Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

140
 
 
masına böyük ehtiyac var və tarixçilərin bu gizlinlərə 
bir daha dönmələrini və heç bir təzyiq olmadan doğ-
ru-dürüst tədqiq etmələrini səbirsizliklə gözləyirik.  
Əsərdə  diqqəti  çəkən  bir  məqam  da  var:  Karanes 
“Aşıq  Qərib”  dastanının  tədqiqatçısı,  əsərin  baş  qəh-
rəmanı  Zahidi  Məhəmmədhüseyn  Təhmasiblə  tanış 
edən  bir  şəxsdir.  Zahidin  atası  –  Uğur  Mağarova  xə-
yanət edən  Karanes  OdƏr  tarixinin  üzə  çıxmasını  is-
təyən şəxslərdən biri kimi təqdim edilir. Elə buna gö-
rə  də  canıyananlıq  edib  Zahidi  Məhəmmədhüseyn 
Təhmasiblə  görüşdürür  və  onu  aspiranturaya  daxil 
etdirməsini tapşırır. Məhəmmədhüseyn Təhmasib isə 
onu qəbul edir və Zahidin izinə düşdüyü və bu məq-
sədlə  də  yazdığı  “Aşıq  Qərib  dastanında  tarixi  həqi-
qətlər” əsərini oxuyur və ona deyir: – İlk rəyi respub-
likanın ən yüksək instansiyasından eşidəcəksən. Yəni 
mənim  fikrimi  instansiyanın  rəyindən  sonra  biləcək-
sən”. Bundan sonra isə “respublikanın ən yüksək ins-
tansiyasından”  rəy  bildirilir:  Zahid  Mircəfər  Bağıro-
vun  kabinetinə  çağırılır:  ”Oxu  tar”  yazan  Müşfiqin 
yolu  ilə  gedirsən?”  deyilib  istintaqsız,  filansız  həbs 
edilir. 
Bu,  diqqətli  oxucunu  heyrətləndirən  bir  məqam-
dır.  Çünki  Karanes  bir  zamanlar  Zahidin  atası  ilə 
dostluğunu,  onlara  yaxınlaşmasını  gizli  erməni  kəş-
fiyyatının əli ilə etdiyini etiraf edərək, haqqında “ma-
terial” verib “qızıl medalı” iki “qırmızı medal”la əvəz 
etdirməsi günahını yuyub, unutqan bir xalqın övladı-
nı  yenə  aldatmışdır.  Uğur  Mağarov  erməninin-Kara-
nesin  OdƏr  tarixini  bilməsini  və  ona  bəzi  mətləblər-
dən danışmasını xoş niyyət kimi qəbul edib yenə evi-


141
 
 
nə almışdır. Sonda yenə onun fitnəsi ilə şəcərənin da-
vamçısı, Uğur Mağarovun oğlu Zahid Mağarovu tələ-
yə salmışdır. Onların kimliyini bilən bu erməni məkr-
li  biri  olduğunu  bir  daha  göstərmiş  olur  və  yenə  öz 
əlimizlə  susduruluruq.  Zahid  bu  işlərin  başında  er-
məni  olduğunu  əsərdə  heç  düşünmür  də.  Çünki  o, 
yazdığı  gizlin  tarix  kitabını  ilk  dəfə  Məhəmmədhü-
seyn Təhmasibə vermiş və ondan sonra həbs edilmiş-
dir. 
Əsərin  müsbət  sonluqla  bitməsi  oxucunu  ümid-
ləndirir. Dastan üzərində qurulan, “Qırx kisə”dəki qı-
zılın OdƏr dilindəki sözlər olduğunu məharətlə oxu-
cuya izah edən yazıçı OdƏr həqiqətlərini öyrənən Za-
hidə axır ki, sevgilisi Nəsibədən “hə” cavabını eşitdir-
miş və vüsala çatdırmışdır. Mircəfər Bağırovun edam 
edilməsi ilə azadlığa çıxan Zahidi sevgilisi qarşılayır. 
Bu,  bir  ümid  işığıdır.  Demək  ki, şəcərə  hələ  də yaşa-
yır,  gizlədilmiş  tarixlərin  ortaya  çıxmasına  ümid  var. 
Bu  ümid  isə  onların  yanında  olan  Nəsibə  kimi  türk 
qızlarının dəstəyi ilə həyata keçiriləcək. Əsərin qəhrə-
manı Zahid sanki İsa Muğannanın prototipidir. Çünki 
onun  vərəsənin  nümayəndəsi  olması,  dünyagörüşü, 
taleyi, filoloq olması, öz xalası qızını sevməsi, onunla 
evlənməsi və s. bir çox xüsusiyyətlər İsa Muğannanın 
yenə  tanıdıqlarından  yazmasına,  həm  də  çox  yaxın-
dan tanıdıqlarından yazması ideyasına sadiq qaldığı-
nı  göstərən  amildir.  Bu  dəfə  isə  tanıdığı  özü  və  bu 
gün də ona dəstək olan sevimli ömür-gün yoldaşı Fi-
ruzə xanımdır. Bu əsəri yazmaqla İsa Muğanna SafAğ 
elmi  haqqındakı  fikirlərin  bədii  təxəyyülün  məhsulu 
olduğunu yox, bir tarix olduğunu göstərmək istəmiş-


142
 
 
dir,  bəlkə  də.  Çünki  heç  bir  müsahibəsində,  heç  bir 
məqaləsində, heç bir söhbətimizdə mən oxumadım və 
eşitmədim ki, İsa Muğanna desin ki, filan obraz bədii 
obrazdır,  bədii  priyomdur,  bədii  təxəyyüldür,  bədii 
təhlildir.  “İdeal”dan  bu  tərəfə  yaratdığı  OdƏr  həqi-
qətlərini bilən obrazların tarixi şəxslər olduğunu vur-
ğulamağa və oxucularını inandırmağa çalışmışdır hə-
mişə. Xalq yazıçısı Anarın bir sözü var: “İsa yazdığına 
inanan,  inandığını  yazan  bir  sənətkardır”.  Bəli,  o 
məhz  inandığını  yazan  sənətkardır.  “İnandığı”  dedi-
yimiz  mətləblər  isə  ona  nəslini  tanımasından,  tarixi 
yaxşı bilməsindən irəli gəlir. Bəzən şərti terminlər ya-
radaraq bəşər övladının yaradılış nəzəriyyəsini ortaya 
qoymağa  çalışır.  Amma  heç  bir  ideyasında  şovinizm 
yoxdur. Sadəcə dünyanın şər qüvvələrdən xilasını is-
təyən və gözləyən bir dahi idi İsa Muğanna. 
 
*** 
Bu gün İsa Muğanna yeganə klassiklərimizdəndir 
ki, 90-cı ildən bu günə qədər yazdığı bütün əsərlərdə 
Azərbaycanın  əzəli  düşməni  olan ermənilərin  türklə-
rə  qarşı  olan  nifrətinin  səbəblərini  göstərən  əsərlər 
yazmışdır.  Son  illərdə  qələmə  aldığı  “Cəhənnəm”, 
“Qırx  kisə  qızıl”,  “İlan  dərəsi  və  ya  Peyğəmbərin  ta-
leyi”, “Söz yarası” kimi əsərlərində türk millətinin ta-
rixi düşməni olan ermənilərin fitnəsinə xüsusi yer ay-
rılmışdır.  
Muğannanın  son  böyük  həcmli  əsəri  olan  “İlan 
dərəsi və ya peyğəmbərin taleyi” povesti insanın  öz 
yaradılma  tarixinə  olan  marağını  cavablandırır.  Ən 
önəmli məsələ isə İsa Muğanna türk millətinin gələcə-


143
 
 
yinə böyük ümidlə baxır. Süleyman peyğəmbərin və-
təninin  qədim  türk  torpaqları  olduğu,  peyğəmbərin 
isə türk yanında olduğu qənaətinə gəlir insan. Zəhərli 
bir  heyvan  olan  ilanın  belə  dünyanın  maariflənməsi-
nə, barışın bərqərar olmasına, günahsız axan qanların 
durdurulmasına  görə  insanın-türk  oğlunun  yanında 
olması oxucunu heyrətləndirməyə bilmir. Peyğəmbə-
rin türk torpaqlarını işğal etmək üçün bu qədim diya-
ra hücüm etmiş Rus Çarı Aleksandra “Türkün heç bir 
düşməni  yoxdur,  bizim  yeganə  düşmənimiz  cəhalət-
dir” – deməsi demək olar ki, İsa Muğanna yaradıcılı-
ğının, yaratdığı SafAğ elminin əsas qayəsidir. Cəhalə-
tin insanlığı uçuruma sürükləməsi daima ədibləri dü-
şündürmüş,  onlara  həqiqəti  çılpaqcasına  söyləməklə 
yol  göstərmişlər.  Türk  oğlunun  bugünkü  azğın  bir 
dünyada intellektlə qalib gələcəyini söyləyən Muğan-
na  Hüseyn  Cavidin  “Turana  qılıncdan  daha  kəskin, 
ulu  qüvvət,  yalnız  mədəniyyət,  mədəniyyət,  mədə-
niyyət...”  səslənişinə  XXI  əsrin  sonunda  bir  daha  səs 
vermişdir. İnsanlığı dini cəhalətlə parçalayıb istismar 
etməyi qarşısına məqsəd qoyan qüvvələrə qarşı sadə-
cə  elm  və  mədəniyyətlə  qalib  gəlməyin  mümkünlü-
yünü  söyləyən  dahi,  bəşəriyyətin  iblisləşməsinin  acı-
sını çəkir, onu tale ağrısı kimi dərk edirdi. Şəxsi taleyi 
ilə  milli  taleyi  vəhdətdə  görənlər  millətinin  qurtulu-
şunu bəşəriyyətin qurtuluşu kimi də dərk edənlərdir. 
Bu millətçiliyin adı isə Cavid millətçiliyi, bəşəriliyidir.  
Muğanna  1997-ci  ildəki  müsahibəsində  təhrif 
olunmuş  tarixin  üstünün  açılması  ilə  bağlı  deyirdi: 
Heydər bəy dəfələrlə təkrar edib ki, “Qədim tariximi-
zi yazın!”, yazmırlar. “Azərbaycan akademikləri” ya-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə