAğ  işığı 
başındakı  kəllə  sümüyündən  ət  qeyri-iradi  fikirlər 
söylər.  “Həyatımdan  səhifələr”  oçerkini  vərəqlədikcə 
görürük  ki,  İsa  Muğanna  ağlı  başından  çıxıb  göyləri 
gəzən və eşidən bir OdƏrdir...   
 
*** 
İsa  Muğannanı  tarixi  keçmişimiz,  insanın  yaradı-
lışı, mifik düşüncələr maraqlandırsa da, o, çağdaş cə-
miyyətimizdə gedən proseslərə heç bir zaman biganə 
qalmamışdı.  85  yaşlı  yazıçı  iki  eynəyi  üst-üstə  geyə-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə