Ədəbiyyat və sənət


Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

78
 
 
Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında 
 
Əlican Qövsi daha çox istedadlı bir qəzəl şairi ki-
mi  məşhurdur.  Daha  dəqiq  desək,  Qövsi  ədəbiyyat 
tarixində  XVII  əsrin  müxtəlif  mövzularda  məharətlə 
yazılmış oynaq, mənalı, ürəyəyatımlı qəzəllər müəllifi 
kimi tanınmışdır. Onun yaradıcılığında ictimai motiv-
li,  məhəbbət,  təbiət  gözəlliklərinə  həsr edilmiş  qəzəl-
lərlə  yanaşı,  Əlişir  Nəvai,  Vahid  Təbrizi,  Sahir  və  ən 
çox  Məhəmməd  Füzuli  kimi  böyük  şairlərə  yazdığı 
nəzirələri də vardır. 
Qövsi əsərlərinin mühüm hissəsini əruz vəznində 
yazmışdır. Lakin o, bu vəznin ən oynaq, Azərbaycan 
dilinin xüsusiyyətlərinə uyğun musiqili bəhrlərini se-
çərək,  əsərlərini  bu  bəhrlərdə  yazmağa  çalışmışdır. 
Təəssüflər  olsun  ki,  Qövsi  Təbrizinin  tədqiqatçıların-
dan heç biri şairin əsərlərinin vəzni haqqında müfəs-
səl məlumat verməmişdir. Ona görə də biz bu məsə-
ləyə  bir  az  məsuliyyətli  yanaşaraq,  əruz  vəzninin 
Qövsi  yaradıcılığında  rast  gəldiyimiz  bəhrləri  barə-
sində bir qədər məlumat vermək istərdik. 
Qövsi  Təbrizi  şeirlərini  yazarkən  bəhrlərin  əksə-
riyyətindən  çox  ustalıqla  istifadə  etmişdir.  Lakin  şai-
rin  ən  çox  işlətdiyi  bəhrlər  həzəc,  rəməl  və  müzare 
bəhrləridir. Bu bəhrlərdən bir neçə misalı gözdən ke-
çirək: 
Birinci növ-dördbölümlü bütöv həzəc: 
 
MəfA' İlün  məfA' İlün  məfA' İlün  məfA' İlün  
Nə sərkeş şölədir bu vəh, bu nə qəddü, nə qamət-
dir, 


79
 
 
Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir?! 
 
Səkkizinci  növ-dördbölümlü  sınıq  açıq  naqis  hə-
zəc, yaxud müstəzad həzəci: 
 
   Məf 'Ulü   məfa' İlü  məfA' İlü  fə' Ulün 
   Bülbül mənim əfğanıma qatlanmadı uçdu, 
   Yarım gecə qönçə yuxudan durdu və köçdü. 
 
İndi  isə  Qövsinin  rəməl  bəhrinin  müxtəlif  növlə-
rində yazdığı şeirlərinə misal olaraq aşağıdakı nümu-
nələri göstərmək istərdik. Rəməl bəhrinin Qövsi yara-
dıcılığında  ən  çox  ikinci  növ-dördbölümlü  bütöv  na-
qis  növünə  rast  gəlinir  ki,  onun  da  ölçüsü  aşağıdakı 
kimidir: 
 
   fA'ilAtün  fA'ilAtün  fA'ilAtün  fA'ilün 
   Canə etdim dərdi-zil zəbtindən, ey dildar eşit! 
   Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!.. 
 
Qövsi yaradıcılığında rəməl bəhrinin daha bir nö-
vünə  rast  gəlinir  ki,  bu  da  altıncı  növ-dördbölümlü 
qısa  incə  rəməldir.  Bu  növün  ölçüsü  aşağıdakı  kimi-
dir: 
   fə'ilAtün  fə' ilAtün  fə'ilAtün  fə'ilün 
   Kimi can etdi, kimi könlünü dildarə fəda
   Bilmənəm  mən  ki,  yoxumdur,  nə  edim  yarə  fə-
da? 
Qövsi  Təbrizi  müzare  bəhrində  də  qəzəllər  yaz-
mışdır. O, bu bəhrin, xüsusilə, birinci və üçüncü növ-


80
 
 
lərindən istifadə etmişdir ki, bunlara misal olaraq aşa-
ğıdakı misralarla başlanan qəzəlləri göstərmək olar: 
Birinci növ-dördbölümlü sınıq açıq naqis müzare: 
 
   məf'Ulü  fA'ilAtü  məfA'İlü  fA'ilAn 
   Gər nalə çəkməsin dili-bimar, neyləsin? 
   Aşiq gözüm gər ağlamasın zar, neyləsin? 
 
Üçüncü növ-dördbölümlü sınıq bütöv müzare, ya-
xud ikinci müzare: 
 
   məf 'Ulü  fA'ilAtün  məf'Ulü  fA'ilAtün 
   Könlümdəki muradım, 
   Ey yar sən bilirsən. 
 
Daha sonra, Qövsinin müctəs bəhrinin ikinci növ-
fəal müctəsdə (məfA'ilün fə'ilAtün  məfA'ilün  fə'ilün) 
yazdığı və aşağıdakı misralarla başlayan şeirini misal 
göstərmək olar: 
 
   Əgərki kəmxüsənü binəvayam, ey bülbül! 
   Kənar tutma ki, mən aşinayam, ey bülbül! 
 
Şairin rəzəc bəhrində yazılmış şeirinə misal olaraq 
üçüncü  növ-dördbölümlü  qısa  rəzəc  növündəki  aşa-
ğıdakı qəzəli misal göstərmək olar: 
 
   müftə'ilün  məfA'ilün  müftə'ilün  məfA'ilün 
   Ərşdən ötdü eyləməz yarə əsər fəğanimiz
   Bir yerə yetsə yaxşıdır naleyi-natəvanimiz. 
 


81
 
 
Qövsinin münsərih bəhrində bizə yalnız bir qəzəli 
gəlib çatmışdır ki, o da birinci növ-dördbölümlü fəal 
münsərih növündə yazılmışdır. 
 
   müftə'ilün  fA'ilün  müftə'ilün  fA'ilün 
   Qəmzeyi-xunxarinə cürəti-nəzzarə yox, 
   Neyləyim ah etməyim, dərdü çox çarə yox. 
 
Qövsi  Təbrizinin  şeirlərinin  vəznini  araşdırarkən, 
biz çox maraqlı bir şeirə rast gəldik. “Sənindir” rədifli 
bu şeir formaca gəraylıya oxşayır. Lakin şeirə diqqətlə 
fikir verilsə, onun istər vəznində, istərsə də qafiyə qu-
ruluşunda  klassik  ədəbiyyata  xas  xüsusiyyətlər  özü-
nü  göstərir.  Prof.  H.Araslı  isə  bu  şeiri  gəraylı  kimi 
təhlil etmişdir. 
Şeirin bir neçə bəndinə diqqət yetirək: 
 
   Eylə kim, dərman sənindir, 
   Dərdi bidərman sənindir. 
   Hər nə etsəm, padişahım, 
   Eylə kim fərman sənindir. 
 
   Nəşeyi-didarinəm mən, 
   Ey güli-tər, xarinəm mən, 
   Bir əmanətdarinəm mən, 
   Dil sənindir, can sənindir. 
 
Yuxarıda qeyd etdiyimiz kimi prof. Həmid Araslı 
bu  şeiri  xalq  şeirinin  gəraylı  formasında  təqdim  et-
mişdir. 


82
 
 
Bu şeir aaba, bbba, qqqa quruluşunda yazılmış və 
doqquz  bənddən  ibarət  bir  şeirdir.  Halbuki,  gəraylı 
hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan 
ibarət  olan,  üç-beş  bəndlik  şeirə  deyilir.  Gəraylının 
qafiyə quruluşu isə belədir: abcb, dddb, cccb. 
Şeirin  vəzninə  isə  fikir  versək  onu  dördüncü  növ 
ikibölümlü bütöv rəməl (fA'ilAtün fA'ilAtün) növün-
də  olduğunu  görərik.  Göründüyü  kimi,  şair  burada 
daxili qafiyələri  məharətlə  işlətməklə  yanaşı, həm  də 
şeirin  məzmununu,  mənasını  da  itirməmiş,  məzmun 
və  forma  vəhdəti  prinsipini  əsas  tutmuşdur.  Bütün 
bunlardan belə  nəticəyə gəlmək  olar  ki,  şeir  Məhəm-
məd Füzulinin: 
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı? 
Fələklər  yandı  ahimdən,  muradım  şəmi  yanmaz-
mı? – 
  – qəzəli formasında daxili qafiyələrlə yazılmış və sırf 
əruz vəznində olan mükəmməl bir qəzəldir. 
 
 
“Filoloji araşdırmalar” məqalələr toplusu. XI 
kitab. Bakı Şirvannəşr, 2000 
 
 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə