Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

96
 
 
məsi mümkün idi. “Kitab yüklü eşşək” romanı bütün 
ruhu  ilə  Şərq-Azərbaycan  mədəniyyətinin  məhsulu-
dur.  İstər  Məhəmmədhəsən  Xan  Etimadüssəltənə,  is-
tərsə  də  Əbdürrəhim  bəy  Talıbov  yazsın,  fərqi  yox-
dur. Lakin heç bir halda əsərin tərcümə əsəri olduğu-
nu qəbul etmək olmaz. 
Fransız yazıçısı Pol De Kukun bu mövzuda yazdı-
ğı  əsər  ola  bilər  (Amma  nə  qədər  araşdırsaq  da,  bu 
mövzuda  xüsusi  bir  əsəri  olduğunu  görmədik. Bəlkə 
də, hansısa əsərində kiçik bir haşiyəyə çıxıb, bu da bu 
əsərə  və  müəllifinə  xələl  gətirə  bilməz),  lakin  bəzi 
şəxslərin yeni – nəsə qeyri-adi bir şey tapıblarmış ki-
mi,  konkret  elmi  fakt  olmadan  “Sən  demə,  bu  əsər 
fransız yazıçısı Pol de Kukun imiş”, “Apulleyin imiş”, 
“Kontes de Sequr adlı bir fransızın imiş” deməsi o qə-
dər ciddi görünmür. 
Tahirə  Həsənzadənin  fikri  ilə  razılaşsaq,  əsərin 
müəllifi  Məhəmmədhəsən  Xan  Etimadüssəltənədir. 
Bu məqam isə əsərin ciddi bir tədqiqata ehtiyac duy-
duğunu  göstərir.  Nəzərə  alsaq  ki,  Məhəmmədhəsən 
Xan Etimadüssəltənə Qacarlar dövlətinin tanınmış si-
malarından  olmuş,  Nəsrəddin  şah Qacarın  (1831-
1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri ol-
muşdur,  o  zaman  heç  bir  vəzifə  tutmayan  bir  ədibin 
onun əsərini öz adı ilə təqdim etməsi mümkün deyil-
di.  Hələ  Əbdürrəhim  bəy  Talıbovun  İranın  Birinci 
Milli  Məclisinə  deputat  seçilməsi  (deputat  seçilsə  də, 
bundan imtina etmişdir)   də göstərir ki, Əbdürrəhim 
bəyin  İran  dövləti  ilə  də  əlaqələri  güclü  imiş.  Bu  bir 
daha  sübut  edir  ki,  onun  Məhəmmədhəsən  Xan  Eti-
madüssəltənəyə aid olan bir əsərə sahib çıxmaq kimi 


97
 
 
nə  imkanı,  nə  də  arzusu  olmuşdur.  Xeyrulla  Məm-
mədovun  dili  ilə  desək,  “Əbdürrəhim  Talıbov  kimi 
böyük  alim  və  ədibin  “Kitab  yüklü  eşşək”  əsəri  ilə 
məşhurlaşmağa ehtiyacı yox idi”. 
Hədəf Nəşrlərinin 2014-cü ildə çap etdiyi romanın 
yeni nəşri də Əbdürrəhim bəy Talıbovun adı ilə veri-
lib. Əsərin yeni və daha tutarlı faktlar meydana çıxa-
na  qədər  Əbdürrəhim  bəy  Talıbova  məxsus  olduğu 
qənaətindəyik.  Ümid  edirik  ki,  bu  məqalə  ilə  tədqi-
qatçıların  diqqətini  bir  daha  bu  əsərə  cəlb  etmiş  ola-
rıq. 
 
 
Ədəbiyyat məcmuəsi XXV buraxılış. 2014. 
             http://kulis.az/news/7655 
 
 
 
 


98
 
 
Milli əruzumuz dünən, bu gün və sabah 
 
Mədəniyyətin zirvələrinə çatmış və inkişafın yük-
sək pillələrində duran bir çox xalqlarda olduğu kimi, 
bizim də bədii ədəbiyyatımızın iki qolu vardır: şifahi 
və  yazılı.  Şifahi  ədəbiyyat  nümunələrinin  tarixini  tə-
yin etmək çətin və bəzən qeyri-mümkün olduğu hal-
da, yazılı ədəbiyyat dəqiq tarixə malikdir. Folklor kol-
lektivin, yazılı ədəbiyyat nümunələri isə fərdi yaradı-
cılığın məhsuludur. Bizi çox vaxt “şair xalq” adlandı-
rırlar.  Bu,  təsadüfi  deyil.  Folklorumuzun  böyük  bir 
qismi  nəzmlə  yaradılmış,  yazılı  ədəbiyyatımız  isə  ta 
XIX  əsrə  qədər  bir  sıra  istisnalar  nəzərə  alınmasa, 
nəsrdən uzaq olmuşdur (Xaqani və Füzuli yaradıcılı-
ğında olan nəsr). 
Şeirin 5 tərkib hissəsi vardır: məani, bəyan, bədii, 
vəzn, qafiyə. Bunlardan, şübhəsiz ki, şeri şerə bənzə-
dən ən mühüm cəhət vəzndir. Dərin məna, fikir, dü-
şüncə  və  hissiyyatdan  ibarət  olan  məani-şeirin  ruhu, 
bəyan,  bədii,  qafiyə  şerin  tənidirsə  (forması,  qurulu-
şu, söz tutumu), vəzn onun canıdır. Mənasız, fikirsiz 
şeir ruhsuz bədənə bənzəyər. Fiziki bir hal kimi ruh-
suz bədən mümkündür, cansız bədən isə ölümə məh-
kumdur.  Vəzn  ruhsuz  bədii  nümunəni  də  nəzm  sə-
viyyəsinə  çatdıran  bir  vasitədir.  Ta  qədim  zamanlar-
dan şeirimiz iki vəzndə yaradılıb: əruz və heca vəzn-
lərində. “Bunlardan hansı qədimdir?” – sualına cavab 
vermək  çətindir,  çünki  VII-VIII  əsrlərdən  etibarən 
ərəb,  fars  və  Azərbaycan  dillərində  yaradılan  yazılı 
ədəbiyyatımızın  başlanğıcında  əruz  vəzni  dayanır. 
Qazi  Bürhanəddin  və  Nəsiminin  bir  sıra  heca  vəznli 


99
 
 
şeirlərini  nəzərə  almasaq,  “hecanı  yazılı  ədəbiyyatı-
mıza  Ş.İ.Xətai  gətirmişdir”  fikri  ilə  razılaşmalı  olaca-
ğıq. Bu isə XVII əsr deməkdir. 
Şifahi  ədəbiyyat  nümunələrinin  tarixini  təyin  et-
mək nə qədər çətin olsa da, onların bəzilərinin qədim-
liyi  heç  də  şübhə  doğurmur.  Ovsun,  bəlkə  də  ən  qə-
dim  bədii  janrdır.  Aşağıdakı  nümunəyə  diqqət  yeti-
rək: 
                      Haş gedə, huş gedə,  
                      Ox sənə tuş gedə. 
                      fA ilün   fA  ilün (mütədarik bəhri) 
 
Ovsunlardan  sonra  qədimliyinə  görə  növbə  nəğ-
mələrə düşür. “Kos-kosa” oyunu və oradakı nəğmələ-
rin Novruz bayramı və Zərdüştilik dövrü ilə bağlı ol-
duğunu  inkar  etmək  çətindir.  Buradakı  nəğmələr 
münsərih bəhrindədir: 
  
                     Ay uyruğu-uyruğu 
                     Saqqalı it quyruğu. 
                     müftə ilün   fA ilü 
 
“Qodu-qodu” mərasimi ilə əlaqədar oxunan “can, 
gülüm, can-can” nəğməsi də həmin ölçüdədir.  
Atalar  sözlərindən  “Yüz  ölç,  bir  biç”  (fə  lün    fə 
lün),  “Keçmə  namərd  körpüsündən,  qoy  aparsın  sel 
səni…” (fA ilAtün  fA ilAtün  fA ilAtün  fA ilün) nü-
munələri rəməl bəhrindədir. Dədə Qorqudun məşhur 
“Ayrana ayran demədim mən Dədə Qorqud” – deyi-
mi  isə  (müftə  ilün  müftə  ilün    müftə  ilAtün)  rəcəz 
bəhrində  söylənilmişdir.  (Məşhur  əruzçularımızdan 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə