Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

87
 
 
Beyrəyin  aradan  qaldırılması  Qazanın  zəifləməsinə 
səbəb olur. Sonda Dış Oğuzla İç Oğuz üz-üzə gəlir və 
iki qardaş bir-birini vurur. Son boyun belə faciəli bit-
məsi, demək olar ki, dastanın kədərli finalına çevrilir. 
Düzdür,  bu  boyun  da  sonunda  ənənəvi  hal  təkrar 
olunur.  Yenə  Dədəm  Qorqud  şadlıq  edir,  amma  bu 
şadlıq  daha  əvvəlki  şadlıqlardan  deyildi,  çünki  artıq 
Oğuz elinin birliyinə xələl gəlmişdi. 
Gördüyümüz    kimi,  Dədəm  Qorqud  türkün  öz 
içində məhv edilməsini bir daha önə çəkmiş və bunun 
da  heç  vaxt  türkə  xeyir  gətirmədiyini  ifadəli  şəkildə 
söyləmişdir: 
 
Hanı dediyim bəy ərənlər,                              
               Dünya mənimdir deyənlər?                      
               Əcəl gəldi, yer gizlətdi,     
               Fani dünya kimə qaldı?      
               Gəlimli-gedimli dünya,      
    Son ucu ölümlü dünya! 
 
Ümumiyyətlə,  “Kitabi-Dədə  Qorqud”  dastanın-
dan  belə  nəticəyə  gəlmək  olar  ki,  türklərin  mərdliyi, 
ərənliyi, igidliyi əzəldəndir, lakin onlar bir olanda da-
ha güclü olurlar. Biz bunu görkəmli şairimiz Bəxtiyar 
Vahabzadənin “Kitabi-Dədə Qorqud”dan və digər ta-
rixi faktlardan bəhrələnərək yazdığı “Özümüzü kəsən 
qılınc” pyesində bir daha görürük. B.Vahabzadə bu  


88
 
 
əsərində hələ kökü “Kitabi-Dədə Qorqud”dan gə-
lən  və  indinin  özündə  də  türklərin  ən  zəif  nöqtəsi 
olan “Türk birliyi” problemini böyük məharətlə qoy-
muş,  pusquda  duran  alçaq,  hiyləgər  düşmənin  yeri 
gələndə bu zəiflikdən öz məqsədlərinə uyğun istifadə 
etdiyini qeyd etmişdir.    
 
“Elm” qəzeti. 4 dekabr, 2002-ci il. № 37-38 
 


89
 
 
“Kitab yüklü eşşək” romanı haqqında 
 
Cəmiyyətimizdəki  naqislikləri,  insanların  nəfs  və 
qürurun  əsiri  olduğunu  gördükcə  yadıma  “Kitab 
yüklü eşşək” əsərinin qəhrəmanı “Çoşşa”nın nəsihət-
ləri  düşür,  bu  heyvanın  insana  münasibətini  tez-tez 
xatırlayıram.  Bəlkə,  kimsə  düşünər  ki,  bu qədər  pey-
ğəmbərlər,  üləmalar,  alimlər  ola-ola  niyə  məhz  eşşə-
yin - Çoşşanın nəsihətləri? Təsəvvür edirsinizmi, insa-
na bir dahi yol göstərir, öyüd-nəsihət edir, amma biz 
buna o qədər əhəmiyyət vermirik və ya dəyərləndirə 
bilmirik. Çünki nəsihət edən birmənalı şəkildə hamı-
dan  üst  mövqedədir  və  onun  dedikləri  qəbul  edilən-
dir  və  bu,  təbiidir.  Amma  mədəni  səviyyəsinə,  sava-
dına  görə  özündən  qat-qat  aşağıda  olduğunu  qəbul 
etdiyin  biri  səni  tənqid  edərsə  və  yol  göstərərsə,  bu 
tənqidlər  və  iradlar  həqiqəti  əks  etdirərsə,  o  zaman 
analar demiş, “adamın yeddi qatından keçər”. 
Bir  insan  oğlu  olaraq,  həmcinsimin  heyvan  tərə-
findən haqlı tənqidi adama çox ağrı verir. Bəşəriyyət 
binayi-qədimdən  bu  günə  didaktik  materiallarla  tər-
biyələnməyə, həyatı dərk etməyə vadar edilsə də, vir-
tual bir dünya olmasına baxmayaraq, bir metr torpaq 
üçün hələ də qan tökür, hərisliyinin qurbanı olur, hər 
gün bir addım əxlaqsızlığa doğru sürüklənir. Mövhu-
matın və cəhalətin içində çırpınır. Şəxsi mənafelər bə-
şəri  mənafeləri  tapdalayır  və  insan  oğlu  bu  eybəcər-
likləri  özünün  uydurduğu  şeytanın  boynuna  atır. 
Hərdən  cəmiyyətimizi  bu  cür  görəndə  Tanrının  niyə 
məhz  indi  peyğəmbər  göndərmədiyini  də  düşünür 
insan. Axı insanların düzgün yola çəkilməsi üçün bu 


90
 
 
gün müdrik sözünə daha çox ehtiyac duyulur. Sonra 
da  düşünürsən  ki,  bəlkə,  cəmiyyətin  pozulmasına 
peyğəmbər  kimi  tanıdığımız  Adəm  və  onun  həyat 
yoldaşı Həvva səbəb olub? Kini də, xəyanəti də, qar-
daş qanı tökməyi, oğurluğu, etdiklərini ört-basdır et-
məyi  də  biz  insanın  əcdadı  sayılan  Adəm  və  onun 
ailəsindən öyrəndik. Bəlkə də, bu əfsanə insanın ma-
yasında  nələrin  olduğunu,  nə  ilə  yoğrulduğunu  gös-
tərmək  üçün  yaradılıb  və  “sən  daxilən  bu  cürsən”  – 
deyə yaradanın bizə mesajıdır?! 
Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqa-
yisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz “Ki-
tab  yüklü  eşşək”?  Çünki  Şərq-Türk  mədəniyyətində 
bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünya-
dan  bixəbər,  tənbəl,  özündənrazı  adamları  eşşəyə 
bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzab-
larına daima boyun əyən heyvanın adını çəkəndə qar-
şı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə 
eşşəyə  bənzətdiyimiz  üçün eşşəkdən  istəməliyik?  Eş-
şək  yeganə  varlıqlardandır  ki,  insanla  dostluğunun 
tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan 
bu heyvan, sadəliyinə və təvazösünə görə daima tən-
qidə  və  təhqirə  düçar  olur.  Ədib  eşşəyi  bu  səbəbdən 
seçmiş olmasın? 
Digər tərəfdən əsərin adındakı ironiya çox maraq-
lıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünya-
görüşlə,  şüurla  əhatə  olunmuş  insanı  leksikonumuz-
da  özünə  xüsusi  bir  məna  daşıyan  eşşəklə  müqayisə 
edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insa-
nın  şüursuz,  savadsız,  gördüklərini  dərk  etməyən, 
yaxşılıqla pisliyi dəyərləndirməyi bacarmayan bir eş-


91
 
 
şəkdən  fərqi  yoxdur  demək  istəyir.  Günümüzdə  də 
adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün ki-
tab  oxuyan,  oxuduqlarına  görə  özünə  ən  yüksək  də-
yəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdi-
yi  bilik  və  bacarıqları  təbiətin  məhvinə  yönləndirən, 
vəhşi  təbiətin  ən  vəhşi  varlığına  çevrilən,  şəhvət  və  
şöhrətin  əsiri  olan  yüzlərlə  insan  görə  bilərik.  Boğa-
zında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk 
etdiyi  eynək,  əynində  kostyum  olan  kor  əbləhlər  ki-
tabla  yüklənmiş  eşşəyi  xatırladır.  Xisləti  isə  demona 
xidmət etməkdir. 
Düzdür,  bu  əsərə  qədər  istər  bizim,  istər  şərq,  is-
tərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları 
tərbiyə  etmək  arzusunda  olan  böyük  müdriklər  ol-
muşdur.  Lakin  Əbdürrəhim  bəy  Talıbovun  “Kitab 
yüklü  eşşək”  romanı  əvvəlki  əsərlərdən  fərqli  olaraq 
mövzuya  yanaşma, heyvanın  müşahidəsi  ilə  insanla-
rın tənqidi, məktub vasitəsi ilə əvvəlki sahibinə müra-
ciəti, sondakı sual-cavabı insanı daha çox düşünməyə 
vadar edir. 
Bu  baxımdan,  böyük  şəxsiyyət  Əbdürrəhim  bəy 
Talıbov  cəmiyyətin  eybəcərliklərini,  insanın  ən  vəhşi 
“heyvan”  olduğunu bu kiçik  romanında  böyük usta-
lıqla əks etdirib. 
Bu qədər ali ideyaları özündə cəmləşdirən Əbdür-
rəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsərini So-
vet dövrünün tədqiqatçıları Azərbaycan ədəbiyyatın-
da yazılan ilk romanlardan biri kimi dəyərləndirirdi-
lər. Lakin müstəqillik qazanandan sonra tədqiqat im-
kanlarının genişlənməsi nəticəsində dünya ədəbiyya-
tı,  ədəbiyyatşünaslığı  haqqında  geniş  bilgilər  əldə 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə