Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

136
 
 
rək, böyük bir lampa işığında oxuyub-yazmasına bax-
mayaraq, milli taleyimizə təhlükə olan bütün məsələ-
ləri izləyir, öz analitik düşüncələrini istər müsahibələ-
rində,  istərsə  son  yazdığı  povest  və  romanlarında 
ürək  ağrısı  ilə  qələmə  alırdı.  İsa  Muğanna  yerlə  gö-
yün əlaqəsindən danışır, qədimdə yerdə olanların xə-
bərini  göylərdən  aldığını  deyirdi.  Orxan  Fikrətoğlu-
nun  “Ölü  mətn”  romanında  deyildiyi  kimi,  “Hələ 
göydən səs, mələk, fikir və adam gəlməkdədir. Qeyb-
dən xəbər eşidənlər var. Bizim elin kahininə Dədə de-
yirlər.  O,  bizim  mətnimizi  yazır”.  Bu  ifadələr  sanki 
İsa Muğannanı ifadə edir. Hətta Orxan Fikrətoğlunun 
Cəlil Məmmədquluzadəyə ruhən bağlılığı göstərir ki, 
özünü  Cəlil  ədəbi  məktəbinin  yetirməsi  hesab  edən 
Muğanna  yaradıcılığının  ikinci  mərhələsi-magik  rea-
lizmi Orxan Fikrətoğluna da təsir etmişdir. Bu baxım-
dan  “Ölü  mətn”də  adı  keçən  təhrifsiz  Dədə  elə  İsa 
Muğannanın prototipidir, demək olar.  
Yaranışının tarixi və səbəbləri bilinməyən erməni-
türk  düşmənçiliyi  mövzusunda  hələ  “Cəhənnəm”, 
“Qəbiristan”  romanlarında  yazmış  yazıçı  “Qırx  kisə 
qızıl” və “Söz  yarası”  povestlərində  bu  mövzuya  ye-
nə  toxunmuş,  düşmənin  fitnəkarlığını  bir  daha  gös-
tərməyə çalışmışdır. 
  
*** 
İsa Muğanna “İdeal” romanında qoyduğu bir ide-
yanı – “Xalqların vahid kökü və vahid dili” ideyasını 
“Qırx kisə qızıl” povestində çox anlaşıqlı bir dillə qə-
ləmə almışdır. Öz prinsiplərindən vaz keçməyən, bə-
şərin taleyi düşüncəsinin carçısı olan filosof-yazıçı bu 


137
 
 
əsərində SafAğ elmini başa düşməyənlərə müəllimlik 
etməyi qarşısına məqsəd qoymuşdur. Düzdür, müəl-
lifin  bu  müəllimliyi-ustadlığı  bütün  əsərlərində  var, 
amma  bu  əsərdə  ustad  sənətkar  sanki  dediklərinin 
dərin mənasını anlamayan şagirdlərinə bütün bu mət-
ləbləri daha asan, daha sadə və bir az da onun ruhuna 
daha yaxın olan əhvalatlarla yoğuraraq çatdırmışdır.  
“Qırx kisə qızıl” povesti bir gəncin-Zahidin dilin-
dən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale kita-
bı əsərin baş qəhrəmanı Zahid və Nəsibənin saf sevgi-
sinin təqdimi ilə gərilmiş fikirləri sanki sığallayır, ox-
şayır. Amma bu şirin sevgi nəğməsi bir həyat fəlsəfə-
sini özündə daşıyır. 
Əsərdə erməninin dilindən danışılan “Aşıq Qərib” 
dastanının əsli, sözsüz ki, rəmzi mənadadır. Bütün ta-
rixçilərin  gəldiyi  bir  qənaət  var:  bütün  insanlığın  və 
türkün qədim tarixi bu gün gizli qüvvələr tərəfindən 
gizlədilir  və  ya  təhrif  edilmiş  formada  bizə  təqdim 
edilir.  İsa  Muğanna  da  “Aşıq  Qərib”  dastanının  əsil 
variantını  bu  əsərdə  təqdim  etməklə,  tarixi  şəxsiyyət 
olan Məmmədhüseyn Təhmasibi bir obraz kimi təsvir 
etməklə, hətta Məhəmmədhüseyn Təhmasibi bu das-
tanın  əsl  variantını  nəşr  etdirməməkdə  günahlandır-
maqla,  Ermənistandakı  gizli  “Matenadaran”  kitabxa-
nası  haqqında  “Matenadaran  əməkdaşı”  Karens  Ka-
rapetyanın  dilindən  danışmaqla,  Mircəfər  Bağırovun 
antimillət fəaliyyətini təqdim etməklə, Göyçə mahalı-
nın ermənilərə necə verilməsini, insanların necə köçü-
rülməsini göstərməklə türk dünyasını öz tarixini araş-
dırmağa,  düzgün  kimliyini  bilməyə  səsləyir.  Tarixi 


138
 
 
əsərləri özünə mövzu seçən bədii əsərlərin bir funksi-
yası da bu olmalıdır, bizcə. 
Yazıçının  bir  çox  əsəri  kimi,  “Qırx  kisə  qızıl”ı  da 
vərəqlədikcə,  sanki,  tarixi  bir  əsər  oxuduğunu,  bitir-
dikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin 
də tarixi əsər olduğunu düşünürsən. Çünki bədii ədə-
biyyat  olmasına  baxmayaraq,  o  qədər  inandırıcı  bir 
dil, fakt var ki, dəhşətə gəlirsən. Bəlkə də, İsa Muğan-
nanın yazdıqları bir tarixdir və oxucuların dəli olma-
ması üçün adını bədii ədəbiyyat qoyub. Axı nə qədər 
də olmasa, bədii ədəbiyyat təxəyyülün məhsulu kimi 
qəbul  edilir.  Amma  biz  dünya  ədəbiyyatından  da 
görmüşük  ki,  bu  gün  dünyanı  heyrətə  gətirən  texni-
kaların:  yeraltı  gəmilərin,  vertolyotların  nəzəriyyəsi 
elə  ilk  dəfə  Jül  Vernin  bədii  əsərlərində  verilmişdir. 
Sonralar  isə  alimlər  bu  fantastik  fikirlərdən  bəhrələ-
nərək yeni ixtiralar etdilər və bu ixtiralar bu gün hə-
yatımızın  əsas  amilinə  çevrildi.  Jül  Vern  deyirdi  ki, 
bir adamın  xəyal edəcəyini başqasının reallaşdırması 
çətin deyil. Bəli, bu gün, bəlkə də, bizlərə xəyal kimi 
görünən  İsa  Muğanna  ideyaları,  açılmamış  gizlin 
mətləblər,  gizlin  tarixlər  bir  gün  bir  tarixçi,  arxeoloq 
tərəfindən kəşf ediləcək. 
İsa Muğanna yenə bir çox stereotipləri yıxdı. Çün-
ki əsərdə Uğur Mağarov, Mircəfər Bağırov, Məmməd-
hüseyn  Təhmasib,  Yemliyanov  kimi  tarixi  şəxsiyyət-
lər və ya tarixi şəxsiyyətlərin prototipləri var. O, indi-
yə qədər kimsənin cürət edib söyləmədiyi bir fikri bə-
dii  obrazın  dilindən  təqdim  edir:  “Karens  necə  hey-
rətləndisə, hətta dizləri üstə qalxdı. 


139
 
 
–  Professor  Məmmədhüseyn  Təhmasibi  yaxşı  ta-
nıyıram mən, – dedi. Göyçə aşıqlarından dastan top-
lanmasında  iştirak  eləmişəm.  “Aşıq  Qərib”i  də  mən 
vermişəm ona. Amma nədənsə mənim verdiyim mət-
ni  –  OdƏrUn  variantını  yox,  savadsız  bir  aşığın  da-
nışdığını  yazıb.”  Düzdür,  bunu  deyən  erməni  Kara-
nes Karapetyandır və o, həmin Karapetyandı ki, “Ta-
qanroq”  diviziyasında  qeyri-adi  qəhrəmanlığı  ilə 
fərqlənən  azərbaycanlı  Uğur  Mağarov  haqqında  iki 
daşın  arasında  da  olsa,  “material”  vermişdi  KQB-yə. 
Buna  –  erməninin  dediklərinə  inanmaq  çox  çətindir. 
Amma  düşünsək  ki,  Karapetyan  bu  fikirləri  heç  bir 
təzyiq  altında  deyil,  sadəcə  vicdanının  səsi  ilə  etiraf 
etmişdir, bu etiraf isə azərbaycanlıların heç bir vəhşi-
liyə, fitnəyə baxmadan öz əqidələrindən: insansevərli-
yindən, qonaqpərvərliyindən, dürüstlüyündən yaran-
mışdır, deməli, yazıçı Karanesin fikirlərini təqdir edir. 
Bir  anlıq  1930-1940-cı  illəri  yada  salıb  gözlərimiz 
önündə canlandırsaq, o dövrdə bir çox qeyri-adi hadi-
sələrin  baş  verdiyini  görmüş  olarıq.  “Dədə  Qorqud” 
dastanını  repressiyaya  məhkum  edən  bir  rejim  necə 
olur ki, şifahi xalq ədəbiyyatımızın toplanmasına ica-
zə verir və pul ayırır? Azərbaycanda yaşayan türkləri 
sürgün etməyi düşünən bir rejim necə olur ki, Cənubi 
Azərbaycan  haqqında  şeirlər,  romanlar  yazılmasına 
start verir? Əlbəttə ki, toplanan bir çox mətnlər təhrif 
olunaraq  yazıya  alınmış,  həqiqətlər  gizlədilmişdir. 
Hətta  bir  çox  tədqiqatçılar  bu  gün  o  dövrdə  qələmə 
alınmış nümunələrin yanlışlığından söz açır, bəzi nü-
munələrin isə şəxslərin yaradıcılıqlarının məhsulu ol-
duğunu sübut etmişlər. Bəli, bu mətləblərin araşdırıl-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə