Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

123
 
 
qarşı  cövlan  etdirə  bilmirlər.  Mən  elə  düşünmürəm 
ki,  dünya  ədəbiyyatından  3-5  yazıçının  bir  neçəsinin 
adını əzbərləyib sağda da, solda da dahi kimi görün-
mək üçün istifadə edən gənclərdən zəif olduqları de-
mək deyil bunun səbəbi.  Bunun səbəbi “özü lum-lum 
udub, batində, amma dediyi mənaya bir bax” fəlsəfə-
sinin onlardakı təzahürüdür. Hədyan danışan uşağın 
ağzının üstündən bir sillə vurub: “kəs səsini” demək 
üçün  Cavid  kimi,  Cəlil  kimi,  Cavad  kimi,  Xəlil  Rza 
kimi,  Bəxtiyar  kimi  haqqın  olmalıdır  ki,  sonra  da 
onun əlindən tutub istədiyin yerə aparasan, yönləndi-
rəsən. Doğrudan da, gözü kölgəli olmaq çox pis şey-
dir. 
Uşaq  da  bic  doğulanda,  bic  böyüyəndə  özü  öz 
ayaqları  üstündə  durmağı  bacarır.  Həyatı  nəzəri  for-
mada məktəbdən, təhsildən öyrənmir, birbaşa prakti-
ki yolla yaşayaraq öyrənir. Sözsüz ki, bu mənzərənin 
də iki tərəfi var: xeyirli və ziyanlı. 
Xeyirli tərəfi odur ki, bu uşaq başına gələnləri bir 
daha yaşamayacaq, bütün əyri yollardan öz xeyri na-
minə istifadə edəcək, bir sözlə, yaşama haqqını asan-
lıqla  kimsəyə  verməyəcək,  mübarizələrdə,  çəkişmə-
lərdə böyüyəcək və güclü olacaq... Amma bu güc, bu 
alov məişəti onsuz  təsəvvür edə bilmədiyimiz maye 
qaz kimi səmərəli yox, böyük bir binanı partladacaq, 
mühariblərdə insan öldürmək üçün  istifadə edilən si-
laha çevriləcək. 
Ziyanlı tərəfləri isə ... 
Bu  yazını  çoxdan  yazıb  facebook  profilimdə  pay-
laşmışdım. Sonra dərindən araşdırma aparıb daha bö-
yük  oxucu  auditoriyası  üçün  publika.az-a  verməyi 


124
 
 
düşünürdüm. Sonra fikrimdən vaz keçdim. Çünki ya-
zıçı, ədəbiyyatşünas, publisist kimi hobbi naminə ya-
zılar yazan biri kimi görünsəm də, daha çox mən mü-
əlliməm, pedaqoqam. Buna görə də “bu yazını yazıb 
bir neçə nəfərin xətrinə dəyə bilərəm” – deyib qələmi 
yerə qoydum. Nöqtələrdən sonra tamamilə başqa for-
mada  söz  açacaq,  izah  edəcəkdim  subyektiv  fikirlə-
rimlə. Həm ağsaqqal, həm də gənc yazıçılarmıza ürək 
sözlərimi  deyəcəkdim.  Aqressiyadan  uzaq,  sakit  və 
təmkinli.  Amma təəssüf... 
Çünki bu yazını mənə yazdıran gənc tənqidçi Gü-
nel Mövludun “vətənpərvərlik elə bir şeydir ki, onun-
la  Volterin,  Russonun,  Hüqonun  qarşısına  çıxmaq 
"ədəbsizlikdir,  əxlaqsızlıqdır”  cümləsi  idi.  Bu  cür  fi-
kirləri  istər  bədii,  istərsə  də  tənqidi  yazılarında  gör-
düyüm  bu  tip  bir  qrup  gəncin  formalaşdırdığı  yeni 
ədəbiyyat  bic  doğulmuş  və  böyüməkdə  olan  ədəbiy-
yatın olduğunu sübut edir mənim üçün. 
Axı Günel xanım yaxşı bilməli idi ki, sadəcə bəşəri 
ideyalar  tərənnümçüsü,  Turan  sevdalısı  Hüseyn  Ca-
vid vətənpərvərliyi ilə, millətə olan sevgisi ilə nəinki, 
Volterin,  Russonun,  Hüqonun  qarşısına  çıxmaq  olar, 
hətta  ayaqlayıb  o  tərəfə  də  keçmək  olar.  Çünki  milli 
dəyərlərinə  sahib  çıxmaq,  onu  hər  şeydən  üstün  tut-
maq onların təqdim etdiyi millətçilik deyil, sadəcə in-
san sevgisidir. Mən insanı sevirəm, amma bu qanım-
dan,  canımdan  olarsa,  ona  daha  çox  bağlı,  daha  çox 
tutqun oluram. Cavidin, Cavadın, Əli bəy Hüseynza-
dənin, M.Ə.Rəsulzadənin, Xəlil Rza Ulutürkün, Bəxti-
yar  Vahabzadənin  milli  sevgisi  sənin  qarşısına  çıxa 
bilmədiyin avropalıdan fərqli olaraq bonapartizm, fa-


125
 
 
şizm  yaratmaq  ideyasına  söykənmədi.  Nə  qədər  və-
tənpərvər və millətçi olsaq belə, yenə də qonağı özü-
müzdən  üstün  tutub,  yeməyimizin  ən  dadlısını,  evi-
mizin  ən  yaxşı  yerini  qonağa  verdik.  Bunları  görmə-
mək ən azından nankorluqdur. 
Adını çəkdiyi Hüqo “Səfillər” əsərində keşiş obra-
zını elə bir sevgi ilə yaradıb ki, adam az qalır, lap dö-
nüb xristian olsun, elə məhz o cür keşişlərə ibadət et-
sin. Onun vicdan, ədalət, mərhəmət hissini elə ali şə-
kildə  təqdim  edir  ki,  sanki  kilsənin  çıxardığı  heç  bir 
oyundan  xəbəri  yox  idi.  Dünyanın  parçalanmasında 
və  idarə  olunmasında  ən  iyrənc  yollara  əl  atmasını 
sanki kilsə etmirdi. Nəzərə almaq lazımdır ki, min il-
dən çoxdur  ki, Avropanı  birləşdirən  ən  ali  dəyər  din 
idi, milli dəyər yox və həm də islami dəyərlərə qarşı 
birləşdirirdi. Necə ki, Osmanlı imperiyasının tabeçili-
yində  olan  xalqları  İslami  dəyərlər  birləşdirirdi.  De-
məli, tolerant saydığın avropalı özünü həmişə səndən 
yüksəkdə  tutub  və  aşağıya  baxıb,  öz  dəyərlərindən 
gözünə eynək, əyninə don geyəcək. Sən isə əynindəki 
dəyərlər paltarından utandığın üçün soyunur, soyun-
duğun üçünsə çılpaq qalıb lap biabır olursan. 
Nədənsə  yazını  yenə  davam  etdirə  bilmədim. 
İkinci  dəfə  isə  Əkrəm  Əylissiz.  (Məncə,  Əylis  kəndi-
nin dili olsaydı, ondan imtina edərdi. Amma elədiklə-
rini  haram  etmədən,  vicdanı  və  erməni  ruhu  ilə  baş-
başa  buraxardı.)  Əkrəm  Əylisli  sindromu  yarananda 
yazmaq  həvəsinə  düşdüm.  Amma  gördüm  hamı  ya-
zır. Düşündüm ki, ayıbdır, hamı yazır, mənim yazma-
ğımla  nə  dəyişəcək  ki?  Qoy  elə  dərdimizi,  sərimizi 
dostlar arasında bölüşək, mübahisəmizi də orda edək. 


126
 
 
Beləcə yazmaq fikrindən vaz keçib, başladım yazılan-
ları  diqqətlə  izləməyə.  Gördüm  ki,  Əkrəm  kimi  milli 
ədəbiyyatımızın ruhuna yad olan, milli və dini kimli-
yinə aid olmayan bir şəxsin “atalıq” (düzdür ona ədə-
biyyatımızın  atası  ifadəsini  kimsə  işlətməyib,  əstəğ-
fürullah, mən də bu düşüncədə deyiləm. Amma təəs-
süflər  olsun  ki,  onun  ruhunda  qidalananlar  var  hələ 
də)  etdiyi  ədəbiyyatın  bic  balalarının  olması  və  inki-
şaf etməsi təbiidir. Elçisi gülüm olanın, başına külüm 
olar. 
İzlədikcə  gördüm  ki,  qısa  bir  zamanda  vətən  xai-
ninə “insan” deyib müdafiə edən ziyalılarımızın sayı 
çoxaldı.  “Bəşəri  ideyalar”a  sahib  olan  bu  insan  hü-
quqları  qoruyucularının  demirəm  dədəsini,  anasını 
söysən,  deyirəm  toyuğuna  kiş  desən,  görəsən  tole-
rantlıqlarını  saxlaya  bilərlərmi?  Maşınının  yerində 
maşın saxlasan, iki dəfə yanlış olaraq zəng etsən, val-
lah, adamın dədəsini yandırardılar. 
Bütün  bunların  fonunda  kimsə  mənim  dədəmi, 
anamı,  evimi  təhqir  edib,  aşağılayırsa,  məgər  mən 
susmalıyam?  Qətiyyən  yox.  Susaramsa,  deməli,  hey-
siyyat və ləyaqətim yoxdur deməkdir. Hətta haqqımı 
bütün formalarda tələb etməliyəm düşüncəsindəyəm. 
Əgər  bir  xalq  heysiyyatına  toxunulduğunu  anlayır, 
dərk  edirsə,  deməli,  onun  xalq  kimi  yaşamağa  haqqı 
çatır. Əks təqdirdə isə yox. 
İndi gəlib el qınağını tənqid edərək, “yox biz Ək-
rəmi öldürsək, döysək, bizə Avropa nə deyər?” deyib 
hüquq müdafiəçisi olublar. Birincisi,  bu xalqı tanıyan 
olsa  idilər,  bilərdilər  ki,  anasını,  bacısını  təhqir  etmiş 
ermənini  belə  versən  əlinə,  təəssüflər  olsun  ki,  yenə 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə