Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

104
 
 
rə  nisbətən  daha  geniş  tədqiqat  işlərinin  aparılması, 
ümumən,  xalqımızın  milli  hislərinin  oyanması  kimi 
amilləri misal göstərə bilərik. 
Yuxarıda  göstərdiyimiz  bütün  mənfi  və  müsbət 
halları  qarşılaşdırsaq  görərik  ki,  bir  vəzn  kimi  xalq 
içində  əruza  böyük  hörmət  və  məhəbbət  vardır.  Bir 
elm kimi isə xalqın lap hörmət və məhəbbəti olsa da, 
onu öyrənməkdə acizdirlər. Əvvəla, bu elmin ən düz-
gün,  dəqiq  örnək  yeri  olan  prof.  Ə.Cəfərin  “Əruzun 
nəzəri əsasları və Azərbaycan əruzu” kitabı çox kiçik 
tirajla  çap  olunduğundan  axtaranlar  onu  tapmaqda 
acizdirlər. İkincisi, bu kitab o dərəcədə elmidir ki, hər 
maraqlanan  onu qavraya  bilmir.  Deməli, həmin kita-
bın müddəaları əsasında çoxlarının başa düşə biləcəyi 
elmi-kütləvi bir dildə əruz elmi və əruz vəzni mövzu-
sunda bir kitab yazılmalıdır ki, heç olmasa filoloqları-
mız onu öyrənib tədris edə bilsinlər. 
Keçən  əsrin  sonlarında  respublikamızda  T.Quli-
yev kimi gənc əruzşünas-alimin yetişməsi fərəhli hal-
dır, lakin T.Quliyev və sayı çox az olan əruza meyilli 
bir neçə  alimlə həmin  sahədə  olan  kadr qıtlığını  ara-
dan  götürmək  çox  çətindir.  Bu  isə  ona  gətirib  çıxara 
bilər ki, mərhum Ə.Cəfərin əruz elmi sahəsində etdik-
lərinin  üstündən  qələm  çəkib  30-40  ildən  sonra  Ərə-
bistan, İran və ya Türkiyədən bu elmi öyrənmək üçün 
ölkəmizə mütəxəssislər dəvət etməli olacağıq. Bunun 
nəticəsində milli əruz elmi və milli əruz vəzni istilah-
ları xalqımız üçün yenidən əlçatmaz bir əfsanəyə çev-
riləcəkdir. 
Ə.  Cəfərin  əruz elmində  etdiyi islahatlar  (reform-
lar) onun anlaşılmasında və milli bir vəzn kimi qəbul 


105
 
 
edilməsində çəkdiyi zəhmət nə qədər böyükdürsə, bi-
zim onun fəaliyyətini tədqiq və təbliğ etməkdə hünə-
rimiz bir o qədər kiçikdir. 
 
Sumqayıt şəhər 21 saylı məktəbin müəllimi  
Zülfəli Zülfəliyev 
Bakı şəhər Yasamal rayon 20 saylı məktəbin müəllimi 
Şəmil Sadiq 


106
 
 
Milli şeir vəznlərimiz 
 
Milli şeirimizin neçə vəzni vardır və bunlar hansı-
lardır  –  problemini  həll  etməkdən  ötrü,  öncə  qarşıya 
çıxan bir neçə suala cavab vermək lazım gəlir: 
1. Şeir nədir? 
2. Vəzn nədir? 
3. Hansı vəznlər ədəbiyyatımızda işlənmişdir? 
Şeir  sözünün  lüğəti  mənaları  çoxdur  –  dərketmə, 
bilik, anlama, duyma, hissetmə və s. Terminoloji mə-
nada isə dərin və incə mənalı, xəyallar və təsəvvürlər 
daşıyan, vəznli, qafiyəli söz və yaxud ifadədir. 
Hər  hansı  bir  şey  haqqında  daha  dəqiq  məlumat 
əldə etməkdən ötrü onu tərkib hissələrinə ayırırlar və 
hər  birini  ayrı-ayrılıqda  tədqiq  edib  həmin  o  anlayış 
haqqında dəqiq elmi nəticəyə gəlirlər. 
Şərq  poetikasının  tələblərinə  görə  şeirin  5  tərkib 
hissəsi  vardır:  məani,  bəyan,  bədii,  vəzn  və  qafiyə. 
Bunlardan  üçü  bəlağət  elminə  aiddir.  Məani  –  dərin 
incə fikir və mənaları, bəyan – şeirə uyğun gələn xü-
susi bir dili, yəni bədii üslubu, bədii – bədii təsvir və 
ifadə vasitələrini, vəzn – misraların ahəng və ölçüsü-
nə görə bərabərliyini, qafiyə – misra sonluqlarının fo-
netik uyğunluğunu özündə birləşdirir.  
Vəznin  şeirin  beş  tərkib  hissəsi  içərisində  ən  əsas 
xüsusiyyət olduğunu həm Şərq, həm də Qərb alimləri 
dönə-dönə təsdiq etmişlər. İbn Sinaya görə, şeir insa-
nı  fikrə,  xəyala  daldıran,  sözlərdən,  fikirlərdən  yara-
dılmış  vəznli  bir  sənət  əsəridir.  Nəsrəddin  Tusinin 
fikrincə, şeir xəyalla yaradılmış bərabər vəznli və qa-
fiyəli kəlamdır. XV əsrin məşhur Azərbaycan əruzçu-


107
 
 
su Vahid Təbrizi şeiri vəznli, qafiyəli və xəyal olunan 
kəlam  adlandırmışdır.  Akademik  İ.Kraçkovski  bədii, 
bəyan  və  məanini  şeir  üçün  əsas  xüsusiyyət  sayma-
mış,  üstünlüyü  vəznə  verərək  yazmışdır:  ”Bu  üç  el-
min  şeirə  heç  dəxli  yoxdur.  Şeirin  ən  yayılmış  tərifi 
demək olar ancaq vəzn üzərində qurulmuşdur”. Gör-
kəmli İran alimi P.N. Xonlərinin şeir haqqında son qə-
rarı  belədir:  “Həqiqət  budur  ki,  əgər  dünyanın  hər 
hansı bir dilində şeir varsa, vəznlidir”. 
Doğrudan da dərin, incə məna və bədiiyyata nəsr-
də  də  rast  olunur.  Hətta  nəsrin  səc  adlanan  forması 
da  mövcuddur.  Lakin  vəzn  ancaq  nəzmə  –  şeirə  aid 
olan xüsusiyyətdir. Bu baxımdan, vəzni, ahəngi, ölçü-
nü şeirin əsas xüsusiyyəti hesab etməliyik. 
Deməli,  seir  –  incə,  dərin  mənaya,  özünəməxsus 
deyim üslubuna, bədii ifadə və təsvir vasitələri ilə ifa-
də  olunan  obrazlılığa,  ahəngdar  vəzn  və  gözəl,  səlis 
qafiyə sisteminə malik olan bədii söz sənətidir. 
Dünya şeir praktikasında 6 vəzn məlumdur.  
1. Antik vəzn – e.ə. VIII əsrdə Yunanıstanda yara-
dılmış,  III  əsrdən  etibarən  Roma  ədəbiyyatında  işlə-
dilmiş  şeir  vəzni  sistemidir.  Uzun  və  qısa  hecalara 
əsaslanan  müxtəlif  stopalarla,  modellərlə  yaradılır 
(xorey,  yamb,  amfibraxiy,  anapest,  daktil  və  s.)  Bir 
növ əruz təfilələrinə bənzəyən bu stopalar antik vəz-
nin əsasını təşkil edir. Eramızın XVIII əsrindən etiba-
rən M.Lomonosov tərəfindən rus şeirinə gətirilmiş və 
rus  poeziyasının  yaranıb  inkişaf  etməsində  mühüm 
rol oynamışdır. 
2. Tonik vəzn – “Tonos” sözünün mənası yunanca  
“vurğu” deməkdir. Vurğulu hecaların müəyyən qay-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə